Manama forumu sülh axtarışındadır - İNCƏLƏMƏ
Tarix: 9-12-2024, 12:10 | Çap et
 Bəhreyndə dekabrın 6-8 tarixlərində ənənəvi illik “20-ci Təhlükəsizlik Sammiti - Manama Dialoqu Forumu” keçirilib. Forumda dünyanın 50-yə yaxın ölkəsindən diplomatlar, təhlükəsizlik və hərbi strukturların nümayəndələri iştirak edib. Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev forumda Gənc Liderlər Proqramı tərəfindən təşkil olunan “Yaxın Şərq və Mərkəzi Asiyada enerji tərəfdaşlığı” mövzusundakı paneldə məruzəçi qismində çıxış edib. “Manama Dialoqu” Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun (IISS) Bəhreynin Xarici İşlər Nazirliyi ilə birgə təşkil etdiyi illik təhlükəsizlik sammitidir. Forum aktual regional və beynəlxalq təhlükəsizlik çağırışlarını müzakirə etmək üçün dünyanın hər yerindən hökumət rəsmilərini, siyasət ekspertlərini və alimləri bir araya gətirir. Bu bir növ hər il fevral ayında Almaniyanın Münhen şəhərində keçirilən illik təhlükəsizlik konfransına bənzəyir. Manama Dialoqu forumu 2004-cü ildə yarandığı gündən bəri dialoq dialoqun təşviqi, əməkdaşlığın genişləndirilməsi və Yaxın Şərqin təhlükəsizliyi, iqtisadi sabitlik və beynəlxalq diplomatiya kimi kritik məsələlərin həlli üçün siyasətlərin formalaşdırılması üçün platforma rolunu oynayır. Maraqlıdır ki, elə forumun keçirildiyi günlərdə Suriyada hakimiyyət dəyişikliyi baş verib. Suriyada hadisələr o qədər sürətlə inkişaf edib ki, Bəhreyndəki forumda son hadisələr haqqında dərin analiz aparmaq mümkün olmayıb. Bəhreyndəki forumda əsas məruzələrdən birini Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysal bin Fərhan Al Səudu edib. O çıxışında körfəz ölkələrinin bölgədə sülhə və sabitliyə çalışdıqlarını vurğulayaraq ölkələr arasında dialoqa əhəmiyyət verdiklərini deyib. Buna baxmayaraq, müxtəlif böhranların və müharibələrin dünyanı təhlükəli həddə çatdırdığını deyən Feysal bin Fərhan Al Səudu vəziyyətdən çıxış yollarının axtarılması gərəkliyini bildirib: “Hazırki təhlükəli gedişatı dəyişmək və sülh yoluna qayıtmaq lazımdır”. Səudiyyə Ərəbistanının xarici işlər naziri bunun üçün ciddi qərarların verilməsi gərəkliyini belə izah edib: “Elə qərarlar verilməlidir ki, məhdud maraqlar çərçivəsi aşılsın. Sülhə və sabitliyə əngəl olanlara qarşı sərt tədbirlər görülməlidir. Qəzzada müharibənin davamı beynəlxalq təhlükəsizlik sisteminə ciddi təhdiddir. İsrail BMT qətnamələri ilə hesablaşmır. Beynəlxalq aləm atəşkəsə, o cümlədən bütün girovların azadlığına nail olmalıdır”. Hindistanın xarici işlər naziri Subrahmanyam Jaishankar forumdakı çıxışında ölkəsinin “İbrahim razılaşmaları”nı dəstəklədiyini bildirib. Bu razılaşmalar İsraillə ərəb ölkələri arasında münasibətlərin normallaşmasını nəzərdə tutur. Ancaq Qəzzada hərbi əməliyyat bitməyənə qədər bu razılaşmaları yerinə yetirmək çətindir. Elə Səudiyyə Ərəbistanı xarici işlər nazirinin İsrailin BMT qətnamələrini yerinə yetirməməsi haqqında fikri də bundan xəbər verir. Halbuki, ötən ilin oktyabr ayında “Həmas” qruplaşması ilə İsrail arasında savaş başlamasaydı Səudiyyə Ərəbistanı ilə İsrail arasında diplomatik münasibətlər qurulacaqdı. Hazırda bu məsələ qeyri-müəyyən müddətə təxirə salınıb. Hindistanın xarici işlər naziri “Regional əməkdaşlıq hansı istiqamətə yönəlib” adlı mövzusundakı paneldə Hindistan, İsrail, ABŞ və Birləşmiş Ərəb Birlikləri arasında strateji tərəfdaşlıq qrupu barədə danışıb. Bu qrup adı çəkilən 4 ölkənin xarici işlər nazirlərinin 2021-ci ildə toplantısında formalaşıb. Subrahmanyam Jaishankarın sözlərinə görə, dördlünün məqsədi enerji, nəqliyyat, kosmos, səhiyyə və ərzaq təhlükəsizliyi sahəsində birgə layihələrin reallaşdırılması və qarşılıqlı yatırımların təşviqidir. Körfəz ölkələri ərazisindən dəhlizlərin keçəcəyinə diqqət çəkən Hindistanın xarici işlər naziri bölgənin Asiya ilə Avropa arasında körpü rolu oynadığını vurğulayıb. Subrahmanyam Jaishankar Hindistanın körfəz ölkələri ilə iqtisadi və ticarər əlaqələrinə xüsusi əhəmiyyət verdiyini sözlərinə əlavə edib. Hindistanın bölgə ölkələri ilə ticarət mübadiləsinin ümumi həcmi təxminən 180 milyard dollar həcmindədir.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • KİÇİK marketlərə böyük ZƏRBƏ – Çıxış yolu NƏ?
Bu gün, 08:14 |
|
|
|
| • Rusiya və Çinə görə ABŞ böhrandadır - Kadlek
Bu gün, 08:11 |
|
|
|
| • Nazirlər Kabineti NİYƏ SUSUR? - ortada belə bir ağır ittiham var, amma...
Bu gün, 07:34 |
|
|
|
| • AzəriQaz-da müəmmalı kadr siyasəti - AKTUAL
Bu gün, 07:05 |
|
|
|
| • Davinçi Estetik Klinikasında qanunsuz estetik əməliyyat icra edən kimlərdir? - ÖZBAŞINA QALIBLAR...
Bu gün, 06:48 |
|
|
|
| • TENDER BAZARINDA “Leysan” effekti - İLGİNC FAKTLAR
Bu gün, 06:45 |
|
|
|
| • Azərbaycan bank sektorunun uğurları və riskləri - İNCƏLƏMƏ
Bu gün, 06:41 |
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
|