Qərbin hökmranlığının sonu yaxınlaşır .....                     Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... .....                     Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... .....                     Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? .....                     Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ .....                     Vilayəti içinin çirkini belə tökdü... .....                     Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... .....                     “Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” .....                     "Qanuni ailə həyatı qururam, qınayırlar" .....                     Azərbaycan “Qızıl qapı”nı azad etdi .....                     Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB .....                     Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik .....                     “Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” .....                     "Türkiyə qəlbimə çox yaxındır" .....                     “Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” .....                     Dövlət qurumu 586 min manata bina icarəyə götürdü .....                     Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək .....                     Qırıcı İrəvanın üzərində niyə uçub? .....                     Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir .....                     Qanunsuz evlər hansı halda sökülə bilər? .....                     "Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı .....                     Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ .....                     Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib .....                     Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı .....                     Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib .....                     Nobel istəyi, cənnətə getmək arzusu... .....                     "Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." .....                     "Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi" .....                     Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib .....                     Rusiyanın böyük yanlışı nədir? .....                     “Ukrayna öz torpaqlarını verməyəck” .....                     Ermənistanı qarışdıran xəbər yayıldı: .....                     Laricani Zəngəzur dəhlizi barədə: .....                     Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı .....                     "Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" .....                     “Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” .....                     Erməni revanşistləri .....                     "Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" .....                     Bakıda qadın qətlə yetirilib .....                     Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür .....                 

Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək? - GƏLİŞMƏ
Tarix: 18-01-2025, 00:03 | Çap et
Kövrək anlaşma: İsrail-HƏMAS razılaşması müharibəni bitirəcək?
Yanvarın 16-da İsrail və Fələstinin HƏMAS hərəkatı arasında sülh razılaşması çərçivəsində atəşkəs və girovların dəyişdirilməsi barədə razılıq əldə olunub. Bu, Qətər Baş nazirinin HƏMAS və İsrail nümayəndələrilə öz ofisində ayrı-ayrılıqda görüşündən sonra baş tutub. Bu razılaşma ümid verir ki, Qəzzada müharibənin dayandırılması ilə yekunlaşacaq. Həmçinin bu, girov və məhbusların dəyişdirilməsinə şərait yarada biləcək.

HƏMAS-ın yüksək rütbəli rəsmisi israilli 34 girovun siyahısını BBC ilə paylaşıb. Fələstinli qrup İsraillə potensial atəşkəs razılaşmasının birinci mərhələsində həmin girovları azad etməyə hazır olduğunu bildirib.

Girovlardan neçəsinin sağ qaldığı bəlli deyil. Girov götürülmüş şəxslər arasında 50-85 yaş arasında olan 10 qadın və 11 kişi, həmçinin HƏMAS-ın daha əvvəl İsrailin hava hücumu nəticəsində öldürüldüyünü bildirdiyi azyaşlı uşaqlar da var. Fələstin hərəkatının məlumatına görə, siyahıda, həmçinin xəstələr də var.

HƏMAS rəsmisi “Reuters”ə deyib ki, israilli girovların qaytarılması ilə bağlı istənilən anlaşma İsrailin Qəzzadan çıxması və daimi atəşkəs və ya müharibəyə son qoyması ilə bağlı razılaşmadan asılı olacaq.

"Lakin indiyədək işğalçı qüvvələr atəşkəs və geri çəkilmə məsələlərində razılığa gəlməkdə inadkarlığını davam etdirir və irəliyə doğru heç bir addım atmayıb", - deyə adının açıqlanmasını istəməyən rəsmi bildirib.

İsrail və HƏMAS arasında girovların azad edilməsinə və Qəzza zolağında atəşkəsə dair əldə edilmiş razılaşmanın birinci mərhələsi 33 İsrail əsirinin 2 min Fələstin məhbusuna dəyişdirilməsini nəzərdə tutur. Bu barədə “The Jerusalem Post” qəzeti məlumat yayıb. Nəşrin məlumatına görə, razılaşmanın birinci mərhələsi 42 gün davam edəcək və həyata keçirilməsi imzalanmasından 2-3 gün sonra başlayacaq. İlk növbədə 33 girov azad ediləcək: əvvəlcə qadınlar və uşaqlar, sonra qadın əsgərlər, daha sonra 50 yaşdan yuxarı kişilər və s. Bunun müqabilində İsrail həbsxanalarında saxlanılan 2 min məhkumu, o cümlədən 2023-cü ilin 7 oktyabr hadisələrindən sonra saxlanılmış təxminən min nəfəri azad edəcək.

Mübadilə üçün təsdiqlənmiş Fələstin məhbuslarından təxminən 250 nəfəri ömürlük həbs cəzası çəkir. Eyni zamanda, razılaşma çərçivəsində 2023-cü il oktyabrın 7-də İsrailə hücumda bilavasitə iştirak edən terrorçulardan heç biri azad edilməyəcək.

Bu gün isə İsrailin Baş naziri Benyamin Netanyahu HƏMAS-ı cümə axşamı Qəzza zolağında atəşkəs razılaşmasının bəzi hissələrindən geri çəkilməkdə ittiham edib və onun Nazirlər Kabinetinin silahlı qrup bütün elementləri qəbul etməyincə razılaşmanı təsdiqləmək üçün görüşməyəcəyini deyib. “Amerikanın Səsi” yazır ki, Netanyahunun ofisindən verilən açıqlamada HƏMAS-ın “son dəqiqə güzəştlər almağa” çalışdığı bildirilib.

HƏMAS isə bildirib ki, atəşkəs və girovların azad edilməsi razılaşmasına sadiqdir.

Aylarla davam edən danışıqlardan sonra çərşənbə günü elan edilən çoxfazalı atəşkəs tam təsdiq olunsa, bazar günü qüvvəyə minməlidir.

Fələstinli həkimlər bildiriblər ki, İsrail qüvvələri cümə axşamı Qəzza zolağına çoxsaylı ölümcül hava hücumları həyata keçirib.

BMT 2,3 milyon əhalisinin ən azı 1,9 milyonunun köçkün düşdüyü və yaşayış binalarının 92%-nin dağıdıldığı Qəzzaya humanitar yardım çatdırmağa hazır olduqlarını bildirib.

İsrail Prezidenti İsaak Hersoq əldə edilən razılaşmadan sonra atəşkəsə güclü dəstəyini təklif edib: “İsrail dövlətinin Prezidenti kimi mən ən açıq şəkildə deyirəm: Bu, düzgün addımdır. Bu, vacib bir addımdır. Bu, zəruri bir addımdır. Oğullarımızı və qızlarımızı bizə qaytarmaqdan daha böyük mənəvi, insani, yəhudi və ya İsrailin borcudur - istər evdə sağalsınlar, istərsə də dəfn edilsin".

Lakin hökumətdəki sövdələşmənin əsas əleyhdarlarından biri, maliyyə naziri Bezalel Smotrix bunu "pis və İsrail dövlətinin milli təhlükəsizliyinə hədə" adlandırıb.

Analitiklər bildirirlər ki, razılaşmanın əldə olunması müsbət hal sayılsa da, həm HƏMAS tərəfində, həm də İsraildə bunun əleyhinə olanlar var. Bu isə razılaşmanın kövrək olduğunu deməyə əsas verir.

Rusiyalı politoloq Mixail Pellivert “Azadlıq” radiosunun Rusiya xidmətinə deyib ki, bu saziş hələ rəsmi olaraq imzalanmayıb və İsraildə bir sıra həll olunmamış məsələlərin olduğunu deyirlər: “Amma bazar günü icrasına başlanılacağı üçün çox güman ki, imza atılacaq. Biz razılaşmanın mətnini görməmişik, sadəcə qeyri-rəsmi mənbələrin yaydığı məlumatlarla tanışıq. Ona görə də razılaşmanın müharibəni bitirib-bitirməyəcəyini tam söyləmək çətindir”.

“Razılaşma İsrail cəmiyyətində qarışıq hisslərlə qarşılanır. Aydındır ki, bütün ölkə emosional olaraq girovların qaytarılmasını gözləyir, lakin digər tərəfdən, bu sövdələşmənin tətbiq edildiyi, İsrail hökumətinin və əsas faydalanan tərəfin kim olduğu sualı var”, - analitik qeyd edib.

Pellivert vurğulayıb ki, İsrail hökumətinin Qəzzanın müharibədən sonrakı strukturunun necə olması barədə dəqiq təsəvvürü yoxdur: “Bu, ilk növbədə siyasi mənada çox kövrəkdir. Çünki Netanyahu yəqin ki, koalisiya, hökumətinin mövcudluğu və bu razılaşmanın həyata keçirilməsi arasında çox çətin seçim etməli olacaq. Razılaşmanın bütün mərhələləri həyata keçirilərsə, Netanyahunun koalisiyası böyük ehtimalla dağılacaq və o, erkən seçkilər təyin etməli olacaq. Mən kifayət qədər əminəm ki, Netanyahu da bu ssenarini nəzərdən keçirir”.

Azərbaycanlı politoloq Şahin Cəfərli hesab edir ki, İsrail və HAMAS arasındakı anlaşmaya baxanda kimin qalib, kimin məğlub olduğu anlaşılmır: “Hətta razılaşmanın HAMAS-ın lehinə olduğunu söyləmək yanlış olmaz. Birinci mərhələdə (42 gün ərzində) cəmi 33 girovun əvəzində İsrail 1200-dən çox fələstinlini öz həbsxanalarından buraxacaq. Bunların içərisində terrorçuluqda və digər ağır cinayətlərdə ittiham olunan, məhkum edilən xeyli adam var. İsrail ordusu Qəzza daxilində hazırkı mövqelərindən 700 metr geri çəkiləcək, Misirlə sərhəddəki Rəfah nəzarət-buraxılış məntəqəsi açılacaq, humanitar yüklər əvvəlkindən artıq həcmdə Qəzzaya daxil olacaq. İkinci mərhələdə isə digər girovların buraxılması müqabilində İsrail ordusunun tamamilə Qəzzadan çıxması nəzərdə tutulur. Bu, o deməkdir ki, HAMAS öz mövcudiyyətini qorumaq və yenidən güclənmək imkanı qazanır”.

“Anlaşma İsrail hakim koalisiyası daxilində ultraradikal və dindar sionistlərin - milli təhlükəsizlik naziri Ben Qvir və maliyyə naziri Smotriç - kəskin etirazına səbəb olub. Ben Qvirin istefaya hazırlaşdığı barədə xəbərlər var, Smotriç də partiyasının hökuməti tərk edə biləcəyini deyib”, - deyə analitik əlavə edib.

Ş.Cəfərli hesab edir ki, Co Bayden administrasiyası tərəfindən hazırlanan razılaşmanın qəbulunda ABŞ-ın yeni Prezidenti Donald Trampın ciddi rolu var: “Tramp andiçmədən əvvəl anlaşma əldə olunması üçün Netanyahuya təzyiq göstərdi və HAMAS-a ultimatum verdi. Ənənəvi diplomatiyaya qıcığı olan Trampın sövdələşmə əldə etmə metodu budur. Demokratlar kimi uzun-uzadı, nəticəsiz görüşlər və telefon danışıqları aparmaq bu eqosentrik siyasətçinin stili deyil”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Qərbin hökmranlığının sonu yaxınlaşır - GƏLİŞMƏ
Bu gün, 07:03
Hicran Əyyubovanın Tovuz İŞLƏKLƏRİ: Məhkəmə də ona qarşı çıxdı... - QƏRAR VERİLDİ
Bu gün, 07:01
Şəhid qardaşı 'Azəriqaz'a müraciət etsə də... - AXI NİYƏ?..
Bu gün, 06:53
Şəhərin ortasında "Marian" çökəkliyi, yoxsa çökmüş "məsul"iyyət? - MALƏSƏF...
Bu gün, 06:49
Azər Məmmədovdan dövlət büdcəsinə ŞOK ZƏRBƏ - AXI NİYƏ?..
Bu gün, 06:44
Vilayəti içinin çirkini belə tökdü... - heç iranlı da deyil, əsl fars şovinistidir...
Bu gün, 06:34
Azərbaycanlı milyarderi NECƏ BİTİRDİLƏR... - İLGİNC FAKTLAR
Bu gün, 06:31
“Fəvvarələr meydanı ilə Qış Parkı birləşdirilə bilər” - TƏKLİF VAR...
Bu gün, 06:27
"Qanuni ailə həyatı qururam, qınayırlar"
Bu gün, 06:24
Azərbaycan “Qızıl qapı”nı azad etdi – Türk politoloqdan sensasiya
Bu gün, 06:21
Azərbaycanda səhiyyə sistemi AĞLAR GÜNƏ QALIB - BU DA FAKT...
Bu gün, 01:43
Azərbaycan vasitəsilə Rusiyadan qaz tədarük etmək istəyirik - İranın Rusiyadakı səfiri
Bu gün, 01:38
“Qarabağ hərəkatı”ndan imtina: Ermənistan “ağıllanır” - GƏLİŞMƏ
Bu gün, 00:21
"Türkiyə qəlbimə çox yaxındır" - azərbaycanlı müğənni
Bu gün, 00:16
“Valideynlərin iradları dövlətin milli maraqlarından üstün deyil” - QALMAQAL
Bu gün, 00:13
Dövlət qurumu 586 min manata bina icarəyə götürdü - DETALLAR
Dünən, 11:30
Bu şirkət 7,8 milyona Ağdamda binalar tikəcək - TƏFƏRRÜAT
Dünən, 11:27
Qırıcı İrəvanın üzərində niyə uçub? – Çağaryandan həyəcan
Dünən, 11:22
Azərbaycan Ukrayna xalqına humanitar dəstək və yardım göstərməyə davam edəcəkdir - İlham Əliyev
Dünən, 11:19
Qanunsuz evlər hansı halda sökülə bilər? - AKTUAL
Dünən, 08:34
"Azərsun Holdinq"in "Şamaxı Dairy Farm" şirkətinin vergi borcu yarandı - Satışı qadağan olunmuş mal satır?
Dünən, 08:31
Bahalı təhsil ocaqlarında DƏRSLİK PROBLEMİ - AXI NİYƏ?..
Dünən, 08:18
Rusiya Azərbaycan diasporuna “müharibə” elan edib - BELƏ DAVAM EDƏRSƏ...
Dünən, 08:15
Bakının “düşməni” dayandı, gizli “qəhrəman” ortaya çıxdı - Putin məsələyə necə qarışıb?
Dünən, 06:22
Təxminən 30 KXDR hərbçisi 19 avqustda Cənubi Koreya ilə sərhədi keçib - KİV
Dünən, 06:18
Nobel istəyi, cənnətə getmək arzusu... - Tramp sülh axtarışında
Dünən, 02:04
"Hələ də Paşinyan hökuməti referendum keçirilməsi haqda elan verməyib..." - ŞƏRH
Dünən, 02:02
"Qardaşınızın beyni çöndü və 30 yaşında universitetə girdi"
Dünən, 01:59
Rejissor və ssenarist Zaur Məhərrəmov vəfat edib
Dünən, 01:55
Rusiyanın böyük yanlışı nədir? - İNCƏLƏMƏ
23-08-2025, 13:25
“Ukrayna öz torpaqlarını verməyəck” - Zelenski
23-08-2025, 12:58
Ermənistanı qarışdıran xəbər yayıldı: - Paşinyan 2 saatlıq təcili iclasda nə deyib?
23-08-2025, 12:55
Laricani Zəngəzur dəhlizi barədə: - İran üçün təhlükəli deyil
23-08-2025, 12:51
Tehran Azərbaycana dair sübut tapmadığını açıqladı
23-08-2025, 12:49
"Xəbər səhifələrinin əsassız bağlanması jurnalistlər üçün ciddi təhlükədir" - Hacıbəy Heydərli
23-08-2025, 12:42
“Şəhidlərimizi süni intellektlə ‘danışdırmaq’ iyrənc hərəkətdir” - Zaur Bayramlı
23-08-2025, 12:35
Erməni revanşistləri YENİDƏN AKTİVLƏŞDİ
23-08-2025, 12:27
"Onlar hakimiyyətə gəlmək, hakimiyyət hərisliyini həyata keçirmək naminə bu addımı atdılar" - deputat
23-08-2025, 11:11
Bakıda qadın qətlə yetirilib - TƏFƏRRÜAT
23-08-2025, 11:08
Tarixi yurd yerimiz olan Kəlbəcərdə həyat yenidən öz axarına düşür - MƏQALƏ
23-08-2025, 11:00
Telejurnalist Günel Gözəlova yeni vəzifəyə təyin olundu - BUNDAN SONRA...
23-08-2025, 10:50
Çox yaxında Bakıya təzminat ödəyə bilərik - Şahnazaryan
23-08-2025, 10:45
Azərbaycan kriminal avtoriteti Hindistana verdi
23-08-2025, 10:43
Azərbaycanın regionda yeni reallıqlar yaradıb - MƏQALƏ
23-08-2025, 10:37
Böyük Qayıdış Proqramının icrasında mühüm rol oynayan səfər - İsrafil Kərimovun yazısı...
23-08-2025, 10:34
“Baku Food Center”in səhmləri dövriyyədən çıxarılır
23-08-2025, 10:17
200 min dollar vəsaiti ölkədən çıxaran şirkət cərimələnib - QƏRAR
23-08-2025, 10:16
2025-ci ilin avqustu Ermənistan üçün dinc həyatın başlanğıcı oldu - Paşinyan
23-08-2025, 10:14
Bu səhiyyə ocağını BAZARA ÇEVİRİBLƏR... - İTTİHAM VAR...
23-08-2025, 10:08
Ticarət mərkəzində atışma törədən azərbaycanlı ilə bağlı YENİ QƏRAR
23-08-2025, 10:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru