İranın yeni dini lideri gözlənildiyi kimi, Xameneinin oğlu Müctəba Xamenei oldu. Ötən həftə (3 martda) Ekspertlər Məclisinin onu dini lider seçdiyi haqda məlumatlar yayılanda yazmışdıq: rejim daxilində varislik məsələsinə yanaşma birmənalı olmasa da, Müctəbanın seçilməsində iki amil rol oynayıb.
- Atası Xameneinin vəsiyyəti: burada “Xomeyni və Xamenei” ikilisindən sonra soyadın davam etdirilməsi də təsiredici amillərdən biridir;
- İran rejiminin əsas dayağı olan, müharibə şəraitində ölkəyə faktiki nəzarət edən SEPAH-da güclü mövqelərə malik olması;
Müctəbanın dini lider olması İranın sərt siyasətinin davam etməsi deməkdir:
a) Müctəba SEPAH-da sərt siyasətin – müharibə tərəfdarlarının fiqurudur;
b) Atasını qətlə yetirənlərlə - ABŞ və İsraillə danışıqlar masasına əyləşməyəcək, yaxud “təslimçi sülhə” razı olmayacaq;
c) İran “total müharibə” prinsipini davam etdirəcək, hətta yeni dini liderin – Müctəbanın “cihad” elan etməsi də istisna edilməməlidir;
Müctəba Xamenei atasından sonra ABŞ və İsrailin əsas hədəfidir.
Müəllif: Asif Nərimanlı - Mənbə: "DİA-AZ"











