Pakistan danışıqlarının uğursuzluğu... - AKTUAL
Tarix: 13-04-2026, 11:17 | Çap et

Pakistanın baş naziri Şahbaz Şərif və bu ölkənin digər rəsmiləri ABŞ və İran nümayəndələrinin İslamabadda müzakirələrdə nəticə əldə edəcəyinə ümidli idilər. Pakistan paytaxtında yüksək səviyyədə qarşılanan ABŞ və İran rəsmiləri üçün hər cür şərait yaradılmışdı. Ancaq tərəflər güzəştə getmədilər. ABŞ və İranın bir-birlərinə təqdim etdikləri tələblər ətrafında ortaq məxrəcə gələ bilmədilər. Halbuki, iki məsələ - uranın zənginləşdirilməsi və Hörmüz boğazıyla bağlı razılaşma əldə etmək mümkün olsaydı, digər məsələrin razılaşdırılmaması böyük əhəmiyyət kəsb etməyəcək və digər bəndlər danışıqların sonrakı mərhələsinə saxlanılacaqdı. Ancaq İran əvvəlkitək uranın zənginləşdirilməsindən tamamən imtina etmək istəmir. Müharibədən əvvəl beynəlxalq aləmin Hörmüz boğazının təhlükəsizliyi kimi problem yox idi. Bu, müharibə dövründə və sonrasında yaranan problemdir. Tehran Hörmüz boğazına nəzarətdən imtina etmək istəmir. ABŞ Prezidenti Donald Tramp bir sıra açıqlamalarında Hörmüz boğazının İranın nəzarətində olmasını onu maraqlandırmağıdını, ölkəsinin kifayət qədər nefti və qazı olduğunu söyləsə də, boğazının açılması üçün müxtəlif addımlar atacağını bildirib. Demək, hər halda Hörmüz boğazının İranın nəzarətində qalması Trampı ciddi narahat edir. Çünki, Hörmüz boğazındakı qeyri-sabit vəziyyət dünyada enerji daşıyıcılarının qiymətlərini qaldırıb, bu isə ABŞ vətəndaşlarının ciblərinə təsir edib. Belə olan halda ABŞ vətəndaşlarının qəzəbi Trampa yönəlib.
Pakistanda nəticənin əldə edilməməsi Pekin üçün yaxşı xəbər deyil. Çin ABŞ-la İran arasında atəşkəsin əsas memarıdır. Pakistanın xarici işlər naziri İshaq Dar çinli həmkarı Vanq Yi ilə 5 maddəlik plan irəli sürmüşdü. Bu atəşkəs, mülki infrastrukturun qorunması, Hörmüz boğazından gəmiçiliyin bərpası və BMT Nizamnaməsinə uyğun sülhün əldə olunmasıydı. Bunlardan yalnız atəşkəs qəbul olundu. Ancaq indiki atəşkəs də kövrəkdir. Yeni müharibə Çinin enerji daşıyıcılarına çıxışını yenə əngəlləyəcək. Görünür, Donald Trampa bu lazımdır.
Bu arada, Donald Tramp artıq neçənci dəfədir vitse-prezident Ceyms Vensi pis vəziyyətdə qoyub. Tramp Vensi İslamabada ona görə göndərmişdi ki, İran tərəfi ABŞ-ın əsas iki tələbini (uranın zənginləşdirilməsinin dayandırılması və Hörmüz boğazının açılması) qəbul etsin. Vens qarşı tərəfi bu iki tələbi yerinə yetirməyə inandıra bilmədi. Bundan əvvəl isə Tramp mitinqlərin birində Vensə işarə edərək, İrana qarşı müharibəni məhz vitse-prezidentin məsləhəti ilə başladığını vurğulamışdı. Trampın vitse-prezidentə növbəti zərbəsi onu Macarıstana göndərməsiydi. Vens Macarıstana gedib bu ölkədə parlament seçkisində artıq keçmiş baş nazir Viktor Orbana Ağ Evin dəstəyini ifadə etdi. Halbuki, Macarıstanda keçirilən bütün sorğular seçkidə Viktor Orbanın məğlub olacağını göstərirdi. Tramp bunu bilə-bilə Vensi Orbana dəstək məqsədilə Budapeştə göndərməyə qərar verdi. Tramp bu addımlarıyla gələcəkdə Vensin Respublikaçılar Partiyasından Prezidentliyə namizədliyinə gölgə salmış olur.
Müəllif: Elxan Şahinoğlu
"DİA-AZ"


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Məzarlıqdan keçərkən əli üzə sürtmək xurafatdır, belə salavat göndərmək yoxdur” - İlahiyyatçı
Bu gün, 13:28 |
|
|
|
| • AAYDA Ağdam-Xankəndi yolunun təmirini yarımçıq qoydu – Video
Bu gün, 13:26 |
|
|
|
| • “NEFTÇİ” MTK YEYİNTİSİ: şikayətlər çoxdur, amma... - RƏSMİLƏR SUSUR...
Bu gün, 13:24 |
|
|
|
| • AAYDA-ya məxsus şirkət ləğv olunur
Bu gün, 13:01 |
|
|
|
| • Göygöl Rayon İcra Hakimiyyətində yeni təyinat olub - ƏMR
Bu gün, 12:56 |
|
|
|
| • Sürücü maşında ola-ola oğurluq edənə HÖKM OXUNDU
Bu gün, 12:53 |
|
|
|
| • Mehindən özünü “ulduz” kimi aparanlara: - “Komplekslərini ört-basdır edirlər”
Bu gün, 12:47 |
|
|
|
| • İcra Hakimiyyəti binasının tikintisi niyə gecikib? - Səbəb milyonluq "otkat" işi imiş
Bu gün, 12:45 |
|
|
|
| • Tipik Rusiya sxemi: - "Pulu verəcəyik, amma günahkarlar yoxdur"
Bu gün, 12:29 |
|
|
|
| • Bakıda "moyşik" yuduğu maşını qaçıraraq qəza törətdi – HƏBS
Bu gün, 12:23 |
|
|
|
| • Kərə yağı Azərbaycana Türkiyədən 18, İrandan isə 9 manata gətirilir - SİYAHI
Bu gün, 12:21 |
|
|
|
| • Büdcədən asılı olan DSMF 1 milyonluq ofis icarələyir
Bu gün, 12:18 |
|
|
|
| • Mülayim cənub-qərb küləyi əsəcək - belə deyirlər...
Bu gün, 12:13 |
|
|
|
| • Quru sərhədlər bu şəxslər üçün açıla bilər - DİQQƏT
Bu gün, 12:11 |
|
|
|
| • Azərbaycanda marketlər şəbəkəsinin rəhbəri dəyişdirildi - BUNDAN SONRA...
Bu gün, 12:09 |
|
|
|
| • AAYDA-nın bu qurumu ləğv olunduğunu elan etdi
Bu gün, 12:01 |
|
|
|
| • Yenə də iş başında: KƏSİB DOĞRAYIR... - DÖVLƏTİN "BOŞ DAMARINI" TAPIB?
Bu gün, 11:57 |
|
|
|
| • Atalıq testindən qaçış, "narkotik damğası" - Oliqarx gəlininin işi qaranlıq məcraya sürüklənir
Bu gün, 11:46 |
|
|
|
| • Roza Zərgərli Elza Seyidcahana 1000 manat təzminat verməli olacaq - QƏRAR
Bu gün, 11:42 |
|
|
|
| • 88 yaşını HƏBS QƏRARI altında keçirir... - HƏYATIN BELƏ ÜZÜ DƏ VAR...
Bu gün, 11:36 |
|
|
|
| • "Mən kuryeri tanımıram, mən “Yango”nu tanıyıram..." - GİLEY
Bu gün, 11:30 |
|
|
|
| • “Space” fəaliyyətini davam etdirir, optimallaşdırma aparılır - İcraçı direktor
Bu gün, 11:23 |
|
|
|
| • Paşinyan konsert verəcək - KİV
Bu gün, 11:22 |
|
|
|
| • Qalib gəlsək, Zəngəzur dəhlizinə imkan verməyəcəyik...
Bu gün, 11:20 |
|
|
|
| • Ağdamın yol polisinə yeni rəis təyin olundu - ƏMR
Bu gün, 11:14 |
|
|
|
| • Komitə olmayan dövlətlərin adını rəsmi bülletenlərə necə salır? – Fotofakt
Bu gün, 11:13 |
|
|
|
| • Dövlət qəzetinə yeni baş redaktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 11:05 |
|
|
|
| • Vasif Müslümova yüksək vəzifə verildi - ƏMR
Bu gün, 11:04 |
|
|
|
| • Azərbaycanlı ailəyə AĞIR İTTİHAM: 13 nəfəri "istismar ediblər" - TƏFƏRRÜAT
Bu gün, 10:53 |
|
|
|
| • Nə “xoşbaxtlığ”a qafiyə, nə də sənətdə özünə yer tapa bilməyən adam - Orxan Saffari yazır…
Bu gün, 10:51 |
|
|
|
| • Daha bir şirkətin vergi borcu var
Bu gün, 10:40 |
|
|
|
| • 196 ölkədə axtarışda olan "Qızıl adam": İnqilab Babayev saxlanıldı - TƏFƏRRÜAT
Bu gün, 10:37 |
|
|
|
| • "Şərq qapısı" qəzetinin baş redaktoru vəzifəsindən azad edildi - BUNDAN SONRA...
Bu gün, 10:29 |
|
|
|
| • Karapetyanın partiyasının saxlanılan altı üzvü barədə qətimkan tədbiri seçilib
Bu gün, 10:27 |
|
|
|
| • Kirayə yaşayanlara pis xəbər: Qiymətlər qalxır - BELƏ HARA GEDİRİK?
Bu gün, 10:23 |
|
|
|
| • Köçəryan narazılıq etdi, Putin dərhal tapşırıq verdi – Moskvada “baş erməni” dəyişdirilir
Bu gün, 10:22 |
|
|
|
| • Paşinyanın keçmiş arvadı seçkilərdə onu dəstəkləyəcək - “İravunk”
Bu gün, 10:20 |
|
|
|
| • Dövlət Sığorta Agentliyinin sabiq vəzifəli şəxsi yenidən məhkəmə qarşısında - TƏFƏRRÜAT
Bu gün, 10:18 |
|
|
|
| • Azərbaycanda özəl neft-qaz şirkətinə təyinat olub - BUNDAN SONRA...
Bu gün, 10:16 |
|
|
|
| • Naxçıvan susuz qalıb: VƏTƏNDAŞ DAD DEYİR... - NARAZILIQ VAR...
Bu gün, 10:04 |
|
|
|
| • “İclasda vidalaşmaq, halallaşmaq mövzusu olmayıb” - AÇIQLAMA
Bu gün, 09:50 |
|
|
|
| • Təhsil sistemində NƏLƏR BAŞ VERİR?.. - İLGİNC İDDİALAR
Bu gün, 09:45 |
|
|
|
| • Sevgilisini telefonda başqa qızla yazışmasını görən qadın döyüldü - MƏHKƏMƏ
Bu gün, 09:40 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti yenidən 115 dolları ötüb
Bu gün, 09:38 |
|
|
|
| • FHN-in keçmiş əməkdaşının cinayət işi: - 2 minə nazirliyə sürücü kimi işə düzəltmək vədi veribmiş
Bu gün, 09:36 |
|
|
|
| • Azərbaycan qlobal reytinqin “qırmızı zona”sında - AKTUAL
Bu gün, 09:34 |
|
|
|
| • Keçmiş iş yoldaşını küçədə döyən şəxs: - “Mənim işdən çıxarılmağıma sən səbəb oldun...”
Bu gün, 09:27 |
|
|
|
| • Bağça müdirəsi yol hərəkəti qaydalarını heçə saydı: Övladının həyatını təhlükəyə atdı - VİDEO
Bu gün, 09:24 |
|
|
|
| • “Bakı Neft Mədən Avadanlıqları” mənfəətini bölüşdürəcək
Bu gün, 09:15 |
|
|
|
| • Sahib Əliyev vəzifəsindən AZAD EDİLDİ - ƏMR
Bu gün, 09:12 |
|
|
|
|