Gürcüstan, Ukrayna və Moldova NATO-ya doğru: - istəklə reallıq üst-üstə düşürmü?
Tarix: 2-10-2021, 11:09 | Çap et
 NATO-nun 5 gəmisi Gürcüstanın ərazi sularına daxil olub. Verilən məlumata görə, NATO-nun Mina Əleyhinə Daimi Tədbirlər Qrupunu Gürcüstanın Daxili İşlər Nazirliyinin Sərhəd Polisinin Sahil Mühafizəsi Departamenti qəbul edib.
Qeyd olunur ki, NATO gəmilərinin səfəri çərçivəsində Qara dənizdə Gürcüstanın Sahil Mühafizə Departamentinin iştirakı ilə birgə təlimlər keçiriləcək. Bölmənin tərkibinə İspaniya, İtaliya, Bolqarıstan, Rumıniya və Türkiyənin hərbi-dəniz gəmiləri daxildir. Bölməyə kapitan Xavier Nanes de Prado komandanlıq edir.
Bu arada, Belarus Prezidenti Aleksandr Lukaşenko Ukraynanın öz ərazisinə “gizlicə NATO qoşunlarını buraxdığını” bəyan edib. Onun sözlərinə görə, Rusiya ilə bu məsələni ciddi şəkildə müzakirə edirlər. Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov jurnalistlərə təsdiq edib ki, həqiqətən Belarus və Rusiya prezidentləri dəfələrlə NATO-nun Ukrayna ərazisinə doğru genişlənməsi mövzusunu müzakirə ediblər.
Baltikyanı ölkələrdən sonra Şimali Atlantika Müqaviləsi Təşkilatının postsovet məkanına daxil olması regionumuz üçün hansı perspektivlər vəd edir?
AYNA mövzunu ekspertlərlə təhlil edib:
Politoloq Zərdüşt Əlizadə AYNA-ya açıqlamasında deyib ki, Rusiya və Ukrayna arasında böhranın yaranmasını şərtləndirən əsas amil budur: “Təbii ki, postsovet məkanında üstün mövqeyini qorumaq Rusiya üçün həlledici məsələdir. Moskva bilir ki, keçmiş ittifaq ölkələrini itirməklə öz daxilində ciddi təlatümlərə yol aça bilər. Bu səbəbdən əsas diqqətini keçmiş müttəfiq respublikalarını öz nəzarətində saxlamağa yönəldib. Lakin bununla yanaşı, Qərb də həmin ölkələri tərəfinə çəkməyə çalışır. Gürcüstanda, Ukaynayada və Moldovada demək olar ki, buna nail olublar. Ermənistan uğrunda mübarizə isə həlledici mərhələdədir. Sözsüz ki, Rusiya itirdiklərini geri qaytarmaqda israrlıdır. Eyni zamanda bu günə qədər qoruduqlarını, misal üçün Belarusu heç bir halda itirmək istəmir”.
Politoloq qeyd edir ki, Ukrayna, Gürcüstan və Moldovanın Qərbə, o cümlədən NATO-ya inteqrasiya arzuları sirli məsələ deyil: “Bunu açıq şəkildə bəyan edirlər. “Krım platforması”nda digər iki ölkənin iştirakı da bunun bariz nümunəsidir. Təbii ki, tarixi şərait yetişdiyi zaman onlar NATO-ya da üzv olmağa cəhd edəcəklər, Avropa Birliyinə də. Lakin burada bir məqam da var ki, Qərb onlara lazımi səviyyədə dəstək verirmi? Zənnimcə, yox. Təbii ki, ABŞ və Avropa öz çıxarlarını da nəzərə alır. Bu mənada indiki situasiyada həm Ukraynanın, həm Gürcüstanın, həm də Moldovanın NATO-ya üzvlüyü məsələsini real görmürəm. Sadəcə müəyyən təzyiq aləti olduğunu güman edirəm və yəqin ki, bundan sonra da belə olacaq. Rusiyanın öz durumunun pis olması rəqib qüvvələr üçün münbit şərait yaradıb”.
Əlizadə əlavə edib ki, Lukaşenkonun məlum açıqlaması onun narahatlığından qaynaqlanır: “Lukaşenko oğrudur. Bilir ki, xalqı onu dəstəkləmir. İmkan düşən kimi, onu yola salacaqlar. Necə ki, son seçkilərdə iqtidarı laxladı, bundan sonra da oxşar ssenari baş verə bilər. Buna görə, özünü qorumağa yönəlik açıqlamalar verir və söylədikləri də məhz bundan qaynaqlanır” – politoloq vurğulayıb.
AYNA-ya danışan politoloq İlyas Hüseynovun sözlərinə görə, Gürcüstanın ərazi sularına NATO-nun 5 gəmisinin daxil olması münasibətlərin inkişafında keyfiyyətcə yeni mərhələnin balanğıcıdır: “Bütün bunlar göstərir ki, Gürcüstan hər vəchlə NATO-ya yaxınlaşmaq kursunu götürüb. Əsas məqsəd Gürcüstanın Dəniz Qüvvələri ilə NATO arasında qarşılıqlı əlaqələrin yüksəldilməsi, eyni zamanda müdafiə qabiliyyətinin gücləndirilməsidir”.
“Nəzərə alanda ki, Rusiya postsovet məkanını özünün məsuliyyət zonası elan edib, bu baxımdan Moskvanın da buna səssiz qalacağını güman etmək olmaz. Əslində Rusiya Gürcüstanın 20 faiz torpaqlarını işğal etməklə onların NATO-ya gedən yolunu bağlayıb. Çünki NATO-nun Nizamnaməsinə görə, əraziləri işğal altında olan dövlətlər NATO-ya üzv ola bilməzlər” – politoloq söyləyib.
Həmsöhbətimiz bildirib ki, Gürcüstan və Ukrayna Rusiya ilə yollarını ayırmaq üçün səy göstərirlər: “İstər müdafiə qabilyyətinin artırılması, istərsə də siyasi baxımdan adıçəkilən ölkələr aydın mövqe nümayiş etdirirlər və bütün fəaliyyətləri buna yönəlib. Baş verənlər NATO-Rusiya münasibətlərinə də təsirsiz ötüşmür. Heç şübhəsiz ki, baş verənlər gələcəkdə bu qüvvələr arasında müharibə riskini artırır. Təbii ki, bunu hər iki tərəf də anlayır və ehtiyatı da əldən vermirlər” – ekspert fikrini yekunlaşdırıb.


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • ABŞ Hərbi Dəniz Qüvvələri Hörmüzdə konvoy müşayiəti həyata keçirməyəcək
Bu gün, 07:18 |
|
|
|
| • Putinin reytinqi düşür, Kreml narahatdır! - TƏFƏRRÜAT
Bu gün, 07:17 |
|
|
|
| • Dövlətin qayınata ilə bağlı qoyduğu qəribə qayda – İlk dəfə üzə çıxdı
Bu gün, 07:15 |
|
|
|
| • SOCAR-ın bu idarəsi TƏHLÜKƏ ALTINDADIR - MÜRACİƏT
Bu gün, 07:13 |
|
|
|
| • Məzuniyyət bitsə də, ödəniş verilməyib - GİLEY
Bu gün, 06:53 |
|
|
|
| • Günün fotosu: - "Biri bu qapını açsaydı..."
Bu gün, 06:44 |
|
|
|
| • İrəvandakı seçki öncəsi basırıqda "Kamança" havası... - "İnşallah, 1-2 ilə biz də gedərik..."
Bu gün, 06:35 |
|
|
|
| • "Bu bankdan kredit götürərkən diqqətli olun" - NARAZILIQ VAR...
Bu gün, 06:31 |
|
|
|
| • "Bəzi yüksək vəzifəli məmurlar mənə təzyiq edirdi ki, bu qurumu qapadım" - BELƏ HARA GEDİRİK?
Bu gün, 06:19 |
|
|
|
| • Merts ABŞ qoşunlarının Almaniyadan çıxarılması qərarına təəccüblənməyib
Bu gün, 06:04 |
|
|
|
| • Mingəçevirdə üzr istəyəsi bir nəfər varsa... - ETİRAZ
Bu gün, 06:02 |
|
|
|
| • Azərbaycanın Avropadakı rolu... - ŞƏRH
Bu gün, 05:46 |
|
|
|
| • Neft sürətlə ucuzlaşdı - KİV
Bu gün, 05:44 |
|
|
|
| • “Prime Cotton”un Baş icraçı direktoru İŞDƏN AZAD EDİLİB - BUNDAN SONRA...
Bu gün, 05:37 |
|
|
|
| • Əgər Ermənistan yeni bir məğlubiyyətlə üzləşmək istəmirsə... - AKTUAL
Bu gün, 05:22 |
|
|
|
| • Xalq artistinin adını atası qonşuya görə dəyişibmiş
Bu gün, 05:19 |
|
|
|
| • Deputat Günay Ağamalı marafona 900 avroluq çanta ilə qatılıbmış — Məşhur marka (FOTOLAR)
Bu gün, 05:14 |
|
|
|
| • Merts Trampın rüsumlarını Avropaya zərbə adlandırıb
Bu gün, 05:08 |
|
|
|
| • İran ABŞ-nin uran və Hörmüz boğazı ilə bağlı təkliflərini qəbul etməyib - "Fars" agentliyi
Bu gün, 05:05 |
|
|
|
| • Xameneinin müşaviri: - İran ABŞ gəmilərini məhv edə bilər
Dünən, 19:40 |
|
|
|
| • Separatçıların ailələri Bakıya gəlmək istəyir - İrəvandan səslənən iddialara sərrast cavablar
Dünən, 19:37 |
|
|
|
| • “Üç dəfə nazir dəyişdirildi, heç birinin qəbuluna düşə bilmədim, Yaşara o diqqəti görmürəm, söz versələr də...”
Dünən, 12:23 |
|
|
|
| • Rusiya qazından iki dəfə baha olsa da: Azərbaycan qazını alırlar - KİV
Dünən, 12:20 |
|
|
|
| • İran neft hasilatını azaltmağa başlayıb - Anbarlarda yer qalmayıb
Dünən, 12:16 |
|
|
|
| • Xamenei “müdafiə xətti”ni yardı – Fantastik rəqəm üzə çıxdı
Dünən, 12:14 |
|
|
|
| • SEPAH-dan şübhəli anons - “Xamenei müəyyənləşdirəcək” deyildi, lakin…
Dünən, 10:14 |
|
|
|
| • Şimali Makedoniyada Azərbaycan qazının payı Rusiyanı üstələyib
Dünən, 10:12 |
|
|
|
| • Ukraynanın hücumunun üç əsas elementi: - Rusiya gizlədir...
Dünən, 10:10 |
|
|
|
| • Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək
Dünən, 10:07 |
|
|
|
| • Ağ Ev yanacaq qiymətlərinə təsir rıçaqlarını itirir - WP
Dünən, 08:44 |
|
|
|
| • 'Əli və Nino'da müştəriyə 'ƏLİ-VƏLİ DAĞI'... - GİLEY
Dünən, 08:41 |
|
|
|
| • 27 sentyabr müşavirəsi: Nəcməddin buna etiraz edir... - ƏN YAXIN TARİX...
Dünən, 08:28 |
|
|
|
| • SOCAR-da qanunlara zidd İXTİSAR DALĞASI... - Prezidentə MÜRACİƏT OLUNDU
Dünən, 08:25 |
|
|
|
| • ""Məişət narkomaniyası"nı şagirdlər arasında 50 qəpiklə onlar yayır" - Ekspert deyir ki...
Dünən, 07:43 |
|
|
|
| • Həbsdə olan jurnalistdə ağır xəstəlik aşkarlandı - MÜRACİƏT
Dünən, 07:41 |
|
|
|
| • Kurbanovlar “klanının” yeni qurbanları: “Leyla Medical Center” və… - İLGİNC İDDİALAR
Dünən, 07:39 |
|
|
|
| • Yeni ayda köhnə ənənə: Bu məhsullar bahalaşacaq - BELƏ HARA GEDİRİK?
Dünən, 07:26 |
|
|
|
| • Nazir buralara mütləq nəzər salmalıdır... - İLGİNC FAKTLAR
Dünən, 07:24 |
|
|
|
| • Kənd təsərrüfatı: Subsidiyalaşdırma niyə effekt vermir? - HƏQİQƏTƏN DƏ...
Dünən, 07:05 |
|
|
|
| • “Krokus Siti Holl” terror aktını törədənlər xaricdən idarə olunub - TASS
Dünən, 07:03 |
|
|
|
| • Masallıda icra başçısının TENDER ORTAQLARI - SİYAHI
Dünən, 07:01 |
|
|
|
| • "Kapital Bank" və "BakıKart" maliyyə maxinasiyası - YÜZLƏRLƏ İNSANIN KARTINDAN 0.60 AZN SİLİNİR
Dünən, 06:56 |
|
|
|
| • Sülhü “baltalayan” əl - Görünəni odur ki...
Dünən, 06:48 |
|
|
|
| • Paşinyan “tarixi hadisə”dən danışdı: regionda həqiqətən yeni dövr başlayır? - İNCƏLƏMƏ
Dünən, 06:47 |
|
|
|
| • Azərbaycana qarşı kampaniyanın arxasında kimlər dayanır? - GƏLİŞMƏ
Dünən, 06:44 |
|
|
|
| • "Bu dəyişikliklər yalnız qadın və kişilər arasında deyil" - deputat
Dünən, 06:43 |
|
|
|
| • Əlverişsiz hava məhsuldarlığa necə təsir edəcək? - AKTUAL
Dünən, 06:39 |
|
|
|
| • Deputat oğlunun "iki fərqli həyatı" - Eyni illərdə həm Bakıda sədr müavini, həm də xaricdə diplomat?
Dünən, 06:35 |
|
|
|
| • KXDR ABŞ-nin kibertəhdid iddialarını böhtan adlandırdı
Dünən, 06:25 |
|
|
|
| • Bu saxta xəbərləri kim(lər) və niyə yayır? - ARAŞDIRMA
Dünən, 06:23 |
|
|
|
|