Zibil məsələsi də “zibilə” dönüb .....                     GDU-da nə işlər çevrilir... .....                     Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... .....                     "Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." .....                     3 illik zəmanət vermişdilər... .....                     Xalq artisti görün, nədə ittiham olunur .....                     Bu bank müştərilərinin DÜŞMƏNİDİR? .....                     'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? .....                     "Xarici Münaqişələr Nazirliyi" .....                     Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq .....                     Siqaret əvəzinə başqa ZƏHƏR .....                     Litva Rusiyaya nota verib .....                     Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var .....                     “Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” .....                     Putin Polşaya niyə hücum etdi? .....                     Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ .....                     Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? .....                     Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar .....                     Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı .....                     Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır .....                     Ağalarov biznesini Rusiyadan ÇIXARIR? .....                     Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur .....                     Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır .....                     Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib .....                     Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən .....                     Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI .....                     LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı .....                     Taksilər aeroporta buraxılmayacaq? .....                     Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... .....                     “Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” .....                     Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə .....                     Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək .....                     TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi .....                     Azərbaycanda əməkhaqqı 80 qəpik artdı .....                     "DeFacto" Azərbaycandakı mağazalarını bağlayır? .....                     “Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır .....                     Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" .....                     Nazirlik və komitələrin birləşdirilməsi... .....                     Vüsal Kərimliyə yeni vəzifə verilib .....                     Novxanı bağlarında ANTİSANİTARİYA: .....                 

BİR AİLƏ ETİRAZ OLARAQ ACLIQ AKSİYASINA BAŞLADI
Tarix: 2-12-2013, 16:16 | Çap et
BİR AİLƏ ETİRAZ OLARAQ ACLIQ AKSİYASINA BAŞLADI
MƏMUR ÖZBAŞINALIĞININ HƏDDİ...

DİA.AZ: - Azərbaycanda bəzi bölgələrdə məmurların vətəndaşları süründürməçiliyə salması, insanlara qarşı biganə münasibətlər qalmaqddır. Mərkəzdən uzaq olan bu ərazilərdə vətəndaş-məmur münasibətləri normallaşmadığından bu cür xoşagəlməz hadisələr baş verir. Redaksiyamıza müraciət edən Tərtər sakini Gülsənəm Məmmədova da bu cür özbaşınalığın qurbanına çevrildiyini iddia edir. İş hətta o yerə çatıb ki, Gülsənəm xanım ailəsi ilə birlikdə Azərbaycan vətəndaşlığından imtina etmək istəyir.

Ər-arvad Məmmədovlar ailəsinin 10 min dollarlıq torpağını satıb qaçıb

Şikayətçi DİA.AZ-a bildirir ki, o rayonun Hüsənli kənd sakinidir. O 1998-ci ildə həmkəndlisi Barat Həsənov və onun həyat yoldaşı Qənirə Həsənovadan qanuni yolla torpaq sahəsi alıb. Barat və Qənirə Həsənovalar 1998-ci il tarixli JN-0088, kod-61100048 saylı dövlət aktına əsasən kənd ərazisindəki 1,99 hektar torpaq sahəsini qanuni yolla Gülsənəm Məmmədovanın ailəsinə satıb. Razılaşma əsasında ailə Barat Həsənova 10 min ABŞ dolları verib. Pulu verəndən sonra ailə torpaq sahəsini adına rəsmiləşdirmək istəyəndə isə Həsənovlar müəyyən bəhanələrlə bu prosesdən yayınıb. Bir müddətdən sonra isə məlum olub ki, Barat və Qənirə Həsənovalar həmin torpaq sahəsini qanunsuz yolla başqasına da sataraq kənddən qaçıb.

Ailənin 94 sot torpağını da torpaq şöbəsi saxta sənədlə zəbt edib

Bundan başqa, ailənin qanuni torpaq sahələri də məmurların əli ilə zəbt edilib. Şikayətçi deyir ki, kənddə ata-oğul məmurlarla birləşərək onların torpaq sahələrini əlindən alıblar: “Kənd sakini Məmmədov Azay Fərrux oğlu və onun oğlu Məmmədov Fədai Azay oğlu 94 sot torpaq sahəmizi qanunsuz ələ keçirib və hazırda heç bir əsas olmadan istifadə edirlər. Buna rayonun məmurları şərait yaradıb. Müəyyən maraqlarına görə Tərtər rayon Torpaq Şöbəsinin müdiri Elman Hüseynov və şöbənin baş məsləhətçisi Natiq Əliyev torpağa saxta rəy və saxta sənəd verməklə bizim qanuni pay torpağımızın bir hissəsini bir neçə nəfərə verib. Qanunsuz sənədə görə, həmin torpaq sahəmizi kənd sakinləri Mahir Məmmədov, Sahib Məmmədov, Azay Məmmədov və Həsən Talıbova veriblər. Torpaq şöbəsinin müdiri və onun baş məsləhətçisi xəritədə göstərilən qanuni yolu sakinlərə verib, əvəzində isə bizim qanuni torpaq sahəmizi heç bir əsas olmadan bölərək yol edib. Nəticədə bizim qanuni mülkiyyətimizə ziyan vurub”.

Torpaq şöbəsinin müdiri özünü necə müdafiə edir?

Gülsənəm Məmmədova deyir ki, məsələ ilə bağlı dəfələrlə Tərtər rayon torpaq şöbəsinə və digər aidiyyəti qurumlara müraciət etsələr də, onların şikayətləri qulaqardına vurulub. Hazırda ailənin şikayətlərinə reaksiya verən yoxdur: “Torpaq şöbəsinin müdiri Elman Hüseynov və onun baş məsləhətçisi bizi dəfələrlə təhqir edərək özbaşınalıqlarına haqq qazandırmaq istəyir. Bu şəxslər rayonda hegemonluğunu sübut etməyə çalışırlar. Torpaq sahələrini camaatın əlindən alıb istədikləri vaxt istədikləri şəxslərə satır, sakit və dinc əhalini dövlətə qarşı çıxarmaq istəyir. Bu gün onlarla ailənin hektarlarla torpaq sahələri saxta sənədlər əsasında saxtalaşdırılaraq satılır, narazılıq edən ailələr isə təhdidlərlə susdurulur. Vətəndaşların şikayət etmələrinə də imkan verilmir”.

Ailə məsələ ilə bağlı Tərtər rayon məhkəməsinə də müraciət edib. Lakin torpaq şöbəsinin müdiri ilə əlbir olan məhkəmə icraçısı da həmin müraciətə reaksiya verməyib, qarşı tərəfi müdafiə edib. Məhkəmə ailənin qanuni torpaq sahəsinin geri qaytarılması barədə şikayətini rədd edib, torpaq şöbəsini qanuni iş görən kimi tanıyıb.

Tərtər sakini prezidentdən imdad diləyir

Çarəsiz qalan ailə əlacsızlıqdan probleminin həlli üçün dövlət başçısına və digər dövlət məmurlarına müraciət edib. Gülsənəm Məmmədova eyni zamanda prezident İlham Əliyevə, millət vəkili Mehriban Əliyevaya, Milli Məclisin spikeri Oqtay Əsədova, Baş nazir Artur Rəsizadəyə, Ombudsman Elmira Süleymanovaya, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, ədliyyə naziri Fikrət Məmmədova, milli təhlükəsizlik naziri Eldar Mahmudova, Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədova, Tərtər rayonunun icra başçısı Ceyhun Cəfərova, Tərtər rayon məhkəməsinin hakimi Nadir Əsgərova, rayon prokuroru Azər Hətəmova, rayon polis şöbəsinin rəisi Rauf Məcidova və digər ünvanlara müraciət ünvanlayıb. Müraciətdə ailənin mülkiyyətinə külli miqdarda ziyan dəydiyi bildirilib. Şikayətçi həmçinin müraciətində bildirir ki, problem həll edilməyəcəyi təqdirdə o ailəsilə birlikdə aclıq aksiyasına başlayacaq və Azərbaycan vətəndaşlığından imtina edərək xarici ölkə səfirliklərindən sığınacaq istəyəcək: “Artıq biz bu məmur özbaşınalığına dözə bilmirik. Məmurlar bizi əzirlər, mülkimizdən qovurlar. Belə bir dözülməz şəraitdə yaşaya bilmirik. Cənab prezident! Sizdən xahiş edirik, bizi bu cür məmur özbaşınalığından qurtarın. Rayon Torpaq şöbəsinin müdiri və onun əlaltıları bizim yaşamağımıza imkan vermir, bizi sıxışdırıb qanuni mülkimizi başqa şəxslərə satır. Biz də çarəsizlikdən aclıq aksiyasına başlayacağıq”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zibil məsələsi də “zibilə” dönüb - NƏ ETMƏLİ?
Bu gün, 07:09
GDU-da nə işlər çevrilir... - İLGİNC FAKTLAR
Bu gün, 07:04
Naxçıvana gedənlər erməni sərhədçisini görməmək üçün... - AKTUAL
Bu gün, 07:01
"Bunlar dar gündə bizi daha da sıxışdırırlar..." - Naxçıvanda ETİRAZ
Bu gün, 06:58
3 illik zəmanət vermişdilər... - GUYA...
Bu gün, 06:45
Xalq artisti görün, nədə ittiham olunur - NARAZILIQ VAR...
Bu gün, 06:31
Bu bank müştərilərinin DÜŞMƏNİDİR? - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 06:28
'Azneft' işçisi AĞIR DURUMDA: Amma KİMƏ NƏ? - MÜRACİƏT
Bu gün, 06:09
"Xarici Münaqişələr Nazirliyi" - AKTUAL
Dünən, 18:03
Vergi borcu olan şirkət məktəblilər üçün hədiyyə paketi satacaq – Direktoru “Bakubus”da işləyir
Dünən, 18:02
Siqaret əvəzinə başqa ZƏHƏR – Xaricdə qadağan olunan məhsul Azərbaycanda reseptsiz satılır!
Dünən, 17:59
Litva Rusiyaya nota verib
Dünən, 17:58
Bakı ilə sülhü pozmaq istəyən qüvvələr var - Ermənistanın Baş naziri
Dünən, 17:55
“Mən Səhiyyə Naziri deyiləm ki, bu problemi həll edim” - Rəşid Mahmudovdan poliklinikalardakı sıxlıqla bağlı AÇIQLAMA
Dünən, 17:53
Putin Polşaya niyə hücum etdi? - Moskvanın hədəfləri
Dünən, 17:50
Ağalarovun Rusiyadakı restoranlarının bağlanması xəbəri TƏSDİQLƏNDİ - AÇIQLAMA
Dünən, 17:46
Tağı İbrahimov zərərçəkənlərə dəyən ziyanı ödəyib? - Məhkəmə
Dünən, 17:43
Ermənilər yavaş-yavaş dünya ilə tanış olurlar - Paşinyan
Dünən, 17:28
Azərbaycanda iki şirkət ləğv edildiyini açıqladı
Dünən, 17:19
Dövlət təşkilatları eyni nöqsanları təkrarlayır - Hesablama Palatası
Dünən, 17:16
Ağalarov biznesini Rusiyadan ÇIXARIR? - İDDİA
Dünən, 17:08
Vəkil boşanma prosesində vətəndaşı təhqir etməkdə ittiham olunur - TƏFƏRRÜAT
Dünən, 17:02
Ermənistanla Azərbaycan arasında eskalasiya riski minimaldır - Mirzoyan
Dünən, 16:55
Paşinyan Fransanın yeni Baş nazirini təbrik edib
Dünən, 16:53
Aygün Kazımovanın sərt reaksiyası ilə üzləşən Eldənizdən AÇIQLAMA
Dünən, 16:48
Qaydaları kobudcasına pozan "BakuBus" avtobusları yolda TƏHLÜKƏ SAÇDI - VİDEO
Dünən, 16:42
LDU “MM İNŞAAT GROUP” iki gündə iki dəfə anlaşdı - Şirkət haqqında maraqlı iddialar var
Dünən, 16:38
Taksilər aeroporta buraxılmayacaq? - AÇIQLAMA
Dünən, 16:35
Sərkisyan: Paşinyan ya öldürülməlidir, ya da... - KİV
Dünən, 16:27
“Sovet dövrü AYİ ilə bugünkü AYB-ni müqayisə etmək yanlışdır” - Firuz Mustafa
Dünən, 16:26
Ermənistanla əlaqələri bərpa edən Pakistandan yeni həmlə
Dünən, 16:23
Milli Məclisin prosedur qaydalarında dəyişikliklər ediləcək
Dünən, 16:19
TƏBİB-də və İcbari Tibbi Sığorta Agentliyində yoxlamalar genişləndi - "Fitili" Hesablama Palatası çəkib
Dünən, 16:06
Azərbaycanda əməkhaqqı 80 qəpik artdı – Rəsmi
Dünən, 16:04
"DeFacto" Azərbaycandakı mağazalarını bağlayır?
Dünən, 15:59
“Azəriqaz” rəhbərinin səhhətində problemlər yaranıb, vəziyyəti ağırdır - xəstəxanaya yerləşdirilib
Dünən, 15:48
Aygün Kazımova tanınmış xanəndəni səhnədə pərt etdi: "Bu nə hörmətsizlikdir?" - VİDEO
Dünən, 15:45
Nazirlik və komitələrin birləşdirilməsi... - həm də büdcə QƏNAƏTİDİR...
Dünən, 15:41
Vüsal Kərimliyə yeni vəzifə verilib - BUNDAN SONRA...
Dünən, 15:34
Novxanı bağlarında ANTİSANİTARİYA: - Kanalizasiya suları Samur-Abşeron kanalına axıdılır
Dünən, 15:21
Qaradağın daş karxanaları elə bil DƏDƏ MALIDIR... - Başçının müavini İTTİHAM OLUNUR
Dünən, 15:19
Biləsuvar İcra Hakimiyyətinin tenderinə lisenziyası olmayan şirkət qatılıb: - Tender ləğv edildi
Dünən, 15:08
Millimizin baş məşqçisinə cinayət işi açılıb: Gömrük Komitəsini ittiham etdi - TƏFƏRRÜAT
Dünən, 15:02
“Erkən nikahla mübarizədə hər kəs məsuliyyət daşıyır” - Novella Cəfəroğlu
Dünən, 15:00
Məktəblərdə rüşvət, repetitor biznesi, pul yığımı... – Nazirliyin əndrabadi təhsil ANLAYIŞI
Dünən, 14:55
Yeni inqilab “silah”ı işə düşdü – Azərbaycanın iki qonşusu təhlükədə
Dünən, 14:52
Rusiya ilə münasibətlərimiz əvvəlki səviyyəyə qayıtmayacaq - Zülfüqarov
Dünən, 14:46
Mərkəzi Bank "SF Azerbaijan"ın vəzifəli şəxsini cərimələdi
Dünən, 14:44
Gürcüstanla quru sərhəd açıla bilər? - AKTUAL
Dünən, 14:42
Abbas Abbasov Rusiyadakı biznesini satıb - DETALLAR
Dünən, 14:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru