Çin dünyadakı məlum nadir torpaq elementi yataqlarının təxminən 40%-nə sahibdir. Çin çıxarılan bu elementlərin ayrılması və saflaşdırılması sahəsində dünya bazarının 80%-nə nəzarət edir.
Yəni Braziliya, Vyetnam, Kanada, Avstraliya, Qrenlandiyada da böyük yataqlar var, lakin onlarda emal texnologiyası və zavodları yoxdur. Bunları aktivləşdirmək ABŞ üçün çətin deyil.
Odur ki, Çinin əlindəki resurslar və borc kağızları passiv müdafiə alətləridir. Amma enerji yolları, dəniz marşurutları və dollar üzərindəki kontrol aktiv hücum alətidir ki, bu Amerikadadır. İranda özünə tabe rejim yaratmaqla tam kontrolu ələ keçirəcək.
Aİ sahəsindəki bütün əsas proqram təminatı (PyTorch, TensorFlow) və ən güclü çiplər (Nvidia) Amerikaya məxsusdur. Çin hazırda Amerika texnologiyası olmadan öz Aİ sektorunu inkişaf etdirə bilmir. Yəni ip burda da Amerikanın əlindədir.
Amerika Çinin çökməsini, batmasını istəmir. Bazardı, bir birilərindən asılıdırlar. Sadəcə bura qədər gəldin, burda dur deyir.
***
Çin hazırkı şəraitdə iqtisadiyyatını işlək saxlamaq üçün ildə təxminən 6 milyard barel neft yandırır. Bunun təxminən 75%-ni xarici ölkələrdən alır.
Əsas təchizatçılar əvvələr: Rusiya, Səudiyyə, İran, İraq, Venesuela və BƏƏ idi.
Sanksiyalar və Maduronun həbsi ilə Venesuela bu siyahıdan konkret çıxdı.
İran isə nefti əsasən dolayı və “qara bazar” yolları ilə satırdı ki, savaş başladı.
Beləliklə, Çinin əlində yeganə azad ölkə Rusiya qalıb. Amma Rusiyanın hasilatı da Çinin bütün tələbatını təkbaşına doyuzduracaq səviyyədə deyil.
Əvvəlki inkişaf tempi ilə ən real proqnozlara görə Çin təxminən 2035-ci ildə ABŞ iqtisadiyyatını keçəcəkdi. Bu isə Vaşinqton üçün ölümdür.
Əgər ABŞ İranda rejimi yıxa bilsə, dünya neft ehtiyatlarının çox böyük hissəsi onun və müttəfiqlərinin təsir dairəsinə düşür.
Donald Tramp prezident seçiləndə “biz qızıl əsrə giririk” deyəndə də məhz belə bir geosiyasi oyundan danışırdı. Yəni Çini durdurmaq, durdurması üçün İranı və Venesuellanı ondan qopartmaq.
Çoxları "yəhudi lobbisi Amerikaya hökm edir”, "Epşteyn sənədləri məcbur etdi" kimi miflərdən danışır. ABŞ siyasətinin statejiyasını amerikalı anqlo-sakson elita formalaşdırır. Vəssalam. İsrail Amerikanın filialından başqa bir şey deyil.
Müəllif: Orxan Atabəy - Mənbə: "DİA-AZ "











