İctimai nəqliyyatda ödəniş problemi .....                     Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                 

İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər? – “Beynəlxalq düzən” təhdidi
Tarix: 4-05-2021, 09:29 | Çap et
İngiltərə və ABŞ Rusiya və Çini aralarında bölüşdürüblər?
Böyük Britaniyanın Xarici İşlər Naziri Dominik Raab və ABŞ Dövlət Katibi Antony Blinken bu gün Londonda keçiriləcək G7 Xarici İşlər nazirləri toplantısından qabaq görüşüblər.

Ovqat.com Böyük Britaniya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, nazirlər görüş zamanı "Rusiyanın sistematik olaraq sabitliyi pozan hərəkətləri"ni və “Çinin Sincan Uyğur Muxtar Bölgəsi və Hong Kongdakı fəaliyyətlərini müzakirə ediblər.

Toplantıda həmçinin Əfqanıstan, İran və Efiopiyadakı son durum barədə də fikir mübadiləsi aparılıb.

Görüşdən sonra keçirilən mətbuat konfransında London və Vaşinqtonun bir sıra məsələlərdə "çiyin-çiyinə" olduqları mesajı verilib. Blinken, ABŞ-ın İngiltərədən "daha yaxın müttəfiqi və ortağının olmadığını" diqqətə çatdırıb.

Jurnalistlərin suallarına cavab verən Böyük Britaniyanın Xarici İşlər naziri D.Raab isə Rusiyanın qeyri-rəsmi də olsa G7 görüşlərinə qatılmaması ilə bağlı hər hansı bir düşüncələrini bildirərkən deyib ki, bu məsələdə hər şey Moskvadan asılıdır. Londonun yaxşı diplomatik münasibətlərə qapısının "həmişə açıq" tutduğunu vurğulayan Raab bunun ancaq Rusiyanın davranışlarını dəyişməsi halında mümkünlüyünü bildirib.

"Dəyişdirilməsi lazım olan davranış Rusiyanın beynəlxalq hüququn əsas normalarına zidd olan və BMT Təhlükəsizlik Şurasının daimi üzvünə yaraşmayan hərəkətləridir”,-deyən nazir qeyd edib ki, bu hərəkətlər təkcə kiber hücumları, dezinformasiya siyasətləri, müxalif lideri Aleksey Navalnının insan haqları pozulması ilə də məhdudlaşmır. Rusiya həm də öz torpaqlarında bəyənmədiyi şəxsləri kimyəvi hücumla zəhərləmələrə və regionda yürütdüyü "qorxu siyasəti və güc nümayişi"nə son qoymalıdır.

"Rusiya ilə daha yaxşı bir əlaqə qurmaq fürsətimiz hələ də var və bunu alqışlayırıq. Ancaq hər şey Rusiyanın davranış və hərəkətlərdən asılıdır", - Dominik Raab belə deyib.

Eyni dəyərləri bölüşən və çoxtərəfli sistemi qorumaq istəyən ölkələr topluluğuna tələbat və ehtiyacın artdığını vurğulayan Raab Avstraliya, Cənubi Koreya, Hindistan və Cənubi Afrikanın Xarici İşlər nazirlərinin də G7 sammitinə dəvət edilməsini bunun əlaməti sayır və Londonda keçirilən sammitin eyni dəyərləri paylaşan ölkələr modelinə keçidin nümayişi kimi qiymətləndirir.

Qeyd edək ki, G-7 sammitlərinə ev sahibliyi edən ölkələrin bəzi dövlətləri də toplantılara çağırmaq haqqı var və Böyük Britaniyalı nazirin sözlərindən belə anlaşır ki, London adlarını sadladığı dövlətlərə üstünlük verib.

ABŞ dövlət katibi Blinken də ABŞ-ın Rusiya ilə daha sabit münasibət qurmaq istədiyini, bunun Kremlin hərəkətlərindən asılı olduğunu təsdiqləyib.

"Prezident Bayden bu barədə fikirlərini çoxdan açıq-aşkar ortaya qoyub. Əgər Rusiya ehtiyatsız və ya aqressiv olmağı seçərsə, cavab verəcəyik. Amma biz vəziyyəti gərginləşdirməyə çalışmırıq, daha sabit, daha proqnozlaşdırıla bilən bir münasibətə üstünlük veririk. Rusiya necə hərəkət edərsə, biz də ona qarşı adekvat davranacağıq”, - Blinken belə deyib.

Böyük Britaniyalı həmkarı Raabdan fərqli olaraq Blinkenin üzərində əsas dayandığı məsələ isə “Çin təhdidi” olub. Blinken Qərbin Pekini "məhdudlaşdırmağa" və ya "boğmağa" çalışmadığını söyləyib. Həyata keçirməyə çalışdıqları siyasətin ancaq beynəlxalq qaydalara əsaslanan sistemi qorumaq olduğunu bildirən Blinken vurğulayıb ki, Çin mövcud dünya düzəninə meydan oxuduğu üçün Vaşinqtonun təpkiləri ilə qarşılaşır: "Hər hansı bir ölkə, Çin və ya başqa birisi mövcud qaydalara əsaslanan nizama meydan oxuyarsa, yaxud onu pozan hərəkətlər edər və aşındırmağa çalışarsa, öhdəliklərini yerinə yetirməzsə, biz ayağa qalxar, illərlə oturuşmuş dünya düzənini müdafiə edərik".

London sammitinə gəlməmişdən əvvəl ABŞ-da bir televiziya proqramına müsahibə verən Blinken Çini ən ciddi düşmən kimi xarakterizə edərək demişdi: "Çin ABŞ-ın dünyada qorumağa qərarlı olduğu qaydalara əsaslanan düzəni pozmaq və ya meydan oxumaq üçün hərbi, iqtisadi və diplomatik potensiala sahib yeganə ölkədir. Məqsədimiz Çini dayandırmaq və ya yıxmaq deyil, meydan oxuduğu mövcud dünya düzənini qorumaqdır".

Dövlət katibi 31 Mart tarixində ABŞ administarsiyası üçün hazırlanan “2020-ci il İnsan Hüquqları Hesabatı”nın təqdimatında isə Pekinin Sincanda Uyğur Türklərinə qarşı həyata keçirdiyi insan haqları pozuntularını "soyqırım" kimi qiymətləndirmişdi.

Ümumiyyətlə, ABŞ və Böyük Britaniya yetkililərinin çıxışlarına diqqət yetirdikdə, Rusiya ilə Çinə qarşı mübarizəni öz aralarında bölüşdürdükləri sezilir. Sanki Londonun öhdəsinə Rusiyanı, ABŞ-ın öhdəsinə isə Çini çökdürmək vəzifəsi düşüb. Təsadüfi deyil ki, Böyük Britaniyanın bir müddət əvvəl açıqlanan "Qlobal Britaniya: Rəqabət Çağında" başlıqlı hərbi doktrinasında Rusiya “ən böyük düşmən (təhdid)” elan olunmuş və önümüzdəki 10 ildə onun regional təsir gücünün azaldılması üçün heç nəyin əsirgənməyəcəyi vurğulanmışdı. Çin isə həmin doktrinada daha çox intellektual mülkiyyəti oğurlayan və iqtisadi təhlükəsizliyi təhdid etməyə çalışan bir rəqib kimi dəyərləndirilmişdi. ABŞ-ın Dövlət Departamenti isə Çini dünya düzənini hərbi, iqtisadi cəhətdən pozmağa qadir yeganə güc olaraq görür və bu xüsus Blinkenin açıqlamalarında aydın şəkildə nəzərə çarpır.

Heydər Oğuz,
Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İctimai nəqliyyatda ödəniş problemi - Bank kartları niyə bloklanır?
Bu gün, 10:56
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru