Bir qrup şəxsə Prezident təqaüdü verildi .....                     ABŞ İsrailin Livanı bombalamasını qadağan edib .....                     Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” .....                     DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir .....                     Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb .....                     Əli Əsədov vəzifəsindən azad edilir .....                     "Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" .....                     “Azərbaycanla müharibə bitməyib” .....                     İran Hörmüz boğazını açıb .....                     Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı .....                     BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar .....                     Səidə bu dəfə Laləyə söz atdı .....                     İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib .....                     Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... .....                     Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü .....                     Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb .....                     AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? .....                     “Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” .....                     Əmrullayevi tənqid atəşinə tutdular .....                     Rektor fəlsəfə doktorunu müdir təyin etdi .....                     Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır .....                     “Qoç Ət” restoranı müştəriləri necə aldadır? .....                     Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər .....                     Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı .....                     Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb .....                     İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək .....                     Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına .....                     Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? .....                     Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb .....                     İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər .....                     “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” .....                     AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu .....                     “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... .....                     AAYDA-ya məxsus şirkət ləğv olunur .....                     Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub .....                     Sürücü maşında ola-ola oğurluq edənə .....                     Mehindən özünü “ulduz” kimi aparanlara: .....                     İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? .....                     Tipik Rusiya sxemi: .....                     Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi .....                 

Bu, dünya müharibəsi deyil, amma hamıya onun necə olacağını göstərir - AKTUAL
Tarix: 31-03-2026, 04:52 | Çap et

Dünyanın diqqəti Yaxın Şərqə, daha dəqiq ifadə etsək, İranla ABŞ və İsrail savaşındadır. Yer kürəsindəki 8,2 milyard insan bu hərbi qarşıdurmanın nəticəsini gözləyir. Çünki bu müharibə, onun mümkün nəticələri hər kəsin həyatına bu və ya digər formada təsir göstərir.

Məsələn, neftin qiymətinin artıb-azalması dünya bazarını silkələyir. İri iqtisadiyyatlar, dövlətlər bu prosesin təsiri ilə müəyyən addımlar atmalı olurlar ki, onun da nəticəsində insanların alıcılıq qabiliyyəti zəifləyir.

Hadisələrin inkişafına əsasən, belə ehtimal etmək olar ki, ABŞ və İsrail İrandakı hərbi əməliyyatı azaltmaq, yaxud atəşkəsə nail olmaq istəyirlər. İsrail mediası ABŞ Prezidenti Donald Trampın İrana göndərdiyi iddia edilən təklifləri yayıb. Bildirilib ki, onun xüsusi elçiləri Cared Kuşner və Stiv Uitkoff yekun razılaşmanın hazırlanması üçün otuz günlük atəşkəs təklif ediblər. 15 əsas bənddən ibarət ultimativ sülh razılaşması layihəsinin Martın 24-də Tehrana təqdim edildiyi deyilir. Regionda genişmiqyaslı müharibəni dayandırmaq məqsədi daşıyan sənəd Pakistanın vasitəçiliyi ilə İran rəhbərliyinə ötürülüb. Bir sutka ərzində cavab verilməsi istənilib.

Rəsmi Tehran isə hələ də bütün iddiaları təkzib etməklə məşğuldur. Ancaq Pakistanın Baş naziri Şahbaz Şəriflə İran Prezidenti Məsud Pezeşkian arasında telefon danışığı belə bir təkliflər paketinin olduğunu təsdiqləyir. Bundan əlavə, rəsmi İslamabad danışıqlar üçün ev sahibliyi etməyə də hazır olduqlarını bildirib.

Odur ki, danışıqların yaxın günlərdə reallaşacağı ehtimalı istisna deyil. Sadəcə olaraq, dəqiq tarix hələ müəyyənləşməyib. Bəzilər martın 28-də, başqa mənbələr isə aprelin 9-da olacağını iddia edirdi. Martın 28-i artıq geridə qaldığı üçün aprelin 9-u ilə bağlı ehtimallar hələ ki, qüvvədədir.

9 aprel İran üçün əlamətdar gündür. 2006-cı ildə İranın o vaxtkı Prezidenti Mahmud Əhmədenijat ölkəsinin nüvə dövləti olduğunu bəyan etdi: “Aprelin 9-da İran nüvə dövlətləri klubuna qoşuldu”.

O, İranda laboratoriya şəraitində nüvə yanacağı istehsalı texnologiyasının işlənməsinin tam başa çatdığını bildirdi. İran vitse-prezident, Atom Enerjisi Təşkilatının rəhbəri Qulamrza Ağazadənin sözlərinə görə, yerli alimlərin uranı uran-235 izotopunun 3,5% tərkibinə qədər zənginləşdirməyi uğurla baş çatdırıb.
“Nüvə sahəsində indiyədək əldə etdiyimiz və gələcəkdə əldə edəcəyimiz hər şey, ümumi qəbul olunmuş qanunlara, o cümlədən Atom Enerjisi üzər Beynəlxalq Agentliyin tələblərinə və Kütləvi qırğın silahlarının yayılmaması haqqında Müqaviləyə əsaslanan qanuni hüququmuzdur”, - Əhmədinejad bildirmişdi.

Görünür, belə bir görüşün məhz aprelin 9-da baş tuta biləcəyini düşünənlər məhz bu məqamı nəzərdə tuturlar. Belə güman etmək olar ki, ABŞ danışıqları bilərəkdən İranın nüvə texnologiyasına yiyələndiyi günü, onun məhv edilməsi ilə eyni tarixə təyin edir. Çünki 15 maddəlik təkliflərdə bu məsələ qırımız xətlə keçir.

İsrail mediası Vaşinqtonun təklif etdiyi 15 bənddən 14-nün təfərrüatlarını dərc edib. Tələblər siyahısı güzəştsiz xarakter daşıyır, faktiki olaraq İrandan hərbi-texniki sahədə tam kapitulyasiya tələb edir.

Ağ evin tələbləri aşağıdakılardır:

-Nüvə proqramının tam və qəti şəkildə ləğvi;

-Nüvə silahının işlənib hazırlanmasından və ona sahib olmaqdan hüquqi cəhətdən təsbit olunmuş imtina;

-Ölkə ərazisində uranın zənginləşdirilməsinə tam qadağa;

- 60%-ə qədər zənginləşdirilmiş uran ehtiyatlarının (təxminən 450 kq) AEBA-ya təhvil verilməsi;

-Nətənz, İsfahan və Fordodakı nüvə mərkəzlərinin ləğvi;

-AEBA-nın müfəttişlərinin maneəsiz girişinin və nəzarətinin təmin edilməsi;

-Proksi qruplardan istifadə siyasətinə və onların maliyyələşdirilməsinə son qoyulması;

-Regiondakı müttəfiq qruplaşmaların idarə edilməsindən və silahlandırılmasından tam imtina;

-Hörmüz boğazında sərbəst gəmiçiliyin və daimi açıqlığın təmin edilməsi;

-Raket proqramının sayı və mənzili üzrə ciddi məhdudlaşdırılması;

-Qalan raket arsenalının yalnız müdafiə məqsədləri üçün istifadəsi.

İran tərəfi isə bunları təklif edib:

-Bütün beynəlxalq iqtisadi sanksiyaların tam, eyni anda ləğvi;

-ABŞ-nin mülki atom energetikasının inkişafına, o cümlədən Buşəhrdəki AES-in fəaliyyətinə yardım göstərməsi;

-Pozuntular zamanı sanksiyaların avtomatik bərpasına imkan verən "snapback" mexanizminin ləğvi.

- ABŞ-nin körfəzdəki bütün bazalarının bağlanması;

- İrana qarşı hücumlara görə kompensasiyanın ödənilməsi;

- Hörmüz boğazı üçün yeni bir tənzimləmə aparılması;

- Bu tənzimləmə çərçivəsində Süveyş Kanalı nümunəsində olduğu kimi İranın boğazdan keçən gəmilərdən ödəniş alması;

- Müharibənin yenidən başlamayacağına dair zəmanət verilməsi;

- İsrailin Hizbullaha qarşı hücumlarını dayandırması.

ABŞ-nin rəsmi şəxsi isə İranın tələblərini sərt bir dillə tənqid edərək, bunları “gülünc və gerçəklikdən uzaq” adlandırıb.

Mediaya sızan bu xəbərlər tərəflər arasında danışıqların getdiyini isbatlayan faktlar, yaxud arqumentlərdir.

ABŞ Prezidenti Donald Tramp İranın ən yüksək səviyyəli rəsmisi ilə danışıqlar apardıqlarını bildirmişdi. Ancaq İran tərəfi parlamentin sədri Məhəmmdbaqer Qalibaf və xarici işlər naziri Abbas Əraqçi səviyyəsində danışıqları təkzib edirdilər.

Donald Tramp bildirib ki, danışıq aparan İran rəsmiləri öz ətrafları tərəfindən qətlə yetirəcəklərindən ehtiyat etdikləri üçün ABŞ rəsmiləri ilə dialoqu təkzib ediblər.

Danışıqlar aparmadığını, müharibəni davam etdirəcəyini bildirən İslam Respublikasının hədəfi nədir?

Rəsmi Tehranın istəklərinin yuxarıda qeyd etmişik. Axı, ABŞ və İsrail ona qarşı hərbi əməliyyatları bu şərtlərin gələcəkdə irəli sürülməsi üçün başlamayıb.

Nüvə, raket proqramı ilə yanaşı, İslam Respublikası yarandığı gündən “İsrailə ölüm!”, “Amerikaya ölüm!” şüarları ilə hər iki dövləti məhv etməyi qarşısına hədəf olaraq qoyub. Elə Donald Trampın “biz İrana qarşı hərbi əməliyyatı başlamayıb, ona nüvə silahı əldə etməsinə imkan yaratsaydıq, o bizə hücum edəcəkdi” kimi açıqlamasının mahiyyətində bu ideyanın durduğunu ehtimal etmək olar.

Deməli, Tehran hakimiyyəti bu strateji hədəfinə çatmayıb. İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xameneinin qisasını alacaqlarını vəd etmişdilər. Bunun üçün onlar Donald Tramp və İsrail Baş naziri Binyamin Netaniyahuya azından müəyyən xəsarət belə törədə bilməyiblər.

ABŞ və İsrailin bu ilki hərbi əməliyyatı nəticəsində İran İnqilab Keşikçiləri Qvardiyasının (SEPAH) azı 7 generalının öldürüldüyünə dair məlumat yayılıb. 2026-cı ildə İsrail və ABŞ-nin İrana endirdiyi zərbələr nəticəsində xeyli sayda yüksək rütbəli hərbi rəhbər ölüb. Məlumatlara əsasən, onların arasında İslam Respublikasının ali rəhbəri ayətullah Seyid Əli Xamenei, ali milli təhlükəsizlik və müdafiə şuralarının katibi Əli Laricani, SEPAH komandanı Məhəmməd Pakpur, ali rəhbərin hərbi məsələlər üzrə müşaviri Əli Şamxani, müdafiə naziri Əziz Nasirzadə, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Əbdülrəhim Musəvi, SEPAH-ın dəniz qüvvələri komandanı kontr-admiral Əli Rza Tangsiri də var. Müxtəlif mənbələrin yaydığı xəbərlərə görə, öldürülən rəsmi şəxslərin ümumi sayının təxminən 40 nəfər olduğu təxmin edilir.

Qarşı tərəfdən isə bu mənada oxşar hadisə baş verməyib.

İran Yaxın Şərqdə 47 ildə topladığı, formalaşdırdığı, proksi qüvvələrini itirib, yaxud itirməkdədir. Suriyada Bəşər Əsəd rejimini qoruya bilmədi. Halbuki az qala bu ölkəni idarə edənlərdən sayılırdı. İraqda hakimiyyətin formalaşmasında, müəyyənləşməsində söz sahiblərindən idi. Bu üstünlüyü itirdi. Qəzza zolağında Həmas hökuməti süquta yetirildi. Bu siyasi-hərbi qruplaşma Donald Trampın sülh planına uyğun fəaliyyət göstərməkdə davam edir.

Livanda “Hizbullah”ın yerinə İsraillə savaşır. Bu günlərdə rəsmi Beyrut İranın Livandakı müvəqqəti işlər vəkili Məhəmməd Rza Şeybanini ölkədən çıxarmaq qərarına gəlib. Ona martın 29-dək ölkəni tərk etməsi zərurəti barədə xəbərdarlıq edib. İsrail Livanın cənubunda bufer zonası yaradır. Ona yaxın kəndə nəzarət edir.

İran iqtisadiyyatı, demək olar ki, dağılıb. Atəşkəsə nail olunsa belə, ABŞ-nin tələbləri qəbul edilməyəcəyi halda hələ uzun müddət İrana xarici sərmayə qoyulmayacaq. Çünki rejim dəyişikliyi, yaxud Qərblə anlaşma baş vermədiyi halda İran riskli ölkə olaraq qalacaq. Onu da ehtimal etmək olar ki, Çin və Rusiya belə onu bu vəziyyətdən çıxarmaqda çətinlik çəkəcək.

Bu kimi fakt və arqumentləri artırmaq da olar. 12 günlük və fevralın 28-dən davam edən hərbi əməliyyatlar nəticəsində Tehran hakimiyyəti 47 ildə topladıqlarını strateji hədəflərinə yetişmədən 40 gündə (12+28) havaya sovurdu.

İran əhalisi regionun aztəminatlı sakinlərinin vəziyyətinə salındı. 20-30 il öncə ölkədə orta təbəqə regionda belə üstün vəziyyətdə idi.

Təxminən son üç ildə İran hakimiyyəti Yaxın Şərqdən demək olar ki, öz içərilərinə doğru qovuldu. Hazırda İraqda, Livanda kiçik qüvvə və Yəməndə husilərlə mövcudluğunu qoruyur.

Bütün hallarda Tehran hakimiyyəti İranı regionun ən gücsüz dövləti vəziyyətinə saldı. İsrail və ABŞ-yə zəif düşmüş dövləti idarə edənlərlə danışıq aparmaq çətin olmayacaq.

ABŞ və İsrail isə İranı tutduğu mövqelərdən qovaraq onun yerini tutmaqla regional güclərini artırıb. İranın nüvə, hərbi obyektlərini sıradan çıxarıb, ali rəhbərini, komandalarını öldürüb, SEPAH-ı və ona tabe “Qüds” qoşununu və başlıca kadr bazası sayılan bəsici qüvvələrin mövqelərini dağıdıb, çoxlu sayda döyüşçünü öldürüb, canlı qüvvə itkisinə məruz qoyub.

ABŞ bu əməliyyatlar fonunda müttəfiqlərini, xüsusi ilə Avropa İttifaqı və NATO-dan olanları da sınaqdan çıxara bildi. Belə ehtimal etmək olar ki, İranla bağlı məsələ sakitləşdikdən sonra rəsmi Vaşinqtonun Avropadakı müttəfiqlərə yanaşması əvvəlki kimi qalmayacaq.

Bu savaş Çin və Rusiya üçün də dərs və imtahan sayıla bilər. Eləcə də onlara etibar edib, güvənənlərə də bir sınaq hesab etmək olar...

Azərbaycan və Türkiyənin güclü olmaq konsepsiyası da bu savaşda doğru düzgün addım olaraq təsdiqləndi.

Bu, üçüncü dünya müharibəsi deyil. Heç o səviyyəyə çatmayacaq da. Ancaq bu dünya savaşını təhlükəli olduğu hamıya, Yer kürəsi insanlarına, gücündən, qüdrətindən asılı olmayaraq bütün dövlətlərə kiçik miqyasda nümayiş etdirildi. Bu savaşda İran hakimiyyəti hədəfinə yetişməyən, İsrail və ABŞ isə üstün vəziyyətdə olan tərəfdirlər. Yeni müharibələr daha təhlükəli ola bilər. Burada canlı qüvvədən çox hərbi texnika döyüşür. Texnika isə heç kimi əsir, girov götürmür. Odur ki, yeni müharibələrin faciəsi və miqyası daha böyük olar…

Müəllif: Sədrəddin Soltan - Mənbə: Pressklub.az 











 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Bir qrup şəxsə Prezident təqaüdü verildi - AÇIQLAMA
Bu gün, 18:11
ABŞ İsrailin Livanı bombalamasını qadağan edib
Bu gün, 18:08
Əli Əsədovla bağlı dəhşətli iddialar: məmurlara qarşı “qara kampaniya” - Onu hansı cəza gözləyir?
Bu gün, 17:56
DSMF 3,7 milyon manata 3 ofis icarəyə götürmək istəyir - DETALLAR
Bu gün, 17:53
Azərbaycanda internetin sürətinə görə provayderlərin reytinqi açıqlanıb - SİYAHI
Bu gün, 17:42
Əli Əsədov vəzifəsindən azad edilir - SƏBƏB
Bu gün, 17:31
"Görünür Mədəniyyət Nazirliyi razılaşaraq balansındakı binadan bir hissəni uşaq bağçasına veribmiş" – AQİL ABBAS
Bu gün, 17:02
“Azərbaycanla müharibə bitməyib” - Çələbiyan
Bu gün, 16:59
İran Hörmüz boğazını açıb - KİV
Bu gün, 16:55
Bakıda keçmiş həyat yoldaşını öldürüb evi yandıran şəxslə bağlı TƏFƏRRÜATLAR
Bu gün, 16:52
BOKT “Kredex”in Audit komitəsinə yeni təyinatlar
Bu gün, 16:49
Səidə bu dəfə Laləyə söz atdı - “Onu belə formatda görmək istəmirəm”
Bu gün, 16:31
İran heyətinin İsraillə bağlı xəbərdarlığından sonra Pakistan genişmiqyaslı əməliyyat keçirib
Bu gün, 16:29
Əli Əsədovun BAŞ NAZİR MAAŞI ilə əldə etdiyi MİLYARDLAR... - AY MAŞALLAH...
Bu gün, 16:25
Epidemiya Mərkəzində DAVA: iş otağında həmkarını döydü - TƏFƏRRÜAT
Bu gün, 16:16
Hörmüz düyünü Avropada yanacaq qıtlığı yaradıb – Diqqətlər yenidən Azərbaycana YÖNƏLİR?
Bu gün, 15:49
AAYDA-nın İdarə rəisi niyə təşviş işindədir? – Nazim Eynallı dövlətə xidməti reklama çevirib
Bu gün, 15:46
“Nəcibə xanıma görə həmin qonşu ilə əlaqəmi kəsdim” - aktrisanın yaşadığı evdən REPORTAJ
Bu gün, 15:37
Əmrullayevi tənqid atəşinə tutdular - “Bacarırsansa, təmirsiz məktəblərə get”
Bu gün, 15:32
Rektor fəlsəfə doktorunu müdir təyin etdi - ƏMR
Bu gün, 15:29
Zelenski Putinlə Türkiyədə görüşməyə hazırdır - XİN rəhbəri
Bu gün, 15:16
“Qoç Ət” restoranı müştəriləri necə aldadır? – FOTOFAKT
Bu gün, 15:11
Azərbaycanda bu məmurların əmlakları dövlətə qaytarıla bilər – Açıqlama
Bu gün, 15:03
Zakir Fərəcov sakinlərin problemlərini yerində araşdırdı - FOTO
Bu gün, 15:01
Peter Madyar Baş nazir kimi and içəcəyi tarixi açıqlayıb - "Reuters"
Bu gün, 14:59
İran məsələsi Güney Azərbaycansız həll edilməyəcək - MÜSAHİBƏ
Bu gün, 14:57
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına - YENİ SƏDR SEÇİLİB
Bu gün, 14:49
Əbülfəs Qarayev dövlətin bağışladığı evi pulla satıb? - Özü danışdı
Bu gün, 14:39
Marketdə 20 qəpiyə satılan yumurta BƏƏ-yə 10 qəpiyə satılıb – Rəsmi
Bu gün, 14:28
İran və ABŞ yaxın vaxtlarda razılığa gələ bilər - "Reuters"
Bu gün, 14:17
“Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28
AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26
“NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24
AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01
Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56
Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53
Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47
İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45
Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29
Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23
Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21
Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18
Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13
Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11
Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09
AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01
Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57
Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46
Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42
88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru