Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? .....                     “Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” .....                     “Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” .....                     Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib .....                     “Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” .....                     Birliyə xidmət edən Zirvə: .....                     FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR .....                     "Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" .....                     Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq .....                     "Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" .....                     Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması .....                     Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? .....                     Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi .....                     “A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb .....                     “Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib .....                     TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir .....                     Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... .....                     Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? .....                     Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib .....                     Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB .....                     "Xəyanəti və nankorluğu bağışlamıram" .....                     Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib .....                     Sahibkar mağazaya borca görə həmyerlisini döydü .....                     “Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” .....                     Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır .....                     Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” .....                     İrana gedən Elminin başına gələn ilginc hadisələr .....                     Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi .....                     Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü .....                     Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son .....                     "Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək .....                     HƏQİQƏTİN MATRİSASI: .....                     İran Bakıdan sərhədi açmasını istəyir .....                     Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ .....                     16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... .....                     Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... .....                     Tramp Avropa liderlərini yenə aldatdı .....                     Rusiya onu 11 ildir AXTARIRDI .....                     Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... .....                     İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR .....                 

Bugünkü Soçi görüşündə üç paytaxt masada - Dəməşq, Kiyev, Bakı...
Tarix: 29-09-2021, 08:51 | Çap et
Bugünkü Soçi görüşündə üç paytaxt masada
Türkiyənin dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın Rusiyaya bu gün baş tutacaq səfəri zamanı çox ciddi məsələlərin müzakirəsi gözlənir. Məhz buna görə Kreml Ərdoğanın Rusiya prezidenti Vladimir Putinlə nəzərdə tutulan görüşünü ikitərəfli münasibətlər yaranandan bəri ən geniş mövzuların müzakirə olunacağı bir görüş kimi dəyərləndirir.

Türkiyənin Haber7.com saytında Ərdoğanın Rusiya prezidenti Vladmir Putinlə müzakirə edəcəyi məsələlərə dair məqalə dərc olunub. Suriyada müxalifətçilərin iki qalası - Dəra və İdlib var. Rusiya, Suriya rejimi və İran Dəranı alıb. İndi növbə İdlibə çatıb. İdlibdə genişmiqyaslı hərbi əməliyyatlar aparılsa, bu ərazilərdən insan köçü də başlana bilər və bu, Türkiyəni çətin vəziyyətə sala bilər. Rusiya hazırda həm İdlibi bombalayır, həm də Türkiyəni günahlandırır. İdliblə bağlı ən son memorandum 2020-ci il martın 5-də imzalanıb. Meydandakı aqressivliyi nəzərə aldıqda memorandumun yenilənməsinə ehtiyac yaranır. Rusiya prezidenti Vladimir Putin bu yaxınlarda suriyalı həmkarı Bəşər Əsədi qəbul edib. O, görüş zamanı Suriya ərazisinin 90 faizinə onun, yəni Bəşər Əsəd rejiminin nəzarət etdiyini qeyd edib. Deməli, Putin hesab edir ki, qalan 10 faiz ərazi İdlibdir. Putin PKK-PYD terror qrupunun işğalı altında olan Fərat çayının şərqindəki ərazini Suriya torpağı saymır. Əgər Putin riyazi səhvə yol vermirsə, bununla Fəratın şərqindəki terror təşkilatına muxtariyyət verilməsi mesajını vermiş olur. Rusiya əvvəllər də PKK-PYD-yə belə bir jest edib. Putinin bu sözlərindən iki gün sonra Moskvada Rusiya xarici işlər nazirinin köməkçisi PYD terror təşkilatının lideri, İlham Əhməd adını daşıyan terrorçu qadını (o, bir vaxtlar Qəndildə xidmət etmiş məşhur PKK terrorçusudur) qəbul etdi". Məqalədə bildirilir ki, Ortada Qafqaz məsələsi də var.

“Bugünlərdə Türkiyə, Azərbaycan və Pakistan birlikdə ”Üç qardaş-2021" adlı beynəlxalq təlimlər keçirib. Türkiyə ilə Azərbaycanın başqa birgə hərbi təlimləri də olub. Rusiya bunlardan da narahatdır və xarici işlər nazirinin sözçüsü Mariya Zaxarova vasitəsilə öz narahatlığını Bakıya çatdırıb".

Məqalədə o da iddia olunur ki, Rusiyanı Türkiyəyə qarşı aqressivləşdirən səbəblər Ukrayna-Türkiyə əlaqələri, Kiyevin NATO ilə bağlı Türkiyədən dəstək istəməsi və Türkiyənin buna şifahi razılıq verməsi, Ankaranın Krım işğalına münasibətidir.

Göründüyü kimi, xüsusilə Suriya məsələsində tərəfləri çətin müzakirə gözləyir. Çünki söhbət Türkiyənin şərqində yarana biləcək “terrorçu muxtariyyətdən” gedir ki, Ankara heç bir halda buna imkan verməyəcək. Türkiyənin Cənubi Qafqazda da möhkəmlənməsindən Ankaranın təkcə Azərbaycanca deyil, həm də Gürcüstanla artan əlaqələrindən Moskva narahat olmağa başlayıb. Ukrayna və Krım məsələsi isə Rusiya üçün bu məsələlərin önündə gəlir ki, son olaraq Türkiyənin xarici işlər nazirinin Krımdakı Duma seçkilərini qeyri-qanuni hesab etməsi Kremlin narazılığına səbəb olmuşdu.

YAP-çı deputat Ceyhun Məmmədov görüşün önəmindən danışdı: “Türkiyə və Rusiya prezidentlərinin belə görüşlər keçirməsi artıq ənənəvi hal alıb. Davamlı keçirilən belə görüşlər bir çox hallarda Soçidə baş tutur. İki ölkəni maraqlandıran məsələlər ətrafında geniş müzakirələr aparılır. Hazırda da Moskva və Ankara arasında müzakirə aparılmasına ehtiyac olan bir çox məsələlər var. Suriya məsələsində anlaşmalar olsa da, bir sıra hallarda fikir ayrılıqları da baş verir. Bildiyiniz kimi, Suriya ordusu bir sıra əraziləri azad edib və İdlib şəhərini də azad etməyə çalışır. Burada təbii ki, Rusiya da ciddi rol oynayır. Bu da Türkiyənin təhlükəsizliyi üçün çox ciddi təhdidlər yaradır. Bir də bölgə əhalisinin yenidən Türkiyəyə köçürülməsi məsələsi gündəmdədir. Bu görüşdə heç şübhəsiz ki, bu məsələlər geniş müzakirə olunacaq. Görünən odur ki, Suriya, eləcə də Rusiya çalışır ki, bütövlükdə Suriya ərazisinə tam nəzarət etsinlər. Əlbəttə, bu ərazilər Suriyanındır. Amma Türkiyənin təhlükəsizliyi də ön sırada dayanır. Türkiyə və Rusiya arasında ən çox müzakirə olunan məsələlərdən biri Ukrayna-Türkiyə münasibətləridir. Rəsmi Ankaranın Ukraynanı dəstəkləməsi, seçkiləri tanımaması Kreml tərəfindən birmənalı qarşılanmır. Rusiya Türkiyənin bu münasibətindən ciddi şəkildə narahatdır və dəfələrlə bu məsələyə münasibət bildirib”.

Deputat daha bir önəmli məsələyə də toxundu: “Türkiyə və Rusiya arasında olan ən önəmli məsələlərdən biri də Azərbaycanla bağlıdır. Hesab edirəm ki, son illərdə Azərbaycanla Türkiyənin apardığı danışıqlar, müzakirələr rəsmi Bakının mövqeyinin güclənməsinə hesablanıb. Ümumilikdə götürsək, əlbəttə, deyə bilərik ki, Rusiya Türkiyənin bölgədə olmasından o qədər də razı deyil. Amma qardaş ölkənin də apardığı uğurlu xarici siyasət nəticəsində bu gün artıq Azərbaycanın da mövqeyi güclənməkdədir. Həm Rusiya, həm də Türkiyə çalışır ki, aralarındakı münasibətləri daha da inkişaf etdirsinlər. Zaman-zaman bu ölkələr arasında gərginlik yaşansa da, bölgədə olan vəziyyət, reallıqlar ortaq məxrəcə gəlmək üçün tərəflərin ortaq mövqe nümayiş etdirmələrini zəruri edib. Kürdlərlə və digər məsələlərə gəldikdə hesab edirəm ki, Rusiya rəqiblərinin mövqeyini dəyişmək, onları təcrid etmək üçün müxtəlif siyasi gedişlər edir. Bu kimi addımlar atır. Birmənalı olaraq bunlar Türkiyəyə təsir məqsədi daşıyır. Biz bunun dəfələrlə şahidi olmuşuq. Hesab edirəm ki, Türkiyənin də burada mövqeyi kifayət qədər prinsipialdır, güclüdür. Qardaş ölkə hər an çalışır ki, öz mövqeyini daha da gücləndirsin. Düşünürəm ki, bu görüşdə də çox ciddi məsələlər müzakirə olunacaq”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Erməni məkri: İrəvan yenidən KTMT-də aktiv fəaliyyətə qayıdacaq? - ŞƏRH
Bu gün, 12:31
“Hava limanında başımıza oyun açdılar, qavalımı aldılar...” -Alim Qasımov
Bu gün, 11:28
“Qadınların avtobus sürücüsü kimi çalışmalarını alqışlayıram” - Tahir Kərimli
Bu gün, 11:24
Veysəloğlu Şirkətlər Qrupunun baş sponsorluğu ilə karyera festivalı keçirilib - FOTO
Bu gün, 11:09
“Türkmənistanın təşkilata üzv olmaması anlaşılmazdır” - ŞƏRH
Bu gün, 11:02
Birliyə xidmət edən Zirvə: - Budapeştdə bir çox suallara aydınlıq gətirildi
Bu gün, 11:00
FHN şefinə aid şirkət KİÇİLƏ-KİÇİLƏ GEDİR – Barəsində cinayət işi də var...
Bu gün, 10:56
"Tibb Universitetinin məzunları əvvəlcə müəllimlərini müalicə etsinlər" - ETİRAZ
Bu gün, 10:49
Rusiyadan “Qarabağ separatçıları” ilə bağlı şok tapşırıq - NƏ BAŞ VERİR?
Bu gün, 10:47
"Buna vaxtı-vaxtında baxmaq məgər problemdir?" - NARAZILIQ VAR...
Bu gün, 10:44
Lavrovun qalmaqallı Kəlbəcər açıqlaması – Rusiyanın yeni PLANI nədir?
Bu gün, 10:37
Ermənistanda gizli görüşə hazırlıq: Paşinyan nə deyəcək? - “Joqovurd”
Bu gün, 10:35
Parkda ucadan söyüş söyən iki qardaş həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 10:33
“A-Qroup Sığorta”nın rəhbərlərindən biri vəzifəsindən ayrılıb - BUNDAN SONRA...
Bu gün, 10:30
“Expressbank”ın sədri olmuş Əhəd Əliyevin xalası oğlu həbs edilib - Bankdan götürülən pul ələ keçirilib
Bu gün, 10:24
TƏBİB-in tibbi tullantılara xərclədiyi milyonlar daha haralara gedir - İLGİNC FAKTLAR...
Bu gün, 10:14
Biləcəridə AĞACLARI BU MƏMUR YEYİRMİŞ... - VİDEOFAKT
Bu gün, 10:06
Kremlin Ermənistanla bağlı planlarının anonsu nə vəd edir? - AKTUAL
Bu gün, 10:00
Bakıda üç məktəb direktorunun əmək müqaviləsinə xitam verilib - ADLARI AÇIQLANDI
Bu gün, 09:53
Deyəsən nazirimiz KTN sistemini də DİETAYA OTURDUB - Hər şeyi xaricdən alırıq...
Bu gün, 09:46
"Xəyanəti və nankorluğu bağışlamıram"
Bu gün, 09:37
Qazaxda “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda elmi-praktiki konfrans keçirilib
Bu gün, 09:31
Sahibkar mağazaya borca görə həmyerlisini döydü - MƏHKƏMƏ
Bu gün, 09:23
“Bacım öldüyü günün səhəri həbsxanaya gəlmişdi” -Aygün Bəylərin qardaşı azadlığa nə vaxt çıxır?
Bu gün, 09:22
Lavrovun səfəri: Rusiya Cənubi Qafqazda müharibəyə hazırlaşır - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:08
Baş gizirin qətlə yetirildiyi cinayətin yeni təfərrüatı: “Ağır ana söyüşü söydülər” – MƏHKƏMƏ
Bu gün, 09:07
İrana gedən Elminin başına gələn ilginc hadisələr - Arazı üzərək Naxçıvana keçib
Bu gün, 09:05
Qafqazı qarışdıran müharibə mesajı: Bakı və İrəvan hədəf göstərildi - NƏ BAŞ VERİR?
Bu gün, 09:02
Xaçmazda ailə faciəsi: oğul atasını süfrə arxasında öldürdü - TƏFƏRRÜAT
Bu gün, 09:00
Qərar verildi: Naxçıvanda ikili idarəetməyə son - TƏFƏRRÜAT
Bu gün, 08:49
"Bərdə Ticarət" ASC xalis mənfəətini bölüşdürəcək - TOPLANTI
Bu gün, 08:47
HƏQİQƏTİN MATRİSASI: - və ya “pərdə arxasında” gizlədilmiş gerçəkliyin axtarışı
Bu gün, 08:43
İran Bakıdan sərhədi açmasını istəyir - BƏS BİZ?
Bu gün, 08:39
Naxçıvanda PULSUZ DƏRMAN BİZNESİ - Kağız üzərində hər şey gözəldir...
Bu gün, 08:35
16 gün dənizdə işləyən işçilərə MEDİA ƏNGƏLİ... - AXI NİYƏ?..
Bu gün, 08:27
Başçı öz işini görməyəndə: Camaat səfərbər olur... - BU DA FAKT!
Bu gün, 08:25
Tramp Avropa liderlərini yenə aldatdı - "The Wall Street Journal"
Bu gün, 08:05
Rusiya onu 11 ildir AXTARIRDI - Azərbaycanda SAXLANILDI
Bu gün, 07:57
Tramp Rusiya əleyhinə qanuna qarşı çıxdı, lakin... - GƏLİŞMƏ
Bu gün, 07:04
İmişlidə baş verən olayın arxasında RUSİYA DAYANIR - deputatdan İDDİA
Bu gün, 07:01
Ordumuzun qarşısını kəsən, sərhədimizdə meydan oxuyan İran ordusu Qarabağda - NƏ BAŞ VERİR?
Bu gün, 06:14
Naxçıvanın Konstitusiyasını niyə dəyişdirirlər? - AKTUAL
Bu gün, 06:08
Bank kartı olanlar oxusun – Narahatlıq yaradan xəbər yayıldı
Bu gün, 06:06
AYNA auditor seçdi - QALİB ŞİRKƏT, MƏBLƏĞ
Bu gün, 05:55
Daha bir vəzifəli şəxsin milyonluq obyekti ÜZƏ ÇIXDI
Bu gün, 05:43
"Azərbaycan üçün siyasi baxımdan vasitəçi olmaq mühüm əhəmiyyətə malik deyil" - keçmiş nazir
Bu gün, 05:32
ETSN bu dəhşətə niyə göz yumur? - kanalizasiya suları içində ÇİMƏRLİK SEZONU
Bu gün, 05:28
AAAF Park-da daha bir özbaşınalıq - BU NƏDİ BELƏ?
Bu gün, 05:22
“Aquşa” uşaq qidasında təhlükəli bakteriyalar AŞKAR EDİLDİ - DİQQƏT
Bu gün, 05:12
Spikerin bəyanatı və KTMT-nin təcili sülh tələbi - Rusiya yenidən vasitəçilik oyununa girişib
Bu gün, 00:12
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru