Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi .....                     Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi .....                     "Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" .....                     Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                 

“RUSİYA: QARŞIDAN AĞIR GÜNLƏR GƏLİR” – Putin təhlükəsiz şəkildə hakimiyyətdən gedə bilərmi?
Tarix: 13-05-2021, 10:03 | Çap et
“RUSİYA: QARŞIDAN AĞIR GÜNLƏR GƏLİR”
Vladimir Putin narazıların etirazlarını kəskin formada boğur və bununla da müxalif siyasətçi Aleksey Navalnının azadlığa buraxılmasını tələb edənlərə heç bir güzəşt olmayacağını göstərir.

Küçədə etirazlar coşur, bunu görən rejim gücləri isə öz tənqidçilərinə qarşı sərt davranmaqla heç bir vəchlə hansısa dialoqa getməyəcəklərini nümayiş etdirirlər. Moskvadakı 21 aprel etirazlarından sonra Kreml taktikanı dəyişib. İndi onlar Stalin dövrünün qorxulu gecə həbsləri üsullarına əl atıblar. Polis paytaxtda quraşdırılmış çoxsaylı müşahidə kameralarından yararlanaraq aksiya iştirakçılarını dərhal deyil, sübh tezdən evlərində tutur.

Aleksey Navalnı tərəfindən yaradılmış “Korrupsiyaya Qarşı Mübarizə Fondu” onun üzvlərini təqibdən qorumaq üçün buraxılıb. Bundan əlavə Moskva məhkəməsi bağlı qapılar arxasında bu təşkilatı “ekstremist” elan etməyə hazırlaşır. Halbuki bu fond dövlət liderlərinin korrupsiyaya bulaşması haqqında şokedici sənədli filmlər hazırlayıb. Bu filmlərə milyonlarla insan baxsa da, hələlik, orada göstərilənlərlə bağlı hər hansı rəsmi təhqiqat işinə başlanmayıb. Hələ 2012-ci ildə Putin özünün Federal Məclisə ünvanladığı illik müraciətində fəal vətəndaş iştirakının və səmərəli ictimai nəzarətin təşkilinin korrupsiya ilə mübarizədə Prezident Administrasiyasının “mühüm işi” adlandırmışdı. Parlament qarşısındakı son çıxışlarında (2019-cu il, 2020-ci il, 2021-ci il) prezident Vladimir Putin “korrupsiya” ifadəsini hətta bir dəfə də olsun dilinə gətirməyib.

Kremlin idarəetmə metoduna qarşı ciddi narazılıq və etirazlar baş qaldırsa da, bu gün elə bir siyasi partiya və ya ictimai hərəkat yoxdur ki, Putinin rəhbərlik etdiyi aparıcı gücə qarşı real alternativ yarada bilsin.

Rejimin dayaqları kimi asılı vəziyyətə salınmış məhkəmə hakimiyyəti, yüksək məvacib alan imtiyazlı polis və təhlükəsizlik orqanları, həmçinin də ədalətsiz seçkilərdə deputat olmuş Dövlət Dumasının əksər üzvləri çıxış edirlər.

Putin sözsüz ki, əbədi deyil, amma əgər o, hakimiyyətdən indi getsə, Kreml rəhbərinin ehtimal olunan varisi (hakimiyyət nüvəsini təşkil edən müxtəlif sektorlarla razılaşdırılmış) indiki xətti davam etdirməyə məhkum olacaq. Qərb dövlət rəhbərləri Putinin yerinə onun ətrafından olmayan şəxslərdən birinin gələ biləcəyindən bərk narahatdırlar. Bu gün Kremldə rejimə etibarlı xidmətiylə tanınan elə bir adam yoxdur ki, yüksək vəzifəsini və toplamış olduğu kapitalı riskə atmağa hazır olsun.

Rusiya elitasının öz yerlərində daha çox qalmaq istəyini izah edəcək əsas səbəblərdən biri də, onların övladlarının dövlət orqanlarında və Rusiyanın iri şirkətlərində aparıcı mövqelərdə kök salmalarıdır. Bundan başqa, həmin adamları müxtəlif intriqalar və qaranlıq işlər də birləşdirir.

Görəsən, biz oliqarx Mixail Xodorkovskiyə qarşı aparılan cinayət işinin, Navalnının zəhərlənməsinin və rejimin əleyhdarlarının qəribə ölümlərinin mənbəyini nə vaxtsa dəqiq öyrənə biləcəyikmi?

Heç kim Putinin təhlükəsiz şəkildə istefaya getməsinə təminat verə bilməz və ona görə də onun hakimiyyətdən uzaqlaşması məsələsi qəlizləşir. Amma populyarlığının düşməsinə baxmayaraq, Putin ictimaiyyət tərəfindən hələ də dəstəklənir. Bu isə yaxşı mənada heç bir dəyişikliyə yol açmır.

1980-ci illərdə “Yenidənqurma” kimi tanınan iqtisadi islahatlar başlayanda “insan sifətli sosializm”in tərəfdarları (SSRİ Kommunist Partiyasının strukturlarında mövcud olan qrup) demokratikləşmə üçün lazım olan imkanların dirçəldilməsini istəyirdilər. Hazırda Kremldə nə vaxtsa bu yolla getmək qərarına gələ biləcək əhval-ruhiyyəyə malik dairələr varmı? İndi onlar görünmürlər, 80-ci illərdəki vəziyyət bugünkündən fərqlənir. 1985-ci ildə Mixail Qorbaçov sovet sisteminə rəhbərliyə gətirildi. Həmin sistemdə təhlükəsizlik xidməti ideoloji cəhətdən mülki institutlara tabeydi. Ancaq indi Rusiyada personal rejim qurulub və bu rejimin liderinin istəyinə uyğun olaraq xüsusi xidmət orqanlarının əməkdaşları dövlət idarəetmə strukturlarında mühüm strateji mövqe tuturlar.

90-cı illərin “liberalları” və “texnokratları”ndan ibarət qrupun içindən çıxanlar hazırda Mərkəzi Bankda, Maliyyə Nazırliyində və digər nazirliklərdə yerləşiblər və onlar rejimin həyatda qalmasında çox maraqlıdırlar. Həmin şəxslərin bəziləri özlərini Putinsiz vəziyyətin daha da pis ola biləcəyi fikri ilə sakitləşdirirlər. Bu dairənin nümayəndələri fikirləşirlər ki, üst-üstə yığılmış latent münaqişələrin kəskinləşməsinə imkan verməyəcək yeganə lider məhz Putindir.

Düşünülür ki, Putinsiz Çeçenistanda iğtişaşlar baş qaldırar, qubernatorlar regional tələblər irəli sürər (resursların Moskvaya axmasına qarşı çıxarlar), milli respublikalardakı elita isə daha böyük səlahiyyətlər qazanmaq planlarını gündəliyə gətirər. 1980-ci illərdəki sovet rejiminin yöndəmsizliyinə baxmayaraq, onlar öz gələcəklərini keçmişdə axtarmırdılar.

Bugünkü Rusiya rejimi millətçidir. Kreml güman edir ki, özünün Avrasiya xüsusiyyətini (Bu yanaşma nəzəri cəhətdən və mədəni-sosial baxımdan mübahisə doğurur) önə çəkərək, ABŞ-la rəqabətə girməklə fövqəldövlət statusunu bərpa edə bilər. Amma eyni zamanda politoloqlar gələcəyin necə olması ətrafında ciddi diskusiyalar aparırlar.

Politoloq Kiril Roqov hesab edir ki, rejim üçün başlıca təhlükə ölkə daxilindəki zəif müxalifət yox, ənənəvi olaraq bu müxalifəti dəstəkləyən xarici kontingentdir. Roqov deyir: ”Rejim üçün müxalifətin əzilməsi vacibdir ki, onlar dirçəlməsinlər”.

Hakimiyyətin ötürülməsi məsələləri üzrə ekspert və sosioloq Tatyana Vorojeykina isə deyir: ”Əvvəllər mən fikirləşirdim ki, eyni zamanda həm yuxarıdan, həm də aşağıdan gələn təzyiqlərin təsirindən doğan demokratikləşmə prosesi İspaniyada, Polşada və ya Braziliyada olduğu kimi Rusiya elitasında da parçalanma yaradacaq. Mən indi hesab edirəm ki, bu proses xeyli vaxt aparacaq və Venesuela və Belarusdakı kimi uzanacaq. Yenidənqurmanın əvvəlində SSRİ Kommunist Partiyasının mərkəzi aparatındakı demokratikləşmə tərəfdarlarıyla bugünkü rejimin məmurları və siyasətçiləri arasında ciddi keyfiyyət fərqi var. Çünki 1980-ci illərdəki hakim elitanın içərisndə sistemin yenilənməsində maraqlı olan dairələr vardı. Bu gün isə hakim qruplar cinayət prinsipləri əsasında formalaşıblar və onların hamısı artıq əlbirdirlər. Cinayətkar qrupa daxil olub, sonradan oradan çıxmaq çətin və qeyri-mümkündür”.

Tanınmış jurnalist və siyasi icmalçı Andrey Kolesnikov isə ümumi vəziyyəti belə şərh edib: ”Hakimiyyət özünün repressiv xəttindən geri çəkilmək, kompromisə getmək niyyətində deyil. İstənilən vəziyyət üçün ağır ssenarilərə hazır olmaq lazımdır”.

“El Pais”-İspaniya

Tərcümə: “AzPolitika.info”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Zelenski Putinin iki günlük atəşkəs təklifinə belə cavab verdi - KİV
Bu gün, 09:35
Azərbaycanda vəzifəli şəxsə ağır itki üz verdi
Bu gün, 09:31
"Hörmüz blokadası Azərbaycanı böyük qalibə çevirir" - Almaniya mediası
Bu gün, 09:25
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru