Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran... - Qərb üçün sərfəli deyil
Tarix: 8-12-2021, 08:13 | Çap et
 Gürcüstanın eks prezidenti Mixeil Saakaşvili işləmək üçün xaricə getməyi planlaşdıran vətəndaşlara müraciət edib. Keçmiş rəhbər Gürcüstanı tərk etmək niyyətinə düşənlərə ölkədə qalmağı məsləhət görərək, hökumətə qarşı mübarizəyə səsləyib. Saakaşvili iddia edib ki, bir neçə aylıq mübarizədən sonra vəziyyət dəyişəcək:
“1 milyon soydaşımız iş və gəlir əldə etmək üçün xaricə getməyi düşünür. Öz təcrübəmə əsaslanaraq, deyirəm ki, xaricdə layiqli yer tutmaq çox çətindir. Başa düşürəm, çox çətin dolanırsız. Amma insana yeməkdən əlavə, layiqli həyat şəraiti, hörmət və özünü tam hüquqlu bir insan kimi dərk etmək lazımdır. Bütün bunlar mühacir üçün çox çətindir. Bilməlisiniz ki, siz uzun müddət ikinci dərəcəli şəxs olacaqsınız.
Bu o deməkdir ki, istedadınıza və ixtisasınıza uyğun işləyə bilməyəcəksiniz. Həm də savadsız bir yerliyə xidmət etməli olacaqsınız. Gəlin qarşıdakı həftələrdə, 2-3 ayda birlikdə mübarizə aparaq. Sizə zəmanət verirəm ki, nəinki vəziyyət dəyişəcək, hər biriniz gələn ilin sonuna kimi ən azı Polşada, Yunanıstanda və hətta Almaniyada qazandığınız qədər gəlir əldə edəcəksiniz. Siyasətçilərin vədlərinə inanmırsınız, amma unutmayın ki, mən sizə heç vaxt yalan danışmamışam”. Məlumat üçün bildirək ki, Gürcüstanın üçüncü prezidenti oktyabrın 1-də Tbilisidə saxlanılıb və Rustavidəki həbsxanaya yerləşdirilib. Noyabrın 8-də Tbilisidəki Qldani türməsinin xəstəxanasında müalicəsinə başlanılıb. 50 gün aclıq aksiyası keçirən siyasətçi səhhəti pisləşdiyi üçün noyabrın 20-də Qoridəki hərbi hospitala köçürülüb. Saakaşvili bundan sonra aclıq aksiyasını dayandırıb. Eks-prezidentin tərəfdarları isə hökumətə qarşı etiraz aksiyalarını davam etdirməkdədir.
Sabiq dövlət başçısının gürcülərə çağırışı ilə bağlı “Şərq”ə fikirlərini bölüşən AĞ Partiya sədrinin müavini Əhəd Məmmədli Saakaşvilinin tövsiyələrinin effektsiz olacağını düşünür. Analitikin qənaətincə, sadəcə, 20-30 adamın siyasətçiyə qulaq verməsi nəticəyə təsir göstərməyəcək:
“Hansısa gürcü ölkəni tərk etmək qərarı alıbsa, deməli, ümidini tamamilə üzüb. Gələcəyə zərrə inanan şəxs vətənindən birdəfəlik getmək haqqında düşünməzdi. Gürcülər yaxşı bilirlər ki, dəstək vədlərinin, “siz başlayın, biz arxanızdayıq” şüarlarının heç biri özünü doğrultmayıb. Həm də Gürcüstan artıq elə durumda deyil ki, bir siyasətçiyə görə xalq üsyana qalxsın. Saakaşvili zənn edirdi ki, ölkəyə gəlişi və həbsi ilə gürcüləri ayağa qaldıracaq. Amma ciddi yanıldığını öyrəndi. Məncə, Gürcüstandakı real vəziyyəti görən Saakaşvili sonuncu gedişlərini edir”.
Ekspert vurğulayıb ki, Saakaşvilinin həbsdə qalması Tbilisi hökuməti üçün başağrısı olsa da, hökumət rahatdır:
“Hələlik beynəlxalq təşkilatlardan bu həbsə görə ciddi reaksiyaların şahidi olmamışıq. Əgər belə bir hal Türkiyədə olsaydı, əmin olun ki, dünyanı ayağa qaldırmışdılar. Gürcüstanla bağlı reaksiyalar isə çox zəifdir, demək olar ki, yoxdur.
Bu da onu göstərir ki, indiki halda Gürcüstanda hakimiyyət dəyişikliyi və ya siyasi böhran Qərb üçün sərfəli deyil. Əgər hakim “Gürcü Arzusu” öz üzərində yetərli təzyiq hiss etsəydi, Saakaşvilini həsbdə saxlamazdı”.


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• “3400 mina qurbanına görə hələ heç kim Ermənistana “gözün üstə qaşın var” deməyib” - FAKT BUDUR!
Bu gün, 11:14 |
|
|
|
• Gözlər İrəvandan Bakıya çevrildi: İki böyük güc hərəkətə keçir – Qərar dəyişdi
Bu gün, 11:11 |
|
|
|
• Zərərçəkmişlərin hərracda iştirak hüquqları əllərindən alınır - HƏRRAC İŞBAZLARINA "YAŞIL İŞIQ"
Bu gün, 11:04 |
|
|
|
• Kreml miqrant ovunu davam etdirir...
Bu gün, 09:42 |
|
|
|
• Goranboyda məktəb direktoru PULU SİYAHI İLƏ YIĞIR - FOTOFAKT
Bu gün, 09:40 |
|
|
|
• Putin Zelenskini tanımır: - Kreml seçki və Trampla dialoq istəyir
Bu gün, 09:16 |
|
|
|
• Ruslar bizi nə dost bilir... nə də düşmən... - SORĞU
Bu gün, 09:14 |
|
|
|
• Tramp Rusiyanı "oğru" adlandırdı - "RİA Novosti"
Bu gün, 08:40 |
|
|
|
• Bakı razılıq verdi, EPU İrəvanda olacaq: Əliyev də gedəcək? - GƏLİŞMƏ
Bu gün, 08:30 |
|
|
|
• Hakan Fidan Rusiyaya gedir – Yeni regional danışıqlar gündəmdə?
Bu gün, 08:26 |
|
|
|
• Ələt təkcə iqtisadi zona kimi deyil, bir yaşayış ünvanı kimi də inkişaf etdirilməlidir - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:37 |
|
|
|
• “Kasap Kabab”ın salatın içindən şüşə çıxdı: Müştəri yaralandı - FOTO
Bu gün, 07:31 |
|
|
|
• SSSRİ təhlükəsi NƏ QƏDƏR REALDIR? - ZİBİLƏ DÜŞMÜŞÜK...
Bu gün, 07:23 |
|
|
|
• 'Avant Group' yenə də MİŞARLARINI İTİLƏYİB - Sakinlər narahatdır
Bu gün, 07:19 |
|
|
|
• İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin zərəri daha da artıb - HESABAT
Bu gün, 06:28 |
|
|
|
• "Artıq uşaqlar da hərəsi bir smartfon gətirir ki, müəllimin səsini yazsın" - Əmrullayevin məktəbləri BAZARA DÖNÜB
Bu gün, 06:20 |
|
|
|
• Zəngəzur dəhlizinin Sədərək qapısı - Türk dünyasının yeni iqtisadi bağı
Bu gün, 06:11 |
|
|
|
• Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur... - ÜDM bir rəqəm göstərir, biz isə başqa rəqəm hiss edirik
Bu gün, 05:59 |
|
|
|
• Bu gün 54 247 abituriyent üçün imtahan keçiriləcək - DİQQƏT
Bu gün, 05:46 |
|
|
|
• Dünya 6G-dən danışır, “Azərcell” qiymət qaldırır… – Ekspertdən SƏRT TƏNQİD
Bu gün, 05:42 |
|
|
|
• "Xasiyyətcə Afət Fərmanqızına bənzəyirəm"
Bu gün, 05:38 |
|
|
|
• "İranın çox ağır bir durumdadır..." - ONA GÖRƏ DƏ...
Bu gün, 05:34 |
|
|
|
• İrəvanın 'İNDEYSKİ' mahiyyəti... - GÖRÜNƏNİ BUDUR...
Bu gün, 00:10 |
|
|
|
• İstedadlı gənclər ölkəni niyə tərk edir? - ARAŞDIRMA
Bu gün, 00:05 |
|
|
|
• Jan-Noel Barronun İrəvan səfəri: Erməni revanşizmi üçün yeni ümid, region üçün yeni təhlükə... - AKTUAL
Dünən, 23:39 |
|
|
|
• "Siz oraya aş, boşbaş yeməyə getməmisiniz"
Dünən, 23:36 |
|
|
|
• "Paxıllıqdan onu 'yutub'dan silmişdilər..."
Dünən, 21:46 |
|
|
|
• 74 yaşlı qadının əl-ayağını bağlayıb başına kisə keçirdilər: Pullarını da oğurladılar - TƏFƏRRÜAT
Dünən, 21:42 |
|
|
|
• Tehran Bakıya dəhliz verdi, Zəngəzur bitdi - Tarasov
Dünən, 21:38 |
|
|
|
• "Həbs olunanda bacısı zəng vurdu ki, ərizəni geri götürməlisən"
Dünən, 21:34 |
|
|
|
• Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Dünən, 19:12 |
|
|
|
• Füzuli təhsilinin AĞLAMALI GÜNLƏRİ... - İTTİHAM VAR...
Dünən, 19:10 |
|
|
|
• "Təhsilin İnkişafı Fondu" 880 min manata avtomobillər alacaq
Dünən, 19:04 |
|
|
|
• Həm saxta, həm baha: Üstü bəzək, altı təzək - GÖRÜN, NƏ YEYİRİK...
Dünən, 19:01 |
|
|
|
• Kann Festivalı kinomuz üçün HƏLƏ DƏ RÖYADIR... - MALƏSƏF...
Dünən, 18:45 |
|
|
|
• Azərbaycan ən varlı ölkədən 18 dəfə kasıb, ən kasıb ölkədən 30 dəfə varlıdır - SİYAHI
Dünən, 18:41 |
|
|
|
• "Kim daha çox həyasızlıq göstərsə, o da qalib gələcək" - FAKT BUDUR!
Dünən, 18:19 |
|
|
|
• Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
Dünən, 18:15 |
|
|
|
• Bu il Azərbaycana Rusiyadan 8 milyon həşərat gətirilib
Dünən, 18:13 |
|
|
|
• “Mən İmam Zaman ağayam, inanmayan peşman olacaq” - Masallıdakı amansız qətlin SENSASİON TƏFƏRRÜATI
Dünən, 18:08 |
|
|
|
• Röya Ayaz Salayevə cavab verdi: - "Siz elə ölü qalın"
Dünən, 17:56 |
|
|
|
• Bakıda 72 min manatlıq dələduzluqda təqsirləndirilən şəxsə hökm oxunub - TƏFƏRRÜAT
Dünən, 17:48 |
|
|
|
• “Məleykə Abbaszadəyə sualı jurnalistlər yox, hüquq-mühafizə orqanları verməlidir!” – Taleh Şahsuvarlıdan sərt ittihamlar
Dünən, 17:46 |
|
|
|
• Qalmaqallı direktor işdən çıxarıldı - öz ərizəsi ilə...
Dünən, 17:45 |
|
|
|
• Məhkəmə sabiq bələdiyyə sədrinin anasını cəzalandırıldı - Bu çıxışlarına görə
Dünən, 17:34 |
|
|
|
• Sülh prosesinə ən çox maneə törədən erməni kilsəsidir - deputat
Dünən, 17:27 |
|
|
|
• Azərbaycandan Britaniyaya aparılan ayıların saxlanıldığı restoran məlum oldu - TƏFƏRRÜAT
Dünən, 15:29 |
|
|
|
• Xalq Ərdoğanın yolunu seçməkdə sərbəstdir - İNCƏLƏMƏ
Dünən, 15:26 |
|
|
|
• Restorana gedən azərbaycanlı sürücünü maşın vurub öldürdü - TƏFƏRRÜAT
Dünən, 15:18 |
|
|
|
• Xalq artisti Fuad Poladovun doğum günüdür - ANIM
Dünən, 15:13 |
|
|
|
|