NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                     Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir .....                     Pensiyalar nə vaxt veriləcək? .....                     “İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı .....                     Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü .....                     Şimşək çaxacağı ehtimalı var .....                     “Köçəryan və Karapetyan gələrsə, .....                     Türkiyə iş adamından Bayram Yusifova ittiham: .....                     İran Ordusu ABŞ-yə müharibə elan etdi .....                     Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb .....                     Əvəz Zeynallı yenidən kitab marafonu edəcək .....                     Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır .....                     “Macarıstan üçün daha sakit bir dövr başlayır” .....                     "Rüzgar"ın əmisinə .....                     Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir .....                     ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib .....                     Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB .....                     Flyblast Travel Agency qalmaqalı böyüyür .....                     "Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır" .....                 

Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır? - AKTUAL
Tarix: 9-03-2025, 15:36 | Çap et
Gərginlik son həddə: 245 milyardlıq hərbi büdcə nəyə ayrılır?
Çin hakimiyyəti bu il müdafiə büdcəsini 7,2% artıraraq 1,78 trilyon yuana (təxminən 245 milyard dollar) çatdıracağını bəyan edib. Bu barədə Reuters xəbər verir. Si Cinpin Çin Xalq Respublikasının sədri seçildiyi 2013-cü ildə ölkənin müdafiə xərcləri cəmi 720 milyard yuan təşkil edirdi.

Yeni hərbi büdcə haqqında məlumat Çin Xalq Nümayəndələri Yığıncağının 14-cü çağırışının 3-cü sessiyasında elan edilib. Çinin ali qanunverici orqanının illik iclası martın 5-də Pekində başlayıb.

2025-ci ildə Çinin müdafiə xərclərinin artımı ölkənin cari il üçün müəyyən etdiyi təxminən 5%-lik iqtisadi artım hədəfini üstələyir. Analitiklərin fikrincə, bu, Pekinin geosiyasi gərginlik fonunda hərbi modernləşməni davam etdirmək niyyətini əks etdirir.

“Si Cinpin 2035-ci ilə qədər ordunun tam modernləşdirilməsini başa çatdırmaq niyyətindədir. Bu proses çərçivəsində Çin hərbçiləri yeni raketlər, gəmilər, sualtı qayıqlar və müşahidə texnologiyaları hazırlayacaqlar”, – agentlik bildirir.

Associated Press əlavə edir ki, Çin artıq dünyanın ən böyük donanmasına sahibdir. AP Pentaqondakı mənbələrə istinadən yazır ki, əgər digər büdcələrə daxil edilən xərclər də əlavə edilsə, Çinin ümumi müdafiə xərcləri təxminən 40% daha çox ola bilər.

Çin Dövlət Şurasının Baş naziri Li Syan Pekində keçirilən qurultayda bildirib ki, Çin Tayvan məsələsinin sülh yolu ilə həllini dəstəkləməyə davam edir. Buna baxmayaraq, “Tayvanın formal müstəqilliyi” ilə bağlı təki edənlərə qarşı sərt mövqe sərgiləyəcək.

“Biz Çinin birləşməsi siyasətini qətiyyətlə davam etdirəcəyik və Çin xalqının yenidən dirçəlişi naminə Tayvandakı soydaşlarımızla birlikdə çalışacağıq”, – deyə Li Syan vurğulayıb.

Öz növbəsində, Tayvanın müdafiə naziri Vellinqton Ku “beynəlxalq vəziyyətin sürətlə dəyişdiyini və rəqiblərdən gələn təhdidlərin artdığını” əsas gətirərək, hərbi xərclərin artırılması planlarını açıqlayıb.

Bəs Çinin hərbi xərclərinin belə sürətli artımı bugünkü dəyişkən dünyada nə deməkdir? Bu, təhlükəyə cavab reaksiyası, yoxsa əksinə, aqressiv niyyətlərin nümayişidir?

Siyasi şərhçi Murad Sədəddinov bununla bağlı fikirlərini Pressklub.az-la bölüşüb.

“Bəli, bir çox media orqanları Çinin bu il müdafiə xərclərini 7,2% artırdığını yazır. Kənardan baxanda bu rəqəm bir qədər qorxulu görünə bilər. Ancaq nəzərə almaq lazımdır ki, Çinin hərbi büdcəsinin ÜDM-dəki payı cəmi 1,7%-dir. Müqayisə üçün, ABŞ-da bu rəqəm 3,4%, Rusiyada 6%, Hindistanda 2,4%, Böyük Britaniyada isə 2,3%-dir.

Yəni ümumi büdcənin miqyasına baxsaq, bu artım Çinin dövlət xərcləri arasında o qədər də böyük yer tutmur. Amma qlobal miqyasda götürsək, Çin ABŞ-dan sonra dünyada ikinci ən böyük müdafiə büdcəsinə sahibdir. Bununla belə, Çinin hərbi xərcləri ABŞ-ın hərbi büdcəsindən üç dəfə azdır. Bu da vacib amildir.

Bəs bu iri miqyaslı dəyişikliklər nədən qaynaqlanır? Şübhəsiz ki, Pekin dünyada baş verən hadisələri izləyir, beynəlxalq hüququn əsas prinsiplərinin kobud şəkildə pozulduğunu, o cümlədən Çinlə birlikdə BMT Təhlükəsizlik Şurasında yer alan və bu prinsiplərin təminatçısı olan ölkələr tərəfindən pozulduğunu görür. Yəni, güc amili siyasətdə getdikcə daha çox ön plana çıxır, diplomatiya, siyasət və beynəlxalq hüququn digər, daha sivil üsullarını üstələyir”, - ekspert bəyan edib.

O, deyir ki, buna görə də təkcə Çin deyil, bir çox digər ölkələr də hərbi ehtiyaclar üçün xərclərini artırırlar.

“Təbii ki, bu, çox pis haldır, lakin bir çox ölkələr məcburən belə addımlar atır. Onları buna dünyada mövcud vəziyyət vadar edir.

Çin üçün təhlükə kimdir? Burada birmənalı olaraq ABŞ-ı qeyd etmək olar. Və Vaşinqton bunu gizlətmir. ABŞ bütün səviyyələrdə yeni bir ifadə işlətməyə başlayıb – Çin onların “əsas düşmənidir”. Halbuki əvvəllər Çini heç olmasa “əsas rəqib” adlandırırdılar. Aydındır ki, belə bəyanatlar Çin hökumətini öz müdafiə doktrinasına yenidən baxmağa və onu gücləndirməyə məcbur edir. Məncə, əsas faktor da məhz budur.

Bundan başqa, Çin özü də xarici siyasətdə heç də həmişə yalnız dinc yanaşma nümayiş etdirmir. Biz tez-tez Çin Xalq Respublikasının Tayvanla bağlı iddialarını eşidirik və s. Yəni Çin də öz xarici siyasət ambisiyalarını həyata keçirmək üçün addımlar atır. Bu isə o deməkdir ki, Çinin hərbi qüdrətini artırmaq istəyi Tayvan məsələsini həll etmək, materik və ada daxil olmaqla Çini tam şəkildə birləşdirmək istəyindən qaynaqlanır. Eyni zamanda, ABŞ-ın genişlənmə siyasətinə qarşı dayanmaq məqsədini daşıyır.

Ümid edək ki, bütün bunlar sonda müharibəyə gətirib çıxarmayacaq. Amma şübhəsiz ki, bu proseslər bir-biri ilə sıx bağlıdır”, – deyə Sədəddinov fikirlərini tamamlayıb.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Rusiyanın iri şirniyyat şirkətinin Azərbaycandakı nümayəndəliyi fəaliyyətini dayandırır
Bu gün, 11:55
“Macarıstan üçün daha sakit bir dövr başlayır” – QABOR ŞTİR
Bu gün, 11:49
"Rüzgar"ın əmisinə AĞIR CƏZA tələbi
Bu gün, 11:47
Yaxın Şərqdə müharibə tərəflərin maraqlarına cavab vermir - Pezeşkian
Bu gün, 11:42
ABŞ-la danışıqların növbəti raundunda iştirakla bağlı qərar verilməyib - İran XİN
Bu gün, 11:41
Avropa Məhkəməsindən Bakıya absurd TƏLƏB – Avqustun 31-dək...
Bu gün, 11:35
Flyblast Travel Agency qalmaqalı böyüyür - Şirkət barədə şok iddialar
Bu gün, 11:33
"Yaltaqların danışıqlarını görürəm, ürəyim bulanır"
Bu gün, 11:26
Ermənistanda seçkiöncəsi gərginlik PİK HƏDDƏ – Paşinyan rəqiblərini belə NEYTRALLAŞDIRIR
Bu gün, 11:24
Azərbaycanlı konfliktoloq Ukraynanın gələcəyi ilə bağlı 3 ssenari sadaladı...
Bu gün, 11:19
Həbsdən yeni çıxan şəxs azyaşlıya qarşı cinayət törətdi – CƏZA
Bu gün, 11:17
Lənkəran səhiyyəsində şübhəli tender - DETALLAR
Bu gün, 11:15
Müctəba Xamenei atasından da radikaldır - Lukaşenko
Bu gün, 11:10
Türkiyə ilə sərhədlərin açılmasına hazırıq - Kostanyan
Bu gün, 11:02
Naxçıvan məktəbində BIÇAQLI HÜCUM: “Hadisəni gizlədirlər...” - İLGİNC İDDİALAR...
Bu gün, 10:59
Rədd edilən SÜLH – İranı nə gözləyir?
Bu gün, 10:52
Bu dəfə Azər Qasımlının xanımından şikayət etdi - TƏFƏRRÜAT
Bu gün, 10:50
“Kölgə kəşfiyyatı”ndan Zəngəzur xəbərdarlığı – Bakıdan REAKSİYA
Bu gün, 10:49
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru