Moskvada mobil internet söndürülüb .....                     “UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır .....                     Mal və qoyun əti .....                     Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib .....                     Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır .....                     Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: .....                     Sayt rəhbəri yenidən məhkəmə qarşısında .....                     Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub .....                     Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu .....                     “Pulsuz” tibbi sığortanın pullu oyunu .....                     Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı .....                     "Nə istəyirsiz bu millətdən?" .....                     İranın cənubunda bir neçə gəmi yanıb .....                     Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? .....                     Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar .....                     Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                 

Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı – Səbəb və məqsədlər
Tarix: 5-05-2021, 08:31 | Çap et
Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” açılımı
Dünən axşam Türkiyə Prezident Rəcəb Tayib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman bin Əbdüləziz arasında telefon danışığı olub.

Ovqat.com Türkiyənin Prezident Aparatının Rabitə (İlətişim) Başkanlığına istinadən xəbər verir ki, telefon söhbətində iki ölkə arasındakı münasibətlər və əməkdaşlığın inkişaf etdirilməsi istiqamətində atılacaq addımlar müzakirə edilib.

Bəs bu telefon zəngi Yaxın Şərqdə hansı dəyişikliklərə səbəb ola bilər?

Prezident Ərdoğanla kral Salman arasında telefon danışığını şərh edən fəlsəfə elmləri doktoru, siyasi şərhçi Aydəm İsmayılov Ovqat.com-a açıqlamasında iki dövlət arasındakı münasibətlərin yenidən yaxşılaşdırılması cəhdinin təzə xəbər olmadığını, 21 Noyabr 2020-ci ildən başladığını bildirib: “Bilirsiniz ki, ABŞ-da son prezident seçkiləri noyabr ayının 3-də keçirilmiş və Baydeninmi, yoxsa Trampınmı qalib gəldiyi mübahisələri həftələrcə sürmüşdü. Noyabrın ikinci yarısında açıqlanan son səssayma məlumatlarında Baydenin qazandığı qəti yəqin olmuşdu. Səudiyyə kralı ilə Türkiyə prezidentinin uzun aradan sonra ilk telefon danışıqları da məhz bu zaman diliminə düşür. Ötən ilki telefon danışığında tərəflər iki ölkə arasındakı münasibətlər müzakirə etmiş və problemləri həll etmək üçün dialoq kanallarının açıq saxlanılması barədə razılığa gəlinmişdi. Təbii ki, bu telefon danışığında hər iki dövlətin, xüsusilə də Səudiyyə Ərəbistanının yeni ABŞ liderinin gözlənilən regional siyasətindən duyduğu narahatlığın önəmli rolu vardı. Məlum olduğu kimi, ABŞ-ın bundan əvvəlki lideri Donald Tramp Səudiyyə Ərəbistanı ilə çox yaxın əlaqələr qurmuş, hətta prezident seçildikdən sonra ilk səfərini Riyada etmişdi. Bilirsiniz ki, ilk səfərlər adətən strateji müttəfiqlərə edilir və Tramp bu addımı ilə Səudiyyə Ərəbistanına böyük önəm verdiyini ortaya qoymuşdu. Səudiyyə krallığı da bu səfərdən sonra özünü regional güc mərkəzi kimi hiss etmiş və bölgə dövlətləri ilə münasibətini xeyli gərginləşdirmişdi. ABŞ-ın yeni prezidenti Co Baydenin isə ərəb krallığına münasibəti birmənalıdır və Vaşinqton-Riyad arasında gərginliyin yaşanacağı sirr deyildi. Necə ki, Bayden prezident kürsüsündə oturduqdan qısa müddət sonra Səudiyyə vətəndaşı olan jurnalist Qaşıqçının öldürülməsi ilə bağlı kəşfiyyat məlumatlarını ictimailəşdirdi və bu raportda açıq şəkildə vəliəhd-şahzadə Məhəmməd bin Salmanın adı qətlin sifarişçisi kimi hallanırdı. Görünür, bu aqibəti əvvəlcədən görən krallıq region dövlətlərlə yaxın münasibətlər qurmağa çalışır və ilk addımı da Türkiyə ilə əlaqələri bərpa etməklə atmaq istəyirdi”.

Aydəm İsmayılovun fikrincə, Səudiyyə Ərəbistanı ötən ilin noyabrında Türkiyə ilə dialoq kanallarının açıq tutulması barədə razılaşmaya sadiq qaldığını bu il atdığı bəzi addımlarla sübuta yetirib: “Təsadüfi deyil ki, son 3 həftə ərzində kralla prezident iki dəfə telefonla danışıb və liderlər müxtəlif sahələrdə əməkdaşlıqlar barədə müzakirələr aparıblar. Bu da onların 2020-ci ilin noyabrında əldə etdikləri razılığa uyğun addım atdıqlarını göstərir”.

Həmsöhbətimiz Riyadın təkcə Türkiyə ilə deyil, hətta regiondakı ən qatı düşməni İranla da münasibətləri yaxınlaşdırmaq istiqamətində bəzi addımlar atdığına hazırlaşdığına inanır. “Ötən həftə Səudiyyə Ərəbistanının əsas siyasi iradəsi sayılan vəliəhd-şahzadə Məhəmməd bin Salman telekanallardan birinə verdiyi müsahibədə İrana dostluq mesajı göndərərək demişdi: "İran qonşu bir dövlətdir və biz onunla yaxşı və müstəsna münasibətlər qurmaq istəyirik. İranın rifah içərisində yaşamasını və onunla qarşılıqlı maraqlar əsasında əlaqələr qurmaq istəyirik". Məhəmməd bin Salmanın bu açıqlamaları Riyadın regional dövlətlərlə bağlı siyasətində çox əhəmiyyətli dəyişikliklərə gedəcəyini göstərir. Bəzi məlumatlara görə, Riyadla Təl-əviv arasında da gizli tutulan bir sıra əlaqələrin açıq şəkildə bəyan edilməsi gözlənilir. Bütün bu siyasətlər Riyadın “xarici siyasətdə o problem” strategiyasını mənimsədiyindən xəbər verir”.

A.İsmayılov inanır ki, Səudiyyə Ərəbistanının “qonşularla sıfır problem” diplomatik açılımını yalnız ABŞ-dan qorxusu ilə izah etmək doğru deyil, onun perspektiv iqtisadi siyasəti də bu məsələdə müəyyənedici amil kimi mühüm rol oynayır: “Son zamanlar dünya bazarında enerji daşıyıcılarının ucuzlaşması Riyad qarşısında ciddi problemlər yaratdı. Yaxın dövrə qədər dünyanın ən çox neft hasil edən dövləti kimi tanıdığımız Səudiyyə krallığı hasilatı artırdıqca qiymətlərin düşdüyünü gördü. Nəticədə yalnız neftlə uzağa gedə bilməyəcəyini anladı. Odur ki, rəsmi Riyad da bizim kimi qeyri-neft sektoruna keçməyə qərar verdi. Amma bizdən fərqli olaraq Səudiyyə Ərəbistanının əkinə yararlı torpaq sahələri yoxdur. Bu ölkədə yalnız sənaye müəssisələrini inkişaf etdirmək olar. Sənaye dövlətlərinin isə qarşısında çox ciddi problemlər dayanır. Başlıca problem istehlak bazarı uğrunda rəqabətdir. Uzun əsrlərdən bəri dünyanın bütün istehlak bazarını əlində cəmləşdirən Qərb və yeni dövrdə böyük sənaye nəhənginə çevrilən Çinlə rəqabət aparmaq üçün ilk növbədə yaxın ətrafdakı ölkələri gözdən keçirməlisən. Səudiyyə Ərəbistanı isə hardasa bütün qonşu dövlətlərlə düşməndir. Sözsüz ki, bu anlayışla qonşuda öz məhsullarını sata bilməzsən.

Üstəlik, Səudiyyə Ərəbistanının qonşularla düşmənçilik siyasətinin maliyyəti də böyük olur. ABŞ-dan, Qərb ölkələrindən aldığı silahlar bəzən onun valyuta ehtiyatlarını belə çətin vəziyyətə salır. Ən əsası isə, indiyədək 100 milyardlarla dollar xərclədiyi silahlar ona uğur da qazandırmayıb. Bu qədər böyük silah və maliyyə gücünə rəğmən dünyanın ən kasıb ölkələrindən sayılan Yəmən üzərində belə, üstünlük əldə edə bilməyib - hətta bütün ərəb ölkələrini öz ətrafında birləşdirməsinə baxmayaraq. Əlbəttə, bu uğursuzluqda region dövlətlərinin, xüsusilə İranın Yəmənə verdiyi dəstək də önəmli rol oynayıb. Düşmən olduğu digər dövlət olan Qətərə isə Türkiyə yardım edir. Səudiyyə Ərəbistanı Liviyada da Türkiyə ilə əks cəbhələrdədir və bu müharibədə də məğlub vəziyyətə düşüb. Riyadın müharibələrə xərclədiyi kapitallar, sözsüz ki, onun yeni iqtisadi strategiyasının büdcəsini daraldır və dövlət kimi perspektivini təhlükə altına atır”.

Siyasi şərhçi məhz bu səbəbdən də Riyadın qonşu dövlətlərlə, xüsusilə Türkiyə və İranla bağlı siyasətində yumşalma diplomatiyasına önəm verdiyini düşünür.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Moskvada mobil internet söndürülüb
Bu gün, 10:50
“UNİSELL” MMC-yə satınalmalarda bu geniş şəraiti kimlər yaradır - İLGİNC FAKTLAR...
Bu gün, 10:38
Mal və qoyun əti KƏSKİN BAHALAŞACAQ
Bu gün, 10:34
Bakı Baş Səhiyyə Mərkəzinə yeni direktor müavini təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:29
Hakim Elnur Nuriyev dələduzu azadlığa buraxmağa hazırlaşır - 165 ailə Mehriban Əliyeva və İnam Kərimovdan dəstək gözləyir
Bu gün, 10:24
Qızıl qiymətinə satılan inəyin öd daşı iki həkimi üz-üzə qoydu: - “Bu cəfəngiyyatdır, bizim millət falçıya da inanır”
Bu gün, 10:20
Sayt rəhbəri yenidən məhkəmə qarşısında
Bu gün, 10:17
Şəmkir rayon icra və probasiya şöbəsinə yeni rəis təyin olunub - ƏMR
Bu gün, 10:10
Ermənistanda Emmanuel Makron "Şöhrət" ordeni ilə təltif olundu
Bu gün, 10:07
“Pulsuz” tibbi sığortanın pullu oyunu – milyardlar hara axır?
Bu gün, 10:02
Dövlət Agentliyi “Saf Hospital”da pozuntu aşkarladı: 5 min manat cərimə yazıldı - MƏHKƏMƏ
Bu gün, 10:01
"Nə istəyirsiz bu millətdən?" - ETİRAZ VAR!
Bu gün, 09:59
İranın cənubunda bir neçə gəmi yanıb
Bu gün, 09:44
Rusiya universitetləri Bolonya sistemindən çıxır: diplomlar Azərbaycanda tanınacaq? - AÇIQLAMA
Bu gün, 09:43
Qardaş Türkiyədən gənclər və idman sahəsində çalışan bir qrup əməkdaş Qazaxda səfərdə olublar - FOTO
Bu gün, 09:39
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru