Trampın ölümü kimin işinə yarayır ki... .....                     Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı .....                     Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB .....                     Atışmada hədəf olub-olmadığımı bilmirəm .....                     2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib .....                     Çində ən böyük LNG tankeri istifadəyə verilib .....                     “Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR .....                     “Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU .....                     Aİ-dən 90 milyardlıq dəstək: .....                     İttifaq sədri xalq artistinin qızına vəzifə verdi .....                     "Karaca Azərbaycan"ın ABSURD bəhanəsi .....                     Keçmiş icra başçısı vəfat etdi .....                     "Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" .....                     "Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib .....                     Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır .....                     Erməni blogerdən rəsmi Bakıya xahiş .....                     Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq .....                     Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib .....                     Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur .....                     ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi .....                     “Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir .....                     ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı .....                     ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər .....                     Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur .....                     Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib .....                     Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: .....                     Çin Avropanı hədələdi: .....                     Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub .....                     Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ .....                     Nəvəsi xalq artistini belə öydü .....                     Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? .....                     “Sürgün əvəzinə Sevgi” .....                     Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi .....                     Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq .....                     Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır .....                     Məktəb direktorunun DAŞ YARAN TAMAHI .....                     Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər .....                     Rubio İran danışıqlarında iştirakdan yayınıb .....                     Bank kartından pulu oğurlananlara müjdə .....                     Atışmada şübhəli bilinən şəxs bu adam imiş .....                 

Ukrayna ədalət axtarışında: Təcavüz Tribunalı mexanizmi və uzun yol - GƏLİŞMƏ
Tarix: 6-01-2023, 08:11 | Çap et
Ukrayna ədalət axtarışında: Təcavüz Tribunalı mexanizmi və uzun yol
Bir ilə yaxındır Ukraynanın demək olar ki, bütün ərazisi genişmiqyaslı müharibənin faciəli nəticələrini yaşayır. Dünya hələ də təcavüzkarların törətdiyi cinayətlər haqqında həqiqətlərdən sarsılır. Təcavüz başlayandan bir ay sonra Qərb mediası həqiqəti deməyə cəsarət edən ukraynalı qadının hekayəsini yaydı. Rus əsgərləri onun ailəsinin yaşadığı evə soxularaq ərini öldürüb, qazanxanada gizlənərək ağlayan 4 yaşlı oğlunu və özünü zorlayıblar. Sonra Buçadan, İzyumdan, Xersondan... buna bənzər dəhşətli hərbi cinayət faktları var.

Genişmiqyaslı təcavüz başlayandan bəri hər gün bir neçə yüz cinayət işi qeydə alınıb. Bu da 2014-cü ildən bəri baş verən hadisələrə əlavədir. Ona görə də, ötən ilin sonuna olan məlumata görə, Ukraynada silahlı münaqişənin nəticələri ilə bağlı 100 mindən çox proses artıq qeydə alınıb. Hər bir qurban öz təcrübələri barədə ictimaiyyətə danışmağa və hüquq-mühafizə orqanlarına müraciət etməyə hazır deyil, lakin epizodların hər birinin arxasında insan faciəsi dayanır. Ona görə də indidən biz ədalətin mexanizmi və qurbanların hüquqlarının bərpası barədə düşünməliyik.

Nə edilir?

Ukrayna bir dövlət olaraq suverenliyimizi və insan hüquqlarını qorumaq üçün bütün mümkün beynəlxalq platformalarda öz maraqlarını fəal şəkildə müdafiə edir: Beynəlxalq Ədalət Məhkəməsində, İnsan Hüquqları üzrə Avropa Məhkəməsində, Dəniz Hüququ üzrə Beynəlxalq Tribunalda.

Konkret beynəlxalq cinayətlərə gəlincə, heç bir milli məhkəmə-hüquq sistemi təkbaşına belə nəhəng kütləvi işin öhdəsindən gələ bilməz. Buna görə də biz milli səyləri tamamlayan bütün digər ədalət mexanizmlərinə baxırıq.

İlk növbədə, bu, bizim vəziyyətimizdə müharibə cinayətlərini, insanlıq əleyhinə cinayətləri və soyqırımı araşdırmaq səlahiyyətinə malik olan Beynəlxalq Cinayət Məhkəməsidir (BCM). Yalnız BCM-nin ədalət mühakiməsi mexanizmləri tükənməyib. Buna görə də, indi bütün beynəlxalq cinayətlərə görə hərbi cinayətkarları necə cəzalandırmaq barədə vacib bir müzakirə var. Bunun vaxtı çatıb, çünki gələcək Nürnberq Tribunalının müzakirəsi hələ 1942-ci ildə başlamışdı. Cəzanın qaçılmazlığını London Bəyannaməsi (“Müharibə zamanı törədilmiş cinayətlərə görə cəza haqqında Bəyannamə”) sübut edir. Ancaq unutmaq olmaz ki, tribunalın özü yalnız müharibə başa çatdıqdan sonra işə başlaya bilib. Tribunalın yaradılması haqqında saziş, eləcə də onun nizamnaməsi qalib ölkələr tərəfindən işlənib hazırlanıb. Ona görə də yalnız uduzan tərəfin hərəkətinə hüquqi qiymət verilib. Sovet ordusunun eyni mümkün cinayətləri nəzərə alınmayıb. Ona görə də, bu yanaşma çox vaxt qaliblərin məğlub olanlar üzərində sınağı kimi qəbul edilir.

Ukraynada hazırda ən çox müzakirə olunan Təcavüz Tribunalının, yəni Rusiya elitasını dörd ən ağır beynəlxalq cinayətdən birinə - təcavüz cinayətinə görə mühakimə edəcək xüsusi tribunalın yaradılmasıdır. Bu model Rusiyanın (yeri gəlmişkən, Ukraynanın da) Roma Statutunu ratifikasiya etməməsi səbəbindən bizim işimizdə BCM-nin təcavüz cinayətinə baxmaq səlahiyyətinə malik olmadığı üçün təklif edilir. Təcavüz Tribunalı, lazımi dəstək alarsa, dövlət başçılarının toxunulmazlıqlarını aradan qaldıra bilər və bu, şübhəsiz ki, vacibdir. Ancaq bir sıra səbəblərə görə tək bu variant üzərində dayanmazdım. Belə bir model tətbiq olunarsa, artıq və gələcəkdə qeydə alınmış hərbi cinayətlərin bütün böyük miqyası BCM-nin və milli sistemimizin üzərinə düşəcək. BCM-nin resursları məhdud olduğundan, praktikada bütün yük Ukraynanın üzərinə düşəcək. Ancaq bununla məşğul ola bilərikmi? Baxmayaraq ki, məntiq özü zərərçəkmişi mühakimə edəndə çoxlu suallar doğurur. Cəza mexanizminə inam həm dövlət daxilində, həm də xaricdə olmalıdır. Bəli, təcavüz cinayəti törədənlər mütləq cəzasını almalıdır. Bəs müharibə cinayətlərinin və insanlığa qarşı cinayətlərin bütün qurbanlarının taleyi necə olacaq?

Bundan əlavə, belə bir mövqe var ki, yeni qurumun yaradılması çətin, uzun və bahalı yoldur. Ona görə də alternativ variantları nəzərdən keçirməyin mənası var. Məsələn, Roma Nizamnaməsinə dəyişiklik edilməsini. Yeri gəlmişkən, ötən il dekabrın 5-də Roma Nizamnaməsi Assambleyasında BCM-nin prokuroru Kərim Xan bu barədə danışıb.

Dəyişikliklər təcavüz cinayətinə görə retrospektiv cəzaya aid edilə bilər; bu sənədi ratifikasiya etməmiş dövlətlərə şamil edilməsi və təcavüz cinayətinə görə məsuliyyət daşıyan şəxslərin dairəsinin genişləndirilməsi, iştirakçılığın təmin edilməsidir.

Eyni zamanda, hibrid ədalət mexanizmi deyilən mexanizmin tətbiqi ilə beynəlxalq elementin köməyi ilə milli sistemi gücləndirmək və qanuniləşdirmək mümkündür.

Söhbət beynəlxalq ekspertlərin və silahlı münaqişələrdə təcrübəsi olan mütəxəssislərin istintaq, dövlət ittihamı və məhkəmə prosesləri səviyyəsində cəlb olunmasından gedir. Bu, sistemimizi gücləndirəcək və həm beynəlxalq, həm də milli səviyyədə etibarlılığı təmin edəcək. Bundan əlavə, immunitet problemini həll edəcək. Axı Syerra Leone nümunəsi var ki, hibrid mexanizmdə beynəlxalq elementin köməyi ilə Liberiyanın ovaxtkı Prezidenti Çarlz Teyloru məsuliyyətə cəlb etmək mümkün olub.

Bundan əlavə, nədən asılı olmayaraq, müxtəlif dövlətlərin bütün dünya üçün təhlükə yaradan xüsusilə ağır cinayətlərin (yəni ən ağır beynəlxalq cinayətlərə görə) cəzasını asanlaşdırmaq cəhdlərini əks etdirən universal yurisdiksiya prinsipini unutmaq olmaz. Ukraynadakı vəziyyət kontekstində bu prinsip çox aktualdır. İctimai məkanda 20-dən çox dövlətin Ukraynada törədilmiş beynəlxalq cinayətləri araşdırdığı bildirilir. Onlardan 18-i haqqında az-çox aydın məlumata rast gəlmək olar. Bu cür araşdırmalar ilk növbədə digər dövlətlərə ukraynalı qaçqınların kütləvi dalğası ilə bağlıdır. Onların arasında yerli hüquq-mühafizə orqanlarına müraciət edən zərərçəkənlər də az deyil. Xüsusilə, rus hərbçiləri tərəfindən ukraynalı qadının zorlanması işində potensial alətlərdən biri də universal yurisdiksiya mexanizminə müraciətdir. Bu işə rəhbərlik edən Ukrayna qeyri-hökumət təşkilatının, Ukrayna Hüquq Məsləhət Qrupunun vəkilləri sözügedən alətdən istifadəni nəzərdən keçirir və bu cür işlərə baxılmasında praktiki təcrübəsi olan beynəlxalq tərəfdaşlarla məsləhətləşirlər.

Nə gözləmək olar?

Məlumata görə, Rusiya təcavüzünün nəticələrinə əsaslanan ədalət mexanizminin qurulması məsələlərində tərəfdaşlarımızın nisbi birliyini görə bilərik. Bir sıra dövlətlər parlamentlər və beynəlxalq təşkilatlar səviyyəsində Təcavüz Tribunalının yaradılmasını dəstəkləyiblər. Ancaq daha dərindən araşdırsanız, əslində hər şeyin daha mürəkkəb olduğu ortaya çıxır. Qətnamələrin əksəriyyəti siyasi və deklorativ xarakter daşıyır və bizi ədalətə yaxınlaşdıracaq real addımlar təklif etmir. Modellə bağlı müzakirələr hələ də davam edir.

Biz aydın başa düşməliyik ki, müharibənin bütün epizodlarının araşdırılmasında və cinayətkarların cəzalandırılmasında ən çox maraqlı olan bizik, ukraynalılar. Və yalnız sistemimizin real qabiliyyətini təhlil etdikdən sonra bizim hansı ədalət mexanizminə ehtiyacımız olduğuna qərar vermək olar. Buna mümkün qədər ciddi yanaşmaq, gözəl və parlaq şüarlara yol verməmək bizim maraqlarımızdadır.

Bu yolda Ukraynanın qarşısında çoxlu vəzifələr durur. Əsas odur ki, döyüş meydanında qalib gəlsin, ərazi bütövlüyü bərpa olunsun. Axı istənilən yarımçıq addım Rusiyanın səsini və beynəlxalq hüquqi proseslərə təsirini bərpa edə bilər ki, bundan düşmən spekulyasiyanı davam etdirmək və məsuliyyətdən yayınmaq üçün istifadə edə bilər.

Həm də tərəfdaşlarımıza çatdırmaq lazımdır ki, gələcək məhkəmə heç bir halda tender predmeti deyil. Hər bir hərbi cinayətkar cəzanın qaçılmazlığını dərk etməlidir. Bəli, Rusiya ən böyük nüvə arsenalına malik dövlətdir və biz bunu nəzərə almalıyıq. Lakin bu, qurbanların hüquqlarını qurban vermək üçün arqument ola bilməz.

Və nəhayət, etiraf etməliyik ki, ədalət uzun bir yoldur. Ona görə də 2023-cü ildə Rusiyanın siyasi və hərbi rəhbərliyi ilə bağlı hökmü eşidəcəyimizə ümid etmək sadəlövhlük olardı. Vurulan MH17 ilə bağlı son səs-küylü hökmü xatırlayaq. Biz bunu 2022-ci ildə, fəlakətdən səkkiz ildən çox keçəndən sonra eşitdik. Amma bizim tutacağımız yol budur və hər birimiz ondan heç bir yerə dönməmək üçün məsuliyyət daşıyırıq.

Mənbə: ZN.UA
Müəllif: Gündüz Məmmədov - Beynəlxalq cinayət hüququ üzrə ekspert, 2019-2021-ci illərdə Ukrayna Baş prokurorunun müavini
Qeyd: tərcümə AYNA-ya məxsusdur










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın ölümü kimin işinə yarayır ki... - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:40
Bu ölkə Beynəlxalq Komissiyadan çıxdı - Rusiyaya görə
Bu gün, 05:20
Sahil Babayev Qarabağa PULLARIN SEL KİMİ AXININA BLOK QOYUB - ONA GÖRƏ DƏ...
Bu gün, 05:17
Atışmada hədəf olub-olmadığımı bilmirəm - Tramp belə deyir...
Bu gün, 05:00
2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib - HESABAT
Bu gün, 04:58
Çində ən böyük LNG tankeri istifadəyə verilib
Bu gün, 04:56
“Aztəsərrüfat” MMC NARAZILIQ YARADIR - Pullarını ala bilməyən kəndlilərin ETİRAZI
Bu gün, 04:40
“Azəriqaz” işçisi Prezidentə ÜZ TUTDU - MÜRACİƏT
Bu gün, 04:35
Aİ-dən 90 milyardlıq dəstək: - Ukrayna xilas olur, yoxsa sadəcə vaxt qazanır?
Bu gün, 04:26
İttifaq sədri xalq artistinin qızına vəzifə verdi - “Qara Qarayev, Tofiq Quliyevdən sonra...”
Bu gün, 04:23
"Karaca Azərbaycan"ın ABSURD bəhanəsi - Müştərinin yeni aldığı çuqun qazandan paslı su axdı
Bu gün, 04:19
Keçmiş icra başçısı vəfat etdi
Bu gün, 04:12
"Bu gün muğam ifaçıları "Vağzalı"nı unutdurmağa şərait yaradırlar" - ETİRAZ
Bu gün, 04:10
"Brent" markalı neftin qiyməti 101 dollara yüksəlib
Bu gün, 04:07
Ukraynaya enerji dəstəyi üçün əlavə 100 milyon avro ayrılır - KİV
Bu gün, 04:04
Erməni blogerdən rəsmi Bakıya xahiş - “Bunları azad etməyin”
Dünən, 17:32
Ukrayna Türkiyədə keçiriləcək NATO sammitində təmsil olunacaq
Dünən, 17:28
Tiflisdə Azərbaycan vətəndaşı olan qadın qətlə yetirilib - TƏFƏRRÜAT
Dünən, 16:09
Hörmüzün blokadası qlobal humanitar fəlakətə səbəb olur – BMT
Dünən, 16:06
ABŞ Ukraynanın “Hörümçək toru”nun təlimini keçirdi
Dünən, 16:00
“Sülh və Barışıq üçün Gernika mükafatı”na layiq görülmək böyük şərəfdir - Azərbaycan Prezidenti
Dünən, 15:58
ABŞ və Qərb Qafqazda "demokratiya savaşı"na başladı - Paşinyan Kremlin casus şəbəkəsini dağıdır, xaos yaradır
Dünən, 13:21
ABŞ-dakı atışmadan sonra Paşinyanı sevindirən xəbər - KİV
Dünən, 13:18
Təlxək Məmdani ifşa etdi: Nikol Bakıya qarşı oyun qurur - ZİBİLƏ DÜŞMÜŞÜK...
Dünən, 13:16
Aİ Trampın iştirak etdiyi tədbirdə atışmaya münasibət bildirib
Dünən, 13:15
Atəş açan şəxsin hədəfi Tramp deyilmiş: - o, kimi öldürmək istəyib?
Dünən, 10:34
Çin Avropanı hədələdi: - Dərhal siyahıdan çıxart!
Dünən, 10:32
Ölkəmizin Ukraynaya yardımları çətin vaxtlarda dost ölkə üçün böyük dəstək olub - MƏQALƏ
Dünən, 09:41
Azərbaycan və Ukrayna münasibətlərində yeni mərhələ - İsrafil Kərimovun yazısı
Dünən, 09:39
Nəvəsi xalq artistini belə öydü
Dünən, 09:30
Zelenski Rusiya ilə görüş üçün niyə Bakını təklif etdi? - GƏLİŞMƏ
Dünən, 09:25
“Sürgün əvəzinə Sevgi” - VİDEO
Dünən, 08:57
Hindistanın baş naziri Vaşinqtondakı insidentə münasibət bildirdi
Dünən, 08:54
Trampın iştirak etdiyi tədbirdə atəş açan şəxs bazar ertəsi hakim qarşısına çıxacaq - AÇIQLAMA
Dünən, 08:53
Tramp Vaşinqtondakı atışmanın İran əməliyyatı ilə əlaqəli olduğuna inanmır
Dünən, 08:27
Məktəb direktorunun DAŞ YARAN TAMAHI - DƏLİXANADIR, VALLAH...
Dünən, 08:26
Həmişə çox işləyən prezidentlərə sui-qəsd edirlər - Tramp belə deyir...
Dünən, 08:07
Rubio İran danışıqlarında iştirakdan yayınıb - “Financial Times” qəzeti
Dünən, 08:05
Bank kartından pulu oğurlananlara müjdə – bu yolla qaytarılacaq
Dünən, 08:04
Atışmada şübhəli bilinən şəxs bu adam imiş - FOTO
Dünən, 08:00
Təcili olmayan TİBBİ YARDIM... - AXI NİYƏ?..
Dünən, 06:22
Trampın qəbulunda atəş açan şəxs saxlanıldı - “Truth Social”
Dünən, 06:09
Donald Tramp tədbir zamanı atışmanın baş verdiyi yerdədir - Ağ Ev
Dünən, 06:07
"Dəfələrlə əlaqə saxlasam da..." - GİLEY
Dünən, 06:00
" Allaha min şükür ki, Azərbaycan “pro-Rusiya” olmadı..." - partiya sədri
Dünən, 05:51
TÜRKÜN TANRISI TƏBİƏTDƏDİR! - Murad Köhnəqala yazır...
Dünən, 05:48
Bu gün Əflatun Amaşov üçün ÖZƏL GÜNDÜR - qəzetə çevrilən ADAM...
Dünən, 05:39
Din Dövlətdən ayrıdır, bəs din futboldan ayrıdırmı? - Saqqalılar imperiyasının çöküşü…
Dünən, 05:35
Tramp və Vens Vaşinqtonda qəbul zamanı baş verən ATIŞMADA xəsarət almayıb - YENİLƏNDİ
Dünən, 05:29
Kürdəmir Psixiatriya Xəstəxanası deyil, sanki qul düşərgəsidir" – ŞOK İDDİALAR
Dünən, 05:18
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru