QÜDRƏT HƏSƏNQULİYEVDƏN MÜJDƏ VAR
Tarix: 10-03-2012, 14:47 | Çap et
"BELÇİKA PARLAMENTİNDƏ MÜZAKİRƏ OLACAQ"
Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Azərbaycan-Belçika parlamentlərarası işçi qrupunun təşəbbüsü ilə Belçika Senatında və Federal Parlamentində Dağlıq Qarabağ münaqişəsilə bağlı keçirilən dinləmələrdə və bir sıra digər görüşlərdə iştirak edib.
Keçirilən görüşlərə və dinləmərə Azərbaycan nümayəndə heyətinin tərkibində qatılan BAXCP sədri bu səfərin gerçəkləşdirilməsində millət vəkili Elxan Süleymanovun böyük əməyinin olduğunu vurğulayıb. APA-nın məlumatına görə, BAXCP sədri bildirib ki, nümayəndə heyətinin üzvləri Belçika Senatında və Federal Parlamentində keçirilən dinləmələrdə iştirak etməklə yanaşı, Belçika Senatının spikeri, Sərhədsiz Hüquqşünaslar Təşkilatının təsisçisi, Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktoru, Federal Parlamentin beynəlxalq əlaqələr komitəsinin sədri, Belçika Brüssel əyaləti parlamentinin spikeri və digər şəxslərlə görüşlər keçiriblər: ""İşğal edilmiş ərazilər - unudulmuş ərazilər" (Dağlıq Qarabağ münaqişəsinin hüquqi və humanist aspektləri) adlı dinləmələrdə Belçika senatının və federal parlamentin 120-dən çox üzvü iştirak edirdi. Dinləmələrdə nümayəndə heyətinin rəhbəri, baş nazirin müavini Əli Həsənov çox uğurlu bir çıxış etdi və münaqişənin baş vermə səbəbləri, region dövlətlərinin münaqişənin dondurulmuş vəziyyətdə saxlanılmasında və davam etməsində maraqlı olmaları barədə senat və federal parlament təmsilçilərinə ətraflı məlumat verdi. Əli Həsənovun çıxışı iştirakçıların marağına səbəb oldu".
Dinləmələrdə özünün və millət vəkili Fərəc Quliyevin də çıxış etdiyini xatırladan BAXCP sədrinin sözlərinə görə, dinləmələrin nəticəsi olaraq, Dağlıq Qarabağ münaqişəsi ətrafında yaranmış vəziyyətin Belçika Federal Parlamentinin müzakirəsinə çıxarılması barədə ilkin razılıq əldə olunub: “Belçika senatında və federal parlamentin dinləmələrin keçiriləcəyi barədə məlumat alan Ermənistan və erməni diasporu bu tədbirlərin qarşısının alınması üçün dərhal hərəkətə keçib. Erməni diasporu dinləmələrin baş tutmaması üçün çox böyük təzyiq göstərirdi. Lakin Elxan Süleymanovun fədakarlığı və Belçika-Azərbaycan parlamentlər arası işçi qrupu üzvlərinin böyük zəhməti nəticəsində erməni diasporunun istəyi baş tutmadı".
BAXCP sədri səfər zamanı keçirilən görüşlərdə millət vəkilləri Fazil Mustafa, Zahid Oruc, Ceyhun Osmanlı və Azər Kərimovun Dığlıq Qarabağ problemilə bağlı çıxış etdiklərini və bu məsələ ilə bağlı öz fikirlərini görüş itirakçılarına çatdırdıqlarını qeyd edib: "Mən xüsusi olaraq, Sərhədsiz Hüquqşünaslar Təşkilatının təsisçisinin, eləcə də Avropa Strateji Kəşfiyyat və Təhlükəsizlik Mərkəzinin direktorunun dinləmələr zamanı etdikləri çıxışı vurğulamaq istəyirəm. Hər iki şəxs erməni diasporunun bu münaqişənin qarşısına qara pərdə çəkmək istədiklərini, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasına və problemin ədalətli həllinə maneə yaratdıqları söylədilər, BMT Təhlükəsizlik Şurasının Azərbaycan torpaqlarının işğaldan qeyd-şərtsiz azad edilməsi barədə qətnamələrinin yerinə yetirilmədiyini dedilər. Eyni zamanda bildirdilər ki, Dağlıq Qarabağda hərbi cinayət törədən şəxslər öz əməllərinə görə cavab verməlidirlər. Onların Beynəlxalq Hərbi Tirbunal qarşısında dayanmaları üçün bütün mümkün hüquqi vasitələrdən istifadə olunmalıdır".
Səfərin bütövlükdə uğurlu olduğunu deyən Qüdrət Həsənquliyev nümayəndə heyətinin Brüsseldə olduğu müddətdə Azərbaycanın Belçikadakı səfirliyinin binasında Xocalı soyqırımına həsr olunmuş sərginin keçirildiyini də xatırladıb: "Səfirliyin binası kiçik olduğu üçün belə sərgilərin keçirilməsinə uyğun gəlməsə də, Belçikanın ictimai-siyasi dairələrini təmsil edən şəxslərin qatıldığı bu tədbiri də əhəmiyyətli hesab edirəm".


|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
• 70 mindən çox azərbaycanlı ilə bağlı kritik durum – Dövlət hərəkətə keçir?
Bu gün, 07:23 |
|
|
|
• Rusiya-Ukrayna müharibəsi bu tarixdə bitəcək - "JPMorgan Chase"
Bu gün, 07:20 |
|
|
|
• Məhkəmə vətəndaşa belə 'TORBA TİKDİ' - ETİRAZ VAR!
Bu gün, 06:40 |
|
|
|
• 'Azərsu'nun qocaman işçisi narazıdır - BUNA GÖRƏ
Bu gün, 06:36 |
|
|
|
• Azərbaycan SSRİ-yə görə təzminat tələb etməlidir - ÇAĞIRIŞ
Bu gün, 06:16 |
|
|
|
• "İki qarış ətəyi olan qızları aparırlar..." - Jurnalist OD PÜSKÜRDÜ
Bu gün, 06:04 |
|
|
|
• UNEC-in Dərbənd filialı ƏDALƏT SORAĞINDA - NARAZILIQ VAR...
Bu gün, 05:54 |
|
|
|
• "Tehran Zəngəzur dəhlizini pantürkist layihə kimi təqdim edərək gözdən salmaq istəyir" - FAKT BUDUR!
Bu gün, 05:46 |
|
|
|
• Elariz 43 il əvvəl - FOTO
Bu gün, 05:43 |
|
|
|
• “Kredit Kartı: Rahatlıq Maskası Arxasında Gizlənən Borc Tələsi” - ARAŞDIRMA
Bu gün, 05:40 |
|
|
|
• İranla İsrail toqquşacaqmı? - GƏLİŞMƏ
Bu gün, 05:36 |
|
|
|
• Mərkəzi Bankın 37, FED-in 6 mərtəbəli binası: Tikintilərinə nə qədər xərc çəkilib? - BU NƏDİ BELƏ?
Bu gün, 01:08 |
|
|
|
• Tehranın Zəngəzur "oyunu": Səfir kimin “ağzı” ilə danışır? - AKTUAL
Bu gün, 00:55 |
|
|
|
• "Türkiyə və Türk milləti üçün Ərdoğanın varlığı əvəzolunmazdır" - Dövlət Baxçalı
Bu gün, 00:52 |
|
|
|
• “Keçmiş həyat yoldaşım məni dəfələrlə bıçaqla vurub”
Bu gün, 00:47 |
|
|
|
• "Bir tərəfi erməni olan şəxs evimi əlimdən alıb" - İTTİHAM DOLU NARAZILIQ
Bu gün, 00:41 |
|
|
|
• İlqar İsmayılov həbsdə qaldı
Dünən, 18:07 |
|
|
|
• Rusiya SSRİ-nin “erməni layihəsi”ni yenidən dirçəldir: - Kremldən İrəvana sensasion “xaos təlimatı” verilib
Dünən, 18:06 |
|
|
|
• İcra başçısı özünə yeni müavin təyin etdi - ƏMR
Dünən, 18:02 |
|
|
|
• Veysəloğlu Şirkətlər Qrupu “Qida Təhlükəsizliyi Ayı” elan etdi - DİQQƏT!
Dünən, 17:57 |
|
|
|
• Rusiyanın Cənubi Qafqaz siyasəti... - bundan sonra NƏ OLACAQ?
Dünən, 17:56 |
|
|
|
• “Təhsil sisteminin idarə olunmasında inzibati-amirlik prinsipləri aradan qaldırılmalıdır” - ÇAĞIRIŞ
Dünən, 17:51 |
|
|
|
• Tramp düyməni basdı – Yeni qərarın hədəfində Azərbaycan da var
Dünən, 17:44 |
|
|
|
• Macarıstan Ermənistana 20 milyonluq hərbi yardımın qarşısını belə alıb - Komitə sədri açıqladı
Dünən, 17:42 |
|
|
|
• “Sea Breeze”ə yaxın şirkət yaradılıb
Dünən, 17:39 |
|
|
|
• Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Dünən, 17:36 |
|
|
|
• Çingiz Abdullayevin müsahibəsi REZONANS DOĞURDU - “Kimisə saxlatdırması doğru deyil”
Dünən, 17:33 |
|
|
|
• "Medilandia Hospital"da uşaq ölümünə görə yoxlama aparıldı, ciddi pozuntular aşkarlandı - TƏFƏRRÜAT
Dünən, 17:27 |
|
|
|
• “Bakcell” süni intellekt təlimi təşkil etdi
Dünən, 17:20 |
|
|
|
• Bakı polisi Əfqanıstan vətəndaşını axtarır
Dünən, 17:15 |
|
|
|
• "Vasif Məhərrəmli yalan danışır"
Dünən, 17:14 |
|
|
|
• "Röya Ayxanın aldığı mükafatın Kann Festivalına dəxli yoxdur" - Ayaz Salayev
Dünən, 17:07 |
|
|
|
• Ölkədən çıxışına "stop" qoyulan keçmiş nazirin işi ilə bağlı yeni məlumat - Borc daha çoxdu
Dünən, 17:01 |
|
|
|
• TƏBİB sədri ilə jurnalist arasında QALMAQAL – Xaçmazdakı olayın TƏFƏRÜATI
Dünən, 16:52 |
|
|
|
• Keçmiş əri tərəfindən döyülən Naibə Allahverdiyeva özünü narahat hiss edir... - "...halım yoxdur, xəstəyəm"
Dünən, 16:48 |
|
|
|
• Qərbi Azərbaycana qayıdışımız mümkündür - ÇÜNKİ...
Dünən, 16:45 |
|
|
|
• “İrəvan bununla özünü Avropaya bəyəndirmək niyyətindədir” - FAKT BUDUR!
Dünən, 16:43 |
|
|
|
• Təhsil ekspertlərindən Məleykə Abbaszadəyə CAVAB - TƏFƏRRÜAT
Dünən, 16:38 |
|
|
|
• Zaur Mikayılovun keçmişə U dönüşü və Sabirabad Suvarma Sistemlərində baş verənlər... - İTTİHAM VAR...
Dünən, 16:31 |
|
|
|
• Mədəniyyət Nazirliyi poeziya tədbirini tikinti şirkətinə verib - AY BƏRƏKALLAH...
Dünən, 16:25 |
|
|
|
• Yardımlı sakini məktəb direktorundan ŞİKAYƏTÇİDİR -Rəsmi qurumlar da qanunsuzluqda ittiham olunur
Dünən, 16:21 |
|
|
|
• Bakı İrəvana sülhün ünvanını göstərdi - HƏQİQƏTƏN DƏ...
Dünən, 16:18 |
|
|
|
• Bizimkilərin susqunluğu, onların iftiraları davam edir - AKTUAL
Dünən, 16:15 |
|
|
|
• Xalq artistlərinin övladları niyə fərsiz çıxır? - “Bu işdə maraqlı olan mafiya var”
Dünən, 16:10 |
|
|
|
• Nazirlik 14 ədəd “Hyundai” alır – 880 min manata
Dünən, 16:06 |
|
|
|
• İran-ABŞ danışıqlarının beşinci raundu başlayıb
Dünən, 16:05 |
|
|
|
• Xankəndidə dövlət işçiləri 2025, özəl şirkətdə işləyənlər 543 manat maaş alırlar – RƏSMİ AÇIQLAMA
Dünən, 15:32 |
|
|
|
• Mehdi Sobhaninin Bakı-Tehran münasibətlərinə qarşı təxribat missiyası - NƏ ETMƏLİ?
Dünən, 15:29 |
|
|
|
• İmişlinin İNQİLABÇI AĞSAQQALI icra başçısının da `BAŞINI YEYİR` - MÜTLƏQDİR!
Dünən, 15:24 |
|
|
|
• İşçilərin ezamiyyə hüquqları... - Ekspert danışır...
Dünən, 15:08 |
|
|
|
|