Rusiya ilə birbaşa hərbi qarşıdurmaya mümkün qədər yaxınlaşmaq üçün Avropaya cəmi bir ildən çox vaxt lazım idi.
Axar.az xəbər verir ki, bunu rusiyalı politoloq Dmitri Yevstafyev deyib.
O bildirib ki, bu dövrə tarixi baxımdan baxsaq, çox qısadır:
"Onlar tez Rusiya ilə müharibəyə doğru qaçırlar, qorxurlar ki, vaxtında bacarmayacaqlar. Eyni zamanda avropalılar bu münaqişədə qalib gələ biləcəkləri barədə düşünmürlər. Qərb dövlətlərinin bu cür davranışı Moskva üçün meydan oxumaqdır. Xüsusilə də Rusiya Polşa və Fransanın iştirak etdiyi hərbi təlimlərdən ehtiyatlı olmalıdır".










