Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                 

Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur -ŞƏRH
Tarix: 4-03-2025, 07:30 | Çap et
Öcalanın çağırışı Türkiyə üçün ciddi uğurdur
“Sözlərinin üstündə durmasalar, bizdən inciməsinlər. Son terrorçu məhv edilənə qədər əməliyyatlarımızı davam etdirərik. Hədəfimizə çatmağımıza kimsə mane ola bilməyəcək”. Bu açıqlama ilə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edib. Ərdoğan son 10 ildə terrorçularla mübarizədə ciddi nəticələrin əldə edildiyini vurğulayıb: "İndi bütün dünyada təyyarəsi, tankı, topu, raketi ilə fərqlənən Türkiyə var. Biz başqalarının gündəmindən asılı vəziyyətə düşmədən, öz tariximizi yazırıq". Qeyd edək ki, PKK-nın həbsdəki lideri Abdullah Öcalanın terror təşkilatına tərk-silah müraciətindən sonra PKK atəşkəs elan etdiyini açıqlayıb. Türkiyənin vitse-prezidenti Cövdət Yılmaz deyib ki, terror təşkilatının heç bir danışıqlar aparılmadan ləğvi həm demokratiya, həm də təhlükəsizlik sahəsində yeni mühit və dövr deməkdir. Onun sözlərinə görə, terrorsuz Türkiyə hədəfində yeni mərhələyə keçilib: "Biz müvafiq qurumlarımızla birlikdə bu yeni mərhələni və onun meydandakı konkret əksini diqqətlə izləyəcəyik. Ümid edirik ki, yaranan bu fürsət dəyərləndiriləcək, bu səy tez bir zamanda uğurla yekunlaşacaq və bölgəmizdə imperiya ambisiyaları ilə planlar quranların tələləri ən qısa zamanda məhv olacaq". Türkiyə Böyük Millət Məclisinin deputatı, parlamentin Milli müdafiə komissiyasının sədri, sabiq milli müdafiə naziri Hulusi Akar deyib ki, burada hər hansı güzəştdən, amnistiyadan söhbət gedə bilməz: "Hər kəs cəzasını alacaq, bu ayrı məsələdir, amma terrora son qoymaq üçün səylər göstərilir". O bildirib ki, meydanda heç nə dəyişməyib: “Mehmetçik terrorçuların sığınacaqlarını dağıdır, gecə-gündüz terrorla mübarizə davam edir. Biz terrorsuz Türkiyə deyirik. Bu, güzəşt və ya kompromis deyil. Bu, şəhidlərimizin qanını görməzlikdən gəlmək deyil, biz bu məsələdə son dərəcə həssasıq. Prezident Rəcəb Tayyib Ərdoğan və cənab Baxçalı bu məsələdə hər cür həssaslıq nümayiş etdirdilər. Dünən lazımi açıqlama verildi və təşkilat rəhbəri “Silahlarınızı yerə qoyub təşkilatı ləğv edəcəksiniz” dedi. Bunu edib-etməmək öz ixtiyarındadır. Terrora son qoymaq əzmimiz və qətiyyətimiz mütləqdir. “Ölsək şəhid, qalsaq qazi olacağıq” anlayışı ilə sona qədər mübarizə aparacağıq. Məqsədimiz terror bəlasını dayandırmaq, Türkiyənin rifahı və gələcəyi üçün çalışmaqdır. İnanc və düşüncələrimizdə heç bir şəkildə dəyişiklik yoxdur. Terrorçu terrorçudur və Türkiyə Cümhuriyyəti öz yerində möhkəm qalır. Buna heç kimin şübhəsi olmasın”.
“Hürriyet” qəzeti yazıb ki, A.Öcalanın tərk-silah çağırışına PKK əməl etməkdən imtina edəcəyi təqdirdə Ankara ətraflı fəaliyyət planı hazırlayır. Məlumata görə, İraqın şimalındakı Qəndil düşərgəsində yerləşən silahlılar silahı yerə qoymasa, bu, onların Öcalana sədaqətini şübhə altına alacaq.

Ədalət Partiyasının sədr müavini, siyasi şərhçi Mütəllim Rəhimov "Sherg.az"a deyib ki, dünya düzəninin dəyişdiyi indiki vaxtda PKK-nın ləğvi ilə bağlı Öcalanın açıqlaması Türkiyə üçün ciddi uğur sayıla bilər. Ekspertin sözlərinə görə, bu qərarın PKK lideri tərəfindən təklikdə deyil, siyasi həmfikirləri olan DEM partiyasının rəhbər heyətinin iştirakı ilə verilməsi onun üzərində oyunlar qurulmasını istisna edir:

"Bu o deməkdir ki, PKK-nın bərpası ilə bağlı geriyə qayıdış mümkün deyil. Bundan sonra terror təşkilatı daxilindəki fikir ayrılığı və konfliktlərlə özünü "yeyəcək". Qərara tabe olmaq istəməyənlərin yeri Türkiyənin hüquq-mühafizə orqanlarına terror təşkilatından uzaqlaşanlar tərəfindən nişan veriləcək. Qarşıdakı olduqca həssas dönəmdə PKK vasitəsilə Türkiyəyə təzyiqlər göstərilə bilməyəcək. Bu da imkan verəcək ki, Türkiyə birmənalı olaraq Orta Asiya, Cənubi Qafqaz, Yaxın və Orta Şərq, Qərbi Avropa, hətta Afrikanın müəyyən hissələrində güc mərkəzi kimi hakim mövqeyə sahiblənsin. İndi qarşıda PKK-nın ləğvi ilə bağlı yol xəritəsinin ustalıqla həyata keçirilməsi durur. Cəmiyyəti və siyasiləri isə bundan əvvəl bir sual maraqlandırır. PKK-nın ləğvi ilə bağlı qərarın ortaya çıxmasının arxasında nə dayanır? Burada bir neçə ehtimalı nəzərdən keçirmək olar. Öcalanın uzun müddət həbsdə saxlanılması və bütün təzyiqlərə baxmayaraq, azadlığa buraxılmaması və üfüqdə belə şansının olmaması onu bu addımı atmağa məcbur edib. Keçmiş PKK-çıların Suriyada siyasi proseslərdə iştirakının tanınmasının vəd edilməsi də mümkündür. Regionda yeni düzəndə kürdlərə əlavə güzəştlərin verilməsi ehtimalı da var. PKK terrorizminin regionda təsirinin azalmasını qəbul edən Öcalan və DEM-in birgə təşəbbüsü ilə onun ləğvi və yeni siyasi simada reabilitasiyası ilə proseslərdə aktiv iştirakının təmin olunması arzusu ola bilər. PKK-nın arxasında dayanan siyasi güclərin böyük həcmdə Türkiyəyə güzəştə getmək məcburiyyəti onun ləğvi ilə nəticələnib. Yaxın günlərdə baş verəcək hadisələr bütün bunlara daha çox aydınlıq gətirəcək. Səbirlə izləyək".









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru