“Dedi ana, mənə halallıq ver…” .....                     Simonyan Belarusa “əyalət” dedi .....                     İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır .....                     Xəstəxanalarda niyə uzun növbələr yaranır? .....                     Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI .....                     İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                 

Afrin əməliyyatı Amerika üçün çətin sınağa çevrilir
Tarix: 25-01-2018, 08:51 | Çap et
Afrin əməliyyatı Amerika üçün çətin sınağa çevrilir
Türkiyə ordusunun Afrin rayonunun azad edilməsi məqsədilə başlatdığı “Zeytun budağı” əməliyyatı 6-cı gündür davam edir. Kürdlər gündüzlər gizlənsə də, gecələr fəallaşaraq müqavimət göstərməyə çalışırlar. Məsələ ondadır ki, Türkiyə ordusu havadan və qurudan artilleriya atəşi ilə kürd mövqelərini məhv edir, kürdlər isə gecələr bayıra çıxırlar.

Əməliyyatın 5-cü günü Ankarada prezident sarayında təşkil olunan toplantıda çıxış edən Rəcəb Tayyib Ərdoğan bildirib ki, əməliyyat başladıqdan bu günə qədər Türkiyə ordusu və müttəfiq qüvvələrin ümumilikdə 7-8 nəfər itkisi olub. Qarşı tərəfdən isə 268 nəfər məhv edilib. Ərdoğan ASO-nun irəlilədiyini və Afrin tamamilə təmizlənənə qədər əməliyyatın davam edəcəyini bildirib.

Türkiyə ordusunun yaydığı rəsmi məlumata əsasən yanvarın 24-dək Afrin əməliyyatında 3 hərbçi şəhid olub. Bunlar piyada gizir Musa Özalkan, baş leytenant Oğuz Kaan Usta və gizir Mehmet Muratdağıdır.

Baş nazir Binali Yıldırım bəyan edib ki, Afrində əməliyyatlar çərçivəsində 214 hədəf vurulub məhv edilib: “Ərazidə sonuncu terrorçu zərərsizləşdirilənə qədər əməliyyat davam edəcək”.

Türkiyə ordusu Afrində əməliyyat apardığı bir zamanda Ankarada hökumət aktiv diplomatiya aparır. Söhbət əməliyyatla bağlı mənfi rəylərin və əks-təbliğatın aparılmasının qarşısını almaqdan gedir. Həftənin əvvəlində Ərdoğan Rusiya prezidenti Putin, Fransa prezidenti Makronla telefonla danışıb və “Zeytun budağı” əməliyyatı haqqında məlumat verib.

Bundan başqa, xarici işlər naziri iki gün əvvəl Parisdə ABŞ dövlət katibi Reks Tuillersonla görüşüb. Bu görüşdən sonra açıqlama verilib ki, ABŞ prezidenti Trampın istəyi ilə ABŞ və Türkiyə prezidentləri arasında telefon danışığı aparılacaq.

Qeyd edək ki, Ərdoğan Putinlə telefon danışığından sonra bildirib ki, Suriya mövzusunda Rusiya ilə koordinasiyalı çalışırlar. Eyni zamanda Ərdoğanın Trampla görüşünün əsas mövzusu da Afrindəki vəziyyət olacaq.

Bu arada Türkiyə daxilində “Zeytun budağı” əməliyyatı əleyhinə təbliğat aparan şəxslərə qarşı əməliyyatlar davam edir. "Anadolu" agentliyi xəbər yayıb ki, Afrin əməliyyatı əleyhinə təbliğat apardığı üçün saxlanılan 150 nəfərdən 11-i barəsində həbs qərarı çıxarılıb. Saxlanılmaların əsas səbəbi sosial şəbəkələrdə “Zeytun budağı” əməliyyatı əleyhinə və PYD/PKK lehinə təbliğat aparmalarıdır.

Türkiyə ordusunun Almaniya istehsalı olan tanklarla Afrinə hücum etməsi bəzi alman siyasətçiləri narazı salıb. Əməliyyatda Almaniya istehsalı “Leopard” tanklarından istifadə olunur. Bir neçə partiyadan olan siyasətçilər hökumətə müraciət edərək Türkiyəyə tank satışını dayandırmağa çağırıblar. Baş nazir Merkelin partiyasından olan deputat Norbert Röttgen BBC-yə bildirib ki, Türkiyənin Afrin əməliyyatı qanunsuzdur. O hökuməti Ankaraya silah embarqosu tətbiq etməyə çağırıb.

Almaniya Sol Partiyanın Federal məclisdəki fraksiya sədri Sahra Wagenknecht bildirib ki, Afrin əməliyyatına cavab olaraq Konyadakı NATO bazasında xidmət edən Almaniya hərbçiləri geri çağırılmalıdır. Fraksiya sədri deyib ki, Konyadakı bazada AWACS kəşfiyyat təyyarələri tərəfindən əldə olunan kəşfiyyat bilgiləri Afrin əməliyyatında istifadə olunur. Almaniyada PKK həssaslığı yeni hadisə olmasa da, son zamanlarda mülayimləşməkdə olan Almaniya-Türkiyə münasibətlərinin yenidən pisləşəcəyini demək olar.

Daha bir diqqəti cəlb edən tendensiya isə Qərb mediasının mövqeyidir. Doğrudur, siyasi dairələr Türkiyənin Afrin əməliyyatına sözdə dəstək versələr də. Mediada fərqli ab-hava hiss olunur. Məsələn, ABŞ-ın nüfuzlu “Nyu York Tayms” qəzeti yayınladığı analitik məqaləsində Afrin əməliyyatının Türkiyənin mövqelərini gücləndirdiyi, bunun əksinə, ABŞ-ın mövqelərinin zəiflədiyini iddia edib. Qəzetin yazısında iddia olunur ki, Vaşinqton indi həm kürdləri qorumaq, həm də Türkiyə kimi müttəfiqini itirməmək arasında qalıb, çıxış yolu axtarır. Eyni zamanda Tramp hökumətinin Suriya kürdlərinə 30 min nəfərlik sərhəd mühafizə xidməti təşkil etməsi proqramının iflas etdiyini, Ankaranın ciddi təpkilərinə səbəb olduğunu qeyd edən məqalədə Ağ Evin indi bu iki həssas durum arasında seçim etməyə çalışdığını qeyd edib. Ancaq eyni zamanda Suriyada savaş meydanı daraldıqca bu ölçünü saxlamanın da çətinləşdiyi, manevr imkanlarının tükəndiyi, seçim etmək məcburiyyətinin yarandığı qeyd olunur. İndi Vaşinqton qarşısında iki seçim var. Birincisi, ya kürd silahlılarına dəstəyini böyük ölçüdə azaldacaq, bununla da kürdlər qarşısında xəyanətkar kimi görünəcək və planları pozulacaq, ya da NATO müttəfiqi Türkiyə ilə qarşıdurmaya girəcək.

Hələliksə Vaşinqton ikisi arasında manevr edir. Həm Afrin əməliyyatını dəstəkləyir, həm də kürdlərə dəstəyini davam etdirir. Ancaq bu durumun nə qədər davam edəcəyi bilinmir. Çünki Afrin əməliyyatı davam edir və irəliləyən zamanda ABŞ-ın daha konkret mövqe sərgiləməsi lazım gələcək. Maraqlıdır ki, Pentaqon Suriyanın şərqindəki kürd qüvvələrinə Afrinə keçməməklə bağlı xəbərdarlıq edib. Çünki belə olarsa, əməliyyatın miqyası və şiddəti daha da böyüyə bilər. Mümkündür ki, amerikalılar yaxın günlərdə kürdləri fakt qarşısında qalaraq Afrindən vaz keçməyə razı salsınlar və bununla da müəyyən müddətə Türkiyənin də maraqlarının təmin olunması və Suriyada kürdlərin mövqelərinin əsas Raqqa bölgəsində qorunub saxlanmasına nail olsunlar.
Musavat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Dedi ana, mənə halallıq ver…”
Bu gün, 11:24
Simonyan Belarusa “əyalət” dedi - Minksdən cavab
Bu gün, 11:19
İrəvan üçün kritik dövr: Ermənistanda Moskva-Brüssel qarşıdurması başlayır - İNCƏLƏMƏ
Bu gün, 11:16
Xəstəxanalarda niyə uzun növbələr yaranır? - BELƏ HARA GEDİRİK?
Bu gün, 11:04
Əməliyyat zamanı “qılınc oynadan” həkimin MƏHKƏMƏSİ BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 10:57
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru