Hazırda İranın vurulması 45 ildir İran rejiminin bölgədə apardığı yayılmacı, məzhəbçi, qanlı siyasətinin nəticəsidir. İran rəsmiləri hələ 5-10 il öncə fəxrlə deyirdilər ki, dörd ərəb paytaxtı İranın nəzarətindədir: Bağdad, Beyrut, Dəməşq, Sana.
Dəfələrlə isbat etmişik ki, İran rejimi 45 il ərzində bölgədə proksi ordular yaradıb, daxildən İraq, Suriya, Livan, Yəmən, Əfqanıstan kimi bir çox ölkələri çöktürdü.
Nəticədə bölgə ölkələrini, xüsusən İraq, Əfqanıstan Amerika işğal etdi və orada İranla birgə möhkəmləndilər.
İran prezidenti Əhmədi Necat, Məhəmməd Xatəmi çıxışlarında Amerikanın İraq və Əfqanıstan əməliyyatlarında İranın dəstək olduğunu bildirmişdi.
Amerika bu illər ərzində nə İraqda, nə Suriyada, nə də Əfqanıstanda İran proksilərini vurmurdu, əksinə onlarla birgə razılaşdırılmış şəkildə müsəlmanlara qarşı hərəkət edirdilər. İraqda Səddamdan sonra qatı şiələri (Nuri Maliki) iqtidara gətirmişdilər, Əfqanıstanda da şiə olan Kərzaini iqtidara gətirmişdilər.
2003-cü ildə İraq işğalı zamanı İrana bağlı qüvvələr Amerika ordusu ilə əməkdaşlıq edirdilər və bu əməkdaşlıq bu günə qədər də davam etməkdədir.
Suriyada da İran rejimi Amerika ordusu ilə bərabər orada iş aparırdılar müsəlmanlara qarşı.
Bütün bu xəyanətləri, İranın milyonlarla müsəlmanı öldürməsini, on milyonlarla insanı öz ölkələrindən didərgin etməsini və sayılmayacaq qədər cinayətləri edən İran rejimi bilməlidi idi bu şeylər nəhayət olun da başına gələcək. Xainlər, iş birlikçilər hər zaman istifadə olunur, sonra rasxoda verilir.
Müəllif Fuad Burhan - Mənbə: "DİA-AZ"











