“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır .....                     Bakının köhnə avtobus DƏRDİ .....                     "Mən onu ölümlə heç vaxt hədələməmişəm" .....                     AZTV `Ovçu Pirim`in verilişini bağladı .....                     “Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq .....                     Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib .....                     “Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” .....                     Azərbaycan neftinin qiyməti 110 dolları ötüb .....                     İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib .....                     Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik .....                     Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… .....                     Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ .....                     Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı .....                     Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? .....                     Tramp danışıqlar masasını pozmağa çalışır?.. .....                     Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? .....                     KİÇİK marketlərə böyük ZƏRBƏ .....                     Rusiya və Çinə görə ABŞ böhrandadır .....                     Nazirlər Kabineti NİYƏ SUSUR? .....                     AzəriQaz-da müəmmalı kadr siyasəti .....                     Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? .....                     TENDER BAZARINDA “Leysan” effekti .....                     Azərbaycan bank sektorunun uğurları və riskləri .....                     “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ .....                     Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir .....                     "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" .....                     Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması .....                     "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı .....                     “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?” .....                     İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək .....                     Bərdədə kütləvi ağac qırğını iddiası .....                     İranın nüvə silahı olmayacaq .....                     ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb .....                     Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ .....                     Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? .....                     Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR .....                     Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir .....                     Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı .....                     Fransa ikiüzlülüyü: .....                     Tərifli göz həkimindən göz dağı .....                 

NEFTÇALADA AVTOVAĞZAL QALMAQALI
Tarix: 28-11-2013, 08:54 | Çap et
NEFTÇALADA AVTOVAĞZAL QALMAQALI
Respublikamızın ərazisinin insanların məskunlaşdığı qədim yaşayış yerlərindən olmasını təkcə aparılan arxeoloji qazıntıların nəticələrinə, yaxud bu ərazilərdə karbohidrogen yataqlarının bolluğuna əsaslanıb söyləmək, məncə faktlar nöqteyi- nəzərincə digər tarixi faktlara qarşı haqsızlıqdır! Azərbaycan ərazisinin tarixən insanların yaşayış məskəni olmasını sübut edən faktlardan biri də bölgələrimizin, yerləşdiyi coğrafi mövqelərinə, təbii sərvətlərinə, həmçinin insani keyfiyyət və bacarıqlarına görə, dünya tarixində özünə yer tapmasıdır. Məsələn, bu gün bütün dünya Quba almasını, Lənkəran çayını, Göyçay narını tanıyır.

Bu gün bütün dünya yaralı yerimiz olan Qarabağı təkcə erməni xəyanətinin təcəssümü kimi deyil, həm də bu bölgəmizdən olan məşhur musiqiçilərimizin vətəni kimi tanıyır. Bu "bu gün”ləri yazmaqla bitməz, söyləməklə yetməz! Deməyim odur ki, insanların bu ərazilərdə ta qədimdən məskunlaşmasına sübutdur ki, insanlar təbii şəraitə uyğunlaşmaları ilə yanaşı, həm də bu şəraitə uyğun nemətlər yetişdirməyə də nail olublar. Bu işlə məşğul olan hörmətli elm adamlarımızdan bəlkə də, ilk baxışdan absurd görünən bu fikirlərimə görə üzr diləyib, məqsədimin "mustafa”sına keçmək istəyirəm!

Doğurdan da, bəlkə yuxarıda göstərdiklərimin insanın məskunlaşmasına bir dəlaləti olmasa da, respublikamızın hər rayonunun özünəməxsus özəlliyi olması faktdır! Bir zamanlar Neftçala rayonunu da burada hasil olan neft-qaz, yod-brom kimi təbii ehtiyatları ilə yanaşı, həm də nərə balığına, qara kürüsünə görə də tanıyırdılar. Deyilənə görə, Neftçala rayonunun Bankə qəsəbəsində yerləşən Balıq Kombinatında istehsal olunan qara kürü birbaşa İngiltərə kraliçasının səhər yeməyi stoluna verilirmiş. Həmin illərdə rayonda bütün sahələrdə gedən inkişafı görməmək üçün ancaq kor olmaq lazım idi.

Əfsuslar olsun ki, bütün bunlar keçmişdə qaldı! Bu gün Neftçala - deyəndə bərbad yollar, tamamlanmayan işlər, su, işıq, qaz problemi, Kür çayı boyunca inşa edilməsinə baxmayaraq, yaşıllığı olmayan bulvar, otlaq sahələrindən məhrum olması səbəbindən şəhər mərkəzinə "hücum” edən mal-qaranın "tutulması”, müdiri Firudin Nağıyevin etdiyi "qoçuluğa” görə bu gün də məsuliyyətdən kənar qalan Mənzil Kommunal Təsərrüfat İdarəsinin işçilərinin günün günorta çağı internat məktəbin şagirdlərinin gözü qarşısında it güllələməsi, küçələrin isə zibil və ifunət içində itib-batması, baş arxitektorun AR-nın Cinayət Məcəlləsinin rüşvətalma, özbaşınalıq, vəzifə səlahiyyətlərindən sui-istifadə maddələri ilə məhkum olunan, vətəndaş və sahibkar hüququ tapdanan kiçik və orta sahibkarlar və s. bu və digər neqativ hallarla xarakterizə olunan bir rayon göz qarşısında canlanır!

Hərdən bütün bunlara baxıb, fikirləşirəm ki, görəsən 2-3 ay əvvəl Neftçala şəhərinin mərkəzi hissəsi daxil olmaqla şəhərin 2-yə bölən Axmaz gölün təmizlənməsini, insanlara hücum edən çaqqal və tülkülərdən (?!) xilas olması baxımından önəmli bir hadisə hesab edənlər ötən müddət ərzində ölü nöqtədən tərpənməyən bu işlərin vətəndaşları necə çilədən çıxardığını anlayırlarmı?! Belə baxıram ki, yox! Çünki əslində onlar özləri bilərəkdənmi, yoxsa bilməyərəkdənmi bu işlərə dəstək olub, qaranlıq məqsədlərə xidmət edirlər! Bu ərazinin təmizlənməsi adı altında hansı qaranlıq məqamların olmasına isə bu günlərdə "Neftçala-Avtovağzalı” MMC-nin təsisçisi və sədri Kərimov Pənah Gülalı oğlunun redaksiyamıza ünvanladığı şikayət ərizəsi müəyyən mənada aydınlıq gətirdi. Ərizəsində cənab Pənah Kərimov qeyd edir ki, Neftçala şəhərində avtovağzal kompleksi 1986-cı ildə tikilib istifadəyə verilib. Bu avtovağzaldan rayondaxili, eləcə də şəhərlərarası marşrutlar üzrə hərəkət edən avtobus və mikroavtobuslar əhaliyə xidmət göstərirdi. 2002-ci ildə ölkədə aparılan özəlləşdirmə proqramına əsasən avtovağzal kompleksi özəlləşdirildi və mən "Neftçala-Avtovağzalı” MMC-in təsisçisi və direktoru olaraq avtovağzal kompleksinin təyinatını dəyişmədən fəaliyyətini davam etdirdim. Avtovağzal kompleksi sonuncu dəfə 2009-cu ildə olmaqla müxtəlif illərdə əsaslı təmir olunub. Hal-hazırda avtovağzal kompleksində sərnişinlərin rahatlığı üçün hər cür şərait vardır. Lakin bütün bunlara baxmayaraq, avtovağzal kompleksi daima vəzifəli şəxslər tərəfindən bürokratik təzyiqlərə məruz qalıb. Sonuncu belə təziqlə isə o, 30 oktyabr 2013-cü il tarixdən başlayaraq üzləşir. Belə ki, hələ bir neçə ay öncə Neftçala şəhərinin mərkəzindən keçən Axmaz gölünün təmizlənməsi adı altında gölün üzərindən keçən yol dağıdıldıqdan sonra avtovağzaldan rayonun kənd və qəsəbələri istiqamətində hərəkət edən avtobuslar geniş dövrələr vurmaq məcburiyyətində qalırdılar ki, bu da zatən bərbad yollardan əziyyət çəkən sərnişinlərin haqlı narazılıqlarına səbəb olurdu. Hələ o vaxt avtovağzalın yerinin dəyişilməsinə cəhd göstərən rayon rəhbərliyi bu üsulun effekt vermədiyini görüb başqa metoda əl atdı.

Bu dəfə avtovağzalda sərnişin yığan avtobus və mirkoavtobus sürücülərinə polis vasitəsilə təsir göstərib, Neftçala şəhərinin H.Əliyev prospektində üç ilə yaxındır ki, inşası davam etdirilən bazara yığışmalarını tələb etdilər. Tərəfimdən baş verənlər barədə 102 xidmətinə müraciətimdən sonra polis avtovağzaldan uzaqlaşanda, bu dəfə Nəqliyyat Nazirliyinin Dövlət Avtomobil Nəqliyyatı Xidməti Cəlilabad Regional Şöbəsinin məsləhətçisi Ramal Əsgərov sürücülərə hədə-qorxu gələrək bazara yığışmalarını əmr etdi. 30 oktyabr 2013-cü il tarixdən sonra demək olar ki, "Neftçala-Avtovağzalı” MMC-in fəaliyyəti qanunsuz olaraq dayandırılmışdır?! Bu gün mənim sahibkarlıq hüququm tapdandığı kimi, rayon əhalisi keyfiyyətli sərnişindaşıma xidmətlərindən də məhrum olmuşdur!

İndi beş-altı min əhalisi olan şəhərdə tikilməkdə olan beşinci bazarın yarımtikililərinə sığışdırılan "avtovağzalı”, avtovağzaldan başqa hər şey adlandırmaq olar. Havanın soyuğundan, yağışından əziyyət çəkən sərnişinlərin, eləcə də şəraitsizlik səbəbindən istirahət imkanı olmayan sürücülərin isə avtovağzalın əvvəlki yerinə qaytarılması barədə etdikləri müraciətlərinə isə hələ ki, münasibət bildirən yoxdur?!

Nəzərinizə çatdırım ki, respublikamızda avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması bir çox qanun və əsasnamələrlə tənzimlənir. "Avtomobil nəqliyyatı haqqında” AR Qanununun tətbiq edilməsi barədə AR Prezidentinin 2008-ci il 4 iyul tarixli 792 nömrəli Fərmanının 1.4-cü bəndinin icrasını təmin etmək məqsədilə AR-nın Nazirlər Kabineti "Avtovağzal və avtostansiya haqqında Əsasnamə”nin tətbiq edilməsi haqqında 5 fevral 2009-cu il tarixli 22 nömrəli qərar qəbul etmişdir. Bu qərarın 1.3.1-ci maddəsində göstərilir ki, avtovağzal-yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş və 75-dən artıq sərnişin tutan gözləmə zalı, bilet kassaları, ana və uşaq otağı, "baqaj”ların saxlanma kameraları, iaşə, mədəni-məişət və sanitar gigiyenik təyinatlı sahələri, tibbi yardım və polis məntəqələri, inzibati binası və xidmət otaqları, sürücülərin istirahət otağı sərnişinlərin minib-düşməsi üçün peronu, avtobusların reyslərarası dayanması üçün meydançası və tənzimləmə postları, habelə şəhər nəqliyyatının və taksi minik avtomobillərinin dayanması üçün vağzalyanı sahəsi olan bina və qurğular kompleksi, bu Qaydaların 1.3.2-ci maddəsinə görə isə avtostansiya-yaşayış məntəqələrində sərnişinlərə xidmət göstərilməsi üçün nəzərdə tutulmuş 75-dək sərnişin tutan, gözləmə zalı, ən azı bir xidmət otağı, bilet kassası, sanitar-gigiyenik təyinatlı sahəsi, sərnişinlərin minib-düşməsi üçün peronu olan qurğudur.

Yuxarıda göstərdiklərimdən aydın görünür ki, yarımtikili bazarın ərazisindəki "avtovağzaldan” istifadə bu Qaydaların tələblərinin kobud şəkildə pozulması ilə müşayiət olunan qanun pozuntusu olmaqla yanaşı, nə avtovağzal, nə də avtostansiya koteqoriyalarına uyğun olmayan qurğulardan istifadə etməklə sərnişinlərin və sürücülərin həyat və rahatlıqları üçün potensial təhlükə mənbəyidir!

Eyni zamanda AR-ı Nazirlər Kabinetinin 2009-cu il 17 sentyabr tarixli 141 saylı Qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərnişin və yük daşınması Qaydaları”nın tələblərinə uyğun olaraq şəhərlərarası marşrutlar "vağzaldan-vağzala” prinsipi üzrə hərəkət etməlidirlər. Qeyd edim ki, AR-ı Nəqliyyat Nazirliyi Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi cənab Çingiz Baxışevin imzası ilə respublika üzrə bütün avtonəqliyyat müəssisələrinin müdiriyyətlərinə göndərilmiş sərəncamda bu prinsipə riayət olunması tələb olunur. Əfsuslar olsun ki, nə Neftçala avtonəqliyyat idarəsinin müdiri cənab Hacıbaba Rəcəbov, nə də cənab Çingiz Baxışevin birbaşa tabeçiliyində olan Cəlilabad Regional Şöbəsinin rəisi cənab Namiq Kərimov tərəfindən bu sərəncama riayət olunmur! Hər iki instansiyadan bildirilir ki, avtovağzalın yerinin dəyişməsi Neftçala rayonunun icra hakimiyyətinin başçısı cənab İsmayıl Vəliyevin tələb və göstərişi ilə həyata keçrilir. Cənab Hacıbaba Rəcəbov isə ümumiyyətlə bildirir ki, o Çingiz Baxışevi yox, cənab İsmayıl Vəliyevi tanıyır?! Problemlə bağlı cənab İsmayıl Vəliyevə müraciət edəndə isə o, öz növbəsində bildirir ki, NN-nin DANX-nin rəisi cənab Çingiz Baxışev göstəriş verəcəyi təqdirdə avtovağzal yenidən əvvəlki yerinə qayıda bilər?!

Baş verənlərdə ən maraqlı məqamlardan biri də odur ki, respublikada avtovağzalların yaşayış məntəqələrinin gur olduğu sahələrdən çıxarılması prosesi getdiyi bir vaxtda, Neftçala "avtovağzalı” dörd bir tərəfdən çoxmənzilli yaşayış binaları, məktəb və həyət evləri ilə əhatə olunmuş bir əraziyə yerləşdirilir.

Tapdanmış vətəndaş və sahibkar hüquqlarının qorunmasında yardımçı olmamızı xahiş edən "Neftçala-Avtovağzalı” MMC-in təsisçisi və sədri cənab Pənah Kərimov Neftçalada baş verən məmur özbaşınalıqları barədə respublika ictimaiyyətini məlumatlandırmağımızı da xahiş edir. Bütün bunlar medalyonun bir üzü. Bəziləri isə inad edirlər ki, medalyonun digər üzü Axmazın təmizlənməsində istifadə edilən və "Emme” şirkətinə məxsus ağır texnikanın əslində rayonun icra başçısı cənab İsmayıl Vəliyevə məxsus olmasıdır. Qeyd edim ki, bu faktı Lənkəran Ağır Cinayətlər Məhkəməsində rayonun keçmiş baş arxitektoru Rüstəm Tahirov da bildirmişdi. Hələ üstəlik cənab Rüstəm Tahirov onu da əlavə etmişdi ki, bu şirkətin rəhbəri milliyyətçə tacik olub, özü Tacikistan Respublikasının vətəndaşı olan bir iş adamıdır?! Rüstəm Tahirovun verdiyi bir sıra digər məlumatlar yoxlama mərhələsində olduğu üçün hələlik bunlar haqda yazmırıq.

Yaşıllıq zonası demək olar ki, olmayan yeni inşa edilən bulvarın yaşıllıq probleminə gəlincə isə düşünürəm ki, burada da maddi maraqlar ictimai maraqları üstələyib. Belə ki, əgər bu ərazidə yaşıllıq çox olsaydı, təbii ki, yerə döşənən daşların sayı az olacaqdı, bu isə sözsüz ki, deyilənlərə görə, nəzarəti Firudin Nağıyev tərəfindən həyata keçirilən və deyilənlərə görə də, cənab İsmayıl Vəliyevlə əlaqəsi olan bu daşları istehsal edən mini-zavodun gəlirlərinə ziyan olacaqdı. Bütün bunlardan isə əziyyət çəkən rayon əhalisi və rayonumuza gələn qonaqlar olacaqlar! Özünüz deyin, yayın istisində vətəndaşların istirahəti üçün nəzərdə tutulan, lakin obrazlı desək, "baş qoymağa” kölgəsi olmayan bulvarda kim və nə vaxt istirahət edəcək?!

Lakin bütün bu çətinliklərə baxmayaraq, rayon sakinləri inamlıdırlar ki, ikinci dəfə "Mətbuatın dostu” mükafatına layiq görülmüş ölkə başçısı İlham Əliyev cənablarının rəhbərliyi altında inkişaf edən respublikamızın bu inkişaf payından Neftçala rayonu da öz nəsibini alacaqdır! Elə bu inamın nəticəsidir ki, həvəskarlar arasında futbol üzrə Azərbaycan çempionatının növbəti turunda yerli azarkeşlər qarşısında çıxış edən rayonun həvəskarlardan ibarət "Neftçala” komandası qonaq "Qaraçala” komandasını 2-0 məğlub edərək öz azarkeşlərini sevindirdi! Oyun qonaq komandanın hücumları ilə başlasa da, baş məşqçi Toğrul Məmmədovun rəhbərliyi altında oyuna çıxan meydan sahibləri 14-cü dəqiqəyədək 4 dəfə fərqlənə bilərdilər. Lakin qapı dirəyi və qonaq komandanın qapıçısı Ariz Nəhmətovun inamlı oyunu 24-cü dəqiqəyədək status kvonu saxlamağa imkan verdi. Hesabı oyunun 24-cü dəqiqəsində Nadir İsmayılov açdı. Əsas vaxtına 2 dəqiqə əlavə edilmiş I hissə bu hesabla da sona çatdı. İkinci hissədə daha təcrübəli olan meydan sahibləri inamlı oyun nümayiş etdirdilər. Müdafiəyə çəkilən qonaqların bütün səylərinə baxmayaraq, onlar 52-ci dəqiqədə Zaur Dadaşovun zərbəsinin qarşısını ala bilmədilər. Bundan sonra qapılar qarşısında təhlükəli vəziyyətlər yaransa da, hesab dəyişmədi. Neftçala-Qaraçala - 2-0! Təbrik edirik, əziz neftçalalılar!










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“ZN TRADE” MMC-yə ƏƏSMN-də bu şəraiti kimlər yaradır – Anar Əliyev daha yaxşı bilər
Bu gün, 10:57
Bakının köhnə avtobus DƏRDİ – 195 və 161 nömrəli marşrutlar nə vaxt YENİLƏNƏCƏK?
Bu gün, 10:54
"Mən onu ölümlə heç vaxt hədələməmişəm" - Naxçıvanda NƏ BAŞ VERİR?..
Bu gün, 10:45
AZTV `Ovçu Pirim`in verilişini bağladı “İxtisarlar gedir, maliyyə problemi də...”
Bu gün, 10:39
“Günəşli İnşaat”-dan tanınmış aktrisaya 16 minlik dələduzluq - “Deyir ki, şikayət etsən maşınla üstündən keçəcəm”
Bu gün, 10:36
Tramp İrandan zənginləşdirilmiş uranın çıxarılmasının “uzun və çətin proses” olacağını bildirib - "Truth Social"
Bu gün, 10:26
“Naxçıvanda vəziyyət heç də yaxşı deyil, deyirlər, hakimiyyət sizindir, səsinizi çıxarmayın” - Novella Cəfəroğlu
Bu gün, 10:20
Azərbaycan neftinin qiyməti 110 dolları ötüb
Bu gün, 10:17
İran ABŞ ilə İslamabadda danışıqlara razılıq verib - KİV
Bu gün, 10:16
Qarabağ haqda nə qədər çox xəyal qursaq, o qədər itirəcəyik - Stepanyan
Bu gün, 10:06
Ağcabədinin icra başçısının barəsində inanılmaz faktlar yazıldı və… - İTTİHAM VAR...
Bu gün, 10:00
Pəri Teymurovaya VƏZİFƏ VERİLDİ - BUNDAN SONRA...
Bu gün, 09:54
Şuşada 7 binanın tikintisinə 29 milyon manat ayrıldı – Şirkətin vergi borcu var
Bu gün, 09:44
Naxçıvanda taksi biznesini hansı məmur İNHİSARA ALIR? - sürücülər ÇƏTİN DURUMDA
Bu gün, 09:41
Tramp danışıqlar masasını pozmağa çalışır?.. - YOXSA...
Bu gün, 09:33
Amerika erməni mafiyası Ermənistan ordusuna pul ayırır? - Revanşizmin Hollivud versiyası
Bu gün, 09:29
KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14
Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11
Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34
AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05
Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48
TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45
Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41
“Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35
Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31
"Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14
Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11
"Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00
“Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58
İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55
Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53
İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49
ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48
Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46
Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43
Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41
Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30
Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14
Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10
Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07
Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00
Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru