Neftin qiyməti yenə 110 dollara yaxınlaşır .....                     ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... .....                     İran neft hasilatını dayandırır .....                     Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili... .....                     Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... .....                     Vaqif Axundova ağır itki .....                     Azərbaycan–Çexiya münasibətləri inkişafdadır .....                     Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır .....                     Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... .....                     Azərbaycan Ordusu Ermənistanı qoruyacaq .....                     Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı .....                     Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır .....                     Təhsilimizin Eşqi Bağırov adlı problemi... .....                     Ferma müdiri yoxsa Xəstəxana direktoru .....                     Azərbaycanda mühüm vəzifə ləğv edilir? .....                     İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam .....                     "Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." .....                     "Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." .....                     Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... .....                     İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                 

Qazaxıstan kökündən dəyişir: bunu Rusiya edir, yoxsa Qərb... - İNCƏLƏMƏ...
Tarix: 9-06-2022, 11:14 | Çap et
Qazaxıstan kökündən dəyişir: bunu Rusiya edir, yoxsa Qərb...
Qazaxıstanda bazar günü referendum keçirildi və ölkədə prezident səlahiyyətləri azaldıldı. Bu, çoxsaylı suallara yol açdı, “təsadüfi deyil” rəylərini ortaya çıxardı. Çünki aylar öncə bu ölkədə Rusiya-Qərb qarşıdurmasının şahidi olmuşduq...

Qazaxıstan prezident səlahiyyətlərini azaldan referenduma niyə getdi? Bu, Qərbin, yoxsa Rusiyanın təklifi ilə baş verən islahatdır? Ümumiyyətlə, islahatdırmı? Bunu keçmiş prezident Nursultan Nazarbayev klanının tabutuna vurulan son mismarlar hesab etmək olarmı? Prezident Tokayev görüntü yaradır, yoxsa gerçəkdən ölkəsinin yaxşılığı üçün nələrsə etməyə çalışır? Hər kəsə bəllidir ki, Qazaxıstan böyük layihələrin keçdiyi əsas tranzit ölkədir. Orada Çin, ABŞ, AB, Rusiya və s. qlobal oyunçular çox maraqlıdırlar. Prezidentin səlahiyyətlərinin azaldılması Qazaxıstana nə verəcək?

AĞ Partiya başqanının I müavini, siyasi şərhçi Əhəd Məmmədli bu addımı səhv sayır: “Fikrimcə, bu səhv addımdır. Qazaxıstan ərazi baxımından Turanın ən böyük ölkəsidir. İki dünya nəhəngi Rusiya və Çinin arasında olan Qazaxıstanın güclü prezident üsul-idarəsindən parlament idarəetməsinə keçib mərkəzi yönətimi zəiflətməsi bu ölkəyə baha başa gələcək. Mürəkkəb postsovet məkanında demokratik sistem ölkənin ərazi bütövlüyünün sonuna gətirirsə, belə demokratiya zəhər tuluğundan başqa bir şey deyil. Gürcüstan, Ukraynadan sonra indi də təəssüf ki, Qazaxıstanı bu tələyə salmaq istəyirlər. Fikrimcə, bu islahat təlimatı rəsmi Nursultana Qərb tərəfindən verilib. Məqsəd demokratiya, islahatlar adı, şüarları altında keçmiş SSRİ respublikalarında xaos yaratmaqda davam edib Rusiyanı əhatə çəmbərinə almaqdır. 21-ci əsrdə Qərblə Rusiya arasında soyuq müharibənin ikinci mərhələsi başlayıb. Əgər 20-ci əsrdəki Qərblə Rusiya arasındakı soyuq müharibə Şərqi Avropa, Yaxın və Uzaq Şərqdə gedirdisə, 21-ci əsrdə bu soyuq müharibə postsovet məkanında davam edir. Ona görə çox ehtiyatlı olmaq lazımdır, ələlxüsus da bizə. Çünki xalq və ölkə olaraq Azərbaycan da postsovet məkanına daxildir. Keçmiş müttəfiq respublikalarda baş verənləri diqqətlə izləyib doğru nəticələr çıxarmağı bacarmalıyıq. Əgər Ermənistan kimi balaca müstəmləkə ölkənin baş naziri Paşinyan belə parlament keçidini səhv adlandırdısa, görün indi bu keçid hansı fəsadları Qazaxıstana gətirib çıxara bilər”.

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu fərqli düşünür: “Qazaxıstanda bu ilin yanvar hadisələrindən sonra siyasi sistemdə dəyişikliklərə ehtiyac yarandı. Prezident Kasım-Jomart Tokayevin təşəbbüsü ilə konstitusiya dəyişiklikləri məqsədilə iyun ayının 5-də referendum təyin olundu. Bu, Qazaxıstanda müstəqillik əldə edildikdən sonra üçüncü referendum idi. Konstitusiyanın 33 müxtəlif maddəsində 56 dəyişiklik səsverməyə çıxarıldı. Qazaxıstan vətəndaşları dəyişikliklərə paket şəklində səs verdilər. Yeni dəyişikliyə görə keçmiş prezident Nursultan Nazarbayev ”elbaşı" titulundan və digər imtiyazlardan məhrum edildi. 30 ilə yaxın müddət ərzində hakimiyyətdə olan ölkənin birinci prezidenti keçən il Qazaxıstan Xalqları Assambleyasının sədrliyindən, bu ilin yanvarında isə baş verən etiraz aksiyaları zamanı isə Təhlükəsizlik Şurasının rəhbəri vəzifəsindən istefa verdi. Nursultan Nazarbayev referendumda Tokayevi dəstəklədiyini bildirib. O, bundan sonra qlobal nüvə təhlükəsizliyi məsələləri ilə məşğul olacağını vurğulayıb. Göründüyü kimi, Nazarbayev reallığı qəbul edib, keçmiş prezident hətta korrupsiyaya bulaşmış qohumlarının məsuliyyətə cəlb olunması, mühüm vəzifələrdən uzaqlaşdırılması amili ilə barışdığını elan edib. Yeni konstitusiyaya görə, məhkəmənin sədrini təyin etmək və hakim müavinlərini təsdiq etmək səlahiyyəti dövlət başçısında qalıb. Bundan başqa, prezident parlamenti buraxmaq, hökumət üzvlərini təyin etmək, yüksək rütbəli hakimləri vəzifəyə təyin etmək və vəzifədən kənarlaşdırmaq hüququnu özündə saxlayıb. Bununla yanaşı, dəyişikliklərdə demokratiyaya, o cümlədən qanunvericiliyin humanistləşdirilməsinə dair bəndlər də var. Qazaxıstan super prezident idarəetməsindən yarı prezident və yarı parlament üsul-idarəsinə keçib. Misal üçün, parlament seçkilərində iştirak etmək istəyən partiyalar üçün qeydiyyat həddi 4 dəfə azaldılıb. İndi qeydiyyatdan keçmək üçün partiyalar 20 min yox, cəmi 5 min imza toplamalı olacaqlar. Qazaxıstanda yüksək qeydiyyat həddi müxalifət partiyalarının parlamentə yolunu əngəlləyən əsas problemlərdən biri hesab olunurdu. Konstitusiya dəyişiklikləri Qazaxıstan üçün vacibdir. Bu, cəmiyyətin hakimiyyətin müxtəlif qollarına nəzarət imkanlarını artırmağa hesablanıb. Qazaxıstan Rusiya ilə birgə Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının, Avrasiya İqtisadi Birliyinin və Şanxay Əməkdaşlıq Təşkilatının üzvüdür. Kasım Jomart Tokayev yanvar olaylarında Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından dəstək istəyəndə belə ehitmallar var idi ki, bundan sonra Qazaxıstanın Rusiyadan asılılığı artacaq. Ancaq belə olmadı. Misal üçün, Qazaxıstan hakimiyyəti Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsini dəstəkləmir, əksinə, həm Ukraynanın ərazi bütövlüyünə hörmət etdiyini, həm də Qərbin Rusiyaya qarşı sanksiyaları nəzərə aldığını vurğulayır. Qazaxıstan Çinlə münasibətlərdə də diqqətli olmağa, bu ölkə ilə ticarət əlaqələrini qaydaya salmağa çalışır. Çünki Mərkəzi Asiya ölkələrinin, o cümlədən Qazaxıstanın Çindən istisadi zəmində asılılığı Pekinin bu ölkələrə qarşı təzyiqlərinin artmasına gətirib çıxarır. Bundan başqa, Pekin Qazaxıstan bir qrup uyğura sahibləndiyi üçün də rəsmi Nursultana təzyiq etməyə çalışır. Qazaxıstanın sabit inkişafı və müstəqil xarici siyasəti türk dövlətləri üçün vacibdir. Qazaxıstan türk dövlətləri, o cümlədən Türkiyə və Azərbaycanla əlaqələrin inkişafına və ortaq layihələrə əhəmiyyət verir. Kasım Jomart Tokayev mayın 10-da Türkiyəyə ilk rəsmi səfəri zamanı iki dövlət arasında 15 sənəd imzalandı. Qazaxıstanda Türkiyə ilə birgə pilotsuz uçuş aparatları istehsal ediləcək. Bu, Türkiyənin Mərkəzi Asiyada hərbi texnika istehsal edəcək ilk mərkəzi olacaq. Birgə müəssisədə pilotsuz uçuş aparatlarının təmiri də həyata keçiriləcək. İki ölkə arasında ticarət həcmi 10 milyard dollara çatdırılacaq. Digər tərəfdən, imzalanan sənədlərdə Bakı-Tiflis Qars dəmir yolu ilə daşımaların həcminin 4 dəfə artacağı qeyd edildi. Aktau limanının ticarət imkanları genişləndiriləcək. Bu, Azərbaycan üçün də vacibdir. Rusiya Ukraynaya qarşı işğalçı müharibə apardığına görə Avropa dövlətləri Rusiya ilə dəmir yolu əlaqəsində maraqlı deyillər. Buna görə də Çin öz məhsullarını Rusiyadan yan keçən dəmir yolu ilə Avropaya daşımağa başlayıb. Bu yol isə Qazaxıstan, Azərbaycan və Türkiyə üzərindən keçir. Bu yolun işlək olması üçün infrastrukturun genişlənməsinə, vahid gömrük rüsumunun tətbiqinə ehtiyac var. Azərbaycan Prezidenti İlham Əliyev Kasım Jomart Tokayevi Azərbaycana səfərə dəvət edib. Qazaxıstan prezidentinin bu ilin sonuna qədər Azərbaycana səfər edəcəyi planlaşdırılır. Bu səfər və imzalanacaq yeni sazişlər iki ölkə arasındakı əməkdaşlığı daha da gücləndirəcək".

Politoloq Züriyə Qarayeva isə hesab edir ki, Tokayev verdiyi vədi yerinə yetirir: “Referendumda konstitusiyaya 33 dəyişiklik səsə qoyulub. Ölkənin əsas qanununa edilən dəyişikliklər ölkə prezidenti üçün bir sıra məhdudiyyətləri nəzərdə tutur. Belə ki, bir nəfər ardıcıl iki dəfədən artıq prezident seçilə bilməyəcək və səlahiyyət müddəti ərzində partiya mənsubiyyəti olmayacaq. Bundan başqa, prezidentin qohumları dövlət strukturlarında rəhbər vəzifələr tuta bilməyəcəklər. Bu dəyişikliklər birbaşa Tokayevin hakimiyyətə gələrkən Qazaxıstanda demokratik mühit quracağına dair verdiyi vədlərin təzahürü kimi görünür. Digər tərəfdən, Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin adının konstitusiyanın mətnindən çıxarılması demokratikləşmə adı altında Rusiyanın müdaxilə izlərindən xəbər verir”.
“Yeni Müsavat”










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Neftin qiyməti yenə 110 dollara yaxınlaşır
Bu gün, 09:27
ADSEA-nın yarıtmaz, bərbad, idarəçilik sistemi... - NARAZILIQ VAR...
Bu gün, 09:23
İran neft hasilatını dayandırır - ABŞ-nin maliyyə naziri
Bu gün, 09:11
Dubinskidən Ukrayna ilə bağlı həyəcan təbili...
Bu gün, 09:01
Zohran Mamdani və Eric Adams nümunəsi göstərir ki... - siyasətdə kimlik yox, maraqlar həlledicidir
Bu gün, 08:35
Vaqif Axundova ağır itki
Bu gün, 08:33
Azərbaycan–Çexiya münasibətləri inkişafdadır - MƏQALƏ
Bu gün, 08:29
Avropa ölkələrinin Azərbaycana marağı artmaqdadır - İsrafil Kərimovun yazısı
Bu gün, 08:28
Güllük bələdiyyəsini küllüyə çevirdi, indi də Qumu DAĞIDIR... - MÜRACİƏT
Bu gün, 08:22
Azərbaycan Ordusu Ermənistanı qoruyacaq - İyundan SONRA...
Bu gün, 08:06
Ukrayna və İran müharibənin yeni reallığını ortaya çıxardı
Bu gün, 08:03
Tramp İranın Hörmüz boğazını açmaq planından narazıdır - “The New York Times“
Bu gün, 08:02
Təhsilimizin Eşqi Bağırov adlı problemi... - Görünəni odur ki...
Bu gün, 07:37
Ferma müdiri yoxsa Xəstəxana direktoru - İLGİNC FAKTLAR
Bu gün, 07:34
Azərbaycanda mühüm vəzifə ləğv edilir? – Yeni idarəetmə modeli gündəmdə
Bu gün, 07:23
İranın XİN rəhbəri ilə heç vaxt danışmamışam - ABŞ dövlət katibi
Bu gün, 07:21
"Zalım uşaqları sistemin təməlini düzgün qurublar..." - partiya sədri
Bu gün, 07:10
"Azərbaycanda elə bir güc var ki, biz onlarla ittifaq qurmalıyıq." – XV əsr İtalyan tarixçisi Paolo Giovio
Bu gün, 07:03
Dünyanın boğazında ilişib qalan HÖRMÜZ ARMUDU... - AKTUAL
Bu gün, 06:58
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru