BRİCS anti-NATO blokuna çevriləcəkmi? - İNCƏLƏMƏ...
Tarix: 23-08-2023, 11:47 | Çap et
 Cənubi Afrika Respublikasının (CAR) Yohannesburq şəhərində BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikası) təşkilatının 15-ci zirvə toplantısı işə başlayıb. BRCİS-in pandemiya səbəbindən 3 sammiti təxirə salınmışdı. Buna görə də bu sammitə maraq böyük idi. Gözlənildiyi kimi, Rusiya prezidenti Vladimir Putin toplantıya qatılmayıb. Səbəbi bəllidir. CAR Beynəlxalq Cinayət Məhkəməsinin anlaşmasına imza atıb. Məhkəmə isə Ukrayna müharibəsinin dəhşətlərinə görə, Rusiya prezidentinin həbsinə qərar verib. Yəni Vladimir Putin CAR-a getsəydi, bu ölkə Rusiya prezidentini həbs edib Beynəlxalq Cinayət Məhkəməsinə təhvil verməliydi. Bu baş verməsin deyə, CAR prezidenti rusiyalı həmkarına məsləhət görüb ki, toplantıya internet üzərindən qatılsın. Putin toplantıya öz əvəzinə xarici işlər naziri Sergey Lavrovu göndərib. Vladimir Putin video müraciətində təşkilatın artan gücündən danışıb. Putin həmişəki kimi Qərbi ittiham edən fikirlər səsləndirib, ticarət münasibətlərində dollardan imtina mövzusuna toxunub. BRİCS-ə maraq getdikcə artır. Təşkilata üzv ölkələrin ümumi əhalisi 3 milyard 240 milyon civarındadır. Bundan başqa üzv ölkələrin iqtisadiyyatlarının ümumi həcmi 26 trilyon dollara yaxındır. Bu, dünya iqtisadiyyatının 26 faizini təşkil edir. Bu səbəbdən təşkilata üzv olmaq istəyən ölkələrin sayı çoxdur. Misal üçün 40 ölkə toplantıya müşahidəçi qismində internet üzərindən qatılıb. Cin lideri Tsi Cinpin CAR-da daha əvvəl gəlib. Cinpin Cin-CAR diplomatik münasibətlərinin qurulmasının 25 illik tədbirlərinə qatılıb. İki ölkə enerji sahəsində sıx əməkdaşlıq edir. CAR iqtisadi gücünə görə Afrika qitəsinin lider ölkəsidir. Pekin buna görə bu ölkə ilə əməkdaşlığa daha çox əhəmiyyət verir. Afrikada fəallaşan Çin bu qitədə Qərb şirkətlərini sıxışdırmağa çalışır. Çinin CAR-da 200 şirkəti mövcuddur. İki ölkə arasında ticarət mübadiləsinin həcmi 32 milyard dollardır. Tsi Cinpin BRİCS toplantısı çərçivəsində Çin-Afrika sammitində də iştirak edəcək. Böyük Britaniyanın “Financial Times” qəzetinin yazdığına görə, Pekin BRİCS-i “böyük yeddilərə” alternativ təşkilata çevirmək istəyir. Bundan başqa Pekin təşkilata daha çox ölkənin üzvlüyünə müsbət yanaşır. Pekinin və Moskvanın məqsədi BRİCS-i anti-Qərb blokuna çevirməkdir. Ancaq bu alınmayacaq. Rusiya və Çinin xaricində BRİCS-in digər 3 üzvü – Braziliya, Hindistan və CAR Qərblə qarşıdurmada maraqlı deyillər. Bu 3 ölkə Rusiya və Çinlə yanaşı ABŞ və Avropa İttifaqı ilə də sıx əməkdaşlığın tərəfdarıdırlar. “Hinrich Foundation” Mərkəzinin araşdırmasına görə, Çin Afrikada Qərbi qabaqlamaqla Qara qitə ölkələrində qəbul olunan siyasi qərarlara da təsir gücünü artırır. Mövcud vəziyyət Vaşinqtonu və Brüsseli ciddi narahat edir. Avropa İttifaqı Çindən geri qalmamaq üçün Afrika qitəsi üçün strateji “Global Gateway” dəstək proqramını qəbul edib. Bu proqram çərçivəsində 2021-2027-ci illər arasında Afrika ölkələrinə təxminən 300 milyard avro yatırım cəlb olunmalıdır. “Böyük yeddilər” isə Afrika qitəsinə 600 milyard dollar yatırım qoymağı planlaşdırırlar. Çinin Afrika qitəsinə artan marağına baxmayaraq, Pekin son vaxtlar çətinliklərlə üzləşib. Birincisi, Çin iqtisadiyyatı keçmiş illərdəki artım gücünü itirməyə başlayıb. Bu Çinin xarici ölkələrdə investisiya siyasətinə də mənfi təsir edir. İkincisi, “Gavekal Dragonomics” Araşdırma Mərkəzinin son hesabatına görə, Pekinin son illərdə təhlükəsizlik məsələlərinə diqqəti və bölgədə hərbi gücünü artırması onun iqtisadi təşəbbüslərini arxa plana atıb. “Atlas” Araşdırmalar Mərkəzi - DİA.AZ


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azercell”in 13-cü ay OYUNBAZLIĞI... - GİLEY
Bu gün, 10:04 |
|
|
|
| • Banka borcu olanlara BƏD xəbər - Bundan sonra...
Bu gün, 09:28 |
|
|
|
| • "Dəyişən bir şey olmayacaq, amma..." - REAKSİYA
Bu gün, 08:33 |
|
|
|
| • TƏBİB pasiyentə xəstə kimi yox... BANKOMAT KİMİ baxır... - BUNA GÖRƏ DƏ...
Bu gün, 08:28 |
|
|
|
| • Qadınlar niyə imkanlı kişinin məşuqəsi, sevgilisi olmaq istəyir... - Nura Suri deyir ki...
Bu gün, 08:16 |
|
|
|
| • Aİ-də Kiyevə yardım qərarı parçalanmaya səbəb olub - “Politico”
Bu gün, 08:10 |
|
|
|
| • Eldar Mahmudovun sabiq kadrı ətrafında çənbər daralır... - Mürsəl İbrahimov NƏ EDƏCƏK...
Bu gün, 07:51 |
|
|
|
| • Xəzər sammiti Putinlə Xamenei görüşü üçün ləğv edilməyib - İran səfiri
Bu gün, 07:38 |
|
|
|
| • Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36 |
|
|
|
| • ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31 |
|
|
|
| • Əmrullayevin BATIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30 |
|
|
|
| • Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25 |
|
|
|
| • TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16 |
|
|
|
| • Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01 |
|
|
|
| • Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59 |
|
|
|
| • Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58 |
|
|
|
| • İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56 |
|
|
|
| • “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54 |
|
|
|
| • "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51 |
|
|
|
| • İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48 |
|
|
|
| • Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46 |
|
|
|
| • Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26 |
|
|
|
| • ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22 |
|
|
|
| • Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18 |
|
|
|
| • Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46 |
|
|
|
| • Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47 |
|
|
|
| • Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26 |
|
|
|
| • DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23 |
|
|
|
| • Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17 |
|
|
|
| • Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15 |
|
|
|
| • Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12 |
|
|
|
| • FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51 |
|
|
|
| • Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48 |
|
|
|
| • İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47 |
|
|
|
| • Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42 |
|
|
|
| • İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39 |
|
|
|
| • Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37 |
|
|
|
| • Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28 |
|
|
|
| • Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26 |
|
|
|
| • Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22 |
|
|
|
| • Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20 |
|
|
|
| • Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18 |
|
|
|
| • ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13 |
|
|
|
| • Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04 |
|
|
|
| • Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01 |
|
|
|
| • "Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57 |
|
|
|
| • Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56 |
|
|
|
| • “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51 |
|
|
|
| • Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35 |
|
|
|
| • Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34 |
|
|
|
|