Çətin anlarda həmişə işçilərimin yanında olmuşam .....                     Sentyabrda dəhşətli müharibə: .....                     Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: .....                     Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir .....                     Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib .....                     İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər .....                     "Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" .....                     Daha 4 tiktoker tutuldu .....                     Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır .....                     Simonyan Belarus XİN-in etiraz notasından danışıb: .....                     ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib .....                     Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! .....                     Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur .....                     Nazir sabiq müşavirini lisey direktoru təyin etdi .....                     FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir .....                     Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında .....                     Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək .....                     İlqar Bayramlı vərəm faktını niyə gizlədir? .....                     Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə .....                     Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib .....                     Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? .....                     Meloninin Bakıdan İran mesajı .....                     Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər .....                     Sirkə turşusu içən "estetik" həkimin .....                     Qarabağ ermənisinə Rusiya pasportu verildi .....                     “Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu .....                     Dostunun məhkəməsinə gəldi, özü həbs edildi .....                     Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... .....                     Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi .....                     Muzdlu lobbiçinin “ekspert rəyləri” .....                     Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? .....                     Yeni sahibkar kimləri işdən çıxara bilər? .....                     “Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır .....                     Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi .....                     Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə .....                     "Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." .....                     Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya .....                     “Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? .....                     Eldar Əzizov rəisi işdən çıxardı .....                     Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb .....                 

“Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...” - deputat
Tarix: 10-10-2020, 08:30 | Çap et
“Ermənilərin bizə qarşı cinayətlərini unutmuruq, amma bu, o demək deyil ki...”
Oktyabrın 7-də döyüş bölgəsindən təxliyə olunaraq Bakıya göndərilən erməni qadın Aznif Baqdasaryan özünü mağaza satıcısı kimi təqdim etmişdi. O, Bakıdakı mətbuat konfransında bildirib ki, Azərbaycan xalqının erməni xalqı ilə heç bir işi yoxdur, sadəcə, məqsəd işğal altındakı torpaqları azad etməkdir: “Prezident ilham Əliyevin də bəyan etdiyi kimi, Azərbaycan Ordusunun dinc əhali ilə heç bir işi yoxdur”.

Erməni qadın, eyni zamanda mülki şəxs kimi ona isti münasibət göstərildiyini, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndələrinin də onunla mehriban davrandığını söyləyib: “Mənə xoş xatirələrimin olduğu Bakını göstərdilər, nənəmgilin yaşadığı evi göstərdilər. Çay içdik, qutab, paxlava yedik. Sizin qutab, paxlava mənim xoşuma gəlir, dünyanın ən yaxşı qutab və paxlavası sizindir. İki xalqın yenə dostluq və sülh şəraitində yaşamasını istəyirəm”.

Lakin bir qədər sonra erməni qadının hərbi formada, erməni əsgərləri ilə fotosu, Azərbaycana qarşı fikirlərini ifadə etdiyi sosial media hesabı üzə çıxdı. Qızğın döyüşlər getdiyi, cəbhədən qələbə xəbərləri ilə yanaşı, şəhid xəbərləri də aldığımız bu günlərdə erməni qadına göstərilən bu humanizm, eyni zamanda da mülki şəxs kimi təqdim edildiyi halda, hərbi formada fotolarının yayımlanması ilə sosial media istifadəçiləri azasında qızğın müzakirələr başladı, bir çox insan ona göstərilən hümanist münasibəti yersiz hesab edərək qınadı.

Mövzu ilə bağlı AYNA-ya danışan Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədr müavini Jalə Əliyeva hesab edir ki, bu gün əsas olan erməni qadının öz dili ilə bizim əsgərlərə və xalqımıza söylədiyi fikirlərdir: “Əvvəla, bunu demək lazımdır ki, erməni qadının bizim əsgərlər qarşısında işlətdiyi ifadə - “Evinizə xoş gəlmisiniz” elə özü həqiqəti tamlığı ilə ortaya qoyur. Erməni qadının dilindən çıxan bu ifadə Ermənistan rəhbərliyinə, işğalçı orduya, eyni zamanda da bütün dünyaya bir mesajdır ki, Azərbaycan əsgəri öz torpağındadır, öz torpağına xoş gəlib. Düşünürəm ki, onun mətbuat konfransında ifadə etdiyi fikirlər də bizim fikirlərin davamı kimi qiymətləndirilməlidir. Və həqiqətən də bütün dünyaya Azərbaycanın bu müharibədə mövqeyini, sülhpərvərliyini, tolerantlığını, humanistliyini elə Ermənistan vətəndaşının öz dilindən bəyan etmiş oldu”.

Deputat erməni qadına göstərilən xoş münasibətin cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaması məsələsinə də münasibət bildirib: “O qadına burada xoş münasibət bəslənilməsi, verilən məlumatlara görə, bir vaxtlar yaşadığı evin göstərilməsi və s. təbii ki, cəmiyyətimiz tərəfindən birmənalı qarşılanmaya bilər. Çünki insanımız bu gün 30 ilin yaşatdığı ağrı-acılar, itkilərlə silahlanıb və tez bir zamanda torpağını azad, bütöv görmək arzusundadır. Əsgər, şəhid analarımızın qəlbinin dərinliyində müharibənin səbəbkarı olan Ermənistan tərəfə, erməni işğalçılarına qarşı böyük nifrət var. Buna görə də biz həmin vətəndaşlarımızı da başa düşürük, əsir erməni qadına qarşı xoş rəftarın sosial şəbəkədə müzakirə olunması, bəzi hallarda tənqid edilməsi də normal haldır”.

“Lakin düşünürəm ki, tənqid edənlər, bir qədər, hətta aqressiv yanaşanlar anlamalıdırlar ki, azərbaycanlının ermənidən fərqi elə bundadır. Biz, əlbəttə ki, erməninin bizə qarşı Xocalıda, Laçında, Xocavənddə, Kəlbəcərdə, Qubadlıda, Cəbrayılda etdiklərini unutmuruq, unutmayacağıq da, lakin bu, o demək deyil ki, biz özümüzü erməni vandalı, faşisti kimi aparmalıyıq. Lüğətdəki bütün aqressiv ifadələr Ermənistanın, onun rəhbərliyinin, ordusunun, xalqının üzərindədir. Belə olduğu halda, biz, axı erməni ilə eyniləşdirilə bilmərik. Ali Baş Komandanımız İlham Əliyevin də dediyi kimi, bu gün Azərbaycan Ordusu öz torpağında, öz torpağının bütövlüyü, öz xalqının təhlükəsizliyi uğrunda mübarizə aparır. Erməni əsgər isə özgəsinin torpağındadır. Elə bu fərqə istinad edərək, biz erməni əsirinə qarşı xoş münasibətə olan tənqidi fikirlərimizdən də geri çəkilməliyik. Buna görə ki, bizim erməni ilə fərqimiz bundadır”, - Əliyeva vurğulayıb.

“Biz 30 il dözdük, səbrlə sülh danışıqlarını gözlədik. Qan axıdılmasını istəmədik. Hətta, bu məqamı da vurğulayım ki, döyüşlərin ən gərgin günlərində, artıq düşmən tərəfi çox itki verməyə başlayarkən, Azərbaycan Ermənistan ordusunun rəhbərliyinə ultimatum da göndərdi ki, əsgərlərinizi geri çəkin, biz əks-hücum edəcəyik, hücum taktikamızı davam etdirdiyimiz zaman çox sayda itki verəcəksiniz. Müharibənin odu-alovu içərisində belə, Azərbaycan öz humanizmini yenə də qorudu. Bu humanizm xalqımıza xas olan bir xislətdir. Düşünürəm ki, ən böyük fərqimiz də elə budur. Erməni aqressordur, Azərbaycan xalqı heç bir zaman müharibə istəməyib. Bizə dil uzadanlara beynəlxalq müstəvidə cavab verməyimiz üçün səbrli davranmağımız, düşünərək addım atmağımız xalq olaraq çox vacibdir. Bugünlərdə hansısa provakasiyalara uymaq olmaz”, - deyə, müsahibimiz əlavə edib.

J.Əliyeva əsir qadının sonradan sosial şəbəkədə hərbi geyimdə yayılan foroları və bu müstəvidə həmin qadının agent olub-olmaması ilə bağlı gedən müzakirələrə belə münasibət bildirib: “Agent olub-olmaması təxmini fikirlərdir. Əgər həmin qadının agent olması ilə bağlı hansısa fakt olarsa, o zaman biz, əlbəttə ki, o məsələ ətrafında da söhbət edə, müzakirələr apara bilərik. Təbii ki, bu da ola bilər, amma belə olmuş olsa belə, bizim üçün önəmli olan odur ki, faktiki olaraq bu insan öz dili ilə Azərbaycan əsgərinə “Öz torpağına xoş gəlmisən” deyir. Konfransda da Azərbaycana ona göstərilən hümanistliyə görə təşəkkürünü bildirir. Bizim üçün bu gün erməninin dilindən çıxan bu fikirlər əsas olmalıdır. Fikrimizi də bu istiqamətə yönləndirməliyik”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Çətin anlarda həmişə işçilərimin yanında olmuşam - Əliqismət Lalayev
Bu gün, 15:37
Sentyabrda dəhşətli müharibə: - Ermənistanı silkələyən xəbər
Bu gün, 15:29
Fermer ucuzluqdan, alıcı bahalıqdan narazıdır: - "Kim nə versə..."
Bu gün, 15:23
Görünən odur ki, Avropada Azərbaycana maraq daha da güclənir - Tofiq Zülfüqarov
Bu gün, 15:18
Bu ilin ilk 3 ayında azərbaycanlılar Türkiyədə 65 şirkət təsis edib - DETALLAR
Bu gün, 15:12
İran və ABŞ Hörmüz boğazındakı məhdudiyyətləri aradan qaldıra bilər - "Axios"
Bu gün, 14:59
"Özüm araşdırmışam və əmin olmuşam ki, bu adda yer yoxdur" - deputat
Bu gün, 14:58
Daha 4 tiktoker tutuldu
Bu gün, 14:45
Bolşeviklərin adlarını daşıyan küçə adlarının dəyişdirilməsi məsələsinə yenidən baxılmalıdır - deputat
Bu gün, 14:42
Simonyan Belarus XİN-in etiraz notasından danışıb: - Ermənistan heç vaxt quberniyaya çevrilməyəcək
Bu gün, 13:19
ABB-nin vəzifəli şəxsi qadın müştərini tanışlıq üçün narahat edib - TƏFƏRRÜAT
Bu gün, 13:12
Tikintinin içndə "Norm" varsa... DEMƏK, TƏHLÜKƏ VAR!!! - Beton bərkimir, çəki azdır, qablaşdırma keyfiyyətsizdir, qiyməti artırıblar
Bu gün, 13:01
Kallasın səfəri anti-Azərbaycan ritorikasını kölgədə qoyur - ŞƏRH
Bu gün, 12:54
Nazir sabiq müşavirini lisey direktoru təyin etdi - FOTO
Bu gün, 12:48
FAKT: Şəhid ailələrinə verilən mənzillərin sahəsi ölkə ortalamasından da kiçikdir - SİYAHI
Bu gün, 12:43
Dövlət Xidmətinin hərbçisi yenidən məhkəmə qarşısında
Bu gün, 12:27
Qərb küləyi bəzi yerlərdə arabir güclənəcək - belə deyirlər...
Bu gün, 12:19
İlqar Bayramlı vərəm faktını niyə gizlədir? - Əsas korpus bağlanıb, dərslər online keçirlir
Bu gün, 12:17
Nizami rayonunda qəzalı binaya əlavə artırma: Sakinlər təhlükədə - VİDEO
Bu gün, 12:07
Taleh Kazımov "Yelo Bank"a sanksiya məsələsinə aydınlıq gətirib
Bu gün, 11:56
Qarabağda tikilən evlər niyə rəsmi statistikaya salınmır? - İLGİNC
Bu gün, 11:44
Meloninin Bakıdan İran mesajı – Nə demək istədi...
Bu gün, 11:43
Mövlud Çavuşoğlunun qardaşını güllələyiblər
Bu gün, 11:36
Sirkə turşusu içən "estetik" həkimin SON DURUMU
Bu gün, 11:35
Qarabağ ermənisinə Rusiya pasportu verildi
Bu gün, 11:30
“Topaz” müştərinin 77 min manatlıq uduşunu vermədi, məhkəmədə uduzdu - Detallar
Bu gün, 11:19
Dostunun məhkəməsinə gəldi, özü həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 11:12
Naxçıvan gömrüyündə MONOPOLİST AB-HAVA... - AXI NİYƏ?
Bu gün, 11:06
Yeddi uşağın ölüm işi: vəkillərə çıxış etmək üçün vaxt verildi - MƏHKƏMƏ
Bu gün, 10:57
Muzdlu lobbiçinin “ekspert rəyləri” - NATO-nun imicinə zərbə
Bu gün, 10:48
Azərbaycanda və region ölkələrində iqtisadi vəziyyət necə dəyişir? - ARAŞDIRMA
Bu gün, 10:45
Yeni sahibkar kimləri işdən çıxara bilər? - Ali Məhkəmənin QƏRARI
Bu gün, 10:39
“Bakcell” “Spark@LANDAU” proqramının innovasiya tərəfdaşıdır
Bu gün, 10:37
Prokuror gözdən əlil qaziyə 3 il cəza tələb etdi - DETALLAR
Bu gün, 10:29
Rüşvətə görə həbs edilən məmurların işi Ali Məhkəmədə - TƏFƏRRÜAT
Bu gün, 10:25
"Rusiya Ermənistana qarşı necə davranacağını bilmir..." - "Armtimes"
Bu gün, 10:19
Oğlunu xüsusi amansızlıqla öldürmək istəyən ataya nə qədər cəza verilib?
Bu gün, 10:18
“Space”in yeni rəhbəri onları kənarlaşdıracaqmı? - GÖZLƏNTİ
Bu gün, 10:12
Eldar Əzizov rəisi işdən çıxardı - Yeni təyinat
Bu gün, 10:07
Azərbaycan Mərkəzi Bankı uçot dərəcəsini sabit saxlayıb
Bu gün, 10:06
Bu baş versə, Rusiya Azərbaycanla yeni müharibə başladacaq - Melkonyan
Bu gün, 10:00
“Aqrarkredit” QSC-nin rəhbərliyində təyinatlar olub - SİYAHI
Bu gün, 09:56
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur - MƏQALƏ
Bu gün, 09:53
Azər Mursaqulov mərkəz direktorunu işdən çıxardı - ƏMR
Bu gün, 09:49
Avropa İttifaqı Zəngəzur dəhlizindən pay istəyir - GƏLİŞMƏ
Bu gün, 09:41
“Mehdiyev işi”ndə yeni gəlişmə - TƏFƏRRÜAT
Bu gün, 09:40
"Cənubtikintiservis"in səhmdarlarının yığıncağı keçiriləcək
Bu gün, 09:29
İtaliya Nazirlər Şurasının sədri Corcia Meloninin Bakıya səfəri mühüm əhəmiyyət daşıyır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:24
Strateji tərəfdaşlığa əsaslanan Azərbaycan-İtaliya münasibətləri yeni inkişaf mərhələsindədir - MƏQALƏ
Bu gün, 08:21
Rusiya artıq müharibəni uduzub, çünki Putin... - Admiral
Bu gün, 08:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru