Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi .....                     ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib .....                     Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... .....                     Qayıbovun YEYİNTİ ORTAQLARI... .....                     TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? .....                     Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər .....                     Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir .....                     Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı .....                     İzahı olmayan hadisə: Xəzər niyə quruyur? .....                     “Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” .....                     "Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" .....                     İcra başçısı qazi ailəsini süründürür .....                     Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... .....                     Burda nə oyunlar çevrilir.... .....                     ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib .....                     Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir .....                     Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı .....                     Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir .....                     Tehranda nə baş verir? .....                     DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? .....                     Qazinin atasına qarşı DƏLƏDUZLUQ: .....                     Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir .....                     Pentaqondan Avropaya ağır təhqir: .....                     FHN öz nazirinin şirkətindən çap məhsulları alır .....                     Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib .....                     İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? .....                     Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir .....                     İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb .....                     Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? .....                     Neft Fondu 73,5 milyard dolları harada saxlayır? .....                     Ərdoğandan ermənilərə mesaj: .....                     Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb .....                     Ödəniş təşkilatının direktoru dəyişdirildi .....                     Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi .....                     ”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR .....                     Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” .....                     Bakıda dayısını öldürənə .....                     "Müğənni həmişə ən bahalı insan olub" .....                     Vüsal Aslanov yeni rəis təyin etdi .....                     “Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? .....                 

Soçi görüşünün “tərcüməsi” – Praqmatizmlə hikkənin toqquşması
Tarix: 6-09-2023, 15:29 | Çap et
Soçi görüşünün “tərcüməsi”
Soçidə Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. 2 saata yaxın davam edən danışıqlardan sonra birgə mətbuat konfransında çıxışı zamanı Vladimir Putin bildirib ki, Rusiya ilə Türkiyə arasında münasibətlər heç kimin gözləmədiyi şəkildə inkişaf edir. O, türkiyəli həmkarı ilə təhlükəsizlik kimi çox əhəmiyyətli məsələləri müzakirə etdiklərini deyib: “Ukraynadakı vəziyyət, “Taxıl sazişi”, Suriya məsələsindən danışdıq. Bir çox başqa istiqamətlər var ki, onları da müzakirə etdik”.

Ərdoğan öz növbəsində qeyd edib ki, görüşdə Cənubi Qafqazda baş verən hadisələr də müzakirə mövzusu olub: “Soçidə Rusiya Prezidenti, əziz dostum Putinlə görüşdüm və gündəliyimizdəki məsələləri müzakirə etdim. Biz xüsusilə ticarət, enerji, kənd təsərrüfatı, turizm, iqtisadiyyat və maliyyə sahələrində çoxşaxəli əməkdaşlığımızı daha da gücləndirmək istəyirik. Ötən il ikitərəfli ticarət dövriyyəmiz təxminən 69 milyard dollara çatıb. 100 milyard dollarlıq hədəfimizə doğru möhkəm addımlar atırıq. İnanıram ki, qalan müddətdə bu rəqəm daha da artacaq”.

DİA.AZ bildirir ki, görüşü AYNA-ya şərh edən politoloq Elxan Şahinoğlunun sözlərinə görə, Türkiyə Rusiya-Ukrayna müharibəsinin həllində uğurlu vatisəçi ola bilər: “Prezident Rəcəb Tayyib Ərdoğan Soçi görüşündə bunu bir daha bəyan etdi. Lakin bir məqam var ki, Putin müharibənin davam etdirilməsini istəyir. Çünki Moskva Ukraynada əhəmiyyətli nəticələrə nail olmayıb. Bu, baş vermədiyinə görə Putinin müharibəni dayandırması onun sonu deməkdir. Lakin Ərdoğan sülhyaratma missiyasını, danışıqlar masası ətrafında müzakirələr cəhdini davam etdirir”.

“Hesab edirəm ki, Soçi görüşü çərçivəsində Türkiyə liderinin söylədiyi fikirlər əsasən Rusiya cəmiyyətinə ünvanlanıb. Onun mövcud şəraitdə müharibənin davam etdirilməsinin əhalinin sosial-iqtisadi durumuna neqativ təsir etdiyini söyləməsi və Putinə çıxış formulu təklif etdiyini bildirməsi bunun bariz nümunəsidir. Nəzərə alanda ki, Rusiya cəmiyyəti müharibə istəmir və Ərdoğanın bu bəyanatını daim xatırlayacaq, bu, olduqca mühüm mesajdır”, - deyə həmsöhbətimiz bildirib.

Analitik xatırladıb ki, görüşdə digər mövzularla yanaşı, Cənubi Qafqazdakı vəziyyət də müzakirə olunub: “Lakin konkret nələrin müzakirə edilməsindən xəbərsizik. Azərbaycanla Ermənistan arasındakı gərginliklə bağlı Türkiyə və Rusiya liderlərinin görüş əsnasındakı mövqeləri maraqlıdır. Görüşün davam etmə müddətini və eyni zamanda Suriya və Liviya ilə bağlı müzakirələrin də aparıldığını nəzərə alsaq, bu istiqamətdə qısa müzakirələrin olduğunu söyləyə bilərik”.

“Ərdoğan hələ bir müddət öncə Rusiya sülhməramlı missiyasının 2025-ci ildə fəaliyyətini başa vuracağına inandığını söyləmişdi. Hesab edirəm ki, Soçi görüşündə də bunu rusiyalı həmkarının diqqətinə çatdırıb. Putinin bu barədə nə düşündüyünü söyləmək üçün isə yetərli faktlar yoxdur və zamanı gözləməliyik”, - deyə Şahinoğlu vurğulayıb.

Siyasi şərhçi Zərdüşt Əlizadə isə fərqli düşünür. DİA.AZ-ın məlumatına görə, o, AYNA-ya açıqlamasında söyləyib ki, Türkiyənin cəhdləri nəticəsiz qalacaq: “Türkiyə Rusiyanı işğalçı mahiyyətindən yayındıra bilməyəcək. Ona görə ki, Putin işğalçılığı dövlət siyasətinə çevirib. Ötən əsrin 90-cı illərində müstəqillik qazanan respublikaları nəzarətindən kənarda qoymaq istəmir. Açıq şəkildə deyir ki, “siz sənəd üzərində müstəqil ola bilərsiniz, amma mənim dediklərimi etməlisiniz”. Kim buna məhəl qoymursa, ona qarşı təcavüz siyasətinə başlayır. Ukrayna, Gürcüstan, Moldova... Siyahını uzatmaq da olar. Nəinki postsovet məkanında, Afrikada, digər coğrafiyalarda da belədir”.

“Ukraynaya qarşı təcavüzə başlayanda Rusiya ümid edirdi ki, qısa müddətə qalib gələcək. Ancaq nə oldu? Rusiya Kiyevə yaxınlaşa bilmir, resursları tükənir. Geri də çəkilə bilmir. Dünyanı taxıl böhranı ilə təhdid edir. Lakin bu təzyiqlər nəticəsizdir. Rusiya onsuz da bu müharibədə məğlub olacaq. Bunu Kremldə də bilirlər”, - deyə müsahibimiz diqqətə çatdırıb.

Təhlilçinin fikrincə, Türkiyənin yürütdüyü xarici siyasət doğrudur: “Mən bu məsələdə Rusiya amilini ikinci yerdə görürəm. Türkiyə nüfuzlu dövlətdir və dünyada aparıcı diplomatik oyunçulardan biridir. Tarixi fürsət yetişib ki, bu münqaişədən istifadə edib, öz mövqeyini gücləndirsin. NATO ölkələrindən onun hüquq və təhlükəsizliyinə hörmətlə yanaşmalarını tələb etsin”.

“Türkiyə dünənə qədər Qərb dövlətlərinə öz ağrılarını, dərd və qayğılarını deyirdi, amma bunu qulaqardına vururdular. Məsələn, deyirdi ki, kürd separatizmi Türkiyə dövləti üçün təhlükədir. Müttəfiqləri də bildirirdi ki, yox, əsas insan hüquqlarıdır. Rəsmi Ankara NATO ölkələrinin diqqətinə çatdırırdı ki, biz müttəfiqik, ümumi maraqlarımız var, Türkiyəni elmi-texnoloji və hərbi inkişafdan kənarlaşdırmayın. Amma ona deyilirdi ki, yox, sən özünü yaxşı aparmırsan, sənə filan silahları vermirik, bu layihədən səni çıxarırıq və s. Bu gün isə Türkiyə diqtə tərəfidir. Bunu Türkiyənin Rusiya ilə yaxınlaşması kimi qələmə vermək doğru deyil. Bu, qətiyyən belə deyil”, - deyə Əlizadə fikrini yekunlaşdırıb.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Məktəb direktoru pedaqoji şuranın iclasında səsləndirdiyi ifadələrə görə məhkəməyə verildi - TƏFƏRRÜAT
Bu gün, 07:36
ABŞ-nin İrana qarşı hərbi əməliyyat xərcləri 61 milyard dolları keçib - "Iran War Cost Tracker" portalı
Bu gün, 07:31
Əmrullayevin BASTIRDIĞI TƏHSİL: Daha bir məktəbdə insident... - BELƏ HARA GEDİRİK?
Bu gün, 07:30
Qayıbovun YEYİNTİ ORTAQLARI... - ARAŞDIRMA
Bu gün, 07:25
TƏBİB daxilində regional səhiyyə idarələri yaradılır? - Baş həkim və direktorlar...
Bu gün, 07:16
Hücum hazırlığı olmasa da, Rusiya səhvə yol verə bilər - GƏLİŞMƏ
Bu gün, 07:01
Tehrandan beynəlxalq uçuşlar bu gündən bərpa edilir - KİV
Bu gün, 06:59
Biləsuvar Rayonunda 400 min manatlıq tender dayandırıldı - BUNA GÖRƏ
Bu gün, 06:58
İzahı olmayan hadisə: Xəzər niyə quruyur? - AKTUAL
Bu gün, 06:56
“Görünür o qadına kimlərsə himayədarlıq edir ki, mədəniyyət evini bağçaya çevirib, özbaşına etməz” - Əməkdar artistdən qalmaqallı AÇIQLAMA
Bu gün, 06:54
"Mən Paşinyan hakimiyyətinin Türkiyə-Azərbaycan münasibətlərinə yanaşmasını səmimi hesab etmirəm" - partiya sədri
Bu gün, 06:51
İcra başçısı qazi ailəsini süründürür – Hüquq müdafiəçisindən ÇAĞIRIŞ
Bu gün, 06:48
Ceyhun Cəlilov da 'KOLXOZÇU' imiş... - DƏLİXANADIR, VALLAH...
Bu gün, 06:46
Burda nə oyunlar çevrilir.... - İLGİNC FAKTLAR
Bu gün, 06:26
ABŞ Rusiya və İran neftinin alınmasına icazəni uzatmaqdan imtina edib - "Associated Press"
Bu gün, 06:22
Putin, Tramp və Si Avropa üçün rəqib qüvvələrdir - Makron belə deyir...
Bu gün, 06:18
Xalq artisti Rasim Balayevin yerinə kimin seçiləcəyindən danışdı - “Mənim dəstəklədiyim şəxs sədr olacaq”
Dünən, 18:46
Yaxın Şərqdə yeni eskalasiya riski fonunda neft qiymətləri yüksəlir
Dünən, 17:47
Tehranda nə baş verir? - Qalibaf istefa verdi
Dünən, 17:26
DİM və nazirlik birləşsə: Şagirdlərin üzü güləcək? - AKTUAL
Dünən, 17:23
Qazinin atasına qarşı DƏLƏDUZLUQ: - qadın biznesmenə cinayət işi AÇILDI
Dünən, 17:17
Əməliyyatdan 12 gün sonra ölən Adilin ailəsi həkimdən şikayətçidir - TƏFƏRRÜAT
Dünən, 17:15
Pentaqondan Avropaya ağır təhqir: - "Gülünc konfranslar keçirirsiniz"
Dünən, 17:12
FHN öz nazirinin şirkətindən çap məhsulları alır
Dünən, 16:51
Heqset Avropadan Hörmüz boğazını açmaq üçün hərəkətə keçməyi tələb edib
Dünən, 16:48
İmkanı yoxdur, ödəyə bilmir: Kreditlərin taleyi necə olacaq? - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:47
Arakçı ABŞ-la danışıqlar üçün İslamabada gedir
Dünən, 16:42
İran bu gün beş gəmiyə hücum edib, ikisini saxlayıb - ABŞ-ın Baş Qərargah rəisi
Dünən, 16:39
Kürdəki dəyişiklik Xəzəri xilas edəcəkmi? - Ekspertdən mühüm İZAH
Dünən, 16:37
Neft Fondu 73,5 milyard dolları harada saxlayır? - SİYAHI
Dünən, 16:28
Ərdoğandan ermənilərə mesaj: - Düşmənçilik istəyənlərə veriləcək cavabımız var
Dünən, 16:26
Pentagon rəhbəri İrana qarşı əməliyyatı "dünyaya hədiyyə" adlandırıb
Dünən, 16:22
Ödəniş təşkilatının direktoru dəyişdirildi
Dünən, 16:20
Tale Heydərovun pullarını mənimsəməkdə ittiham olunan şəxsin vəsatəti təmin edildi - DETALLAR
Dünən, 16:18
”KredAqro” BOKT MMC vətəndaşları belə ALDADIR - BU DA FAKT...
Dünən, 16:13
Zal Yusifovun oğlunun İŞİ: “55 min manat behim batdı” - TƏFƏRRÜAT
Dünən, 16:04
Bakıda dayısını öldürənə 17 il HƏBS CƏZASI
Dünən, 16:01
"Müğənni həmişə ən bahalı insan olub"
Dünən, 15:57
Vüsal Aslanov yeni rəis təyin etdi - FOTO
Dünən, 15:56
“Atəşgah Sığorta” vətəndaşı necə get-gələ salıb? - “UZAQ DURUN!”
Dünən, 15:51
Gürcüstan azərbaycanlıları seçim etdi - gözlənilməz nəticə
Dünən, 15:35
Köçəryan sülhə qarşı çıxdı - KİV
Dünən, 15:34
Böyük yoxlamalar başladı: Sahil Babayev prosesin mərkəzində - NƏ BAŞ VERİR?
Dünən, 15:26
Gürcüstan rekord qırdı, Azərbaycan isə turistlərin sayını artıra bilmir - İZAH
Dünən, 15:22
Prokuror 7 il cəza istədi, hakim yarısını kəsdi
Dünən, 15:19
Kiyev Rusiyanın komanda məntəqəsinə PUA hücumunda 12 FSB zabitinin öldürüldüyünü bildirir - “Sky News“
Dünən, 15:12
Naxçıvana səfər planlaşdıran sərnişinlərə biletləri əvvəlcədən əldə etməyi tövsiyə edirik - AZAL
Dünən, 15:10
Müsadirə olunan obyekt “su qiymətinə” satışa çıxarılıb?
Dünən, 15:08
Nazirliyin tabeliyindəki Agentliyə yeni şöbə müdiri təyin olunub - ƏMR
Dünən, 15:01
"Qadınla kişi arasında pul danışılmamalıdır" - Nuranın Avroviziya arzusu ürəyində qaldı?
Dünən, 14:53
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru