Xalq artisti, kinorejissor, ssenarist və aktyor Əbdül Mahmudovun (Şeyx Əbdül) “TikTok” hesabı açması ilə bağlı məlumat yayılıb.
“Yeni Sabah”a danışan Xalq artisti bunu təkzib edib.
O bildirib ki, “TikTok”da özünə hesab açmayıb: pizza sifarişi
“Bunu birinci dəfədir eşidirəm. Vallah açmamışam. Heç necə açırlar onu belə bacarmıram. Ümumiyyətlə, bu barədə düşünməmişəm. Yalan söhbətdir. Ancaq yaxşı ideyadır, açmaq olar”.
Qeyd edək ki, əvvəllər Ş.Mahmudov “TikTok”un arzuolunmaz platforma olduğunu demişdi. O bildirmişdi ki, həmin platformada milli-mənəvi dəyərlərimiz, tariximiz, ideologiyamızla bağlı böyük rüsvayçılıqlar, biabırçılıqlar var. Ona görə də Xalq artistinin “TikTok”da hesab açması ilə bağlı xəbər maraqla qarşılanıb.










