Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' .....                     'Azərsu'nun qocaman işçisi narazıdır .....                     Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir .....                     "İki qarış ətəyi olan qızları aparırlar..." .....                     UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA .....                     "Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" .....                     Elariz 43 il əvvəl .....                     “Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” .....                     İranla İsrail toqquşacaqmı? .....                     Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? .....                     Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? .....                     "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" .....                     “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub” .....                     "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" .....                     İlqar İsmayılov həbsdə qaldı .....                     Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: .....                     İcra başçısı özünə yeni müavin təyin etdi .....                     Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi .....                     Rusiyanın Cənubi Qafqaz siyasəti... .....                     “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” .....                     Tramp düyməni basdı .....                     Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb .....                     “Sea Breeze”ə yaxın şirkət yaradılıb .....                     Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub .....                     Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU .....                     "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı .....                     “Bakcell” süni intellekt təlimi təşkil etdi .....                     Bakı polisi Əfqanıstan vətəndaşını axtarır .....                     "Vasif Məhərrəmli yalan danışır" .....                     "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" .....                     Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat .....                     TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL .....                     Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... .....                     Qərbi Azərbaycana qayıdışımız mümkündür .....                     “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” .....                     Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB .....                     Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... .....                     Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib .....                     Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR .....                     Bakı İrəvana sülhün ünvanını göstərdi .....                 

Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB - ABŞ doğurdanmı müharibə istəyir?
Tarix: 21-10-2021, 09:29 | Çap et
Pentaqon rəhbərini Kiyevə gətirən SƏBƏB
Co Baydenin hakimiyyətə gəlməsi ilə Ağ Ev siyasətində Moskvaya qarşı sezilən sərt ritorika son günlərdə özünü daha bariz formada nümayiş etdirməkdədir. Belə ki, Pentaqon rəhbəri Lloyd Austinin oktyabrın 19-da Ukraynaya rəsmi səfəri çərçivəsində ölkənin müdafiə naziri Andriy Taranla görüşdən sonra keçirilən mətbuat konfransında Kremlin ünvanına səsləndirdiyi sərt ittihamlar ciddi narahatlıq doğurub.

Xüsusilə də, Austinin Rusiyanı Krımı işğalı və Donbasda münaqişənin əsas banisi olaraq adlandırması və sülh danışıqlarından boyun qaçırmaqda günahlandırması regionda vəziyyətin yenidən gərginləşməsi ehtimallarını ortaya çıxarıb. Ələxsus da, məhz görüşün keçirildiyi gün Amerika qırıcı təyyarələrinin Qara dəniz üzərində uçuşlar həyata keçirməsi qeyd olunan ehtimalları daha da gücləndirib.

Digər maraqlı nüans isə, Austinin səfər gündəliyi ilə bağlıdır.

Belə ki, Pentaqon rəhbəri Ukrayna səfərindən öncə Tiflisi ziyarət edərək, Gürcüstanın müdafiə naziri ilə də görüş keçirmişdi. Burada da ABŞ hər zamankı kimi quru vədlərlə Rusiya qarşısında rəsmi Tiflisin mövqeyini dəstəkləmək yerinə, detalları ictimaiyyətə açıqlanmayan ikitərəfli təhlükəsizlik memorandumunun imzalandığını elan etdi. Bundan əlavə, Austinin Kiyevdən sonra Ruminayaya da səfər etməsi planlaşdırılır və Vaşinqton rəsmisinin Şərqi Avropa ölkələrinə səfərləri oktyabrın 21-22-də Brüsseldə keçiriləcək NATO ölkələrinin müdafiə nazirlərinin sammitindən öncəyə təsadüf edir.

Və diqqətdən yayınmamalı olan digər önəmli nüans isə Moskva cəbhəsindən gəlib. Belə ki, Austinin sərt açıqlamalarından cəmi bir neçə saat sonra Rusiyanın dövlət mətbaut orqanı olan “ria novosti”də Sergey Lavrovun “Ukrayna məsələsində ABŞ-la dialoqu bərpa etdik” açıqlaması ictimaiyyətə elan olunub. Sözügedən dialoqun ABŞ dövlət katibinin müavini Viktoriya Nulandla görüş zamanı bərpa olunduğunu və Nulandın Kreml səfərinin oktaybrın 11-12-də baş tutduğunu nəzərə alsaq, Lavrovun görüşdən bir həftədən çox vaxt keçdikdən sonra bu informasiyanı mətbuata açıqlaması daha böyük maraq doğurub.

Ağ Evin üzünü Şərqi Avropaya tutmasının səbəbləri

Təbii ki, daha əvvəl də Vaşinqton Rusiya qarşısında Ukrayna və Gürcüstan kartlarını oynamaqla problemli məsələlərdə mövqeyini dəfələrlə ortaya qoyub. Lakin bunlar o qədər də ciddi nəticələr verməyib.

İndiki situasiyada bu mövzuların yenidən qabardılmasının səbəbləri ilə bağlı ekspertlərin açıqlamaları isə iki önəmli nöqtəyə diqqəti yönəldib:

1. ABŞ regionda itirdiyi nüfuzunu yenidən qaytarmaq istəyir. Belə ki, Azərbaycanın Qarabağda qələbəsindən sonra regionda rəsmi Bakının yaratdığı yeni geosiyasi reallıq Ağ Evin bölgədən kənar qalmasına gətirib çıxarıb. Bundan əlavə, rəsmi Ankara ilə “F-35”-lər məsələsindən sonra ABŞ NATO-nun bölgədəki əsas gücü olan Türkiyə ilə də münasibətlərdə problemlər yaşayır. Belə olan halda, Ağ Evin regionda itirdiyi nüfuzunu Gürcüstan və Ukryana kartları ilə gücləndirmək istəməsi başa düşüləndir.

2. Vaşinqtonun Əfqanıstan uğursuzluğunu unutdurmaq niyyəti. Belə ki, Amerika qoşunlarının Əfqanıstandan çıxarılmasından sonra Talibanın hakimiyyətə gəlməsi Bayden administrasiyasını amerikalıların böyük əksəriyyətinin tənqid hədəfinə çevirib. Təsadüfi deyil ki, məhz bu hadisədən sonra ABŞ prezidentinin siyasi reytinqi ölkə tarixində ən aşağı faizlərə qədər geriləyib. Bu səbəbdən də, Baydenin itirdiyi reytinqini kompensasiya etməsi üçün yeni variantlar ortaya atması vacibdir.

Austinin səfərindən sonra regionu nə gözləyir?

Ümumilikdə isə, istər Austinin açıqlamasında qabartdığı sülh danışıqları məsələsini, istərsə də, Lavrovun ABŞ-la dialoq fikirlərini nəzərə alsaq, Donbas məsələsində diplomatik addımların atılmasının daha real variant olduğunu qeyd edə bilərik.

Lakin regionda lokal gərginliklərin baş verməsi də istisna edilmir. Xüsusilə də, rusiyalı politoloqlar ABŞ-ın verdiyi dəstəyin Qara dənizdə, daha dəqiqi isə Kerç boğazında müəyyən təxribatların baş verməsi ehtimallarını artırdığı qənaətindədirlər.

Bunlardan əlavə, Ağ Evin yaxın dövrdə Ukrayna və Gürcüstanın NATO ilə inteqrasiyasına mühüm diqqət yetirəcəyini də proqnozlaşdıra bilərik.

Lakin ümumilikdə, indiki situasiyada və yaxın perspektivdə genişmiqyaslı hərbi əməliyyatların baş verməsi o qədər də real görünmür.

Murad Əhmədov, Bizim.Media










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
"Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46
Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43
“Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40
İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36
Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08
Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55
"Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52
“Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47
"Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41
İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07
Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Dünən, 18:06
İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Dünən, 18:02
Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Dünən, 17:57
Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Dünən, 17:56
“Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 17:51
Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Dünən, 17:44
Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Dünən, 17:42
“Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:39
Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Dünən, 17:36
Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Dünən, 17:33
"Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 17:27
“Bakcell” süni intellekt təlimi təşkil etdi
Dünən, 17:20
Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Dünən, 17:15
"Vasif Məhərrəmli yalan danışır"
Dünən, 17:14
"Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Dünən, 17:07
Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Dünən, 17:01
TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Dünən, 16:52
Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Dünən, 16:48
Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Dünən, 16:45
“İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Dünən, 16:43
Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Dünən, 16:38
Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Dünən, 16:31
Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Dünən, 16:25
Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Dünən, 16:21
Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18
Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Dünən, 16:15
Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Dünən, 16:10
Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Dünən, 16:06
İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Dünən, 16:05
Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Dünən, 15:32
Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Dünən, 15:29
İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Dünən, 15:24
İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Dünən, 15:08
Xadimə işinə düzəlmək 2 min, kitabxanaçı 1500 - Sabiq məmurun cinayət işi
Dünən, 15:03
Hövsan stomatoloqlarından Prezidentə müraciət - "TƏBİB bizdən..."
Dünən, 15:00
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru