“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                     Dostunun məhkəməsinə gəldi, özü həbs edildi .....                     Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... .....                     Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                     Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq .....                     “Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub .....                     Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur .....                     Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı .....                     Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir .....                     “Mehdiyev işi”ndə yeni gəlişmə .....                     "Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək .....                     İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır .....                     Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir .....                     Rusiya artıq müharibəni uduzub, çünki Putin... .....                     "İlhamə Novruzova bizi boğaza yığıb..." .....                     ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər .....                     Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi .....                     Naxçıvanda Milyonluq tender təxirə salındı .....                     Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... .....                     Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb .....                     ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib .....                     Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR .....                     Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR .....                     Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam .....                     Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! .....                     86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? .....                     İcra başçısının TAMAHI DAŞ KƏSİR... .....                     “Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... .....                     Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? .....                 

Kim Çen Ukraynaya verilən “zəmanət”in nəticəsini görür və...
Tarix: 15-06-2018, 08:17 | Çap et
Kim Çen Ukraynaya verilən “zəmanət”in nəticəsini görür və...
Ukraynadan fərqli olaraq, Şimali Koreya nüvə silahından ancaq beynəlxalq zəmanət qarşılığında imtina edə bilər.

Bunu Axar.az-a ABŞ və Şimali Koreya liderləri arasında imzalanan razılaşmanı şərh edən siyasi ekspert Natiq Cəfərli deyib. Ekspertin sözlərinə görə, nüvə silahından imtinası qarşılığında Şimali Koreyaya yalnız ABŞ tərəfindən təhlükəsizlik zəmanətinin verilməsi müqavilənin taleyini şübhə altında qoyur:

“ABŞ və Şimali Koreya lideri arasındakı tarixi görüş əslində nüvə silahına dair beynəlxalq təhlükəsizlik zəmanətinin alınmasına xidmət edirdi. Əsas problem də ondan ibarətdir ki, Şimali Koreya çox kasıb və həddindən artıq militarist bir ölkədir. Bu ölkə baş verəcək hər hansı bir hadisə zamanı 3 milyonluq ordu yığmağa qadirdir. Ona görə də Ukraynadan fərqli olaraq, Şimali Koreya nüvə silahından ancaq beynəlxalq zəmanət qarşılığında imtina edə bilər. Kim Çen İn bu tələbi ABŞ, Cənubi Koreya, Yaponiya və yaxud da digər koalisiyaların Şimali Koreyaya qarşı hər hansı əməliyyat başlada bilmə ehtimalına qarşı irəli sürüb. Şimali Koreya ABŞ, Çin və Rusiya ilə təhlükəsizlik zəmanətinə dair yalnız güclü bir saziş bağlamaqda maraqlıdır. Gələcəkdə sözügedən üç ölkənin iştirakı ilə belə bir müqavilənin imzalanması ehtimalı çox yüksəkdir. Açığı, Şimali Koreya bu məsələdə sırf ABŞ-a güvənmir, Ukraynanın taleyini yaşamamaq üçün də çox ehtiyatlı davranır. Şimali Koreyanın tələb etdiyi beynəlxalq zəmanət paketində beynəlxalq strukturlar, BMT, regional və dünya liderləri tərəfindən də müqavilənin dəstəklənməsi tələb olunur”.

Ekspert bildirib ki, əgər belə bir müqavilə imzalanarsa, ilk növbədə Şimali Koreyaya tətbiq olunmuş sanksiyaların ləğv olunması gündəmə gələcək:

“Eyni zamanda, Şimali Koreyaya iqtisadi yardımlar ediləcək. Bu yardımlar artdıqca Şimali Koreya əhalisi özündə və ölkədə ciddi dəyişikliklər hiss edəcək. Bu uzun proses çox güman ki, 5-10 il çəkəcək və gələcəkdə Şimali və Cənubi Koreyanın əvvəlcə konfederasiya, daha sonra isə vahid dövlət şəklində birləşməsi ilə nəticələnə bilər. Ancaq indiki şəraitdə hər iki ölkənin cəmiyyəti buna hazır deyil. Əsasən də Şimali Koreya cəmiyyətində cənuba qarşı nifrət, Cənub Koreyada isə şimala qarşı qorxu toxumu səpilib. İlk növbədə bu stereotiplər qırılmalıdır. Fikir verin, SSRİ dağılarkən Rusiyanın Qazaxıstan, Belarus və Ukraynada torpaq iddiaları qalmışdı. Çünki Sovetlər zamanı bir çox hissələr həmin respublikalara keçmişdi. Atom silahından imtina onların həmin sərhədlər çərçivəsində tanınmasının şərtlərindən biri idi. Əslində, bu baş verdi və hər üç ölkə SSRİ-nin tərkibində olan sərhədlərlə tanındı, ancaq sonradan Ukrayna ilə bağlı proseslər Krımın işğalı ilə nəticələndi. Burada zəmanətçi kimi çıxış edən Böyük Britaniya və ABŞ-ın Rusiyaya qarşı sanksiyaları da məhz bunun nəticəsidir. Ən böyük səbəb də Rusiyanın həmin anlaşmanı yerinə yetirməyərək Ukraynanın ərazisinin bir hissəsini işğal etməsi idi. Əslində, beynəlxalq reaksiya ciddi oldu, sadəcə nüvə dövləti olan Rusiyaya qarşı müharibə elan etmək mümkün deyil. Bu fonda Rusiyaya qarşı ciddi sanksiyalar Ukraynanın ərazi bütövlüyü bərpa olunana qədər davam edəcək”.

N.Cəfərli bildirib ki, Kim Çen İn də məhz bu təhlükəni anlayaraq daha işlək bir modelin qurulmasına çalışır:

“ABŞ, Çin və Rusiya zəmanət versə, Şimali Koreya daha rahat hərəkət edə bilər. Sözügedən üç böyük güc Şimali Koreya ərazisində hər hansı bir müharibə ehtimalını və bunun böyük güclərin toqquşması ilə nəticələnəcəyini nəzərə alsalar, verdikləri zəmanətin arxasında duracaqlar. Şimali Koreya da anlayır ki, uzun zaman belə qapalı rejimdə fəaliyyət mümkün deyil. Çünki Şimali Koreya dünyada adambaşına ən az ÜDM düşən ölkələrdən biridir. Belə bir iqtisadi durumda Şimali Koreya uzun zaman davam gətirə bilməz. Ona görə də açılıma getmək Şimali Koreyaya da sərf edir. Hətta Cənubi Koreya şirkətlərinin indidən Şimali Koreya ilə bağlı arzularını ifadə etməsi diqqətdən yayınmır. Bunun üçün isə ümumi siyasi anlaşma lazımdır. Əgər zəmanətçi ölkələr sözlərinin üstündə dursalar, Şimali Koreya yaxın aylarda dünyaya açıla bilər”.

Qeyd edək ki, ABŞ və Şimali Koreya liderləri arasında baş tutan tarixi görüş nəticəsində ABŞ Şimali Koreyaya nüvə silahından imtinası qarşılığında təhlükəsizlik zəmanəti verəcəyini bəyan edib.

Bundan öncə tarixdə də belə bir hadisə olub. Belə ki, Ukraynanın nüvə silahlarından imtinası qarşılığında Budapeşt memorandumu imzalanıb. Bu memoranduma əsasən, Ukraynaya nüvə silahından imtinası qarşılığında Britaniya, ABŞ və Rusiya tərəfindən təhlükəsizlik zəmanəti verilib. Lakin 2014-cü ildə bu memorandumun şərtləri pozuldu və zamin ölkələrdən biri olan Rusiya özü Ukrayna ərazisini işğal etdi.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
"İlhamə Novruzova bizi boğaza yığıb..." - ETİRAZ VAR!
Bu gün, 08:00
ABŞ-nin “Azadlıq layihəsi” əməliyyatı Hörmüz boğazını açmaya bilər - KİV
Bu gün, 07:43
Pasiyentinin çılpaq görüntülərini paylaşan həkim intihara cəhd etdi
Bu gün, 07:42
Naxçıvanda Milyonluq tender təxirə salındı - SƏBƏB
Bu gün, 07:38
Artmayan maaş... İNDİ DƏ TOTAL İXTİSARLAR... - BU NƏDİ BELƏ?
Bu gün, 07:19
Çin və İran XİN rəhbərləri Pekində danışıqlara başlayıb
Bu gün, 07:03
ABŞ ordusu Sakit okeanda daha bir qayığa zərbə endirib - KİV
Bu gün, 06:42
Başçıdan kömək istəyənin AĞZINDAN VURURLAR - MÜRACİƏT
Bu gün, 06:39
Ali Məhkəmə məmur özbaşınalığını BELƏ RƏSMİLƏŞDİRİR - NARAZILIQ VAR...
Bu gün, 06:34
Məmurlardan şikayətlər almaq üçün portal yaradacağam - Vuçiç
Bu gün, 06:22
Burda pulun varsa... ÇALIŞ ÖLMƏ! - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:12
86 yaşlı qadını evindən çıxarmağa çalışan "Lux Residence" məhkəmə ilə "anlaşıb"? – ŞOK İDDİALAR
Bu gün, 06:00
İcra başçısının TAMAHI DAŞ KƏSİR... - BU NƏDİ BELƏ?
Bu gün, 05:49
“Körpü Bina Tikinti”dən şikayət: Məcburi iş... ağır xəsarət... - NARAZILIQ VAR...
Bu gün, 05:35
Bağışlanan 1 milyard ADY-də nəyi, necə dəyişdi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:28
Rusiya Ukrayna ilə bağlı məhsuldar danışıqlara hazırdır - Zaxarova
Bu gün, 05:26
APARAT RƏHBƏRİ SEKTOR MÜDİRİ TƏYİN EDİLDİ - ƏMR
Bu gün, 05:24
Qarabağın quruculuğunda LEYSAN ƏNGƏLİ - ARAŞDIRMA
Bu gün, 05:22
"Müəllim psixoloqun işini görməməlidir" - ÇAĞIRIŞ
Bu gün, 05:17
İflasdan sonra müəmmalı satışlar – milyonluq əmlaklar hara yoxa çıxdı?
Bu gün, 05:14
"Güneyin gələcək taleyi ilə bağlı yekdil fikir və həmrəylik yoxdur" - ŞƏRH
Bu gün, 05:03
Lalə Azərtaşdan yeni veriliş
Bu gün, 05:01
Paşinyan hökuməti üçün sınaq DÖVRÜ - İNCƏLƏMƏ
Bu gün, 04:58
Ermənistan böyük güclərin oyun meydanına çevrilib - FAKT BUDUR!
Bu gün, 04:56
Sülhü sabotaj cəhdinə SON - GƏLİŞMƏ
Bu gün, 04:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru