Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU .....                     QHT sədri dənizdə şok keçirdi .....                     “Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” .....                     HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... .....                     Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı .....                     Milli Dram Teatrının direktoruna ağır itki üz verdi .....                     Yeni geopolitik konfiqurasiya və Azərbaycan .....                     Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? .....                     Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... .....                     “Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi .....                     Azərbaycanla sərhəddə gizli toplantı .....                     Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir .....                     Qida Sənayesi Kolleci adlı BAZAR... .....                     Bakıdan Kiyevə uzadılan kömək əli .....                     5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var .....                     Adil Vəliyev şəhid ailəsinə qarşı... .....                     “FSB”nin Bakıda kəsilən “qolu” .....                     `Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... .....                     Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... .....                     "Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" .....                     "Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır" .....                     AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir .....                     Həmkarlar İttifaqında nə baş verir? .....                     10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb .....                     Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” .....                     Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi .....                     ƏT BAZARINDA MÖHTƏKİRLİK... .....                     “Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər .....                     Regionla bağlı qorxunc ssenari .....                     "Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" .....                     Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? .....                     “Little Stars” uşaq bağçası, YOXSA... .....                     “Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ .....                     Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT .....                     Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib .....                     Bu məşhur istirahət məkanı zibillik içərisindədir - .....                     Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! .....                     Gömrük sistemində rütbə ədalətsizliyi .....                     Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri .....                     ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib .....                 

“Rusiya onminlərlə cəsədi qaldırar, Qərb 100 cəsədi qaldıracaqmı” – Putindən son “stavka”
Tarix: 12-03-2024, 14:00 | Çap et
“Rusiya onminlərlə cəsədi qaldırar, Qərb 100 cəsədi qaldıracaqmı”
Moskvada yaşayan azərbaycanlı politoloq, Rusiyanın Xalqlar Dostluğu Universitetinin dosenti, filologiya elmləri namizədi Anar Həsənov AYNA-ya müsahibəsində Ukraynada yaşanan qanlı proseslər və Üçüncü Dünya müharibəsi ehtimallarından danışıb. Beləliklə:

- Ukraynadakı müharibə daha qorxulu mərhələyə keçə bilər. Artıq aparıcı Qərb dövlətlərinin, hətta NATO-nun Ukraynaya ordu göndərməsi məsələsi müzakirə olunur. Proseslərin gedişatını necə proqnozlaşdırırsınız?

- Qərbdən Ukraynaya ordu göndərilməsi çağırışı hədəyə hədə ilə cavabdır. Yəni, dünənədək Vladimir Putin Qərbi atom silahı ilə hədələyib, indi Avropa bu hədəyə cavab verməlidir. Bilirsiniz, bunu nəyə bənzədirəm? Vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikol Paşinyana İlham Əliyev “Qarabağ Azərbaycandır və nida” cavabını vermişdi.

Bu gün ABŞ ilə Rusiya, yaxud Fransa ilə Rusiya arasında gedən deyişmə hələlik sözdür, söz davasıdır. Şəxsən mən Emmanuel Makronun bəyanatlarına şübhə ilə yanaşıram, düşünmürəm ki, onun çağırışları Fransa ordusunun Ukraynaya gəlməsinə səbəb olacaq. Əvvəla, Parisin elə imkanları var ki, nəzarətindəki silahlıları nizami ordu kimi yox, xüsusi hərbi şirkətlərin əməkdaşları kimi göndərsin. Uzağa getməyək, elə Ermənistana göndərilmiş avropalı müşahidəçilərin əksəriyyəti ehtiyatda olan hərbçilərdir. Bu da proksi müharibənin bir elementidir.

Baxın, buradan hansı nəticəyə gəlmək olar? Fransa hələlik sözlə atışır. Sözlə atəş açmaq isə silahdan atəş açmaq demək deyil. Digər tərəfdən, Avropa niyə Rusiyaya münasibətdə belə mövqe sərgiləməyə qərar verdi ki, “biz öz ordumuzu göndərəcəyik?”. Düşünürəm ki, Makron gündəm yaratmağa çalışır və bu səbəbdən Ukraynaya ordu göndərilməsi təklifini ortaya atıb.

- Qərbdən Ukraynaya qoşun göndərilməsi təkliflərinə Moskvanın reaksiyası belə olub ki, bu, artıq Üçüncü Dünya müharibəsi demək olacaq. Həqiqətən, tərəflər dünya müharibəsinə gedəcəkmi?

- Rusiya bu müharibədə artıq “stavka”nı qaldırıb. Yəni, elə bir hədd götürüb ki, bundan o yanası yoxdur. Düşünürəm ki, Qərb hazırda həmin həddi keçməyə hazır deyil. Baxmayaraq ki, ABŞ da, Britaniya da, Fransa da nüvə dövlətləridir, həmin bu 3 dövlət belə, Moskvanın müəyyənləşdirdiyi həddi keçməyə hazır deyil. Çünki Qərbdə nə Putin qədər cəsarətli və nüfuzlu liderlər var, nə də qeyd olunan həddin keçilməsinə hazır olan cəmiyyətlər var. Və Ukraynanın dəyəri o qədər çox deyil ki, Avropa liderləri bu uğurda atom müharibəsinə belə, razı olsunlar.

Rusiyada bu mənada vəziyyət necədir? Rusiyada belə bir müharibəyə hazır cəmiyyət olmasa da, buna susan cəmiyyət var, buna aparan proseslərə müdaxilə etməyən cəmiyyət var və həqiqətən, bunu tətbiq edə biləcək rəhbər var. Burada söhbət liderin reputasiyasından və cəmiyyətin yanaşmasından gedir.

Düşünürəm ki, Baydenin, Zelenskinin və Putinin rəhbərlik etdikləri dönəmdə Ukraynadakı müharibədə, xüsusi hərbi əməliyyatda dayanma-durma mümkün deyil, onun əlamətləri görünmür. Sülh müqaviləsi üçün, silahların susması üçün ABŞ-da hakimiyyət dəyişməli və rəhbərliyə Putinin oxşarı olan Tramp gəlməlidir. Hesab edirəm ki, yalnız Tramp reputasiyada bir siyasətçi Putinlə danışa, anlaşa bilər. Zelenskiyə də deyə bilər ki, ya danışıqlar masasına oturursan, ya da sizə silah vermirəm.

Yaxşı, belə vəziyyətdə Moskvanın yanaşması necə olacaq? Putin əlavə tələblər ortaya qoymayacaq ki? Axı, Ukrayna geri çəkilərsə, Rusiya istək və tələblərinin sayını artıra bilər. Belə məqamda da məhz Tramp kimi lider Putinə deyə bilər ki, “onda mən də atom silahına əl atmağa hazıram”. Məsələ bundan ibarətdir. Yəni, Bayden getməli, Tramp gəlməlidir ki, bu müharibədə hansısa bir nəticə əldə olunsun. Bu halda Zelenski hakimiyyətdən gedir, Kiyev itirdikləri ilə razılaşır, Moskva əlindəkindən artığına iddia etmir və danışıqlara bir şərtlə razılaşır ki, indiyədək əldə etdikləri dünyanın nəzərində leqallaşsın. Yox, əgər Rusiya bundan artığını da tələb edərsə, o zaman Tramp Ukraynanı lazım olan hər şeylə təmin etməyə qərar verir.

Qeyd etdiyim dəyişikliklər olmadığı müddətcə müharibə dayanmayacaq, Ukrayna tərəfinin itkiləri davam edəcək və heç bir Avropa dövləti Kiyevə ciddi əməli dəstək verməyə cəsarət etməyəcək. Ola bilər, verdikləri silahların sayını bir az da artırsınlar, bir az daha çox pul versinlər, amma Fransanın, yaxud Almaniyanın qoşunlarının Ukrayna torpaqlarına girməsi mümkün deyil. Çünki bu halda Kreml əlindəki başqa rıçaqları işə salacaq. Məsələn, Baltikyanı ölkələr ciddi təhlükə altına düşəcək. Tutalım, Estoniyanın tərkibində yeni bir Narva dövləti yaratmaq Rusiya üçün elə də çətin iş deyil. Bilirsiniz ki, Estoniyanın Rusiya ilə sərhəd bölgələrində rusdilli əhali yaşayır və hazırda onların hüquqlarının pozulması məsələsi müzakirə olunur. Yəni, Avropanın Ukraynaya real hərbi yardımı növbəti bir Avropa ölkəsində separatçı bir dövlətin yaranmasına səbəb olacaq.

- Və rus qoşunlarını öz sərhədlərində görməmək üçün bütün gücünü ortaya qoyan Qərb bloku bu təhlükələrdən çəkinəcək?

- Qeyd etdiyim kimi, ayrı-ayrı ölkələrin ərazilərində özünə bağlı rejimlər yaratmaq ruslar üçün çox asandır. Tutalım, Fransa Ukraynaya ordu göndərdi, buna qarşılıq rus qoşunları Estoniyaya girdi və Narva dövlətinin yaradıldığı bildirildi. Ərazisi 3 min kvadrat kilometr olan bir Narvaya görə NATO 5-ci maddəni işə salmayacaq. Bu, Alyansın yenidən zərbə altına salınması deməkdir. Ona görə də Qərb dövlətləri Ukraynaya silah və pul yardımından başqa heç bir dəstək verəsi deyil. NATO Rusiya ilə açıq müharibəyə girərsə, Moskva gerçəkdən nüvə silahı tətbiq edə bilər. Rusiya Parisi, Berlini, Londonu vura bilər. Bu Prezidentdə bu reputasiya var – adam belə riskli qərarları qəbul edə bilər.

Baxın, müharibəyə görə Rusiyada ildə neçə min insan həlak olur, amma cəmiyyətdə bununla bağlı problem yoxdur. Bu cəmiyyət özünün onminlərlə insanını müharibənin içərisinə ata bilir. İki ildir xüsusi hərbi əməliyyat davam edir, nə qədər insan həlak olub, amma bu, cəmiyyətdə heç bir xaosa səbəb olmayıb. Bəs, Fransaya, Almaniyaya, Polşaya yüzlərlə cəsəd gələndə cəmiyyət bunu necə qəbul edəcək? Bunu yaxşı başa düşürlər və bu səbəbdən belə faciəli nəticələrə getməyəcəklər. Həm də kimə görə, nəyin uğrunda getsinlər? Getməyəcəklər!

- Deyək ki, sizin gözləntilərinizin əksi baş verdi – böyük müharibənin düyməsi basıldı. O zaman, hazırda Rusiyanın yanında kimi görünən Çin, İran, Şimali Koreya və s. kimi dövlətlər NATO-ya qarşı cəbhə açacaq?

- Düşünmürəm ki, belə halda Rusiyanın kimlərləsə alyansı yaranacaq. Məsələn, Çin. Bu dövlətin marağındadır ki, Rusiya zəif olsun, buna görə də mühribə olarsa, Pekin Moskva ilə müttəfiq olmayacaq. Şimali Koreyanın da Rusiya ilə müttəfiq olmaq fikri yoxdur, çünki bu ölkə Qərbin hədəfi deyil. İrana gəldikdə, ehtimal olunan müharibə vəziyyətində Tehranın necə davranacağı da müəmmalıdır. Çünki İran da Rusiyanın Qərbə qazandırdıqlarını verə bilmək imkanına malikdir – təbii sərvətləri çoxdur. Hesab edirəm ki, Qərb – İran separat münasibətləri yarana bilər. Yəni, nefti-qazı olan İran sanksiyalardan qurtulmaq istəyir. Sanksiyaları qaldıra, İrana iqtisadi dəstək verə, ölkəni inkişaf etdirə bilərlər. Nəticədə sabah İran Qərb üçün Rusiyanın oynadığı rolu oynaya bilər. Ona görə də Tehranı Moskvanın müttəfiqi hesab etmirəm. İran sadəcə olaraq, hazırkı münaqişənin sonunu gözləyir.

- O zaman Rusiya təklənir...

- Bu müharibədə heç bir dövlət real hərbi kontingentlə Rusiyaya qoşulmayacaq. Belarus belə, qoşulmayacaq. Rusiya yalnız öz resursları hesabına vuruşacaq. Amma bir daha vurğulayım ki, NATO-nun, Avropanın öz ordusu ilə Rusiyanın üzərinə gələcəyini təsəvvür etmirəm.










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Rusiyada azərbaycanlı biznesmenlər HƏBS OLUNDU - SƏBƏB
Bu gün, 09:53
QHT sədri dənizdə şok keçirdi - TƏFƏRRÜAT
Bu gün, 09:52
“Fransa Azərbaycan siyasətini korrektə etməlidir...” - ƏKS HALDA...
Bu gün, 09:47
HAÇA-PAÇA qalan səhiyyəmizdə ƏXLAQ TƏNƏZZÜLÜ... - MALƏSƏF...
Bu gün, 09:40
Məhkəmə “Azpetrol”un eks-əməkdaşı ilə bağlı qərarı açıqladı - TƏFƏRRÜAT
Bu gün, 09:36
Milli Dram Teatrının direktoruna ağır itki üz verdi
Bu gün, 09:31
Yeni geopolitik konfiqurasiya və Azərbaycan - AKTUAL
Bu gün, 09:05
Rusiya uğrunda ölən azərbaycanlılar: dəyərmi? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 08:59
Paşinyan Trampın Ruben Vardanyanla bağlı təklifini rədd etdi... - “Hraparak”
Bu gün, 08:56
“Bolluq LTD” şirkətinin pulunu mənimsəyən ekspeditora cəza verildi - TƏFƏRRÜAT
Bu gün, 08:54
Azərbaycanla sərhəddə gizli toplantı - Kremlin çevriliş ssenarisi
Bu gün, 08:50
Paşinyan Zəngəzur dəhlizi qarşılığında bunu istəyir – Rusiyaya qarşı yüz illik plan
Bu gün, 08:48
Qida Sənayesi Kolleci adlı BAZAR... - BUNUN BAŞQA ADI YOXDUR...
Bu gün, 08:46
Bakıdan Kiyevə uzadılan kömək əli - yeni tərəfdaşlıq nə vəd edir?
Bu gün, 08:35
5 ölkə üçün yeni təhlükə: Siyahıda Azərbaycan da var – DETALLAR
Bu gün, 08:34
Adil Vəliyev şəhid ailəsinə qarşı... - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 08:29
“FSB”nin Bakıda kəsilən “qolu” - hibrid savaşçılarının baş hədəfi
Bu gün, 08:25
`Bolluq`dan körpə balalarımıza BOLHABOL TƏHLÜKƏ... - BU NƏDİ BELƏ?
Bu gün, 08:19
Nizami rayonunda MÖCÜZƏ: Bizim başçı əsl sehrbazdır... - FOTOFAKT
Bu gün, 06:52
"Sertifikasiyadan kəsilən müəllimlərin statusu ilə bağlı qərar verilməlidir" - ÇAĞIRIŞ
Bu gün, 06:47
"Arif Səlimovdan başqa heç bir müğənni onun məzarını tanımır"
Bu gün, 06:45
AFFA-ya “Azərlotereya”dan daha bir kadr gəlir - Mətbuat katibi gedir, Cahangir Fərəcullayev dostunu yanına gətirir
Bu gün, 06:38
Həmkarlar İttifaqında nə baş verir? – Yaxın qohumu Sahib Məmmədovu tərk etdi
Bu gün, 06:34
10 manatlıq şirkətin 4.7 mily manatdan çox vergi borcu üzə çıxıb - DETALLAR
Bu gün, 06:28
Bakı platforması: “Əgər danışıqlar uğurlu alınsa...” - AKTUAL
Bu gün, 06:26
Partiya sədri Rusiyada yaşayan azərbaycanlıları ETİRAZA səslədi - "Birləşin, təşkilatlanın, etiraz edin..."
Bu gün, 06:23
ƏT BAZARINDA MÖHTƏKİRLİK... - kimlərsə məqsədli şəkildə...
Bu gün, 06:20
“Əzbərlə, keç”: Dəyişiklik xatirinə dəyişdirilən dərsliklər - AXI NİYƏ?..
Bu gün, 06:17
Regionla bağlı qorxunc ssenari – Gizli bomba 49 ildən sonra “partlaya bilər”
Bu gün, 06:15
"Heç bir ölkə bu missiyanı öz üzərinə götürə biləcək imkanlara sahib deyil" - deputat
Bu gün, 06:13
Həm baha, həm keyfiyyətsiz: Dərman bazarında nə baş verir? - ARAŞDIRMA
Bu gün, 06:06
“Little Stars” uşaq bağçası, YOXSA... TƏHLÜKƏ MƏNBƏYİ?
Bu gün, 06:05
“Kale Seramik” mağazasının qarşısında ÖZBAŞINALIQ - piyada yolu zəbt edildi
Bu gün, 06:00
Mingəçevirdə iş çevirən MÜƏMMALI ŞİRKƏT - Küçə ticarəti, NARAZI SAKİNLƏR.....
Bu gün, 05:57
Xalq artisti Zaur Rzayev xəstəxanaya yerləşdirilib
Bu gün, 02:57
Bu məşhur istirahət məkanı zibillik içərisindədir - - FOTO
Bu gün, 02:55
Dünyanın yükünü daşıyan ADY-ni bataqlığa kim sürükləyir?! - GÖRÜNƏNİ ODUR Kİ...
Dünən, 18:07
Gömrük sistemində rütbə ədalətsizliyi - NARAZILIQ VAR...
Dünən, 18:06
Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfəri TƏKLİF OLUNDU
Dünən, 17:58
ABŞ 100 il müddətinə Zəngəzur dəhlizinə nəzarəti öz üzərinə götürməyi təklif edib - Səfir
Dünən, 17:44
Çimərliyə maşınla girənlərə sərt sözlər: - “Əllərinə bir az pul keçib, görməmişlər…”
Dünən, 17:42
Paşinyan belçikalı həmkarı ilə sülh prosesini müzakirə etdi
Dünən, 17:35
Nazirlik texnikasını yeniləyir: 3 milyonluq satınalma yekunlaşdı - QALİBLƏR
Dünən, 17:28
Təmir-tikinti materialları bazarı “od tutub yanır” – Qiymətlər kəllə çarxa çıxdı!
Dünən, 17:25
Rüfət Səfərovun məhkəməsində ittiham aktı elan olunub
Dünən, 17:21
Dəfn müavinəti də hamıya veriləcək: - “Yaxın zamanda...”
Dünən, 17:08
Rusiyanın miqrasiya siyasətində sərt dəyişikliklər: - Çinlilər artır, Qafqazlılar sıxışdırılır
Dünən, 17:02
“Trampın növbəti şousu” - Sky News
Dünən, 17:00
AzTV-nin keçmiş sədrinin qardaşı oğlunun vəsatəti təmin olunmadı - TƏFƏRRÜAT
Dünən, 16:53
Moskvadan Bakıya qarşı yeni plan: ruslar soydaşlarımıza qətl əmrini necə verib? – ŞOK detallar
Dünən, 16:50
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru