İRİA-da nə baş verir? .....                     Günün fotosu SOCAR-dan... .....                     Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... .....                     İranda iki aydır ki, internet yoxdur .....                     Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... .....                     Gəncədə başçının bu küçədən xəbəri varmı... .....                     Qapısı tez-tez döyülən Azərbaycan... .....                     Avropa liderləri niyə Azərbaycana üz tutur? .....                     “Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” .....                     Ağdamda məktəb direktoru AT OYNADIR .....                     Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ .....                     Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil .....                     "Effekt- İnşaat"ın binası təhlükə saçır .....                     "Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" .....                     Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir .....                     Azərbaycanda pensiyaçılar niyə azalır? .....                     Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR .....                     “Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi .....                     AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma .....                     ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır .....                     Əli Əsədov benzinin qiyməti ilə bağlı .....                     Karapetyanın partiyasının üzvləri saxlanıldı .....                     Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib .....                     Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu .....                     İran bəyanat verdi: .....                     Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib .....                     “İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb .....                     Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir .....                     Çimərlikdəki qətlin məhkəməsi .....                     70 kq qızılla tutulan polkovnikə .....                     Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: .....                     Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: .....                     "Pünhan kişidir, rəftar fərqli olmalıdır" .....                     Məzahir Pənahov yenidən MSK sədri seçilib .....                     Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... .....                     ABŞ-nin İranla bağlı strategiyası naməlumdur .....                     MSK-nın heç bir funksiyası yoxdur .....                     “Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil .....                     “Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib .....                     Turan Topalova tutduğu vəzifədən ayrıldı .....                 

Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi” - İNCƏLƏMƏ...
Tarix: 24-06-2022, 15:14 | Çap et
Putin nə etmək istəyir: Rusiyanın Ukraynaya qarşı “qəribə müharibəsi”
Rusiyanın Ukrayna ilə sərhədindəki Rostov vilayətində yerləşən “Novoşaxtinsk” Neft Emalı Zavodu (NEZ) pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və hücumdan sonra zavodda yanğın olub. Məlumatlara görə, müəssisənin ərazisində PUA-ların qırıntıları aşkarlanıb. Hadisə səbəbindən zavodun fəaliyyəti dayandırılıb və ərazi nəzarətə götürülüb.

Qeyd edək ki, bu, son 10 gün ərzində Rusiya ərazisindəki obyektlərə üçüncü hücumdur və bundan öncə daha iki zavod Ukrayna ordusu tərəfindən hədəfə alınıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən dörd ay zaman ötür və bəzi iddialara görə, qısa müddətə müharibə Rusiyanın içərilərinə sıçrayacaq. DİA.AZ xəbər verir ki, Rusiyanın Sankt-Peterburq şəhərində yaşayan azərbaycanlı politoloq Teymur Yəhyayev AYNA-ya müsahibəsində Rusiya ərazisində müharibə ehtimalları və digər mövzular ətrafında danışıb.

- Son günlər Ukrayna ordusu Rusiyanın strateji obyektlərini hava zərbələri endirir. Bu xüsusda müharibənin Rusiyanın ərazilərinə sıçrayacağı barədə iddialar gündəmə gəlib...

- Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsi əsas etibarilə Ukrayna ərazisində davam etsə də, Rusiyanın Ukrayna ilə sərhəd əraziləri də müharibənin təsir dairəsindədir. Fevral ayının 24-dən başlayan bu müharibə zamanı dəfələrlə Rusiyanın strateji obyektləri Ukraynanın hava hücumlarına məruz qalıb. Son bir ayda beş dəfə bənzər hadisə baş verib və son belə hücum Rostov vilayəti ərazisində qeydə alınıb. Neft Emalı Zavodu pilotsuz uçuş aparatlarının hücumuna məruz qalıb və hücumdan sonra zavodun fəaliyyəti dayandırılıb.

Hesab edirəm ki, Ukraynanın Rusiyanın strateji obyektlərinə hücumları səbəbsiz deyil. Rusiyanın imkanı var ki, Ukrayna ordusunun hücumlarının qətiyyətlə qarşısını alsın və onları yerində oturtsun. Lakin bu hadisə baş vermir. Düşünürəm ki, bu, qəribə müharibədir və analoqu olmayıb. Yaxın və uzaq tarixdə baş verən klassik müharibələr proqnozlaşdırıla bilən olması ilə yanaşı, həm də bu müharibələrdə düşmənə qarşı bütün mümkün mübarizə üsullarından istifadə olunurdu. Bu müharibədə isə sanki davranış sərhədləri müəyyən olunub və Moskva kifayət qədər təmkin nümayiş etdirir.

Müharibədən öncə bir çoxları hesab edirdi ki, Rusiya qısa müddətə Kiyev ərazisinə daxil olacaq və Zelenskini devirərək öz adamını rəhbərliyə gətirəcək. Bununla da Ukrayna böhranı həll olunacaq və postsovet məkanında Moskvanın gücünə güc qatılacaq. Hətta yanvar ayında Qazaxıstanda Rusiyanın iştirakı ilə daxili etirazların yatırılması və Tokayevin hakimiyyətdə saxlanılması buna hazırlığın tərkib hissəsi kimi qiymətləndirilirdi. Ancaq biz nəyin şahidi olduq? Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsindən dörd ay zaman ötür və Zelenski dünya liderləri ilə birlikdə Kiyevin mərkəzində rahat gəzir, heç bir təhlükə hiss etmədən dolaşır. Rusiya isə Donbass və Luqansk uğrunda döyüşlərə qatıldığını bəyan edir. Hansı ki, müharibənin ilk günlərində Rusiya ordusu Kiyevin bir addımlığında idi. Eyni zamanda Moskva Ukraynaya silah tədarükünün hansı vasitələr və yollarla təmin olunduğunu dəqiq bilir. Amma bunun qarşısını almır. Bütün bunlar ortaya çoxlu suallar çıxarır.

- Rusiyanın Ukraynaya təcavüzünü “qəribə müharibə” adlandırırsınız. Koronavirus pandemiyasının ardınca başlayan bu müharibəni ssenariləşdirilmiş və “növbəti tələ” kimi qiymətləndirmək olarmı?

- Koronavirus pandemiyasından sonra bir çox dünya liderləri və analitiklər bəyan edirdilər ki, dünyada daha heç nə əvvəlki kimi olmayacaq. İlkin dövrlərdə bunlar sıradan və əhəmiyyət kəsb etməyən açıqlamalar kimi görünürdü. Lakin hadisələrin gedişatı göstərdi ki, hər şey əvvəlcədən ssenariləşdirilib. Düzdür, koronavirusla Ukrayna böhranı arasında hansısa paralellərin olduğunu söyləmək çətindir. Görünən odur ki, hansısa formada bir əlaqə mövcuddur.

Rusiya çox qısa müddətə Ukraynanı təslim edə bilərdi. Bunun üçün onun iki yolu var idi: Bir tərəfdən intensiv hərbi hücumlarını davam etdirir, digər tərəfdən silah tədarükünün təmin olunduğu yolları bombalayır. Bunların heç biri baş vermədi. Rusiya öz xoşluğu ilə Kiyevə yaxın ərazilərdən geri çəkildi.

Bu gün Qazaxıstan Prezidenti Tokayev Rusiya hökumətinə qarşı olduğunu iddia edir. Hansı ki, cəmi bir neçə ay öncə məhz Kremlin dəstəyi Tokayev üçün həlledici oldu. Əks halda Tokayev ya həbsdə, ya da mühacirətdə olacaqdı. Hazırda dünya siyasi gündəmini düşündürən əsas sual budur: Putin nədən Ukraynaya qarşı yumşaq siyasət yürüdür?

Hesab edirəm ki, bunun əsas səbəbi Moskvanın hərbi yolla deyil, siyasi yolla rəsmi Kiyevi çökdürmək istəyidir. Təsəvvür edin ki, ABŞ, Böyük Britaniya və Avropa İttifaqı dövlətləri Rusiyaya qarşı çoxvektorlu sanksiyalar tətbiq edir. Əsas məqsədləri Rusiyanı iqtisadi cəhətdən zəif salmaq və Putin iqtidarını yola salmaqdır. Bu gün Putin Qərbin ona qarşı planlaşdırdığı ssenarini onların özlərinə qarşı yönəldib. Rusiya ordusu paytaxt və digər şəhərlərə hücum etmir, Rusiya iqtisadiyyatını ayaqda saxlamağa çalışır, dünyada ABŞ və Qərbə qarşı yeni qütbün formalaşmasına təkan verir. Nəticədə Qərb ölkələri, xüsusən Ukrayna bundan təsirlənir. Nə qədər gizli saxlasalar da, yardımlarla kompensasiya edildiyini desələr də, Ukrayna vətəndaşları dərin sosial-iqtisadi böhran keçirir. Proses bu şəkildə davam edərsə, Ukraynada siyasi etirazlar qaçılmazdır. Yəni, Putin Zelenskini və komandasını Ukrayna cəmiyyətinin əli ilə yola salmaq istəyir. Artıq ABŞ-ın özündə ciddi problemlər müşahidə olunmağa başlayıb.

- ABŞ və Qərbin Rusiyanı iqtisadi baxımdan çökdürmək məqsədilə sanksiyalara əl atması heç kimə sirr deyil. Müharibənin dördüncü ayında Rusiyada sosial-iqtisadi vəziyyət nə yerdədir?

- ABŞ və Qərb Rusiyanı çökdürmək istəyirdi, nəticədə özləri ciddi böhranla üzləşdilər. Amerikada əhalinin əksəriyyəti Baydeni dəstəkləmir və növbəti seçkilərdə demokratların namizədinə səs verməyəcəyini bəyan edirlər. Artıq ABŞ Prezidenti Ukraynanı ittiham edən açıqlamalarla çıxış edir. Açıq şəkildə bəyan edir ki, ukraynalılar torpaq verərək ruslarla dil tapmalıdırlar. ABŞ və Avropada böhran dərinləşdikcə onlar bu istiqamətdə daha ciddi addımlar atacaqlar. Tamamilə mümkündür ki, Zelenskini müharibəni dayandırmağa və təslim olmağa təhrik etsinlər. Müharibə Rusiyaya nə qədər ziyan vurubsa, ABŞ və Avropaya da o qədər ziyan vurub. Artıq Qərbin özündə də bunun fərqindədirlər və alternativlər üzərində işləyirlər.

O ki qaldı Rusiyada sosial-iqtisadi vəziyyətə, hər şey qaydasındadır. Dörd ay ərzində embarqolarla heç bir məqsədinə nail olmayan Qərbin bundan sonra geniş mənada buna müvəffəq olacağı inandırıcı görünmür. Moskva müharibədən öncə bütün bunları hesablamışdı və dörd ay qabaq Rusiyada vəziyyət necə idisə, hazırda da elədir. Yalnız psixoloji təzyiqlər, panika mövcuddur ki, bununla da ölkə iqtisadiyyatını dərin mənada çökdürmək mümkün deyil. Turizm obyektləri tam gücü ilə işləyir, alıcılıq qabiliyyəti yüksəkdir. Eyni zamanda qiymətlər də sabitdir. Ərzaq çatışmalığı müşahidə olunmur. Sanksiyalarla əlaqədar Rusiya bazarlarını tərk etmiş şirkətlərin bəziləri geri qayıdıb. Geri qayıtmayanları da rus şirkətləri əvəz edir. Hələlik vəziyyət stabildir və ciddi böhran nəzərə çarmır.

- Rusiyaya qarşı sanksiyalara qoşulmaması, Finlandiya və İsveç məsələsində tutduğu mövqe səbəbindən Türkiyəyə qarşı hücumlar da artıb. Baş verənlərin Türkiyədə siyasi böhrana səbəb olacağı barədə iddialar var...

- Türkiyə Ukrayna məsələsində obyektiv mövqe nümayiş etdirən ölkə olaraq bütün dünyanın rəğbətini qazandı. Açıq şəkildə söyləmək olar ki, Türkiyə bu gün dünyada aparıcı güc mərkəzlərindən və diplomatik oyunçulardan biridir. Bütün bunlar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın xarakteri və qətiyyətli siyasəti nəticəsində mümkün olub. Türkiyədə hakimiyyət dəyişikliyi mümkün deyil və heç bir böhran yaşanmayacaq. Ərdoğanın yürütdüyü siyasət Türkiyə xalqının maraqlarını ifadə edir və növbəti seçkilərdə də qələbəsi qaçılmaz olacaq. Qərbin Türkiyəyə qarşı təzyiq siyasəti effektiv olmayacaq və nəticəsiz qalacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
İRİA-da nə baş verir? - Kamran Ağayev vəzifəsindən istefa veribmi?
Bu gün, 06:51
Günün fotosu SOCAR-dan...
Bu gün, 06:35
Şişirdilmiş... süni şəkildə böyüdülmüş... idarəolunmaz bir struktur... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:20
İranda iki aydır ki, internet yoxdur – “NetBlocks”
Bu gün, 06:03
Başsız Binəqədi: “VİP Construction” rəsmən qoçuluq edir... - AXI NİYƏ?..
Bu gün, 06:00
Gəncədə başçının bu küçədən xəbəri varmı... - Sakinlər narahatdır
Bu gün, 05:45
Qapısı tez-tez döyülən Azərbaycan... - GƏLİŞMƏ
Bu gün, 05:40
Avropa liderləri niyə Azərbaycana üz tutur? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:38
“Yaddaşımı, danışıq tərzimi itirmişəm, bəla da bundadır” - 86 yaşlı rejissor
Bu gün, 05:35
Ağdamda məktəb direktoru AT OYNADIR - İTTİHAM VAR...
Bu gün, 05:32
Vətəndaş saxtakarlarla ÜZ-ÜZƏ - GİLEY
Bu gün, 05:27
Çexiya Baş nazirinin Bakı səfəri sıradan diplomatik hadisə deyil - İNCƏLƏMƏ
Bu gün, 05:19
"Effekt- İnşaat"ın binası təhlükə saçır - VİDEOFAKT
Bu gün, 05:17
"Bu cür yanaşma şagirdlərdə stres, imtahana qarşı qorxu yaradır" - Deputatdan DİM-in yeniliyinə REAKSİYA
Bu gün, 05:10
Rusiya Azərbaycanın müstəqil ölkə olduğunu dərk etməlidir - YOXSA...
Bu gün, 05:07
Azərbaycanda pensiyaçılar niyə azalır? - AKTUAL
Bu gün, 05:05
Ceyhun Cəlilov mətbuata da ƏNGƏL OLUR - NARAZILIQ VAR...
Bu gün, 05:03
“Trampın özü təşkil etsəydi, sui-qəsdçi dərhal öldürülərdi - Mehman Əliyev ŞƏRH EDİR
Bu gün, 04:57
AMEA-nın İnstitutundan vergi borcu olan "Tələt" Firması ilə razılaşma - TƏFƏRRÜAT
Bu gün, 04:54
ABŞ İranın Ali Rəhbərinin sağ olduğuna inanır - Rubio
Bu gün, 04:47
Əli Əsədov benzinin qiyməti ilə bağlı QƏRAR VERDİ
Dünən, 18:15
Karapetyanın partiyasının üzvləri saxlanıldı
Dünən, 17:27
Çexiya Azərbaycana yeni hərbi təlim təyyarəsini təklif edib
Dünən, 17:26
Naxçıvanda taksi narazılığı: Bu avtomobillərə qadağa qoyuldu – AYNA-dan CAVAB
Dünən, 17:20
İran bəyanat verdi: - Müharibə mürəkkəb mərhələyə keçir
Dünən, 17:18
Rusiya Avropa strukturlarının nümayəndələrinə qarşı sanksiyalar tətbiq edib
Dünən, 17:15
“İpək Yolu Sığorta” kiçilib, gəlirləri azalıb
Dünən, 17:13
Sankt-Peterburqda Putin və Əraqçi arasında görüş keçirilir
Dünən, 17:10
Çimərlikdəki qətlin məhkəməsi – ŞOK İFADƏLƏR
Dünən, 16:51
70 kq qızılla tutulan polkovnikə - Hökm oxundu
Dünən, 16:44
Paşinyanın sərhədlə bağlı açıqlamasına Bakıdan REAKSİYA: - “Mübahisəli ərazilər var...”
Dünən, 16:37
Deputatın qızlara pulsuz təhsil təklifinə REAKSİYA: - “Hansısa tələbənin təhsil haqqını özü ödəsin”
Dünən, 16:33
"Pünhan kişidir, rəftar fərqli olmalıdır"
Dünən, 16:30
Məzahir Pənahov yenidən MSK sədri seçilib
Dünən, 16:29
Xocalı sakinləri işsizlik və həyətyanı sahə problemi ilə üzləşirlər... - NARAZILIQ VAR...
Dünən, 16:03
ABŞ-nin İranla bağlı strategiyası naməlumdur - Almaniya Kansleri
Dünən, 15:53
MSK-nın heç bir funksiyası yoxdur - Siyasilərdən REAKSİYA
Dünən, 15:51
“Bank Avrasiya”nın maliyyə vəziyyəti ürəkaçan deyil – Ümidsiz kreditlərin payı kəskin artıb
Dünən, 15:48
“Rossotrudniçestvo”nun rəhbəri Yevgeni Primakov istefaya göndərilib
Dünən, 15:45
Turan Topalova tutduğu vəzifədən ayrıldı - ƏMR
Dünən, 15:44
Ermənistanda Rusiya lehinə olan kanallar silindi
Dünən, 15:42
Cəlilov da BELƏ YEYİR: Hər kilometrə 200 MİN MANAT... - AY MAŞALLAH...
Dünən, 15:34
Bank of Baku 27 qəpik borcu 2 manata necə çevirib? - Mərkəzi Bank vətəndaş şikayətinə belə CAVAB VERDİ
Dünən, 15:22
SAVAŞDAN ÇIXANA “XOX GƏLİRLƏR”: “Telefonumuza cavab verməsəniz, qohumlarınıza zəng edəcəyik” - ÖZBAŞINA QALIBLAR...
Dünən, 15:15
Avropa İttifaqının Gürcüstandakı səfiri XİN-ə çağırılıb - KİV
Dünən, 15:03
Paşinyanın korteji hamilə qadını belə vurub – yeni iddia
Dünən, 15:02
Elgiz və Xoşqədəm yeni layihə ilə efirə QAYIDIR
Dünən, 14:39
Xəyal Rza qəzaya düşdü - FOTO
Dünən, 14:38
Bu temp Anar Rzayevi HƏBSƏ GÖTÜRƏ BİLƏR... - ÇÜNKİ...
Dünən, 14:33
Cavid Nəbiyevin şirkətləri borc içində: Siyahıda "Anadolu Efes" də var - TƏFƏRRÜAT
Dünən, 14:25
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru