Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb .....                     ABŞ Dövlət Departamentinin nümayəndələri .....                     ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib .....                     Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                 

ABŞ-nin hədəfi dəyişib... Rusiya narahatdır... - AKTUAL
Tarix: 4-02-2026, 14:20 | Çap et

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev həyəcan təbili çalıb. Məsələ burasındadır ki, ABŞ-la Rusiya arasında imzalanmış Strateji Silahların Azaldılması Müqaviləsinin müddəti fevralın 5-də başa çatır. Bu sazişin müddəti uzadılmayıb. Vaşinqton Moskvanın müqaviləni daha bir il uzatmaq təklifinə razılıq verməyib. Bunun səbəbi Çindir.
“Soyuq müharibə” illərində nüvə qarşıdurması ABŞ-la keçmiş SSRİ arasında idi. Bu iki dövlət müxtəlif illərdə nüvə silahlarının azaldılmasıyla bağlı müqavilələr imzalamışdılar. SSRİ-nin varisi olan Rusiya ABŞ-la yeni müqavilə imzaladı. Ancaq bu illərdə Çin nüvə arsenalını xeyli artırıb. Buna görə də Vaşinqton hesab edir ki, Çin də nüvə silahlarının azaldılması müqaviləsinə qoşulmalıdır. Vaşinqton Pekinin imzası olmadan Moskva ilə nüvə silahlarının azaldılması müqaviləsini əhəmiyyətsiz hesab edir. Çünki, hazırda ABŞ özünə Rusiyanı deyil, Çini rəqib kimi görür.
Yeni müqaviləsiz qalan Kreml Vaşinqtona xəbərdarlıq mesajı göndərib. Dmitri Medvedev müqavilə imzalanmasa, Rusiyanın nüvə arsenalını artıra biləcəyinə işarə edib. Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov isə bildirib ki, yeni nüvə sazişinin imzalanmaması Vaşinqtonu narahat etmir, əksinə ABŞ müxtəlif qitələrdə hərbi gücünü artırmağa üstünlük verir.
ABŞ-la Rusiya arasında nüvə sazişi sonuncu dəfə 2010-cu ildə imzalanıb. Sənədə hər iki ölkənin o zamankı Prezidentləri Barak Obama və Dmitri Medvedev imza atmışdılar. Müqavilənin müddəti 10 il olsa da, sənədin müddəti daha sonra 5 il uzadılmışdı. Donald Tramp Prezident seçilən kimi həmin sazişi uzatmaqdan imtina etdi. Tramp buna səbəb kimi Çinin nüvə anlaşmalarından kənarda qaldığını göstərirdi. Həqiqətən ABŞ və Rusiya sazişə görə nüvə arsenallarını azaldarkən, anlaşmada imzası olmayan Çin rahat şəkildə nüvə arsenalını artırmaq imkanına malikdir. Vaşinqtonu narahat edən odur ki, Moskva tərəfdaşı olan Pekini anlaşmağa qoşulmaya dəvət etmir. Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Pekin nüvə danışıqlarında iştirak etmək istəmir. Peskovun sözlərinə görə, Çinin nüvə arsenalı Rusiya və ABŞ-ın nüvə arsenalından azdır. Halbuki, Çin ildən-ilə nüvə arsenalını gücləndirir.
Dmitri Medvedevin özü nüvə anlaşmasının imzalanması zərurətindən danışsa da, özü bir müddət əvvəl Qərb ölkələrini nüvə müharibəsiylə hədələyirdi. Onun “nüvə silahına malik ölkəyə rəhbərlik edən heç bir siyasətçi onun tətbiqi ehtimalını tam istisna edə bilməz” açıqlaması da buna sübutdur. Medvedev onu da xatırladıb ki, prezidentliyi dövründə ali baş komandan kimi bütün nəzərdə tutulan təlimlərdə, o cümlədən nüvə arsenalı ilə bağlı məşqlərdə iştirak edib. Medvedev Vaşinqtonun əsl hədəfinin Rusiya deyil, Çin olduğunu anlayır. Medvedev 4 il əvvəlki açıqlamasında söyləmişdi ki, ABŞ Rusiya ilə məsələni bitirməyə çalışdıqdan sonra Çini hədəf seçəcək və bu, onun sözlərinə görə, ağır böhrana və nüvə partlayışına səbəb olacaq.
“ABŞ-ın növbəti məqsədi Çinin tamamilə zəiflədilməsi olacaq” deyən Medvedev haqlıdır. ABŞ Prezidenti Donald Tramp Panama kanalını Çin şirkətlərinin nəzarətindən çıxartdı, Venesuela artıq Çinə ucuz neft sata bilmir, İran da ram edilsə, Pekin daha bir enerji tərəfdaşını itirəcək. Vaşinqtonun strategiyası Çinin siyasi və iqtisadi gücünün dünyaya yayılmasının qarşısını almağa yönəlib. Pekin bundan xəbərdardır və Vaşinqtonun planlarına qarşı mümkün qədər müqavimət göstərməyə çalışır.
Elxan Şahinoğlu - "DİA-AZ"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Trampın Livana zərbələrə qadağa açıqlaması Netanyahuya şok təsiri yaradıb - "Axios"
Bu gün, 06:26
ABŞ Dövlət Departamentinin nümayəndələri danışıqlar üçün Kubaya səfər edib
Bu gün, 06:24
ABŞ 17 aprel tarixinə qədər tankerlərə yüklənmiş Rusiya neftinin satışını təsdiqləyib - KİV
Bu gün, 06:21
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Dünən, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Dünən, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Dünən, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Dünən, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Dünən, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Dünən, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Dünən, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Dünən, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Dünən, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Dünən, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Dünən, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Dünən, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Dünən, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Dünən, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Dünən, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Dünən, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Dünən, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Dünən, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Dünən, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Dünən, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Dünən, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Dünən, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Dünən, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Dünən, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Dünən, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Dünən, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Dünən, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Dünən, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Dünən, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Dünən, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Dünən, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Dünən, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Dünən, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Dünən, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Dünən, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Dünən, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Dünən, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Dünən, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Dünən, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Dünən, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Dünən, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Dünən, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Dünən, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Dünən, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Dünən, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Dünən, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Dünən, 11:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru