"Xaçmaz Regionu Siyəzən sahəsinin işçilərindən mənə bildirildi ki, artıq isə çıxmalarına rəğmən onlara çatası məzuniyyət ödənişi hələ də köçürülməyib". "DİA-AZ" xəbər verir ki, bunu sözügedən rayon sakini, ictimai fəal Rüfət Hüseynov "Azəriqaz" İB direktoru Azər Məmmədova ünvanlanmış müraciətində qeyd edir.
Müraciətdə daha sonra deyilir: "İşçilər haqlı olaraq narahatdırlar və soruşurlar ki, bu vəziyyətdə nə etsinlər. İnsan işləyə-isləyə iş axtarırsa, bu artıq ciddi problemdir.
İctimai fəal olaraq diqqətinizə çatdırıram ki, Azərbaycan Respublikasının Əmək məcəlləsinin 140-ci maddəsinə əsasən, işçiyə məzuniyyətə çıxmazdan ən azı 3 gün əvvəl məzuniyyət pulu ödənilməlidir. Bu, qanunun açıq tələbidir. Vaxtında ödəniş edilmədikdə, işçilər həm maddi, həm də psixoloji çətinliklərlə üzləşirlər. Artıq məzuniyyətə çıxmış və məzuniyyəti bitib işə qayıdan işçilərin işə gəlib getməsi üçün "Yol pulunu hardan tapım?" deyə düşünməsi heç də normal hal deyil və bu vəziyyət diqqətdən kənar qalmamalıdır..."










