Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                     “Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” .....                     Paşinyan Bakıya GƏLƏCƏK .....                     “Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur .....                     Bakıda qəbir yerlərinin qiyməti niyə artır? .....                     Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq .....                     "Heç vaxt məbləğ demirəm... .....                 

Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar – ABŞ Rusiya ilə cəbhə xəttini Qara dənizə çəkir?
Tarix: 6-11-2021, 09:26 | Çap et
Konqresmenlər Baydeni Ukraynaya hərbi yardım göstərməyə çağırdılar
Amerikanın respublikaçı konqresmenləri Mayk Rocers və Mayk Turner noyabrın 5-də ABŞ prezidenti Co Baydeni Ukraynaya hərbi yardım göstərməyə və döyüş gəmilərini Qara dənizə göndərməyə çağırıblar.

Ovqat.com-un məlumatına görə, konqresmenlər ABŞ prezidentinə yazdıqları məktubla bu tələblərini irəli sürüblər.

ABŞ-ın həftəlik “Defense News” nəşrində dərc olunan məktubda bildirilir:

"Rusiya qoşunlarının bu yaxınlarda Ukrayna sərhədində cəmləşməsi ilə əlaqədar biz sizin administrasiyanı kəşfiyyat və silah sahəsində Ukraynaya dəstək vermək üçün dərhal və təcili tədbirlər görməyə çağırırıq".

Məktubda bildirilir ki, Bayden Administrasiyası Rusiyanın beynəlxalq hüquq və ərazi suverenliyinə davam etməkdə olan təcavüzünü göz ardı edə bilməz: "Bundan əlavə, biz təcili olaraq ABŞ-ın regionda lazımi hərbi mövcudluğu və mövqeyi məsələsini nəzərdən keçirməyə və vəziyyətin daha da pisləşməsinin qarşısını almaq üçün ABŞ-Ukrayna arasında kəşfiyyat məlumatlarının mübadiləsi üzrə müvafiq tədbirlərə başlamağa çağırırıq".

Məktub Ukrayna Müdafiə Nazirliyinin çərşənbə günü Rusiya qoşunlarının sərhədə qoşun yığması ilə bağlı yaydığı bəyanatından sonra yazılıb. Nəzərə alsaq ki, müəlliflər - Rocers və Turner müvafiq olaraq Nümayəndələr Palatasının Silahlı Qüvvələri Komitəsinin və Strateji Qüvvələr üzrə Alt Komitənin yüksək vəzifəli üzvləridir, onların altına imza atdıqları məktubun dəyəri daha artır.

Xatırladaq ki, Ukrayna Müdafiə Nazirliyinin məlum bəyanatında Rusiyanın Donbass sərhədinə 90 mindən çox hərbçi və minlərlə hərbi texnika topladığı bildirilirdi. Məlumata zirehli döyüş texnikalarının, tankların və özüyeriyən artilleriyanın qurğularının peyk şəkilləri də əlavə olunmuşdu. "Rusiya regionda gərginliyi davam etdirmək və qonşu ölkələrə siyasi təzyiq göstərmək üçün vaxtaşırı hərbi təhdidlərini genişləndirib və genişləndirməyə davam edir", - deyə nazirliyin məlumatında bildirilirdi.

Müəlliflər xatırladırlar ki, ötən həftə Ukrayna və Rumıniya rəsmiləri də Qərb tərəfdaşlarını Rusiyanın bölgədəki militarizasiya siyasətinə qarşı durmaq üçün Qara dənizdə hərbi iştirakını gücləndirməyə çağırmışdılar. Ukrayna Vaşinqtonu Baltik dənizində olduğu kimi Qara dənizdə də NATO qüvvələrini yerləşdirməyə və region dövlətlərini dəstəkləməyə səsləmiş, bu batalyonun çoxmillətli döyüş qruplarından təşəkkül tapacaq miqyasda olmasını istəmişdi. ABŞ konqresmenlərinin Co Baydenə məktubları bu çağırışdan sonra qələmə alınıb.

Rocers və Turner məktubda vurğulayırlar ki, Rusiya təcavüzkar davranışını və ritorikasını gücləndirib, həm öz hərbi modernləşdirilməsini, həm də Ukraynanın NATO-ya daxil olmaq iddialarını tənqid edir. "Rusiyanın niyyətləri qeyri-müəyyən olsa da, onun 1-ci elit qvardiyasının tank birliklərini Ukrayna sərhədlərinə toplaması bu ölkəyə əlavə hərbi müdaxilə planlaşdırması ilə bağlı narahatlıqlara əsas verir", - deyə Rocers və Turner bildirirlər.

Məktubda həmçinin qeyd olunur ki, Bayden Administrasiyası keçən yay hərbi yardıma 60 milyon dollar ayırandan sonra Rusiyanın bölgədəki hərbi fəallığı artıb. Konqresmenlər Bayden administrasiyanı "Rusiyanın yeni işğalının qarşısının alınması və təcavüzünün dəf olunması" üçün Ukraynaya hərbi yardımı artırmağa çağırıblar.

Ötən ay ABŞ müdafiə naziri Lloyd Ostinin Qara dəniz ölkələrinə səfəri çərçivəsində Ukrayna və Gürcüstana səfər etdiyi vurğulanan məktubun sonunda təəssüflə bildirilir: “Brüsseldə NATO-nun baş qərargahında başa çatan səfər zamanı nə Austin, nə də NATO-nun baş katibi Yens Stoltenberq Qara dənizdə hər hansı qüvvənin artırılması planlarını açıqlamadılar”.

Xatırladaq ki, bundan əvvəl ABŞ Müdafiə Nazirliyinin mətbuat katibi Con Kirbi də Pentaqonun Ukrayna ilə sərhəddə Rusiya qoşunlarının fəaliyyətini diqqətlə izlədiyini bildirmişdi.

Nümayəndələr Palatası üzvlərinin ABŞ-ı israrlı şəkildə Qara dənizə hərbi gəmilərini göndərməsini və Ukraynaya dəstək verilməsini tələb etmələri fonunda Ukrayna ətrafında baş verən hadisələrə nəzər salanda əslində Ağ evdən tələb olunan proseslərin artıq başladığını görə bilərik. Məlum olduğu kimi, bir müddət əvvəl Ukraynanın Donbassdakı separatçı qüvvələrə “nəbz yoxlaması” xarakterli zərbələr endirməsindən sonra Kiyevlə Moskva arasında ziddiyyətlər böyümüşdü. Moskvanın etiraz bəyanatlarından sonra ABŞ-ın 6-cı donanmasının flaqman gəmisi qərargahı ilə birlikdə Qara dənizə daxil olmuşdu. Donanmanın bu addımın səbəbi ilə bağlı yaydığı bəyanat xeyli təhdidkar ruhda idi. Bəyanatda açıq şəkildə vurğulanırdı ki, flaqman gəmisinin göyərtəsində ABŞ Hərbi Dəniz Qüvvələrinin Altıncı Donanmasının qərargahının və NATO Hücum və Dəstək Qüvvələrinin (STRIKFORNATO) komandanlığının zabitləri də olacaq. Üstəlik, gəmilərin hansısa hərbi təlim üçün yox, əməliyyat üçün Qara dənizə göndərildiyi bildirilirdi: ““Mount Whitney” və onun üzərində yerləşən qərargah zabitləri NATO müttəfiqləri və tərəfdaşları ilə birlikdə Aralıq və Qara dənizlərdə fəaliyyət göstərəcək, regionda təhlükəsizliyin və sabitliyin təmin edilməsinə çalışacaqlar”.

Bəyanatda həmçinin ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Porter” esminetsinin də Qara dənizə göndərildiyini açıqlanır və regiondakı tərəfdaşlarla birgə əməliyyatlara hazırlaşmaqdan bəhs olunurdu: "USS Porter NATO müttəfiqləri və regiondakı tərəfdaşlarımızla birgə əməliyyatlar aparmaq üçün şimala Qara dənizə doğru hərəkətə başlayıb", - deyə vurğulanırdı.

Göründüyü kimi, ABŞ Hərbi Dəniz Komandanlığının 6-cı Donanmasının bu bəyanatı Pentaqonun Rusiya ilə cəbhə xəttini Aralıqdan Qara dənizə çəkmək niyyəti ortaya çıxır. ABŞ Hava Qüvvələrinin xeyli sayda təyyarələrini və digər hərbi texnikalarını Yunanıstan, Bolqarıstan və Rumıniyadakı hərbi bazalarına yerləşdirməsi də bu ehtimalı gücləndirir. Konqresmenlərin Co Baydenə yazdıqları məktubda da Ukraynanı dəstəkləmək üçün Qara dənizə hərbi qüvvələr göndərilməsi tələb olunur. Məsələlərə bu kontekstdə nəzər salanda belə bir nəticə hasil olur: ABŞ cəbhə xəttini Qara dənizə “sürüşdürmək” planına hüquqi zəmin hazırlamaq üçün konqresmenlərin gücündən istifadə etməyə çalışır.

Ovqat.com










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Bu gün, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Bu gün, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Bu gün, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Bu gün, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Bu gün, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Bu gün, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Bu gün, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu gün, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Bu gün, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Bu gün, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Bu gün, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Bu gün, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Bu gün, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Bu gün, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Aktauda AZAL təyyarəsinin qəzaya uğradığı yerdə memorial ucaldılacaq - Qazaxıstan KİV
Bu gün, 10:58
Afaq Əliyevanın qanunsuzluğunu sübuta yetirən növbəti VİDEO və SƏS YAZILARI - BU NƏDİ BELƏ?..
Bu gün, 10:54
“Boradigah çay-2’’ ASC-də maliyyə məsələləri müzakirə ediləcək
Bu gün, 10:49
İnterpolun axtardığı azərbaycanlı Monteneqro sərhədində TUTULDU - TƏFƏRRÜAT
Bu gün, 10:46
"Bəxtiyar Nəcəfovun dini biliklərinə və təşkilatçılıq qabiliyyətinə yaxından bələdəm" - REAKSİYA
Bu gün, 10:37
"Amma bir gün qayıtdı ki, bilirsən səni necə görmək istəyirəm..."
Bu gün, 10:33
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru