İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib .....                     “Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” .....                     Paşinyan Moskvada parada getməyəcək .....                     Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb .....                     “TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, .....                     “Qaçqınkom” Goranboyda bina təmir edəcək: .....                     Nikol Paşinyan məzuniyyətə çıxır .....                     Medvedyev Varşavanın gələcək taleyini açıqladı: .....                     “TuranBank”da yeni təyinat olub .....                     İcra başçısı sektor müdirini vəzifədən azad edib .....                     "Heç necə açırlar onu belə bacarmıram" .....                     “Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” .....                     Ankaranın ABŞ-da lobbi fəaliyyəti .....                     Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir .....                     Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? .....                     Kəndlini bazara buraxmırlar .....                     Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir .....                     “Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..." .....                     “Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır .....                     Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? .....                     Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı .....                     Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir .....                     ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq .....                     “Finans Kredit” BOKT niyə geriləyir? .....                     Səhnənin imtina etdiyi müğənni-aktrisamız .....                     "Bank Respublika" qaydaları pozdu .....                     Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə .....                     “Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” .....                     Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır .....                     Abit Əliyevi bu şirkətlərə bağlayan nədir .....                     Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar .....                     Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… .....                     Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... .....                     Zaur Axundova ağır itki .....                     SEPAH İraqda kürd bazalarını vurdu .....                     Şərab zavodunun səhmdarlarının illik ümumi yığıncağının keçiriləcək .....                     Səyyad Aranın adına saxta tik tok profili açılıb .....                     4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var .....                     Görün, millətə hansı suyu içirdirlər... .....                     Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... .....                 

Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Tarix: 20-11-2018, 09:42 | Çap et
Suriya hökuməti İdlibdə əməliyyata hazırlaşır, Putin razılıq verəcəkmi...
Noyabrın 10-da ABŞ-ın rəhbərlik etdiyi beynəlxalq koalisiya aviasiyasının Fəratın şərq sahilində yerləşən Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində 26 nəfər həyatını itirib. Bu barədə Suriya mediası İnsan Haqları Müşahidə Evi məlumat yayıb. Məlumatda bildirilir ki, koalisiya təyyarələri İŞİD-in ön mövqelərinə hücum etsələr də, dinc vətəndaşların evlərini bombalayıblar.

Ancaq amerikalılar məlumatı təsdiq etmir. Vaşinqton mülki itkilərin olmadığını, hava zərbələrinin əsasən İŞİD mövqelərinə endirildiyini bəyan edib.

Lakin bu ittihamlar ilk dəfə deyil. Oktyabrın 24-də koalisiya aviasiyası Deyr əz-Zor vilayətində məscidi bombalamışdı. Bu məsələ xeyli böyüdükdən sonra ABŞ ordusunun nümayəndəsi polkovnik Şon Rayan deyib ki, koalisiyanın oktyabrın 24-də endirdiyi zərbə İŞİD-ə məxsus olan və kürdlərə qarşı hücumda istifadə olunan nöqtələrə edilib. Belə nöqtələrdən biri də sözügedən məscid olub. ABŞ Quru qoşunları komandanlığının qiymətləndirməsinə görə, zərbə endirilən zaman məsciddə yalnız İŞİD yaraqlıları olub.

Qeyd edək ki, hazırda Suriyanın şərq rayonlarında çöllük bölgələrdə hələ də İŞİD-in nəzarətində olan kiçik bölgələr var və burada zaman-zaman ABŞ-ın himayə etdiyi kürd silahlıları ilə toqquşmalar baş verir. Çünki bu bölgə Suriyada neft və qaz istehsal olunan əsas yerdir və bu baxımdan indi bütün tərəflər bu bölgəyə nəzarət etməyə çalışır. Bu ilin fevralında da Rusiyaya məxsus silahlılar məhz burada ABŞ koalisiyası ilə rus “Vaqner” qrupunun silahlıları arasında toqquşma baş vermiş və yüzdən çox rus silahlısı öldürülmüşdü.

Hazırda Suriya ordusu da ölkənin şərqindəki İŞİD mövqelərinə qarşı kiçik miqyasda əməliyyatları davam etdirir. Belə görünür ki, kürdlər ABŞ ordusunun (Beynəlxalq İŞİD əleyhinə koalisiya - K.R.) dəstəyi ilə Deyr əz-Zor və ətrafındakı İŞİD nöqtələrini ələ keçirmək və bölgədə möhkəmlənməyə çalışırlar. Çünki hazırda Dəməşq gücləri İdlib ətrafında qalıb. Deyr əz-Zor isə bütün parametrləri ilə ABŞ ordusu və kürdlərin əsas maraq dairəsindədir. Çünki indi hər kəsə aydındır ki, İdlib ətrafında sular durulduqdan sonra Suriya hakimiyyəti üzünü kürdlərə tərəf çevirəcək.

Bu arada ötən həftə Londonda dərc olunan ərəb dilli “Ray əl-Yaum” qəzeti Suriya hökumət qüvvələrini İdlib ətrafına topladığını yazıb. Qəzet mənbələrə istinadən yaxın günlərdə İdlibdə əməliyyatların başlaya biləcəyini iddia edir.

Məsələ ondadır ki, son həftələrdə Soçi anlaşmasının icrası yubadılır. Eləcə də bölgəyə yerləşən Suriya ordusu qüvvələrinə hücumların sayı artıb. Rusiya XİN isə silahlı qrupların İdlibdə atəşkəslə bağlı müvafiq Rusiya-Türkiyə anlaşmasına riayət olunmadığını, silahlıların hökumət qüvvələrini təxribata çəkdiyini qeyd edib.

Bu barədə İran XİN rəhbərinin bir neçə gün əvvəl Moskva səfərində də müzakirələr aparılıb. Ərəb mənbələri isə hazırda İran və Suriya hökumətlərinin Rusiyanı İdlibdə əməliyyatın keçirilməsinə inandırmağa çalışdığını yazır. Əsas arqument isə qarşı tərəfin, yəni Türkiyənin və silahlı qrupların müvafiq öhdəlikləri icra etmədiyi ilə bağlıdır.

Yeri gəlmişkən, noyabrın 19-da İstanbula, “Türk axını” layihəsinin açılış mərasiminə gələn Rusiya prezidentinin günortadan sonra Soçiyə uçacağı bildirilir. Rusiya prezidentinin burada ordu komandanlığı ilə müzakirələr aparacağı, silahlı qüvvələrin yenidən qurulması istiqamətində qərarlar qəbul edəcəyi bildirilir. Ehtimal ki, Putin İstanbulda və daha sonra Soçidə Suriya məsələsi, xüsusən də İdlibin taleyi ilə bağlı müzakirələr aparacaq. Ankaranın İdlib atəşkəsi ilə bağlı öhdəlikləri yerinə yetirməsini istəyəcək. Türkiyə hakimiyyəti isə hələlik görünən odur ki, İdlibdəki fərqli ölkələrin təsiri altında olan silahlı qruplarla anlaşa bilmir. Ötən gün Türkiyə ordusunun Suriyada nəzarət etdiyi bölgələrdə qarət və ordudan yayınma hallarına qarşı mübarizə məqsədilə reydlər başlatdığı haqda xəbərlər yayılıb. Ehtimal ki, pərakəndə, əsasən maraq qruplarından formalaşan və fərqli ölkələrin təsiri altında olan bu silahlı qruplar Türkiyənin İdlibdəki siyasətinə problem yaratmağa başlayıb. İndi Ankaranın qarşısında dayanan əsas vəzifə ilk növbədə bu qrupları nəzarət altına almaq, tabe olmayan qrupları isə kənarlaşdırmaq və mümkün qədər sürətli şəkildə atəşkəs anlaşmasının icrasını təmin etməkdir. Əks təqdirdə Ankaranın İdlibdəki planları pozula bilər. Çünki hazırda hərbi və siyasi baxımdan xeyli güclənən və getdikcə regionda daha çox ölkə ilə əlaqələrini qaydaya salan Bəşər Əsəd qarşısında İdlib əsas maneələrdən birinə çevrilib.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İcra başçısı xəstəxanada müalicə olunan şəhid atalarını və qaziləri ziyarət edib - FOTO
Bu gün, 13:32
“Atamın barelyefini binaya vurmağa icazə vermədilər, amma başqa sənətkarların...” - xalq artistinin qızından ETİRAZ
Bu gün, 13:29
Paşinyan Moskvada parada getməyəcək
Bu gün, 13:25
Pezeşkianın Makronla telefon danışığının detalları açıqlanıb
Bu gün, 13:23
“TikTok”da ictimaiyyətə çox mənfi çalarlı ünsiyyət təqdim olunur, əxlaqsızlıq, zorakılıq, bədbinlik...
Bu gün, 13:17
“Qaçqınkom” Goranboyda bina təmir edəcək: - 468 min manatlıq tender
Bu gün, 13:15
Nikol Paşinyan məzuniyyətə çıxır - KİV
Bu gün, 13:07
Medvedyev Varşavanın gələcək taleyini açıqladı: - Ya rəzil vassal olacaq, ya da...
Bu gün, 13:05
“TuranBank”da yeni təyinat olub - BUNDAN SONRA
Bu gün, 13:01
İcra başçısı sektor müdirini vəzifədən azad edib - FOTO
Bu gün, 12:58
"Heç necə açırlar onu belə bacarmıram" - Şeyx Əbdül
Bu gün, 12:55
“Qəfildən çığırtı gəldi, baxdım ortalıq qan gölünə döndü” - "Ay Beauty" İŞİ
Bu gün, 12:41
Ankaranın ABŞ-da lobbi fəaliyyəti - bəs Azərbaycan?
Bu gün, 12:34
Vaşinqton bu səbəbdən Pekinin İrandakı rejimə təsir etməsini istəyir - İNCƏLƏMƏ
Bu gün, 12:32
Məhkəmə Sabunçu Rayon İcra Hakimiyyətini haqsız hesab etdi: vətəndaşa sənədi niyə vermir? - TƏFƏRRÜAT
Bu gün, 12:23
Kəndlini bazara buraxmırlar - ŞƏRH
Bu gün, 12:19
Polkovnik Mayis Orucəliyev 1 milyonluq mənimsəmədə ittiham edilir - Ölümündən sonra
Bu gün, 12:17
“Özünü aşağılayırsan sazı yox, səni toya baş oynatmağa çağırıblar yoxsa..."
Bu gün, 12:08
“Triumf Palace”ın sakinləri transformatorun səsindən narahatdır – MTK problemin aradan qaldırılacağını deyir
Bu gün, 12:06
Paşinyana “qəddar dost” dəstəyi: Avropa İttifaqının məqsədi nədir? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 12:04
Elçin Şıxlı İsmayıl Zalovun AJB-yə üzv qəbul edilməsindən danışdı - “Vacib deyil ki, peşəkar jurnalist olasınız...”
Bu gün, 12:01
Turizm Agentliyi daha 9 ölkədən jurnalist və blogerlər gətirir - SİYAHI
Bu gün, 11:59
ABŞ-nin istənilən səhvinə cavabımız sərt olacaq - Xameneinin müavini
Bu gün, 11:47
“Finans Kredit” BOKT niyə geriləyir? - TƏFƏRRÜAT
Bu gün, 11:42
Səhnənin imtina etdiyi müğənni-aktrisamız - Orxan Saffari yazır...
Bu gün, 11:41
"Bank Respublika" qaydaları pozdu - Mərkəzi Bank məcburi sərəncam verdi
Bu gün, 11:39
Paytaxtın məşhur xəstəxanasında acınacaqlı mənzərə - VİDEO
Bu gün, 11:37
“Bakı 150 milyardlıq məhkəmə iddialarını bərpa edir” İDDİASI
Bu gün, 11:30
Elşən Salahov “Şəhərsalma və Memarlıq İli”nə belə hazırlaşır - Xəzər rayonunda qanunsuz tikinti
Bu gün, 11:20
Abit Əliyevi bu şirkətlərə bağlayan nədir – Təmir-tikinti işləri, yoxsa…
Bu gün, 11:12
Azərbaycanlılar Ermənistanda sərbəst dolaşırlar - Petrosyan
Bu gün, 11:06
Elə düşünürdüm ki, müharibə yenidən baş verməyəcək… - GİLEY
Bu gün, 11:01
Burda işə düzəlməyin də QİYMƏTİNİ QALDIRIBLAR... - "Rüşvət vermədiyim üçün məni aylarla süründürürlər..."
Bu gün, 10:53
Zaur Axundova ağır itki
Bu gün, 10:47
SEPAH İraqda kürd bazalarını vurdu - İran mediası
Bu gün, 10:46
Şərab zavodunun səhmdarlarının illik ümumi yığıncağının keçiriləcək
Bu gün, 10:45
Səyyad Aranın adına saxta tik tok profili açılıb - AÇIQLAMA
Bu gün, 10:41
4 manatlıq şirkətin 1 milyon manat vergi borcu var
Bu gün, 10:21
Görün, millətə hansı suyu içirdirlər... - FOTOFAKT
Bu gün, 10:11
Müştəriyə “bu gün ödəməlisən” ULTİMATUMU... - GİLEY
Bu gün, 10:05
“Tapançalı “lotular”ın göstərişi ilə 550 minə qol çəkmişəm” deyən iş adamı ilə bağlı QƏRAR
Bu gün, 10:01
Xalq artisti “TikTok”da hesab açdı
Bu gün, 09:06
Məhkəmə rüşvətə görə həbs edilən eks-baş həkimlə bağlı qərar verdi
Bu gün, 09:02
"Sən məni təhqir edə bilməzsən, ixtiyarın yoxdur"
Bu gün, 08:20
Qurban bayramında ətin qiyməti belə dəyişəcək – Əhaliyə çağırış edildi
Bu gün, 08:17
Xalqımızın xilaskarı: Heydər Əliyev - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Dahi rəhbər, xilaskar dövlət xadimi, milli lider - MƏQALƏ
Bu gün, 08:11
Avropa İttifaqı-ABŞ ticarət sazişi hələ tam hazır deyil - KİV
Bu gün, 08:10
1 saylı Tibb Mərkəzində TƏHLÜKƏLİ DURUM... - SƏN DEMƏ...
Bu gün, 08:08
Biləsuvarda iki gənc bıçaqlanıb, birinin vəziyyəti ağırdır - TƏFƏRRÜAT
Bu gün, 07:52
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru