Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 8-dən məzuniyyətə çıxır.
"Report" Ermənistan mətbuatına istinadən xəbər verir ki, o, bunu hökumətin iclasında elan edib.
Paşinyan seçkiqabağı kampaniyada iştirak etmək üçün məzuniyyətə çıxdığını bildirib.
İyunun 7-də Ermənistanda keçiriləcək parlament seçkiləri ilə bağlı seçkiqabağı kampaniyaya bu gün start verilir.










