Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

VƏTƏNDAŞ CƏMİYYƏTİNİN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI ...
Tarix: 21-02-2012, 12:21 | Çap et
VƏTƏNDAŞ CƏMİYYƏTİNİN DÜNƏNİ, BU GÜNÜ VƏ SABAHI ...

3-CÜ SEKTORUN TƏHLİLİ

QHT Əməkdaşlıq Alyansı Azərbayacnda vətəndaş cəmiyyətinin dünəni, bu günü və sabahını təhlil edib. DİA.AZ alyansın təhlilini təqdim edir:

- Azərbayacnda vətəndaş cəmiyyətinin formalaşması dövlət müstəqilliyimizlə ilə eyni vaxta düşür. Ötən 21 il ərzində bu sektor böyük bir yol keçərək, inkişaf edib.

Bu gün Azərbaycan QHT-lərinin keçdiyi yolu 4 (dörd) mərhələyə bölmək ədalətli olar.

Birinci mərhələ 1990-ci ildən 1999-cu ilər, ikinci mərhələ 1999-cu il – 2008-ci illər, üçüncü mərhələ 2008-ci il – 2012-ci ilin əvvəli. 4-cü mərhələ isə bu ilin mart ayından - Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına seçkilərdən sonra yeni Şuranın seçilməsi ilə başlayacaq.

1990-ci ildən 1999-cu ilə qədər dövrü əhatə edən birinci mərhələdə vətəndaş cəmiyyəti institutları hələ tam olaraq QHT kimi formalaşmamışdı. Onlar yarı siyasi, yarı ictimai fəaliyyət göstərirdi. Əsasən, dövlət tərəfindən tanınan və dövlət tərəfindən maliyyələçdirilən birliklərdən başqa (məsələn: Yazıçılar Birliyi, Rəssamlar Birliyi və s.) digər ictimai qurumlar nə cəmiyyət, nə də hökumət tərəfindən birmənalı qəbul olunurdu. Adlarında “qeyri-hökumət təşkilatı” sözü olan ictimai qurumları həm əhali, həm də hakimiyyətin bir çox qurumları dövlətin əleyhinə işləyən bir qruplar kimi qəbul edirdilər. Bu dövrdə, çox az sayda təşkilatlar qrant layihələri yaza və həyata keçirə bilirdilər. Amma, artıq bir çox uğurlu layihələrin həyata keçirilməsi və vətəndaş cəmiyyəti təmsilçilərinin yeni ictimai liderlərin öndərliyi ilə təmərküzləşməsi prosesi başlanmışdı. Azərbaycan Gənclər Təşkilatlarının Milli Şurası yaradılmışdı. Onlarla tələbə təşkilatları, gənclər təşkilatları, qadın təşkilatları və siyasi partiyaların ətrafında təmərküzləşən onlarla digər təşkilatlar ayaq üstə dayanmağı bacarmışdılar. Lakin, bu sahədə ciddi dağınıqlıq hökm sürürdü.

Məhz, belə bir dövrdə - 1999-cu ilin iyun ayında Azərbaycanın Milli Qeyri-Hökumət Təşkilatları Forumunun yaradılması baş tutdu. Eyni anda, vətəndaş cəmiyyətinin iki tərəfə bölünməsi də başladı. Müxalifətyönlü QHT-lər Foruma qoşulmaqdan imtina edərək, Azərbaycan QHT-lərinin Konqresini yaratdılar. Amma, Konqresin ömrü çox qısa oldu və dağıldı. Orada təmsil olunan təşkilatlar da Milli QHT Forumuna transfer etdilər. Elə bu zamandan da vətəndaş cəmiyyətinin həyatında keyfiyyətcə ikinci inkişaf dövrü başladı. Bu gün sıralarında 620 QHT-ni birləşdirən Forum 2008-ci ilə kimi QHT sektorunun qeyri-rəsmi yönəldicisinə çevrilmiş və QHT-lərin inkişafı üçün BMT-nin İnkişaf Proqramı ilə bilik və bacarıqların artırılması üçün xeyli iş görə bilmişdi.

Lakin, bu işlərin uğurla həyata keçirilməsi Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin demokratik cəmiyyət quruculuğundakı prinsipial mövqeyi olmadan mümkün ola bilməzdi. Hakimiyyətin ilk aylarındaca, 2003-cü ilin sonunda qəbul edilən “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun qəbulu ilə prosesə yeni stimul verildi. Nəticədə ictimai mühitdə QHT-lərin yaranması, bu sahədə fəaliyyət göstərilməsinə maraq daha da artmağa başladı. Yeni və demokratik cəmiyyət quruculuğu sahəsində olan bu inkişaf hökumət-QHT əməkdaşlığının yeni mərhələsin start verdi. Bu da hökumət strukturlarının QHT-lərlə açıq müzakirələr aparmasına, müxtlif proqramlarda onların rəyinin öyrənilməsinə, QHT-lərdən müxtəlif təkliflərin qəbuluna şərait yaratdı.

Bu uğurlu layihənin həyata keçirilməsində və uğurun davam etməsində, özünü güclü təşkilatçı və menecer kimi təsdiq edən, 2008-ci ilə kimi Milli QHT Forumunun prezidenti olmuş, bu gün isə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, Milli Məclisin deputatı Azay Quliyevin xidmətləri böyükdür və danılmazdır.

QHT-lərin inkişafında ən güclü mərhələ isə 2008-ci il – 2012-ci ilin əvvələrinə təsadüf edir. 27 iyul 2007-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı sərəncamla təsdiq edilmiş Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Konsepsiyası ölkəmizdə QHT inkişafının yeni mərhələsinin başlanması üçün baza prinsiplərini müəyyən etdi. Konsepsiya ilə bağlı ictimai sektorda gedən prinsipial müzakirələrdən sonra Prezidentin 13 dekabr 2007-ci il tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası yaradıldı.
QHT nümayəndələri arasında keçirilmiş demokratik, şəffaf seçkilərdən sonra dövlət başçısının 16 aprel 2008-ci il tarixli sərəncamı ilə Şura üzvləri təyin edildi və bununla da Şura fəaliyyətə başladı.

Bu dövr QHT-lərin həyatında yeni bir səhifə açdı. QHT-lərin fəaliyyəti və mövcudluğu ictimaiyyət tərəfindən qəbul edildi. Ictimai sektorun mövcudluğu və lazımlılığı ictimai rəydə özünə yer aldı. Dövlət QHT-ləri maliyyələşdirməyə başladı. Maraqlı faktdır ki, Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası ən az tənqid olunan dövlət qurumları arasındadır. Hətta, müxalifət nümayəndələri, o cümlədən beynəlxalq təşkilatlar da adı çəkilən Şuranın şəffaflığını və bütün vətəndaş cəmiyyəti təmsilçilərinə bərabər yanaşdığını qeyd edirlər. Bu faktın özü uğurun göstəricisidir. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi altında 11 (on bir) nəfərlik Şuranın bu dövr ərzində apardığı dövlət siyasəti özünü doğrultmuşdur. Çünki, dövlətin ayırdığı vəsaitin bölüşdürülməsində tərəfsizlik və siyasi baxışlara görə ayrı-seçkiliyin aparılmaması dövlətin və iqtidarın adına da müsbət notlarla yazılmış, beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası üçüncü mərhələyə böldüyümüz dövr ərzində vətəndaş cəmiyyətinin inkişafı üçün ciddi uğurlara imza atmışdır və bunu da QHT-lər yüksək qiymətləndirirlər. Əks halda, QHT-lərin fəaliyyəti üçün ciddi baryerlər yarana bilərdi. Bu uğurlar hansılardır?

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 15 yanvar 2010-cu il tarixli iclasında QHT-lərin fəaliyyəti haqqında Maliyyə Nazirliyinə illik maliyyə hesabatı verməsi məsələsinə baxılıb və bu istiqamətdə bir sıra çətinliklərin olduğu qeyd ediildikdən sonra, bu sahədə dönüş yaranıb. Maliyyə hesabatınln verilməsi tarixləri QHT-lərin xeyrinə uzadılmış, elektron formada veirlməsi təsbit edilib. Sevindirici faktdır ki, bu günə kimi bir QHT belə maliyyə sanksiyasına məruz qalmayıb. Bu faktın özü QHT-lərə göstərilən ən yüksək qayğılardan biridir.

Rəsmi statistikaya görə 2010-cu ilə qədər 2612 QHT rəsmi qeydiyyatdan keçmişdi. Bu gün isə onların sayı artıq 3000 yaxınlaşıb. QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyəti nəticəsində bu təşkilaltlar təsnifatlaşdırılıb, onlar haqqında elektron və çap formada baza yaradılıb, 900-ə yaxın QHT ölü nöqtədən qaldırılaraq fəallaşdırılıb və onların bir qismi aparıcı QHT-lərə çevrilib. QHT-lərin təşkilati və maliyyə bacarıqları artırılaraq standartlara uyğunlaşdırılıb və bunun nəticəsində onlar digər qurumlardan da maliyyə vəsaiti cəlb etməyə nail olublar. Çünki, QHT-lərin əksəriyyətinin maliyyə hesabatlılığı yox dərəcəsində idi və buna görə də onlar qrant almaqda çox çətinlik çəkirdirlər.

Milli Məclisin 2011-ci il 11 fevral iclasında “Auditor xidməti haqqında” qanuna, eləcə də İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər layihəsi təsdiqlənən zaman Şura sədri Azay Quliyevin dirəniş göstərməsi QHT-lərin audit xidmətindən azad olunmasına gətirib çıxardı. Əks halda, QHT-lər məcburi auditdən yayınmaya görə 500 manatdan 2500 manatadək cərimə oluna bilərdilər. QHT-lərin isə audit olunmaq üçün vəsait tapması də mümkün deyildi. Demək ki, bu qanun onların boynundan “Demokl Qılıncı” kimi asılacaqdı. Həmin iclasda deputat Azay Quliyev QHT-lərin məcburi auditdən keçirilməsinə qarşı çıxaraq deyib: “QHT-lərin məcburi auditdən keçirilməsi dövlətin hazırkı siyasətinə qarşıdır. Mən təklif edirəm ki, qanun layihəsi qəbul edilsin. Amma Nazirlər Kabinetinə müraciət olunsun ki, QHT-lər məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarılsın. QHT-lər bu gün məcburi auditə hazır deyil”.
Nəticədə, Nazirlər Kabineti QHT-ləri məcburi auditə cəlb olunan təsərrüfat subyektlərinin siyahısından çıxarıb.

QHT-lərə Dövlət Dəstəyi Şurası “Qeyri-hökumət təşkilatları (ictimai birliklər və fondlar) haqqında” qanuna dəyişiklik edilməsi məsələsini qaldırmış və Ədliyyə Nazirliyinə qeydiyyat üçün təqdim edilən qrant müqavilələrinin notarial qaydada təsdiqlənməsi ilə bağlı maddənin dəyişdirilməsi üçün təkliflər verərək onun yüngülləşdirilməsinə nail olub.

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası QHT qanunvericilik bazasının möhkəmləndirilməsi məqsədilə hazırladığı yeni qanun layihələrinin - “İctimai iştirakçılıq haqqında”, “Peşə birlikləri haqqında”, “Sosial Sifariş haqqında” qanun layihələri və Korporativ Sosial Məsuliyyət Xartiyasının ictimai müzakirəsini davam etdirib və “Sosial Sifariş haqqında” qanun layihəsinin Parlament tərəfindən qəbul edilməsi gözlənilməkdədir.

Yuxarıda adı çəkilən bu işlərin görülməsi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri, millət vəkili Azay Quliyevin rəhbərliyi altında Şuranın böyük əmək, əzm və yüksək bacarığı sayəsində əldə edilib.

Bu ilin mart ayından başlayacaq 4-cü mərhələ isə həm yarımçıq qalmış işlərin tamamalanması, həm də hələ də həllini gözləyən bir sıra məsələlərin həlli üçün daha çox səylərin göstərilməsi ilə müşaiyyət olunacaq.

QHT Əməkdaşlıq Alyansı Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına bu ay keçiriləcək seçkilərədə sözügedən Şuranın hazırkı sədri Azay Quliyevin namizədliyini müdafə edir və hesab edir ki, yarımçıq qalmış bir sıra məsələlər də onun rəhbərliyi ilə daha asan şəkildə həllini tapa bilər.

Alyans ümid edir ki, Yeni Şura dördüncü inkişaf mərhələsində aşağıda qeyd edilən məsələlərin həllində səylərini daha da gücləndirəcək:

1) "Sosial sığorta haqqında" qanuna əlavə və dəyişikliklərlə bağlı işlərini davam etdirəcək və QHT-lərin 22 faiz sosial sığorta ödəməkdən azad olunması məsələsini həll edəcəkdir,

2) Azərbaycanda QHT Evinin (başqa sözlə QHT İnkibatoru, yaxud İctimai Bina) tikilməsi üçün dövlətin sərmayə yatırmasına çalışacaq;

3) Hər bir nazirliyin tərkibində İctimai Komitələrin yaradılması məsələsinin QHT-lərə Dövlət Dəstəyi Şurasının əsasnaməsinə salınmasını və bu işin kordinasiyasını öz üzərinə götürəcək;

4) Sosial sahibkarlıq ideyasının inkişaf etdirilməsi və Özəl sektorun vətəndaş cəmiyyətinin inkişafına cəlb olunmasına çalışacaq;

5) QHT-lərin qeydiyyat probleminin həllinə dəstək verəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru