İraqda ABŞ-a məxsus diplomatik obyektlər hücuma məruz qalıb.
Bu barədə "Shafaq News" portalı məlumat yayıb.
Qeyd olunub ki, konsulluğa hücum edən pilotsuz uçuş aparatı zərərsizləşdirilib.
Həmçinin son saatlarda Bağdad hava limanı ətrafında bir neçə dronun da ələ keçirildiyi vurğulanıb.
Hücumların nəticələri və zərər barədə məlumat verilməyib.











