Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? .....                     Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü .....                     Sosial media qazancının .....                     İrana nüvə bombası atılacaq .....                     Azərbaycanda ət tapılmayacaq? .....                     “AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... .....                     “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... .....                     Banka borcu olanlara BƏD xəbər .....                     "Dəyişən bir şey olmayacaq, amma..." .....                     TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... .....                     Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... .....                     Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub .....                     Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... .....                     Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib .....                     Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                 

Türkiyə çətin sınaq qarşısında: Ərdoğan birinci hədəfinə çatdı, amma ikincisi... - NƏ BAŞ VERİR?
Tarix: 22-08-2023, 14:27 | Çap et
Türkiyə çətin sınaq qarşısında: Ərdoğan birinci hədəfinə çatdı, amma ikincisi...
Türkiyədə yaşayan və xarici media qurumları ilə əməkdaşlıq edən azərbaycanlı jurnalist Vüqar Həsənov qardaş ölkədə mövcud sosial-iqtisadi vəziyyət, siyasi münasibətlər sistemi və sabahdan gözləntilər barədə fikirlərini AYNA ilə bölüşüb. DİA.AZ onunla söhbəti təqdim edir:

- Prezident seçkilərindən öncə, xüsusilə də, seçki kampaniyası ərəfəsində Türkiyədə sosial-iqtisadi böhran həddən artıq dərin idi. Seçkidən sonra vəziyyət hansı səmtə yönəldi?

- Seçkidən əvvəlki dönəmdə Ərdoğanın qarşısında iki məsələ dururdu: siyasi arenadan getdikdən sonra öz kursunu davam etdirədəcək xələfini üzə çıxarmaq və əlbəttə ki, çox ağır vəziyyətdə olan iqtisadiyyatı yoluna qoymaq. Birinci məsələ demək olar ki, həll olunur, Türkiyə siyasətində əvvəllər üzə çıxmayan, amma xarici siyasət və güvənlik məsələlərində əsas fiqur olan Hakan Fidan artıq üzdədir və bəyənatları ilə ölkənin gələcək dönəmi üçün xarici siyasətini, maraqlarını və kursunu acıq-aşkar dilə gətirir.

İkinci məsələyə - iqtisadi vəziyyətə gəldikdə isə, bu düyünü açmaq çox mürəkkəb görünür. Ərdoğan seçkidən sonra yeni iqtisadi komanda ilə davam etmək qərarı aldı. Əslində, keçmiş maliyyə naziri Nurəddin Nebatinin yeni maliyyə naziri Mehmet Şimşəklə təhvil-təslim mərasimində dərindən ah çəkməsi hər şeyin izahı idi. Yeni komandanın, xüsusən xaricdə təhsil almış və ABŞ-da çox müsbət reputasiyası olan Mərkəzi Bankın sədri Hafizə Erkanın atdığı addımlar həlik bir nəticə vermir. Mehmet Şimşek bəyan edir ki, Türkiyə iqtisadiyyatında keçid dönəmidir və nəticələri görmək üçün vaxt lazımdır. Amma günü-gündən bahalaşan qiymətlər, kirayə və təhsil haqqı xərcləri onu göstərir ki, vəziyyətdən çıxış yolu hələ uzaqdadır.

- Seçki ərəfəsində müxalifətin əsas istinadı və hədəfi sosial-iqtisadi problemlər, iqtidarın dayaq nöqtəsi isə siyasi sabitlik, terror bəlasının dəf edilməsi və geosiyasi rəqabətdə ölkənin uğurları idi. Türk seçicisi ikincini seçdi. Bu gün vətəndaş seçimindən razıdırmı?

- Seçkidən sonra mürəkkəb və hətta, deyərdim ki, qorxulu bir situasiya yaranıb. Qiymətlərin artması fonunda, müxalif Kamal Kılıçdaroğluna səs verənlərlə Ərdoğana səs verənlər arasında uçurum daha da dərinləşdi. “Siz səs vermisiniz, şikayət etməyə haqqınız yoxdur” ifadəsinə söhbətlərdə dəfələrlə şahidlik etmişəm. Bəzi hallarda bu polemika dava həddinə belə, gətirib çıxarıb. Bu, Türkiyədə qarışıqlıq və xaos istəyən qüvvələr üçün göydəndüşmə bir fürsətdir, çox qorxulu tendensiyadır. Təbii ki, soyuducusu boş olan vətəndaşı geosiyası uğurlarla “doydurmaq” olmur. Müxalifət o zaman uğurlu olacaq ki, bu vəziyyətdən çıxış yolunu real işlə göstərsin. “Mən gəlim, düzələcək” sözləri artıq təsir imkanını itirib.

O ki qaldı seçimdən razı olub-olmamaq məsələsinə, düşünürəm ki, vətəndaş bunun cavabını gələn il bələdiyyə seçkilərində verəcək. Bu seçkilər hakimiyyət üçün çox böyük önəm daşıyır. İstanbulu yenidən AK Partiyə qazandırmaq əsas hədəfdir.

- Gözləntilər vardı ki, seçkidən sonra Ərdoğanın komandası Qərblə, əsas da ABŞ-la bir şəkildə dil tapacaq və inflyasiya, milli valyutanın çökməsi, iqtisadi böhran kimi problemlər həllini tapmağa başlayacaq. Hökumət buna cəhdlər edirmi və gözləntilər nədən ibarətdir?

- Ərdoğanın komandası təbii ki, Qərblə, ABŞ-la yaxşı münasibətlərdə olmaq istəyir. Amma Qərb və ABŞ bunu istəyirmi? ABŞ seçki dönəminə girir və bu şeckilərin nəticələri Ankara üçün münasib olacaqmı? Ərdoğanın Avropa İttifaqı (Aİ) qarşısında qoyduğu şərtlərlə Brüssel razılaşacaqmı? Suallar çoxdur, cavablarını tapmaqda çətinlik çəkirəm.

Türkiyəni iqtisadi, siyasi cəhətdən sıxışdırmaq cəhdləri edən Qərblə olan dialoqundan hansısa müsbət nəticə gözləmək qaranlıq otaqda qara pişik axtarmaq deyilmi? Bunu dərk edən Ərdoğanın komandası Körfəz ölkələrinə üz tutub, Ərdoğan Körfəz turundan kifayət gədər investisiya ilə qayıtdı. Bu pullar türk lirəsini bir müddət sabit saxlamağa, sosial ödənişlərdə gecikmə olmamasına kömək edəcək. Amma Mehmet Şimşəyin dediyi kimi, Türkiyəyə uzunmüddətli iqtisadi kurs lazımdır, “bu gün yedim, sabaha Allah kərimdir” prinsipi Türkiyə kimi dövlət üçün çıxış yolu deyil.

Bəzi versiyalar da var ki, Türkiyə Beynəxalq Valyuta Fondundan (BVF) kömək istəyə bilər. Amma seçkiqabağı kampaniyasında Ərdoğan məhz valyuta fonduna olan borcun ödənildiyini və onlardan asılı olmamağı hakim komandanın qələbəsi adlandırırdı. Ona görə indiki mərhələdə, bələdiyyə seçkilərindən öncəki dönəmdə mən bunu real görmürəm. Lakin Türkiyə iqtisadiyyatındakı vəziyyəti proqnozlaşdırmaq çətin olduğundan, mümkün versiyalar istisna olunmur.

- Gələk, zəlzələ bölgəsinə.Orada durum necədir? Seçki ərəfəsində bölgədə sürətli quruculuq işləri aparıldığına dair görüntülər, məlumatlar yayılırdı. Hazırda, sanki dayanmış kimi görünür, yoxsa...?

- İşlər gedir və bu işlərin tempi və yekun nəticə hakimiyyət üçün bələdiyyə seçkiləri öncəsi çox böyük önəm daşıyır. Aldığım məlumatlara görə, artıq oktyabrda bir qrup sakin yeni evlə təmin olunacaq. Təbii ki, ölkəni yenidən ayağa qaldırmaq böyük investisiyalar tələb edir. Zəlzələ bölgəsində ümumillikdə 650 min mənzil inşa ediləcək, onlardan 319 mininin 1 il ərzində təhvil verilməsi gözlənilir. Zəlzələnin fəsadlarını tez bir şəkildə aradan qaldırmaq hakim komandaya böyük pulların sırf sosial-iqtisadi vəziyyətin yaxşılaşdırılmasına köklənməyə və həmçinin bələdiyyə seçkisi öncəsi müsbət PR qazanmağa zəmin yaradacaq.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Ermənistanda Türkiyəyə “müharibə” elan edən kimlərdir? – gizli planın şok detalları
Bu gün, 10:44
Abbas Əraqçi Pakistan ordusunun komandanı ilə görüşdü
Bu gün, 10:42
Sosial media qazancının görünməyən ÜZÜ…
Bu gün, 10:40
İrana nüvə bombası atılacaq - Dövlət Departamentinin keçmiş rəsmisindən şok iddia
Bu gün, 10:26
Azərbaycanda ət tapılmayacaq? - qiymətlət niyə bahalaşır
Bu gün, 10:25
“AzəriQaz” işçilərinin tək dərdi MAAŞ DEYİL Kİ... - NARAZILIQ VAR...
Bu gün, 10:20
“Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04
Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28
"Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33
TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28
Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16
Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10
Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51
Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru