Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                     "Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" .....                     Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... .....                     İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” .....                     “Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…” .....                     Postsovet ölkələrinin SSRİ KABUSU .....                     Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... .....                     "Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar .....                     Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. .....                     Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya .....                     10 gün qalıb, bahalaşma qaçılmazdır .....                     Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... .....                 

Ərdoğan Baydendən istədiyini aldı? - Ağ Ev təkliflərlə razılaşmalıdır, çünki...
Tarix: 2-11-2021, 08:21 | Çap et
Ərdoğan Baydendən istədiyini aldı?
Türkiyə və ABŞ prezidentlərinin “G-20” sammiti çərçivəsində keçirilən görüşü ikitərəfli münasibətlərdə son vaxtlar yenidən artan gərginliyin aradan qaldırılmasında mühüm rol oynaya bilər.

Ancaq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın açıqlaması dövlət başçılarının bəzi məsələlərə dair razılığa gəldiyini deməyə əsas verir. Yəni tərəflər arasında fikir ayrılığı hələ də qalıb.

Xüsuilə də Türkiyənin Rusiyadan “S-400” zenit raket kompleksləri almasına ABŞ-ın etirazları barədə müzakirələr nəticəsiz qalıb. Bu isə ABŞ-ın Türkiyəyə qarşı tətbiq etdiyi sanksiyaların hələ qüvvədə qalacağını göstərir. Eyni zamanda, Prezident Ərdoğan ABŞ Prezidentinin Türkiyədə insan haqlarının vəziyyəti ilə bağlı fikirləri ilə razılaşmayıb.

Cənab Ərdoğanın mətbuat konfransında verdiyi açıqlama ABŞ-ın PKK-ya dəstək siyasətindən imtina etmədiyi qənaətini yaradır.

“Suriyadakı terror təşkilatı PKK/PYD-nin Amerikadan dəstək almaları ilə bağlı təəssüfümüzü bildirdik”, - Rəcəb Tayyib Ərdoğan belə deyib. ABŞ-ın terror təşkilatlarına silah dəstəyi barədə bəhs edən Türkiyə rəhbəri bu problemə son qoyulacağına inamını ifadə edib.

“Bundan sonrakı prosesin belə davam etməyəcəyinə inanıram", - Türkiyə lideri vurğulayıb. Cənab Ərdoğanın qeyd edilən sözləri ABŞ-ın PKK siyasətinə dəyişiklik etmək niyyətində olmadığını, tərəflərin bu məsələnin müzakirəsini gələcəyə saxladığı qənaətini yaradır. Ona görə də Türkiyə yaxın perspektivdə Suriyanın şimalında YPG və PYD terrortəşkilatlarına qarşı növbəti hərbi əməliyyatlara başlaya bilər. Bu isə “Suriyaya müdaxiləyə görə” ABŞ Prezidentinin Türkiyəyə qarşı sanksiyalarının hələ qüvvədə saxlanılması deməkdir.

Ancaq Ərdoğan-Bayden görüşü heç də gərgin atmosferdə keçməyib. Tərəflərin ortaq məxrəcə gəldiyi məqamlar da olub. Türkiyə Prezidenti bildirib ki, Prezident Bayden rəsmi Ankaranın ABŞ-dan müasir model F-16 qırıcıları alması məsələsinə müsbət yanaşdığını görüb.

“Biz Baydenlə təyyarələrlə bağlı yaranan vəziyyəti, mövcud məsələləri ən yaxşı şəkildə necə həll edəcəyimizi müzakirə etdik. Bayden F-16 qırıcı təyyarələrini almağımız məsələsinə müsbət reaksiya verdi”, - Ərdoğan deyib. Lakin Türkiyəyə qarşı sanksiyaların olduğunu nəzərə alsaq, ABŞ Konqresinin bu məsələyə müsbət yanaşacağı şübhə doğurur. Bu baxımdan, Cənab Ərdoğan Ağ Evin rəhbərindən Konredə nüfuzunun olmasından yararlanaraq F-16 məsələsinin həllində kömək göstərməyi xahiş edib. Baydenin “Əlimdən gələni edəcəyəm” deməsi ABŞ və Türkiyə arasında təmas nöqtələrinin mövcud olduğunu, anlaşmanın mümkün olduğunu təsdiq edir. Türkiyə və ABŞ dövlət başçılarının gündəliyinə Cənubi Qafqaz məsələsi, əsasən də Azərbaycan-Ermənistan münasibətləri daxil olub.

Prezident Ərdoğan İkinci Qarabağ müharibəsindən sonra bölgədə “3+3” əməkdaşlıq formatının qurulmasının vacibliyi barədə amerikalı həmkarını məlumatlandırıb. Bundan sonra o, Cənubi Qafqazı gündəmə gətirib.

“Dedik ki, keçən həftə orada olmuşuq və hazırda Cənubi Qafqazda müsbət addımlar atılır, qardaşımız İlham Əliyev də bu müsbət addımları qətiyyətlə davam etdirmək istəyir. Rusiya, Azərbaycan, Türkiyə, İran, Gürcüstan və Ermənistan hamısı razılaşsa, biz burada sülh platforması yaratmış olarıq. Bu baş versə, məqsədə çatarıq”.

Onun sözlərinə görə, Cənubi Qafqazda bu platformanın formalaşdırılması ilə bağlı danışıqlar davam edir.

“Bununla bağlı artıq cənab İlham Əliyev Ermənistana regionda sülhün bərqərar olması ilə bağlı təklif verib. Gürcüstan tərəfindən müəyyən mənfi münasibət var. Lakin bu platformanın yaranması üçün bütün ölkələrin müsbət yanaşma nümayiş etdirməsi lazımdır. O zaman region sülh platformasına çevriləcək”, - Türkiyə Prezidenti belə deyib.

Politoloq Fikrət Sadıqov Cebhe.info-ya bildirib ki, Türkiyə və ABŞ prezidentlərinin görüşü qısa müddətdə və sammit çərçivəsində baş tutduğundan iki ölkə arasında ciddi dəyişikliklərin olacağı real görünmür. Yəni bütün məsələlər barədə razılığı əldə olunmasa da müzakirələrin keçirilməsi müsbət haldır:

“Türkiyənin Rusiya ilə yaxınlaşması, xüsusilə də Rusiyadan müasir silahlar ABŞ-I narahat edir. Rəsmi Ankaranı isə narazı salan məsələ ABŞ-ın Türkiyənin daxili işlərinə qarışmasıdır. ABŞ-ın PKK terror təşkilatına dəstək verməsi Türkiyənin etirazına səbəb olur. Bütün bu məsələlərlə bağlı bir razılıq əldə olunduğuna əmin deyiləm. Hər halda mövqelər üz-üzə səslənib. Bu baxımdan, qarşılıqlı ittihamlara son qoymaq üçün ortaq məxrəc əldə olunmalıdır. Türkiyə istəyir ki, özünün dövlət maraqlarına zidd başqa ölkədən zərbə almasın. Türkiyəni başa düşmək olar. Çünki Türkiyə böyük geosiyasi oyunçuya çevrilib”.

Ekspert bildirdi ki, ABŞ Konqresində ermənipərəst qüvvələr çoxdur. Onlar Türkiyəyə 40 ədəd müasir F-16 qırıcısı satmağa mane olmağa çalışacaqlar:

“Həm Nümayəndələr Palatasından, həm Senatdan Ağ Evə müəyyən çağırışlar olacaq. Onlar Türkiyənin hazırkı rolunu qəbul etmək istəmir və güclənməsindən narahatdır. Bu, gedişatdan asılı olacaq. Əgər Ağ Ev Türkiyənin müttəfiq kimi əhəmiyyətinə, NATO-nun güclü üzvü olduğuna Konqresi inandıra bilsə, o halda bu məsələ həll oluna bilər. Əgər Prezident Bayden bunu edə bilməsə, konqresmenlərin ədalətsiz, siyasiləşmiş türkofobiya mövqeyi nümayiş olunacaq”.

Cənubi Qafqaz məsələsinin müzakirəsinə gəlincə,“3+3” formatı ilə bağlı ABŞ Prezidentinin münasibətinin nədən ibarət olduğu məlum deyil. “Altılıq” platformasında İranın və Rusiyanın yer aldığını nəzərə alsaq, ABŞ-ın buna kifayət qədər müsbət yanaşması sual doğurur. Fikrət Sadıqovun sözlərinə görə, İran sözügedən formatın fəal üzvü olmadığına ABŞ-ın buna etirazla yanaşacağı inandırıcı görünmür:

“Bu təklifdə İranın və Rusiyanın rolu qabardılmış şəkildə öz əksini tapsa idi, ABŞ buna mənfi yanaşa bilərdi. Amma “3+3” balanslaşdırılmış təklifdir. Burada həm Qərbyönlü, həm də Qərbə qarşı çıxış edən dövlətlər təmsil olunur. Məsələn, Azərbaycan balanslaşdırılmış xarici siyasət yürüdür. Türkiyə NATO-nun üzvüdür. Gürcüstan Avropa İttifaqına meyillidir. İran isə bu çərçivədə özbaşına addım ata bilməz. ABŞ da nəzərə almalıdır ki, “3+3” İranın öz təşəbbüsü olsa, onu normal qəbul etmək olmazdı. Amma bu təklif regionla bağlıdırsa, bu məsələdə qəbahət ola bilməz. Əgər ABŞ həmin formata real, ədalətli yanaşırsa, onu dəstəkləməlidir. Artıq Türkiyə Cənubi Qafqazın aparıcı “oyunçu”suna çevrilib. Gürcüstan da qonşu dövlətdir. ABŞ nəzərə almalıdır ki, heç bir ölkə təkbaşına bu prosesi həyata keçirə bilməz. Əksinə, bu, Qərbin maraqlarına cavab verən təklifdir”.

Politoloq qeyd etdi ki, Gürcüstan Rusiya amilinə görə,“3+3” formatından imtina etsə də regional əməkdaşlıqdan kənarda qalmamaq üçün razılıq verə bilər.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Azərbaycan da sərhəddə “bufer zona” yaratsa... - Başqa yolu yoxdur...
Bu gün, 08:50
ABŞ Maliyyə Nazirliyi Suriyaya qarşı sanksiyaların bir hissəsini götürməyi qərara alıb
Bu gün, 08:46
70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23
Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20
Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40
'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36
Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16
"İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04
UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54
"Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46
Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru