Trampın “alqı-satqı” siyasəti beynəlxalq aləmin əsas probleminə çevrilib - İNCƏLƏMƏ
Tarix: 6-02-2025, 11:21 | Çap et
 ABŞ Prezidenti Donald Trampın Ağ Evdə qəbul etdiyi ilk qonağın İsrailin baş naziri Benyamin Netanyahu olacağı gözlənilən idi. Tramp Prezidentliyinin birinci müddətində də İsraillə strateji müttəfiqliyi gücləndirmiş, Qüdsü bu ölkənin paytaxtı kimi tanıdığını və ABŞ səfirliyini bu şəhərə köçürəcəyini bəyan etmişdi. Tramp bu dəfə Netanyahunun gözləntilərindən də irəli gedərək fələstinlilərin Qəzza bölgəsindən başqa yerə köçürülməsini və bu şəhərin ABŞ-ın nəzarətinə verilməsi gərəkliyini bildirib. Sonuncu təklif Netanyahu üçün də gözlənilməz olub. ABŞ və İsrailin xaricində Trampın yeni təklifini dəstəkləyən olmayıb. Vaşinqtonun müxtəlif bölgələrdəki tərəfdaşları və müttəfiqləri belə Qəzzanın boşaldılması və bu şəhərin Amerikanın nəzarətinə verilməsi təklifinin əleyhinə çıxıblar. Avropa ölkələrindən tənqidi açıqlamalar gəlib. Brüssel Trampın Çinə qarşı rüsumların artırılması qərarı fonunda Pekinlə iqtisadi əlaqələrin inkişafı imkanlarını nəzərdən keçirməyə başlayıb. Avropa İttifaqının rəhbəri Ursulla fon der Lyayen fevrlın 4-də səfirlər qarşısında çıxış edərkən, dünyadakı kəskin rəqabət şəraitində Avropanın Çinlə ticarət əməkdaşlığını genişləndirməyə ehtiyac olduğunu bildirib. Halbuki, Tramp Prezident seçilənə qədər Avropa İttifaqı Çinin ticarət siyasətini tənqid edirdi. Görünür, Brüssel Tramp administrasiyasının Pekinlə ticarıt müharibəsindən faydalanmaq istəyir. Brüsselin bu siyasəti Trampın xoşuna gəlməyəcək və Ağ Evin yeni sahibi həmişəki kimi Avropadakı tərəfdaşlarını yüksək rüsumlarla hədələyəcək. Tramp Çin məhsullarına qarşı rüsumların artırılması məsələsində gözləmə mövqeyinə keçib. Onun çinli həmkarı Si Cinpinlə telefonla danışıqlar aparacağı gözlənilir. Aydındır ki, Tramp Cinpindən iki ölkə arasındakı ticarətdə idxalla ixracın bərabərləşdirilməsini tələb edəcək. Ancaq bu praktik olaraq mümkün deyil. Çin aldığından çox satır. Məhz buna görə ABŞ-ın Çinlə ticarətində 1 trilyon dollar defisit yaranıb. Tramp hesab edir ki, Çin Amerikadan qazandığı pulları ordusunun gücləndirilməsinə xərcləyir. ABŞ Prezidentinin mətbuat katibi Kerolayn Levitt iki ölkə liderinin telefonla nə zaman danışacağına dair tarix verməyib. Bununla yanaşı Kerolayn Levitt Prezidentin Çinə qarşı rüsumların 10 faiz artırılması qərarından imtina etmədiyini təkrarlayıb. Mətbuat katibi Tramp kimi Çindən ABŞ-da insan ölümlərinə səbəb olan fentanil maddəsinin daxil olmasını təqdid edib. Kerolayn Levittinin sözlərinə görə, Çinə qarşı rüsumların artırılmasında bu amilin də əhəmiyyətli rolu olub. Donald Trampın bir qərarı da beynəlxalq aləmdə geniş müzakirə olunur. Ağ Ev sahibi ABŞ həbsxanalarındakı cinayətkarları başqa ölkələrin həbsxanalarında yerləşdirmək üçün imkanlar axtarır. Dövlət katibi Marko Rubionun Salvadora səfəri zamanı müzakirə etdiyi mövzulardan biri də bu olub. Kasıb Salvador ona ödəniləcək maliyyə müqabilində qatı cinayətkarları həbsxanalarında yerləşdirməyə razılaşıb. Maraqlıdır ki, Rubionun birinci səfər etdiyi Panama kimi Salvadorun də Çinlə sıx tərəfdaşlıq münasibətləri mövcuddur. Ağ Ev bundan da narahatdır. Salvador Prezidenti Nayib Bukele 2019-cu ildə Pekinə səfər edərək Çin lideri Si Cinpinlə görüşüb. Bu görüşdən bir il əvvəl Salvador Tayvanla diplomatik əlaqələrdən imtina edib. Pekin bunun qarşılığında uzaq Mərkəzi Amerika ölkəsinin müxtəlif layihələrinə yatırım qoyacağını vəd edib. 2024-cü ildən başlayaraq Çinlə Salvador arasında azad ticarət sazişi barədə danışıqlar başlayıb. Halbuki, Salvadorun əsas ticarət tərəfdaşı ABŞ-dır. Beləliklə, Ağ Ev Çinin Latın Amerikası ölkələrnə nüfuz etməsinin qarşısını almağa çalışır. Ancaq bunu reallaşdırmaq üçün ABŞ Latın Amerikası ölkələrinə Çindən daha çox yatırımlar vəd etməlidir.
“Atlas” Araşdırmalar Mərkəzi "DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06 |
|
|
|
| • Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03 |
|
|
|
| • Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58 |
|
|
|
| • “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16 |
|
|
|
| • Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00 |
|
|
|
| • AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57 |
|
|
|
| • “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54 |
|
|
|
| • Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50 |
|
|
|
| • Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46 |
|
|
|
| • Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43 |
|
|
|
| • “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37 |
|
|
|
| • Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31 |
|
|
|
| • Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28 |
|
|
|
| • “Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22 |
|
|
|
| • Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16 |
|
|
|
| • İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14 |
|
|
|
| • Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12 |
|
|
|
| • Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01 |
|
|
|
|