Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                     "Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır .....                     Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu .....                     Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI .....                     "Göyəzən" ASC-nin səhmdarları toplanır .....                     Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq .....                     Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI .....                     “Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək .....                     İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU .....                     "Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" .....                     "Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..." .....                     Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? .....                     Türk dövlətləri arasında birlik güclənir .....                     Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... .....                     Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir .....                     Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar .....                     Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” .....                 

Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın... - NƏ BAŞ VERİR?
Tarix: 4-11-2021, 08:42 | Çap et
Moskva ikibaşlı “miqrant qamçısı”nı yerə qoymur: Gedin! Qalın...
“Moskva miqrantsız həyata öyrəşməlidir. Biz çalışmalıyıq ki, paytaxtda olan kadr çatışmazlığını öz vətəndaşlarımızın hesabına təmin edə bilək. Hazırda bununla bağlı proqram sənədi hazırlanır. Həmin sənəd yerli əhalinin hesabına kadr çatışmazlığını aradan qaldırmağa zəmin yaradacaq”.

Belə bir açıqlama ilə Rusiya paytaxtının şəhərsalma siyasəti və tikinti üzrə vitse-meri Andrey Boçkarev çıxış edib. Deyib ki, bütün bu işlər mərhələli şəkildə həyata keçiriləcək. İddialara görə, Moskvada başlayan proses ardınca Rusiyanın digər şəhərlərinə də sirayət edəcək.

Qeyd edək ki, milyonlarla miqrant soydaşımız hazırda Rusiyada çalışır. Onların əksəriyyəti Azərbaycanda yaşayan qohumlarını da maddi cəhətdən təmin edir, bununla da ölkəmizə valyuta axını gətirirlər. Miqrantlarla bağlı sərt qərar verilərsə, bu, yaxın gələcəkdə onların ölkəyə qayıtmasına, işsizlik böhranına və sosial problemlərin dərinləşməsinə səbəb ola bilərmi?

AYNA Rusiyada yaşayan soydaşlarımızın fikirlərini öyrənib.

Moskva ətrafında yaşayan və kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Əfruz Niftili deyib ki, hazırda onlara qarşı hər hansı təzyiq yoxdur: “Əslində qərib ölkədə yaşayıb, fəaliyyət göstərirsənsə, onsuz da təzyiq altındasan. Çünki digər dövlətlərdə olduğu kimi, Rusiya da ilk növbədə öz vətəndaşlarını düşünür. Bizim bəxtimiz onda gətirib ki, ruslar daha çox elitar işlərə meyllidirlər”.

“Misal üçün, hüquq-mühafizə orqanlarında çalışmaq, vəkillik, müəllimlik, həkimlik - bu cür işlər onlar üçün daha cəlbedicidir. Bu səbəbdən ticarətə çox da meyl etmirlər. Lakin bizneslə məşğul olan bacarıqlı ruslar sürətli kareyra yolu keçirlər. Onlara xüsusi güzəştlər edilir. Banklar kredit ayırırlar, bir sözlə, hər bir şərait yaradılır. Lakin Rusiya hökuməti kadr çatışmazlığı problemini həll edə bilmir. Görünən odur ki, bundan sonra da edə bilməyəcək. Bu, elə də asan məsələ deyil”, - deyə həmsöhbətimiz bildirib.

Niftilinin sözlərinə görə, ən böyük arzuları Azərbaycana qayıtmaqdır: “Mütəmadi olaraq vətənə gəlib-gedirik. Ən böyük arzumuz isə öz ölkəmizdə yaşamaq, çalışmaqdır. Çox təəssüf ki, bu arzumuzu həyata keçirə bilmirik. Bunun da öz növbəsində obyektiv və subyektiv səbəbləri var. Bir səbəb bizim uzun müddət kənarda qalmağımız və bu səbəbdən ölkə bazarına bələd olmamağımızdırsa, digər səbəb Azərbaycanda sahibkarlıq fəaliyyəti ilə məşğul olmağa real şəraitin olmamasıdır”.

Moskva şəhərində yaşayan Atatürk Kamallı da sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Onun dediyinə görə, burada elitar sahələrdə təmsil olunmaq asan məsələ deyil: “Çünki bu vəzifələrə rusları və uzun müddətdir burada yaşayan digər xalqların nümayəndələrini təyin edirlər. Moskva meriyasının rəsmisinin açıqlaması ilə tanış oldum. Onlar ilk dəfə deyil ki, belə fikir səsləndirirlər. Təbii ki, Rusiya hökumətinin imkanı olsa, miqrantları sıxar, onları geri dönməyə təşviq edərdi. İndiki halda isə bunu etsələr, böyük işsizlik problemi yaşayarlar”.

Həmyerlimiz Rusiyada normal şərait qura bildiklərini qeyd edib: “Biz buraya gələnə qədər uzun müddət Azərbaycanda yaşamışıq. Əgər öz potensialımızı ölkəmizdə reallaşdıra bilsəydik, təbii ki, buralara qədər gəlib çıxmazdıq. Şükürlər olsun ki, özümüzü də, ailəmizi, eyni zamanda Azərbaycanda yaşayan valideynlərimizi də maddi cəhətdən təmin edə bilirik. Hazırkı vəziyyətimizdən şikayətçi deyilik. Ara-sıra miqrantlara qarşı müəyyən təzyiqlər olsa da, bu, intensiv xarakter daşımır. Bir daha söyləmək istəyirəm ki, bunu etmək üçün insan resursları çox azdır”.

Uzun müddət Sankt-Peterburqda yaşayan Barat İmaninin dediyinə görə, Rusiya miqrantlar məsələsindən təzyiq vasitəsi kimi istifadə edir: “İlk dəfə deyil ki, belə münasibət ortaya qoyurlar. Bundan öncə də belə açıqlamalar olub. Yəqin ki, bundan sonra da olacaq. Təbii ki, Rusiya hökumətinin imkanı olsaydı, bu təzyiqləri daha da artırardı. Lakin bu gün Rusiya iqtisadiyyatı həm də miqrantların hesabına ayaqdadır. Şimal qonşumuzda ciddi kadr çatışmazlığı hökm sürür və bu vəziyyət demək olar ki, bütün şəhərlərdə belədir. Hesab edirəm ki, miqrantların kütləvi şəkildə geri qaytarılması mümkün deyil. Belə olarsa, Rusiyada biznes sektoru faktiki olaraq çökər”.

Soydaşımız deyib ki, əvvəlki dövrlərdən fərqli olaraq artıq azərbaycanlılara münasibət də dəyişib: “Qabaqlar soydaşlarımıza daha çox bazarda çalışan, xırda ticarətçilər kimi yanaşırdılarsa, bu gün artıq belə deyil. Demək olmaz ki, çox ciddi fərq hökm sürür, lakin artıq münasibətlər əvvəlki kimi deyil. O səbəbdən ki, dünyada biznes yanaşması dəyişib, iş fəaliyyəti müasirləşib və bu, Rusiyada da özünü göstərir. Vaxtilə bazarlarda çalışan soydaşlarımız bu gün sahibkara çevriliblər və yaşadıqları şəhərlərin sosial-iqtisadi həyatında yaxından iştirak edirlər”.

Rusiyanın Norilsk şəhərində yaşayan və sürücü işləyən İlham Əhmədov isə bildirib ki, bu şəhərə giriş-çıxış üçün xüsusi icazə olmalıdır: “Norilsk şəhəri qapalı şəhər statusundadır. Bu şəhərə ancaq Rusiya vətəndaşları və xüsusi icazə olan şəxslər daxil ola bilərlər. Sənaye şəhəri olduğuna görə havaya böyük miqdarda zəhərli qaz buraxılır və insanların səhhətində ciddi problemlər yaranır. Orta yaş müddəti isə 50 ildir. Əksər soydaşlarımız bu uzaq Rusiya diyarında özləri işləsələr də, ailələrini Azərbaycanda saxlamağa üstün tuturlar. Bu yolla özlərini riskə atsalar da, övladlarını xəstəlik riskindən qorumağa çalışırlar”.

Həmsöhbətimizin sözlərinə görə, şəhərdə çoxlu sayda zavod və fabrik fəaliyyət göstərir: “Ən böyuk zavod Norilsk Nikel Zavodudur. Bu zavod Rusiya iqtisadiyyatında xüsusi əhəmiyyətə malikdir və şirkətin sahibi Vladimir Potanin ölkənin ən zəngin iş adamlarındandır. Alıcılıq qabiliyyəti çox yüksəkdir, işləyən, zəhmət çəkən insanlar yaxşı pul qazanırlar. Məhz elə buna görə də o zəhəri udmağa, həyatını təhlükə altına atmağa razı olurlar”.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Zərdabda plana düşən MEŞƏ ZOLAĞI: Bunu kimin vicdanına yazaq? - ÖZBAŞINALIQ!
Bu gün, 10:16
Türk dövlətləri arasında birlik güclənir - MƏQALƏ
Bu gün, 10:07
Vüqar Qurbanov `Xaç atası` və Çovdarov rolunda... - TƏBİB təbib olmur, həbslə "xox" gəlir
Bu gün, 10:05
Paşinyan geri çəkilir, Rusiya-Ermənistan xəttində loyallaşma siqnalları eşidilir - İLGİNC...
Bu gün, 09:58
Türkiyə ilə münasibətlərimizə kölgə salmağa çalışırlar - Cümşüd Nuriyev
Bu gün, 09:55
Misir Mərdanovdan nazirə çağırış: “Uşaqları “şikəst” edirsiniz...” - GƏRGİNLİK
Bu gün, 09:51
"Əlacsız qaldığımız üçün onların dedikləri ilə razılaşıb klinikaya ödəniş etdik" - NARAZILIQ VAR...
Bu gün, 09:50
Moskva aranı qarışdırır... Vaşinqton bunu görür... - deputatdan ŞƏRH
Bu gün, 09:39
İran rəsmisi: “Tezliklə Azərbaycanla quru sərhədlərimiz açılacaq” - KİV
Bu gün, 09:31
“Manaf yaraşıqlı kişidir, onu 3 ay mənə verələr…”
Bu gün, 09:29
Postsovet ölkələrinin SSRİ KABUSU - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 09:25
Köçrəyan Kremlə çağırıldı: eks-prezidentin qulağına nələr deyildi... - TƏFƏRRÜAT
Bu gün, 09:23
"Nyu Layf”da müalicə alan narkomanın ölümü ilə bağlı yeni detallar – Yekun qərar verildi
Bu gün, 09:15
Rusiyada MİQRANT YASAĞI: Bizə nə?.. - Görünəni odur ki...
Bu gün, 09:09
Dolların sonu gəldi iddiası: Bakıdan operativ reaksiya - AKTUAL
Bu gün, 09:05
10 gün qalıb, bahalaşma qaçılmazdır - NƏ ETMƏLİ?
Bu gün, 09:02
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru