ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək .....                     Putinin reytinqi düşür, Kreml narahatdır! .....                     Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda .....                     SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR .....                     Məzuniyyət bitsə də, ödəniş verilməyib .....                     Günün fotosu: .....                     İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... .....                     "Bu bankdan kredit götürərkən diqqətli olun" .....                     "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" .....                     Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib .....                     Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... .....                     Azərbaycanın Avropadakı rolu... .....                     Neft sürətlə ucuzlaşdı .....                     “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB .....                     Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... .....                     Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş .....                     Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış .....                     Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb .....                     İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib .....                     Xameneinin müşaviri: .....                     Separatçıların ailələri Bakıya gəlmək istəyir .....                     “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...” .....                     Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar .....                     İran neft hasilatını azaltmağa başlayıb .....                     Xamenei “müdafiə xətti”ni yardı .....                     SEPAH-dan şübhəli anons .....                     Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib .....                     Ukraynanın hücumunun üç əsas elementi: .....                     Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək .....                     Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir .....                     'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... .....                     27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... .....                     SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... .....                     ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" .....                     Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı .....                     Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… .....                     Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq .....                     Nazir buralara mütləq nəzər salmalıdır... .....                     Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? .....                     “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub .....                 

Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək? - TƏHLİL
Tarix: 2-10-2021, 08:01 | Çap et
Saakaşvili Gürcüstanda: qonşu ölkədə nələr baş verəcək?
Gürcüstanın sabiq Prezidenti Mixail Saakaşvili ölkəsinə qayıdıb. Keçmiş dövlət başçısı sosial media hesablarında “Sabahın xeyir, Gürcüstan. Səkkiz ildən sonra artıq Gürcüstandayam” məzmunlu video paylaşıb. Hazırda Batumi şəhərində olduğunu deyən Saakaşvili yaxın günlərdə paytaxt Tiflisə dönəcəyini bəyan edib.

Qeyd edək ki, Saakaşvili oktyabrın 2-də ölkəyə dönəcəyi vədini versə də, səfərini bir gün tezləşdirib. Rəsmi dairələr isə onun ölkəyə daxil olması faktını təsdiq etmir. Seçkiöncəsi geri dönməsi isə Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi olacağı ilə bağlı iddiaların gündəmə gəlməsinə səbəb olub.

Və son xəbərlərə görə, artıq Saakaşvili həbs olunub və ona qarşı ittihamlar hazırlanır.

Politoloq Sülhəddin Əkbər AYNA-ya açıqlamasında deyib ki, Gürcüstanda yenidən hakimiyyət dəyişikliyi baş verə bilər: “Şübhəsiz ki, rəsmi Tiflis mümkün qədər onun gəlişinin qarşısını almağa, zərərsizləşdirməyə çalışacaq. Təbii ki, həbs oluna da bilər. Bütün hallarda onun qayıdışı təsadüfi deyil. Düzdür, uzun müddətdir geri dönəcəyini bəyan etsə, bu, baş vermirdi. Seçki dönəmində onun qayıtması və bunu uzun müddət sonra həyata keçirməsi müəyyən şübhələrə yol açır. Unutmaq lazım deyil ki, Saakaşvili ziddiyyətli fiqurdur. Eyni zamanda inqilab təcrübəsi və xarakteri var. Bu mənada rəsmi Tiflis üçün real təhlükə aşılayır”.

Analitikin sözlərinə görə, Azərbaycanda da bu məsələ diqqətlə izlənilməlidir: “Gürcüstan bizim qonşumuzdur. Hər ikimiz Cənubi Qafqaz xalqlarıyıq. Bu ölkədə baş verənlərin bizə də müəyyən təsirləri var. Eyni zamanda, Gürcüstanda xeyli sayda azərbaycanlı yaşayır. Əgər Saakaşvili kütləni arxasınca apara bilsə, bu halda region üçün yeni dönəm başlayacaq. Onun yenidən hakimiyyətə qayıdışı regionda qüvvələr nisbətini dəyişəcək. Digər yandan, dəqiq bəlli deyil ki, onun qayıtmasında kimlər maraqlı ola bilər. Bir neçə gün öncə verdiyi müsahibəsi zamanı Qərbin ünvanına kəskin fikirlər səsləndirməsi, yenidən hakimiyyətə gələrsə, fərqli siyasi texnologiyalardan istifadə edəcəyini bəyan etməsi də diqqətdən kənarda qalmamalıdır”.

“Yaxın günlərdə bütün bu məsələlərə aydınlıq gələcək. Bütün hallarda Gürcüstan siyasi mənada ağır dövrə daxil olur. İndidən hadisələrin hansı məcrada inkişaf edəcəyinə dair qəti proqnoz vermək mümkün olmasa da, bu qarışıq situasiya Gürcüstan siyasəti üçün tamamilə yeni mənzərə yaradacaq”, - deyə Əkbər bildirib.

Politoloq Turab Rzayev də AYNA-ya söyləyib ki, Saakaşvilinin gəlişi qonşu dövlətdə siyasi canlanmaya səbəb olacaq: “Gürcüstanda müxalifətə olan inam ölmək üzrəydi. Bir neçə dəfə Saakaşvilinin gəlişi gözlənilsə də, bu, baş vermədi. Bundan əlavə, onun olmadığı dövrlərdə rəhbəri olduğu partiyada parçalanmalar yaranır, bəzi qüvvələr iqtidarla anlaşmaya gedirdi. Bu xüsusda ölkəboyu müxalifət də zəif duruma düşmüşdü. Bu səbəbdən Gürcüstanda siyasi dəyişiklik etməyin yolu Saakaşvilinin geri qayıtmasından keçirdi. Yalnız onun özü siyasi vəziyyəti dəyişə, əhaliyə güvən verə bilərdi. Əgər o, doğrudan da Gürcüstana gəlibsə və bundan Gürcüstan hakimiyyət orqanlarının xəbəri yoxdursa, deməli, iqtidar daxilində də ona dəstək verən qüvvələr mövcuddur”.

Həmsöhbətimizin fikrincə, Gürcüstanda hakimiyyətə ciddi problemlər yarana bilər: “Hadisələrin inkişafı, hətta hakimiyyət dəyişikliyinə, yeni inqilaba qədər gətirib çıxara bilər. Sözsüz ki, bunun regiona da ciddi təsirləri olacaq. Məlumdur ki, Saakaşvili gedəndən sonra uzun müddət ABŞ-la Rusiya arasında üzdə görünməyən “centlmen sazişi” ortada idi. Faktiki olaraq ölkədə ikihakimiyyətlilik hökm sürürdü. Bir qrup dövlət qurumlarına rusmeylli qüvvələr, digərlərinə isə Qərb dairələri nəzarət edirdi. Bir müddət sonra rusmeylli qüvvələr üstünlük qazanmağa başladılar. Ola bilsin ki, Qərb bundan sonra hadisələri öz nəzarətinə almağa çalışır. Saakaşvilinin qayıdışı da bu xüsusda təsadüfi sayıla bilməz”.

Rzayevin Saakaşvlinin gəlişinin regionda da ciddi maraqla qarşılandığını qeyd edib: “Bilirsiniz ki, Saakaşvili postsovet məkanında “məxməri inqilab”ın əsas iştirakçılarından biridir. Qərbin Paşinyanı hakimiyyətə gətirməsi, Belarusda Lukaşenkonu devirməyə yönəlik fəaliyyəti də yaxın keçmişdə baş verib. Mümkündür ki, Saakaşvili Gürcüstanda hakimiyyəti ələ alaraq Ukrayna ilə birlikdə Rusiyaya qarşı ciddi təzyiq rıçağına çevrilsin”.











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18
Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17
Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15
SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13
Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53
Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44
İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35
"Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31
"Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19
Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04
Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02
Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46
Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44
“Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37
Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22
Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19
Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14
Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08
İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05
Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40
Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37
“Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23
Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20
İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16
Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14
SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14
Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12
Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10
Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07
Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44
'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41
27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28
SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25
""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43
Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41
Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39
Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26
Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24
Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05
“Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03
Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01
"Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56
Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48
Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47
Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44
"Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43
Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39
Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35
KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25
Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru