"Bu günlərdə İrəvanda Avropanın böyük siyasi tədbiri - sammiti var. Təbii ki, Ermənistan seçkilərinə 1 ay qalmış belə bir görüşün olması təsadüf deyil - Paşinyana dəstəkdir, yəqin ki, işə yarayar, partiyası qalib gələr..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra bildirir: "Görüşün siyasi-iqtisadi təhlili haqqında sonra yazacam, amma indi diqqətimi çəkən, bir xəbəri sizlərlə paylmaq istədim.
Dünən isə Kanadanın Baş Naziri Karni də AB liderləri ilə görüşmək üçün İrəvana gəlib.
Qonşu ölkənin saytlarının birində oxudum ki, Mark Karni İrəvanda tarixi erməni restoranına gedib - restoranın adı "Kamança"dır.
Tapdım o restoranı, menyusuna baxdım, bütün yeməklərin adının əvvəlində "qədim erməni yeməyi" yazılıb, məsələn, əvvəldə həmin 3 söz və, "qovurma", "əriştə", "xaşlama", "dolma", "pide", "nazgəlin", "xurcun" və s.
Menyunu oxuyub güldüm, amma, yaxşı restorandır, İnşallah, 1-2 ilə biz də gedərik..."










