İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                 

Putin çox nadir hallarda özündən güclü olan birinə hücum edir - Ekspert danışır
Tarix: 24-06-2022, 08:21 | Çap et
Putin çox nadir hallarda özündən güclü olan birinə hücum edir
Litva istiqamətində təhlükəli gərginlik yaranıb. Problemi “istənilən yolla” həll etmək üçün “əl-qolun açıldığı” barədə şok və müharibə əhval-ruhiyyəli bəyanatlar verilir. Rusiya tərəfindən belə bəyanatlar Aİ-nin müvafiq sanksiyalarının qüvvəyə minməsi ilə Litvanın Kalininqrad vilayətinə tranziti məhdudlaşdırmasından sonra səslənir. “Delfi” qeyd edir ki, ruslar iyunun ortalarında onları nə gözlədiyini bilirdilər, amma buna baxmayaraq indi bütün qəzəbləri Brüsselə deyil, Vilnüsə yönəlib.

LTG Cargo “Litva Dəmir Yolları” şirkəti Kalininqrad dəmir yolu işçilərinə əvvəlcədən məlumat verib ki, bir çox yüklərin dəmir yolu ilə tranziti qadağan ediləcək. Çünki Avropa İttifaqı sanksiyalar qəbul edib və vəssalam. Rusiya isə oyun oynamağa başlayıb: guya bu, gözlənilməz qərar olub, Litva “həyasızcasına” birtərəfli və qanunsuz addımlar atır, Kalininqrada faktiki blokada elan edilib.

Rusiyanın informasiya məkanında əsl isteriya başlayıb. “Litvaya qarşı konkret cavab tədbirlər görmək” çağırışları müharibə əhval-ruhiyyəli və təhdid xarakteri daşıyır.

Rusiya Federasiya Şurasının Dövlət Suverenliyinin qorunması və daxili işlərinə müdaxilənin qarşısının alınması üzrə müvəqqəti Komissiyasının sədri Andrey Klimov əsl isteriya nümayiş etdirib. O, Aİ-dən Litvanı Kalininqrad tranzitinə qoyulan məhdudiyyətləri aradan qaldırmağa məcbur etməyi tələb edib və əlavə edib ki, əks halda Rusiyanın “əl-qolu açılacaq” və o, “problemi təkbaşına həll edəcək”.

“Əgər Aİ Vilnüsün həyasız addımına dərhal düzəliş etməsə, o zaman Litvanın Aİ-yə üzvlüyü ilə bağlı bütün sənədlərin legitimliyini inkar etmək və Litvanın yaratdığı Kalininqrad tranziti problemini seçdiyimiz istənilən yolla həll etmək üçün əl-qolumuzu açacaq”, – Klimov teleqram kanalında yazıb. O, həmçinin bəyan edib ki, Vilnüs bu illər ərzində Aİ üzvü kimi oturduğu “kürsünü özü öz altından yıxıb”. Klimov bildirib ki, onun fikrincə, NATO üzv dövlətlərdən birinin əli ilə faktiki olaraq Rusiya regionunu blokadaya alıb.

Onun fikrincə, blokadanın başlanğıcı Rusiyaya qarşı birbaşa təcavüz kimi qiymətləndirilə bilər və onları sözün əsl mənasında təcili olaraq “lazımi özünümüdafiəyə əl atmağa məcbur edir”.

Bəs Moskva həqiqətdə nə edə bilər? Və buna qarşı hansı addımlar atılmalıdır? diaaz.space-ın məlumatına görə, rusiyalı siyasi analitik Konstantin Eggert (Vilnüs) bununla bağlı fikirlərini Pressklubla bölüşüb:

– Rusiya Dövlət Dumasının bu cür deputatlarının və ya senatorların açıqlamalarına əhəmiyyət verməyin. Bu insanlar təbliğatla, səs-küy salmaqla məşğuldurlar, lakin əslində heç bir qərar qəbul etmirlər.

Litvaya gəlincə, Kreml ilk vaxtlar həqiqətən də ümid edirdi ki, Vilnüsü Aİ-dən təcrid edə və təkləyərək “cəzalandıra” bilər. Ya da əksinə, Aİ-ni Kalininqrad tranziti ilə bağlı Moskvayla hansısa danışıqlara getməyə məcbur edəcək. Hər iki halda bu, Kreml üçün siyasi qazanc olardı. Bir tərəfdən göstərmək istəyərdi ki, Litvanın özündən heç nə asılı deyil, digər tərəfdən isə dünyaya nümayiş etdirəcəkdi ki, Ukraynaya qarşı təcavüzə baxmayaraq, Qərb dövlətləri hələ də Putinlə danışıq aparmağa məcburdurlar. Amma bu baş vermədi. Fikrimcə, Moskva tərəfindən bugünkü təhdidlərinin ciddi əsası yoxdur. Rusiya ilə Litva Respublikası arasında münasibətlər artıq praktiki olaraq sıfırdan da aşağıdır. Rusiya Federasiyasının görə biləcəyi bütün tədbirlər, məsələn, Litva vətəndaşlarının Rusiyaya girişinə ümumiyyətlə qadağa qoyulması isə dəhşətli zərbə olmayacaq.

Başqa bir məsələ ondan ibarətdir ki, Rusiyanın əl ata biləcəyi təcavüzlə sərhəd olan tədbirlər var. Məsələn, Litvanın hava məkanını bağlanması, Belarusda yerləşdirilən Rusiya hava hücumundan müdafiə sistemləri ilə bloklanması. Və ya Litvanın ən böyük Klaypeda dəniz limanını bağlamağa çalışa bilər. Lakin bu hərəkətlərin hər ikisi əslində müharibə elanı kimi qiymətləndiriləcək və şübhəsiz ki, NATO-nun çox sərt reaksiyasına səbəb olacaq. Və o da məlumdur ki, Putin çox nadir hallarda özündən güclü olan birinə hücum edir.

Daha bir variant var. Litva uzun müddətdir, Krımın ilhaqından dərhal sonra, geyimlərinin üzərində tanınma nişanları olmayan bəzi “nəzakətli adamların” ölkə ərazisinə soxulması, Litvanın hansısa sərhəd şəhərinin meriyasını dağıtması və sonra sərhədi keçib qaçması ssenarisini müzakirə edir. Bu da NATO-nu bu addımın təcavüz olub-olmadığı üzərində düşünməyə məcbur edəcək. Amma mənə elə gəlir ki, ittifaq daxilində zəiflik olduğu və birliyin olmadığını göstərməli olan bu cür təxribatlar keçmişdə qalıb. Bu gün bu cür təxribatçı hərəkəti ilk növbədə litvalıların özləri tərəfindən birbaşa təcavüz kimi qəbul edəcək və onlar təxribatçılara atəş açacaqlar. Ona görə də, hesab edirəm ki, Moskva heç bir sərt radikal addım atmayacaq. Çünki praktiki olaraq belə tədbirlər yoxdur. Mövcud olan tədbirlər isə onu NATO ilə birbaşa qarşıdurma vəziyyətinə gətirəcək. Düşünmürəm ki, Ukrayna ilə davam edən müharibə şəraitində Kreml buna gedəcək.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru