İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                 

Rusiyanın “terror dövləti” elan edilməsi dünyaya nə vəd edir - Okeanın o tayından ŞƏRH
Tarix: 21-06-2022, 11:24 | Çap et
Rusiyanın “terror dövləti” elan edilməsi dünyaya nə vəd edir
Böyük Britaniyanın Baş naziri Boris Conson Kiyev səfəri çərçivəsində Rusiya-Ukrayna müharibəsinin illərlə davam edəcəyini deyib. Bildirib ki, Qərb uzun müddət sürə biləcək müharibədə Ukraynaya aktiv dəstək nümayiş etdirməlidir.

Britaniya Baş nazirinin bu açıqlamasından sonra NATO-nun Baş katibi Yens Stoltenberq daha çox silah göndərilməsinin Ukraynanın qalib gəlmək şansını artırdığını açıqlayıb. Onun sözlərinə görə, Kiyevə dəstək uzun müddət davam edərsə, Moskva bunun qarşısında duruş gətirə bilməyəcək.

ABŞ Senatı isə Rusiyanı terrorçuluğub sponsoru kimi tanıyan qətnamə layihəsini müzakirəyə çıxaracaq. Qərar müsbət olarsa, o, ABŞ Konqresinin Nümayəndələr Palatasında səsverməyə çıxarılacaq. Beynəlxalq analitiklər hesab edirlər ki, bu gadisə baş verərsə, müharibə daha kəskin fazaya qədəm qoyacaq.

Bu arada ABŞ Prezidenti Co Bayden Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiyanın müharibəyə hazırlaşması ilə bağlı Amerika kəşfiyyatına daxil olan məlumatları eşitmək istəmədiyini, özbaşına qərarlar verdiyini açıqlayıb. DİA.AZ xəbər verir ki, ABŞ-da yaşayan həmyerlimiz, Şimali Karolina Universitetinin professoru, Dr. Əli Əskərli AYNA-ya müsahibəsində baş verən prosesləri şərh edib.

- ABŞ Senatı Rusiyanı terrorizmin sponsoru kimi tanıyan qətnamə qəbul etməyə hazırlaşır. Bu, faktiki olaraq şimal qonşumuzu terror dövləti kimi tanımaq deməkdir. Belə bir qərar qəbul edilərsə, hansı “sürprizlər” baş verə bilər?

- Məlumdur ki, ABŞ-da bir çox məsələlərdə iki əsas partiyanın – Respublikaçılar və Demokratlar partiyalarının mövqeləri adətən üst-üstə düşmür. Yalnız Amerika üçün strateji əhəmiyyət daşıyan mövzularda onlar birgə mövqedən çıxış edirlər. Görünən odur ki, Rusiyaya qarşı təzyiqlər məsələsində hər iki partiya vahid platformadan çıxış edir. Və hər iki partiyanın təmsilçiləri tələb edirlər ki, ABŞ Rusiyanı terroru dəstəkləyən və onu maliyyələşdirən dövlət kimi tanımalıdır. Özü də bu məsələdə israrla təkid edirlər.

İstisna deyil ki, belə bir qərar qəbul edilsin. Bu, tamamilə gözlənilən bir məsələdir. Lakin bunun ciddi nəticələr doğuracağı qənaətində deyiləm. Çünki bu qərar qəbul olunsa belə, ilk və istisna hal olmayacaq. Bundan öncə Şimali Koreya, Suriya, Kuba və İranla da bağlı oxşar qərarlar qəbul edilib və bu dövlətlər terroru dəstəkləyən ölkələr siyahıda yer alır. Rusiyanı da bu siyahıya əlavə etsələr, beynəlxalq münasibətlər sistemində ciddi ajiotaj yaratmayacaq.

Təbii ki, bu, Moskva üçün arzuolunan hal deyil. Kreml istəməz ki, onun adı belə bir siyahıda olsun. Lakin bir məsələ də var ki, dünyada Rusiyaya qarşı vahid koalisiya formalaşdığı kimi, onun ətrafında cəmləşən dövlətlərin də sayı artır. Xüsusən Qərbin siyasətindən narazı olanlar artıq Moskvanın ətrafında birləşməyə başlayıblar. İqtisadi çətinliklərdən əziyyət çəkən ölkələr Rusiyanı özləri kimi qurban qismində görür və onunla əməkdaşlığı dərinləşdirir. Belə bir vəziyyətdə gedişat müəyyən mənada həm də Rusiyanın xeyrinədir. Lakin bir daha söyləmək istəyirəm ki, bu qərar elə də ciddi nəticələr doğurmayacaq. Yəni, heç bir “sürpriz” gözlənilmir.

- Ortada kifayət qədər ziddiyyətli məqamlar var. Bayden bir tərəfdən Ukraynaya dəstəyi davam etdirəcəyini, digər tərəfdən isə Zelenskinin onları eşitmədiyini bəyan edir. Amerika Ukraynada nəyə nail olmaq istəyir?

- Bir neçə gün öncə Co Bayden Ukraynanı ittiham edən açıqlama ilə çıxış etdi. O, “Ukrayna torpaqları ukraynalılara məxsusdur və nə edəcəklərini onlar özləri bilərlər” şəklində cümlələr qurdu. “Torpaq verib barışsanız, daha yaxşı olar” deməklə həm də Ukraynanı təslimçi sülhə çağıran ifadələr işlətdi. Bu isə bir zamanlar Putini terrorçu adlandıran Baydenin ABŞ daxilində baş verən narazılıqlar səbəbindən geri çəkilməsi kimi qiymətləndirilə bilər. Hazırda Amerikada çox ciddi iqtisadi böhran hökm sürür və son 41 ilin ən böyük inflyasiyası yaşanır. 1981-ci ildən bu yana ABŞ-da bu miqyasda inflyasiya qeydə alınmayıb. Amerika ictimaiyyəti çox narazıdır və bunu müşahidə etmək elə də çətin deyil.

Təbii ki, Bayden qarşıdakı seçkilərdə ya özünün, ya da demokratların namizədinin qələbə qazanmasına çalışır. Artıq fərqindədir ki, Ukrayna böhranı demokratların məğlubiyyətini şərtləndirən faktora çevrilər bilər. Bu səbəbdən Rusiya ilə bütün körpüləri yandırmaq istəmir. Müəyyən mənada münasibətləri bərpa etməyə də çalışır. Nəzərə alanda ki, Ukraynada baş verənlərin əsas ideoloqlarından biri Ağ Evdir, bu baxımdan Baydenin açıq şəkildə geri çəkilməsi də mümkün deyil. Ehtimallar mövcuddur ki, bir müddət sonra ortaya daha konkret mövqe qoyulsun və Bayden Kiyevi Rusiya ilə barışmağa təhrik etsin. Rusiyanın tamamilə çökməsi Amerikanın da maraqlarına uyğun deyil.

- Rusiyaya qarşı sanksiyalara qoşulmaması, İsveç və Finlandiya məsələsində prinsipial mövqeyi Türkiyəyə qarşı təzyiqləri artırıb. Türkiyə müxalifətinin fəallaşması fonunda Qərbin Ərdoğan iqtidarını devirməyə çalışdığını iddia edənlər də var...

- Türkiyənin Rusiya məsələsində tutduğu mövqe tamamilə düzgün və ədalətlidir. Türkiyə hökuməti əmindir ki, Qərb bir çox məsələlərdə bəzi dövlətlərdən alət kimi istifadə edir. Öz maraqlarını həyata keçirəndən sonra isə həmin ölkələri qurban verir. Nəticədə isə qarşılıqlı münasibətlərdə ixtilaflar yaranır. Təcrübədə bunu dəfələrlə müşahidə etmişik. Bu mənada Rusiyaya qarşı sanksiyalara qoşulmamaqla AKP iqtidarı uzaqgörən bir addım atır. Bir çoxları belə hesab edirdi ki, Türkiyə NATO-nun təzyiqlərinə sona qədər tab gətirməyəcək, lakin bunun əksi baş verdi. Ərdoğan daxili siyasətdə bir çox səhvlərə yol versə də, məlumdur ki, Türkiyə üçün böyük və ciddi işlər görüb. Ən önəmli addımları isə müstəqil xarici siyasət kursu ilə Türkiyəni dünyada aparıcı güc mərkəzinə çevirməsidir. Rusiyanın Ukraynaya hərbi təcavüzü zamanı bu mənzərə aydın nəzərə çarpırdı. Bu gün də bu siyasət davam edir.

Mövcud şəraitdə Türkiyə qalibdir və atılan addımlar Türkiyə vətəndaşlarının maraqlarına xidmət edir. Qərb istəmir ki, Türkiyə müstəqil siyasət yürütsün və bu səbəbdən ona qarşı təzyiqləri artırır. Şübhəsiz ki, ABŞ və Qərb AKP iqtidarını yola salmağa cəhd edəcək. Bayden hələ seçkilərdən öncə bəyan edirdi ki, hakimiyyətə gələcəyi təqdirdə Ərdoğanı devirməyə nail olacaq. Lakin mövcud şəraitdə bunun baş verəcəyi inandırıcı görünmür. Türkiyədə Ərdoğana qalib gələcək lider yoxdur. Müxalifət də birlik nümayiş etdirə bilmir. Hətta vahid namizəd məsələsində belə, razılığa gələ bilmirlər. Əsas narahatlıq ondan ibarətdir ki, Ərdoğanın səhhətində müəyyən problemlər var. Bütün hallarda Ərdoğan seçkilərə sağlam şəkildə qatıla bilsə, qalib o olacaq.

- Region “qaynar qazan”a çevrilir. Baş verənlərin Cənubi Qafqaza, o cümlədən Azərbaycana hansı təsirləri ola bilər?

- Qafqazla bağlı vəziyyət daha mürəkkəbdir. Çünki regionun kifayət qədər həssas nöqtədəsindəyik. Konkret olaraq Azərbaycan kifayət qədər açıq və aydın mövqe ortaya qoyub. Rusiya-Ukrayna müharibəsində təxminən Türkiyə ilə oxşar mövqe nümayiş etdirir. Bu, tamamilə düzgün və düşünülmüş bir siyasətdir. Çünki Azərbaycanın əsas müttəfiqi qardaş Türkiyədir və bizə ondan yaxın dövlət yoxdur.

Biz Ukraynaya da dəstək göstərdik, Rusiya ilə körpüləri yandırmırıq. Təəssüf ki, Baltikyanı ölkələri çıxmaq şərtilə digər postsovet dövlətləri hələ də Rusiyanın təsir dairəsindədir. Azərbaycan da bu mənada istisna deyil. Moskvanın mövqeləri nə qədər zəifləsə də, regiona təsir dairəsini qorumağa çalışır. Xüsusilə postsovet ölkələrini nəzarətdə saxlamağa çalışır.

Lakin Rusiyanın gücü əvvəlki qədər deyil və əsas diqqətini Ukrayna məsələsinə yönəldib. Ermənistan Rusiyadan qopmağa çalışır, Qazaxıstan ondan üz döndərir. Təbii ki, Rusiyanın Azərbaycandan da qoparmaq istədikləri olmamış deyil. 44 günlük Vətən müharibəsindən sonra Azərbaycan üçün tarixi fürsət yaranıb ki, Türk Ordusunu da Qarabağa dəvət etsin. Bu gün bunu həyata keçirmək üçün münbit şərait var. Həm Türkiyə Rusiya məsələsində prinsipiallıq nümayiş etdirir, həm də Rusiya xeyli zəifləyib. Baş verənlər öz növbəsində bizim də qarşımızda geniş imkanlar açır. Bu, kifayət qədər ciddi məqamdır və Azərbaycan iqtidarı bunu diqqətdən kənarda qoymamalıdır.

Amma etiraf etmək lazımdır ki, iqtisadi böhran Azərbaycandan da yan ötməyəcək. Bunu da nəzərə almaq lazımdır. Ölkə daxilində ciddi islahatlar aparmaq lazımdır. Daha çevik və daha dinamik siyasət yürütmək, dövlət-vətəndaş münasibətlərini yüksəltmək, milli həmrəyliyə nail olmaqla bu sınaqdan da üzüağ çıxa bilərik.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru