Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... .....                     "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz" .....                     "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..." .....                     74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar .....                     Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi .....                     "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən" .....                     Narkomanların 90 faizi potensial narkotacirdir .....                     Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... .....                     "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq .....                     Həm saxta, həm baha: Üstü bəzək, altı təzək .....                     Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... .....                     Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır .....                     "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" .....                     Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ .....                     Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib .....                     “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” .....                     Röya Ayaz Salayevə cavab verdi: .....                     Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub .....                     “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” .....                     Qalmaqallı direktor işdən çıxarıldı .....                     Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı .....                     Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir .....                     Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu .....                     Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir .....                     Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü .....                     Xalq artisti Fuad Poladovun doğum günüdür .....                     Azərbaycanda 4-cü kurs tələbəsi .....                     Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi .....                     Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib .....                     Şahin Bağırov müavininin rütbəsini qaldırdı .....                     Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər .....                     Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı .....                     Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA .....                     Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI .....                     Mülayim şərq küləyi əsəcək .....                     Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! .....                     Qriqoryan Moskvaya getməkdən imtina etdi .....                     Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI .....                     “İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” .....                     Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır .....                 

ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı - "F-35"-dən "8 zərbə"
Tarix: 15-11-2021, 10:45 | Çap et
ABŞ niyə Türkiyəni “oyundankənar vəziyyətə” saldı
Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib ki, Vaşinqton Ankaranı “F-35” proqramından kənarlaşdırmaq üçün “F-35” konsorsiumuna imza atan digər 8 ölkəyə təzyiq göstərərək anlaşmadan çıxarıb: “9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkə çıxdı. Beləliklə, Türkiyə layihədə tək qaldı. Nəticədə “F-35” ortaqlığı Türkiyəsiz yenidən quruldu”.

Nazir qeyd edib ki, buna səbəb olaraq Türkiyənin Rusiyadan “S-400” silahlarını alması göstərilsə də, əslində məqsəd başqadır: “Niyyət Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Hazırda ABŞ rəsmiləri ilə bu istiqamətdə danışıqlar davam etdirilir. İlk görüş Ankarada keçirilib. Yaxın aylarda ABŞ-da görüşün keçirilməsi qərara alınıb. İndiyə qədər çəkdiyimiz xərclər və 6 təyyarənin vəziyyəti ilə bağlı müzakirələr davam edir”.

Xatırladaq ki, ABŞ və Türkiyə ilə yanaşı, Böyük Britaniya, İtaliya, Hollandiya, Danimarka, Kanada, Norveç və Avstraliya konsorsiumda təmsil olunurdu. Bir çox ekspertlər hesab edirlər ki, ABŞ-ın Türkiyəyə qarşı təzyiqləri Rusiyadan “S-400” almasına görə deyil, müstəqil siyasət yürütməsi ilə bağlıdır.

Türkiyəli siyasi icmalçı, Dr. Can Kasapoğlu AYNA-ya şərhində deyib ki, Türkiyə istehsalçı dövlət olaraq konsoriumun üzvü idi: “Yəni, bu, o deməkdir ki, Türkiyə “F-35”-i hazır almırdı, onun istehsalı prosesində iştirak etməli idi. Təbii ki, belə bir qərarın verilməsi Türkiyə üçün arzuolunan deyil. Çünki bu, təkcə döyüş təyyarəsi deyildi, eyni zamanda minlərlə yeni iş yeri yaradan layihə idi. Bu mənada Türkiyənin sənaye itkiləri də nəzərə alınmalıdır. Misal üçün, Səudiyyə Ərəbistanı “F-35”-ləri hazır alır, onlar istehsal prosesində iştirak etmirlər. Türkiyənin bu porqramda əsas üstünlüyü həm də istehsal dövləti olması ilə bağlı idi”.

“Dünyada mövcud olan bütün silah sistemlərində olduğu kimi, “F-35”-in də müsbət və mənfi cəhətləri var. Ən böyük mənfi cəhəti müdafiə iqtisadiyyatı ölçüsüdür. “F-35” Birgə Zərbə Qırıcısı inventarda saxlamaq üçün bahalı bir təyyarədir. Hazırda bir F-35-in uçuş saatının qiyməti 36-44 min dollar civarında qiymətləndirilir. Bu isə öz növbəsində bir neçə F-16-nın dəyərindən bahadır. Eyni zamanda ALIS sistemindəki səhvlər əməliyyat xərclərini və iş yükünü daha da artırır. Üstəlik, proqramda aşkar edilən bəzi problemlər cari müqavilə öhdəliklərindən daha çox pul tələb edəcək”, - deyə ekspert bildirib.

Onun sözlərinə görə, Rusiyanın “S-400” sistemi indiyə qədər döyüş uğuru əldə etməyib: “Lakin dünyanın ən sıx SAM sistemləri ilə qorunan hava məkanlarından olan Suriyada İsrail Hərbi Hava Qüvvələri “F-35”-lərlə sistemli əməliyyatlar həyata keçirir. İddialara görə, son üç ildə minə yaxın hədəf vurulub və İsrail pilotlarının 70 faizi Suriya hava məkanına daxil olub. Digər yandan hələ “F-35”-in vurulması halları qeydə alınmayıb. Bütün bunlar bir daha göstərir ki, Türkiyənin “F-35”-lə bağlı layihədən kənarda qoyulması mənfi məqamdır. Bu, bizim üçün itki sayıla bilər”.

“Türkiyə dövləti “F-35” proqramında qalmaq istəyini dəfələrlə ən yüksək rəsmi səviyyədə dilə gətirib. Təbii ki, tarixi geriyə çevirmək mümkün deyil və Türkiyənin irəliyə baxmaq vaxtıdır. Təəssüf ki, Avropada Türkiyə üçün müdafiə sənayesi məhdudiyyətləri və çətinliklər siyasi zəmində güclənməkdə davam edir. Hazırda görməli olduğumuz əsas iş Türkiyənin hərbi potensialını artırmaq və döyüş hazırlığı səviyyəsini yüksəltməkdir. Məhz bu yolla itirdiklərimizi kompensasiya edə bilərik. Bir məqamı da unutmaq lazım deyil ki, Türkiyə müdafiə sənayesinin verdiyi itkilərin ödənilməsi ən azı hərbi potensialın gücləndirilməsi qədər vacibdir”, - deyə Kasapoğlu fikirini yekunlaşdırıb.

ABŞ-da təhsil almış türkiyəli politoloq, professor Selman Arslanbaş AYNA-ya açıqlamasında söyləyib ki, Baydenin hakimiyyətə gəlməsindən sonra ABŞ-Türkiyə münasibətləri yeni mərhələyə qədəm qoyub: “Görünən odur ki, Bayden administrasiyası rəsmi Ankara ilə məsafəli siyasət yürütməyə üstünlük verir. ABŞ və Türkiyə liderləri arasında keçirilən son görüş də bunun təsdiqi rolunda çıxış edir. Hazırda münasibətlər yüksək olmasa da, aşağı səviyyədə də deyil. Yəni, çıxış yolu hər zaman var. Bunu hər iki tərəfdə nəzərə alırlar”.

Müsahibimizin dediyinə görə, Suriyada PKK-nın qolu olan YPG-yə ABŞ-ın verdiyi siyasi-hərbi dəstək, Türkiyənin isə “S-400” raketlərini öz ərazisində saxlaması bu münasibətləri gərginləşdirən faktorlar rolunda çıxış edir: “Görünən odur ki, tərəflər hələlik ortaq məxrəcə gələ bilmirlər. Belə olduğu təqdirdə Amerika müttəfiqləri ilə birlikdə Türkiyəyə qarşı təzyiqləri artırır. 9 ölkənin birləşərək qurduğu “F-35” konsorsiumundan 8 ölkənin çıxması, Türkiyənin isə layihədə tək qalması bunun təzahürüdür”.

“Milli müdafiə naziri Hulusi Akarın da qeyd etdiyi kimi, onların əsas məqsədi Türkiyənin olmadığı yeni proqram hazırlamaqdır. Bu yolla Türkiyəni geri çəkilməyə təhrik edə bilməyəcəklər. Türkiyə kifayət qədər güclü dövlətdir. Son illərdə isə daha da güclənib. Bu gün dünyanın əsas beynəlxalq oyunçularından biridir. Regionda Türkiyənin rolu və iştirakı olmadan hər hansı layihənin uğur qazanması mümkün deyil. Yəqin ki, yekunda Qərb dairələri bu faktoru nəzərə alacaq. Əks halda ABŞ-Türkiyə müttəfiqliyinə xələl gələ bilər”, - deyə Arslanbaş vurğulayıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Bu gün, 23:39
"Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Bu gün, 23:36
"Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Bu gün, 21:46
74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Bu gün, 21:42
Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Bu gün, 21:38
"Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Bu gün, 21:34
Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Bu gün, 19:12
Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Bu gün, 19:10
"Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Bu gün, 19:04
Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Bu gün, 19:01
Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Bu gün, 18:45
Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Bu gün, 18:41
"Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Bu gün, 18:19
Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Bu gün, 18:15
Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Bu gün, 18:13
“Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Bu gün, 18:08
Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Bu gün, 17:56
Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Bu gün, 17:48
“Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Bu gün, 17:46
Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Bu gün, 17:45
Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Bu gün, 17:34
Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Bu gün, 17:27
Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Bu gün, 15:29
Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Bu gün, 15:26
Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Bu gün, 15:18
Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Bu gün, 15:13
Azərbaycanda 4-cü kurs tələbəsi qəzada öldü
Bu gün, 15:11
Nazir Habil Alıyevi yüksək vəzifəyə təyin etdi - FOTO
Bu gün, 15:07
Rusiya və Ukrayna qarşılıqlı şəkildə 307 hərbçi dəyişdirib - “İnterfaks”
Bu gün, 15:04
Şahin Bağırov müavininin rütbəsini qaldırdı
Bu gün, 14:29
Naxçıvanda zavodun ərazisini qanunsuz olaraq söküblər - 230 minlik iddia
Bu gün, 13:58
Azərbaycanlı müğənni səhnəyə biabırçı geyimdə çıxdı - VİDEO
Bu gün, 13:05
Türkiyədə azərbaycanlı tələbəni döyüb videoya çəkənlərə AĞIR CƏZA - TƏFƏRRÜAT
Bu gün, 12:59
Hakimiyyət daxilində YENİ İSLAHAT DALĞASI - NƏLƏR BAŞ VERİR?
Bu gün, 12:58
Mülayim şərq küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:54
Peşəkarlığın səssiz imtahanı: 2011-dən əvvəl yetişən plastik cərrahların bəxtsiz taleyi! - bundan sonra NƏ OLACAQ?
Bu gün, 12:46
Qriqoryan Moskvaya getməkdən imtina etdi - “Armenpress”
Bu gün, 12:42
Qusar Prokurorluğu rayonun poçt şöbəsi ilə bağlı ARAŞDIRMALARA BAŞLADI - TƏFƏRRÜAT
Bu gün, 12:30
“İki dünya bir olsa, mən səndən əl çəkən deyiləm” - Canana
Bu gün, 12:03
Aİ-nin artan aktivliyi Mərkəzi Asiyaya çıxış hədəfi ilə bağlıdır - RƏY
Bu gün, 12:00
“Gələn yaz Əliyev İrəvana öz şəhəri kimi gələcək” - News.am
Bu gün, 11:58
Paşinyan Bakıya GƏLƏCƏK - ƏGƏR...
Bu gün, 11:19
“Bakışəhərtikintimexanikləşdirmə” ASC ləğv olunur
Bu gün, 11:16
Bakıda qəbir yerlərinin qiyməti niyə artır? - AKTUAL
Bu gün, 11:15
Ermənistan nə qədər silahlansa da, Azərbaycan Ordusuna gücü çatmayacaq - ÇÜNKİ...
Bu gün, 11:13
"Heç vaxt məbləğ demirəm... - Amma çox vəsait xərclənib..."
Bu gün, 11:10
"Bakı Ovuntu Metallurgiya" ASC səhmdarları toplanır
Bu gün, 11:06
Ermənistanda hakimiyyət dəyişikliyinə hazırlıq: General Paşinyana rəqib oldu - NƏ BAŞ VERİR?
Bu gün, 11:05
Ermənilər Allahşükür Paşazadəni HƏDƏFƏ ALDI - NARAHATDIRLAR
Bu gün, 11:03
"Göyəzən" ASC-nin səhmdarları toplanır
Bu gün, 10:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru