Avropa İttifaqının monitorinq missiyasının bir neçə ildir ki, ölkəmizə qarşı "binokl diplomatiyası" həyata keçirdiyi, Ermənistan ərazisindən sərhədlərimizi davamlı müşahidə etdiyi heç kimə sirr deyil.
Bu da sirr deyil ki, Azərbaycan dövləti dəfələrlə Prezident İlham Əliyev səviyyəsində bu diplomatik əxlaqsızlığı ifşa edib, baş verənlərlə bağlı öz etirazını ortaya qoyub. Lakin bütün bunlara rəğmən müşahidə missiyası öz təxribatçı və açıq ermənipərəst fəaliyyətlərini həyasızcasına davam etdirmiş, faktiki olaraq sülhə deyil, gərginliyə xidmət etmişdir.
Prezident İlham Əliyevin iştirakı ilə cari ilin 8 avqust tarixində Vaşinqtonda keçirilən görüş və bu görüş zamanı Azərbaycanla Ermənistan arasında sülh mətninin paraflanması bir çox problemlərlə yanaşı, bu problemə də son qoydu. Vaşinqton razılaşması Avropa İttifaqının müşahidə missiyasının Cənubi Qafqazdakı fəaliyyətini qanuni baxımdan faktiki olaraq yasaqladı. Tərəflər arasındakı təmas xəttində hər hansı üçüncü dövlət və ya tərəfin qüvvələrinin yerləşdirilməsinin yasaqlanması ilə müşahidə missiyası da tarixə qovuşdu. İlham Əliyev bu məkirli, təxribatçı missiyanı 8 avqust diplomatik qələbəsinin təntənəsi altında dəfn etdi.
Dövlət başçısı bununla sübut etdi ki, regionda Azərbaycan dövlətinin etirazına səbəb olan hər hansı bir fəaliyyətin həyata vəsilə alması mümkün deyil. Mahiyyət və hədəfindən asılı olmayaraq, istənilən belə fəaliyyət məhvə məhkumdur. Eyniylə, Avropa İtifaqı monitorinq missiyasının “binokl diplomatiyası” kimi...
Seymur ƏLİYEV - moderator.az