Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü .....                     400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı .....                     Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir .....                     Regionda yeni siyasi reallıqlar formalaşır .....                     Starmerdən çağırış: .....                     Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb .....                     Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır .....                     ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var .....                     AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? .....                     Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL .....                     "Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" .....                     Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? .....                     6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? .....                     "Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? .....                     Azərbaycanda FETÖ izi .....                     Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir .....                     “Bank of Baku” qazinin borcunu atasından soruşur .....                     Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU .....                     Ukrayna ərazilər itirməyə davam edir .....                     Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat .....                     Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ .....                     İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... .....                     Doğma yurdda sonuncu şəkil .....                     Bazarı başına alan SAXTA DÜYÜ... .....                     Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... .....                     “Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... .....                     Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... .....                     İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK .....                     "Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... .....                     "Nə edim? Necə edim? Kimə deyim?" .....                     "Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... .....                     “Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb .....                     Kreml Paşinyan hakimiyyəti ilə barışıb? .....                     Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ .....                     “Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” .....                     Kolleclər ləğv edilir? .....                     95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu .....                     Kamikadze... .....                     "Bakını tərk etmək fikrim yoxdur" .....                     Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: .....                 

Paşinyandan “peşka” gedişi: Putin “NATO”sunu aldada bilmədi - GƏLİŞMƏ
Tarix: 19-05-2021, 09:58 | Çap et
Paşinyandan “peşka” gedişi: Putin “NATO”sunu aldada bilmədi
Ermənistan Qarabağ müharibəsində Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatını (KTMT) münaqişəyə cəlb edə bilmədi, o zaman İrəvana “Ermənistan sərhədlərində münaqişə baş verərsə biz qarışa bilərdik”, dedilər. Rusiya prezidenti Vladimir Putin müharibənin Azərbaycan ərazisində getdiyini söyləməklə bütün məsələlərə nöqtə qoymuşdu və elə həmin açıqlama ilə sanki ermənilərin başına qaynar su tökülmüşdü. “Yeni Müsavat” bildirir ki, indi Ermənistan fürsət gözləyirmiş kimi sərhədlərin müəyyənləşməsi ilə bağlı baş verənləri dərhal “hərbi təcavüz” kimi qiymətləndirməyə, KTMT-ni öz oyununa alət etməyə çalışır.

Paşinyanın sərhədlərin delimitasiyası prosesində Qaragöl məsələsi ilə bağlı KTMT-dən hərbi dəstək istəməsi və Putindən növbəti dəfə şapalaq kimi cavab alması ermənilərə bir daha dərs oldu ki, bu hərbi alyansdan əllərini üzsünlər. Kreml başçısı qeyd etdi ki, üçtərəfli bəyanatın müddəalarına uyğun olaraq sərhədlərin dəqiqləşdirilməsi işləri aparılır.

Ona görə KTMT-nin müdaxilə edəcəyi hər hansı proses müşahidə olunmur. Bu qurumda əsas söz sahibi əlbəttə ki, Rusiyadır və onun razılığı olmadan heç bir ölkə ordusu münaqişədə tərəf ola bilməz. Tacikistan-Qırğızıstan sərhədində bu yaxınlarda müharibə oldu, ən azı 40 adam öldü, amma KTMT bu məsələyə demək olar ki, reaksiya vermədi.

Əslində hər iki üzv ölkənin sərhəddə qan tökməsi KTMT-nin həm də etibarsız, Rusiyanın hökmranlıq etdiyi hərbi blok olduğunu təsdiqlədi. Ermənilər də bunu bildiyi üçün Rusiyanın üzərinə şikayətə getdilər, Paşinyan Rusiya prezidentinə zəng etdi. Bu, bir az şantaj siyasətinə də oxşadı, yəni “Qarabağda bizə kömək etmədin, bəs indi buna niyə qarışmırsan?” deyə giley-güzar hiss olunurdu.

Üstəlik, Paşinyan erməni ictimaiyyətinə də üstüörtülü mesaj vermiş oldu ki, o, Rusiyanın adamı deyil, belə olsaydı sözü eşidilərdi və müttəfiq ölkəyə bel bağlamasınlar, Ermənistanı Qərbə inteqrasiya etdirmək lazımdır. Amma bu kimi “peşka” gedişlərlə Rusiyanı “mat” eləmək mümkün deyil. İrəvanın dəfələrlə Moskva siyasətində burnu sındırılıb, peşman olunub. Bəs KTMT niyə işə qarışmadı? Ümumiyyətlə, bu hərbi alyansın prosesə müdaxilə etmək səlahiyyəti var idimi? Putin “NATO”su adlanan qurum hansı halda Ermənistana dəstək verə bilər?

Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a qeyd etdi ki, KTMT Azərbaycan-Ermənistan sərhədində olan gərginliyə müdaxilə edə bilməzdi. Onun sözlərinə görə, bu qurum üzvü olan ölkəyə başqa ölkənin təcavüzü olanda qarışa bilər: “Sərhədlərin dəqiqləşdirilməsi işi gedirsə, bu, təcavüz sayıla bilməz. Sərhəd münaqişələrinin həll olunması KTMT-nin mandatına uyğun deyil. Onları nizama salmağın yolu hərbi şəkildə deyil, diplomatik danışıqlarla mümkün olur. Ona görə sözügedən alyansın proseslərə müdaxilə etmək səlahiyyəti yoxdur. Digər tərəfdən, üçtərəfli bəyanat var, bu razılaşmada sərhədlərin demarkasiyası qeyd olunub, Ermənistan da bəyanata imza atıb və indi sənədi icra etməlidir. Ermənilərin bu məsələdə yaratdığı süni hay-küy əsassız idi”.

Polkovnik Şair Ramaldanov “Yeni Müsavat”a bildirdi ki, Paşinyan KTMT-nin regiona diqqətini cəlb etmək üçün ilk dəfə deyil belə addım atır. Onun sözlərinə görə, Azərbaycan heç bir təcavüz etməyib, hazırda sərhədlər dəqiqləşdirilir. Polkovnik hesab edir ki, əksinə, bu 30 il ərzində ermənilər həm sərhəd ərazilərdə, həm digər yerlərdə istədiklərini ediblər: “İndi sərhədlərin dəqiqləşməsi prosesi havayı yerə getmir, sovet vaxtı olan xəritələr ortaya çıxarılır və bu faktlar əsasında iş aparılır. Eyni zamanda təkcə xəritələr deyil, müasir texniki vasitələr, peyk sayəsində metrəsinə qədər sərhədi göstərmək olur ki, sərhədlər haradan keçir. Ona görə Azərbaycan tərəfi qarşı tərəflə birgə fəaliyyət göstərir və xətt müəyyənləşdirilir. Heç bir geriləmə də yoxdur, həmin sərhədə biz təzə çıxmışıq”.

Ş.Ramaldanovun fikrincə, bu başlanğıcdır, sərhədlərin dəqiqləşdirilməsi hələ xeyli zaman davam edəcək: “Rusiya ilə sərhədi götürsək, 20 il ərzində bu proses gedirdi, komissiya yaranmışdı, Gürcüstan da həmçinin... Eyni iş Ermənistanla aparılır. Sadəcə, onlar diqqəti çəkmək üçün siyasi addım atmağa çalışırlar. Ermənistanda seçkiqabağıdır, Paşinyan da saman çöpündən yapışıb ki, divident qazansın.

Azərbaycan Prezidenti Qazaxıstan prezidenti ilə, o cümlədən ABŞ təhlükəsizlik katibi ilə telefon zənglərində sərhəd barədə danışıb. Bu, bir daha göstərir ki, Azərbaycan xəritələr əsasında sərhədləri bərpa etməyə çalışır, Ermənistan və Rusiya da prosesdə iştirak edirlər. Və bu iş sivil şəkildə həyata keçirilir, sərhədçilərimiz yüksək peşəkarlıq, soyuqqanlılıq göstərirlər. Yəni heç nə havadan götürülməyib. Sadəcə, bu iş zaman aparacaq".

Polkovnik qeyd etdi ki, KTMT bir halda müdaxilə edə bilər: “O zaman Azərbaycan Ermənistana qarşı silahlı əməliyyat aparsa, onun ərazisinə doğru irəliləsə, işə qarışa bilər. Belə proses yoxdur, olmayacaq da. Cənab Prezident deyib ki, bizim heç kəsin torpağında gözümüz yoxdur. Ona görə konkret sənədlər əsasında dəqiqləşdirmə aparılır və həmin xəritələr hər üç ölkədə var”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Gəncədə yeniyetməni öldürən şəxs kassasiya şikayətini geri götürdü
Bu gün, 08:18
400 minlik toyu ilə gündəm olan məmur qızı həmin ərini cəzalandırdı - TƏFƏRRÜAT
Bu gün, 08:17
Bütün maneələrə baxmayaraq Azərbaycan sülh gündəliyinə sadiqdir - İsrafil Kərimovun yazısı
Bu gün, 08:13
Regionda yeni siyasi reallıqlar formalaşır - MƏQALƏ
Bu gün, 08:11
Starmerdən çağırış: - Trampa sərt cavab verməliyik!
Bu gün, 08:04
Kino Agentliyinin dublyajla bağlı 300 min manatlıq tenderi təxirə düşüb - SƏBƏB
Bu gün, 08:03
Vaşinqton Tehrana qarşı genişmiqyaslı hərbi əməliyyatlara hazırlaşır - "Fox News" telekanalı
Bu gün, 08:01
ABŞ Hörmüz boğazında yük gəmilərinə hücum edib, ölənlər var - "Tasnim" agentliyi
Bu gün, 07:49
AHİK-in sanatoriyaları da TƏBİB-in nəzarətinə veriləcək? - GÖZLƏNTİ
Bu gün, 07:40
Adnan Əhmədzadə və xanım əməkdaşı arasında QALMAQAL - VİDEO
Bu gün, 07:21
"Onlar erməni lobbisinin pulundan bəhrələnirlər" - deputat
Bu gün, 07:17
Niyə “əvvəlki kimi” yaşamaq artıq mümkün deyil? - ARAŞDIRMA
Bu gün, 07:14
6-cı sinif şagirdi bir mövzuda 63 səhifəni niyə oxumalıdır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:11
"Sədərək" və "Binə" köçürülsə: Bakı tıxacdan çıxacaq? - AKTUAL
Bu gün, 07:09
Azərbaycanda FETÖ izi - İTTİHAM VAR...
Bu gün, 07:04
Leysan Məmmədovun icarə xidməti adı altında ayırdığı yüzminlər Xəlil Göyüşovdan başqa haralara gedir - İLGİNC FAKTLAR
Bu gün, 07:01
“Bank of Baku” qazinin borcunu atasından soruşur - AXI NİYƏ?..
Bu gün, 06:58
Qanunsuz mərc oyunlarına görə saxlanılan "tiktoker" "Azərlotereya"nın REKLAM SİMASI OLDU - BU NƏDİ BELƏ?
Bu gün, 06:47
Ukrayna ərazilər itirməyə davam edir - Tramp belə deyir...
Bu gün, 06:38
Uşaqpulu belə verilə bilər: hər ailəyə ayda 150 manat – Detallar
Bu gün, 06:36
Mədəniyyət Nazirliyinin ÜNSİYYƏT PROBLEMİ - AXI NİYƏ?..
Bu gün, 06:24
İslam ölkəsi Allahın yoluna XƏRAC KƏSİRSƏ... - GƏLİŞMƏ
Bu gün, 06:03
Doğma yurdda sonuncu şəkil - UNUTMARIQ Kİ...
Bu gün, 05:59
Bazarı başına alan SAXTA DÜYÜ... - Necə AYIRD EDƏK?
Bu gün, 05:54
Zelenskinin İrəvan səfəri Kremlin qanını qaraldıb.... - ÇÜNKİ...
Bu gün, 05:46
“Azercell”in 28 günlük dünyası: YE... İÇ... KEF ELƏ... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 05:33
Təhsil nazirliyinin hər işi kəlləmayallaqdır... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:15
İlham Əliyevdən Ermənistandakı sülh tərəfdarlarına MÜHÜM DƏSTƏK - GƏLİŞMƏ
Bu gün, 05:06
"Azdrama"nın binasını etiraz əlaməti olaraq tərk etdi... - ANIM
Bu gün, 05:01
"Nə edim? Necə edim? Kimə deyim?" - NARAZILIQ VAR...
Bu gün, 04:56
"Lux Residence" 86 yaşlı qadına qarşı dələduzluq... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 04:48
“Azure Residence”də (Megafun) qanunlar zirzəmidə qalıb - Babək Babayev kimə arxalanır?
Bu gün, 04:42
Kreml Paşinyan hakimiyyəti ilə barışıb? - ŞƏRH
Bu gün, 04:35
Dövlət malına göz dikən rəisin başı CƏNCƏLDƏ - ARAŞDIRMA BAŞLADI
Bu gün, 04:30
“Amnistiyaya düşmüşdüm, səhəri gün yenidən tutuldum” – NZS-dəki QƏTL İŞİ
Dünən, 18:00
Kolleclər ləğv edilir? - AKTUAL
Dünən, 17:58
95 nömrəli məktəbdə şagirdə şiddət göstərən müəllim tənbeh olundu - AÇIQLAMA
Dünən, 17:56
Kamikadze... - Moğol imperiyasına zərbə vuran İlahi Külək
Dünən, 17:45
"Bakını tərk etmək fikrim yoxdur" - Xalq artisti
Dünən, 17:43
Yunanıstanın Türkiyəyə qarşı planı üzə çıxdı: - 2030-cu ilə qədər...
Dünən, 17:41
Paşinyan ASB sammitində iştirakına görə İlham Əliyevə minnətdarlığını bildirib
Dünən, 17:38
Bərdə doğum evindən QALMAQAL – Həkimin aparatı qəsb edilib
Dünən, 17:32
Rusiyanın Koreya qorxusu: - Kreml yalnız bu əsirləri istəyir, digərləri isə...
Dünən, 17:26
Atasını boğaraq öldürüb telefonunu Bakıda satan oğula CƏZA VERİLDİ
Dünən, 17:20
Onların da vergi yükü artır: - ""Kölgə"yə qayıtmağa yol axtaracaqlar"
Dünən, 17:08
Bakıda şəhid ailəsini təhqir edən həbs edildi - FOTO
Dünən, 17:06
Putin Aerokosmik Qüvvələrin komandanını dəyişib – Səbəb dron hücumlarıdır?
Dünən, 17:00
Bakıda KÜTLƏVİ DAVA: saxlanılanlar var - TƏFƏRRÜAT
Dünən, 16:58
Tanınmış azərbaycanlı aktrisaya ağır itki
Dünən, 16:56
“Yol əhvalatı”nın ssenaristi haradadır? – 90 yaşlı sənətkar məşhur müğənninin qayınbabasıdır
Dünən, 16:54
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru