Əli Əsədov bu gün iclas keçirdi .....                     Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi .....                     Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq .....                     Orban Macarıstan XİN-nə rəhbərlik edəcək .....                     Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? .....                     “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı .....                     Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı .....                     “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” .....                     Hadrutun su təchizatının tikintisinə başlanılır .....                     Çin masada İranın yanında .....                     Böyük savaşın ikinci mərhələsi başlayır .....                     Tanınmış həkimin vəkili ittihamları cavablandırdı .....                     Generalın general oğlu axtarışa verildi .....                     70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi .....                     Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb .....                     “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub” .....                     “Paşinyan ölkədə klassik faşizm qurub” .....                     "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" .....                     NATO Şərqə doğru kurs götürür... .....                     7 iyundan sonra aqibəti bəlli olacaq .....                     Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı .....                     Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu .....                     İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu .....                     Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar .....                     "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." .....                     İran terrorçuları Azərbaycanda necə ifşa edildi? .....                     Ucardakı 15 yaşlı qızın dramı .....                     İrandan xiyar idxalı 16% artıb .....                     Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... .....                     Şərurda sahibkarın HAQQI YEYİLİR... .....                     TikTok ötən il Azərbaycanda neçə videonu silib? .....                     Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi .....                     Lerikdə sirli maşın yanğını .....                     Paşinyanın yeni konstitusiya DİLEMMASI .....                     Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir .....                     “Atabay”ın rejissorunun əmlakı müsadirə olundu .....                     Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi .....                     AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır .....                     “Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” .....                     Heyvan idxalı azalıb: .....                 

“BİR MƏN QALMIŞAM, BİR DƏ YAŞAR”
Tarix: 5-04-2012, 13:05 | Çap et
“BİR MƏN QALMIŞAM, BİR DƏ YAŞAR”

SİYAVUŞ ASLANDAN MARAQLI AÇIQLAMALAR

Hər bir insanın öz yaş dövrü olur. Kimisi yaşa dolanda müdrikləşir, kamilləşir, kimisi həyatının hədər keçdiyinə heyfslənir, kimisi isə ümumiyyətlə həyatında nələrin baş verdiyindən xəbərsiz olur.

Amma nədənsə incəsənət xadimlərinin əksəriyyəti müəyyən vaxtdan sonra qayğıya, sevgiyə, diqqətə daha çox ehtiyac duyurlar. Elə Azərbaycan realist aktyor məktəbinin görkəmli nümayəndələrindən biri, xalq artisti, korifey aktyorumuz Səyavuş Aslan kimi. Sevimli aktyorumuz bu gün həyatının çətin sınaq dövrünü yaşamaqdadır. Onun durumu, hazırki vəziyyətini bilmək üçün ilk əvvəl çalışdığı Akademik Milli Dram Teatrı ilə əlaqə yaratdım.

Əsas məqsədim vaxtilə onunla çiyin-çiyinə çalışan həmkarlarının xalq artisti Səyavuş Aslanın durumundan nə dərəcədə xəbər tutub-tutmamaları, onunla maraqlanmalarını bilmək idi. Teatrdan aldığım cavab çox qısa və lakonik oldu: “Xəstədir, vəssalam”. Səyavuş Aslanın xəstəlik müddətində nələr arzuladığını, müdrik çağında həyatdan nələr istədiyini bilmək üçün şəhərin mərkəzi küçələrindən birində yerləşən evinə yollandım. Qapını üzümə orta yaşlı bir xanım açdı. Qəzetdən gələcəyimi əvvəlcədən bildiyi üçün məni içəri dəvət edib əyləşmək üçün yer göstərdi. Səyavuş müəllimi soruşduqda: “Uzanıb, indi onu hazırlayıb gətirirəm”, - dedi.

Bu müddətdə aktyorun yaşadığı evə göz gəzdirirəm. Xudmani mənzildə səliqə-səhman öz yerində idi. Masanın üzərinə düzülmüş dava-dərmanlar, iynələr gözlərimdən yayınmadı. Bu vaxt Səyavuş Aslanın evində çalışan Sədaqət xanım dedi ki, görürsünüz də, Səyavuş müəllimin aldığı təqaüd elə dərmanlara gedir. Hər gün iynələrini vurur, dərmanlarını içirirəm. Mənim üçün ona qulluq etmək xoşdur.

Nəhayət, xalq artisti, korifey sənətkar asta-asta o biri otaqdan çıxdı. Məni gördükdə bənizindəki xoş təbəssüm nəzərimdən yayınmadı. Aktyorla görüşə gələndə oğlu Çingiz məni Səyavuş müəllimin arabir yaddaşının pozulması, aram-aram danışması, çox şeyi xatırlamaması barədə xəbərdar etmişdi. Artıq onunla nə cür söhbət edəcəyimi özlüyümdə müəyyənləşdirmişdim.

“Televiziyadan gəlmisiniz?”, “Məni televizorda göstərəcəklər?”, “Radioda səsim gedəcək?” kimi sualları ünvanlayan Səyavuş Aslana bildirdim ki, mən qəzet işçisiyəm. Sadəcə diktafonun düyməsini basıb sizdən bir-iki şey soruşacağam. Düzü, aktyorla söhbətim o qədər də asan alınmadı. Çünki o, dərmanların təsirindənmi, yaşın öz sözünü deməsindənmi, yaxud ona qarşı olan bu qədər biganəlikdənmi - olduqca qısa və aramla danışırdı. Ona ilk sualım belə oldu.

- Səyavuş müəllim, necəsiniz? Özünüzü necə hiss edirsiniz?

- Pis deyiləm, yaxşıyam. Özümü yaxşı hiss edirəm.

- Bu gün sizin həyatdan istəyiniz nədir?

Onun gözləri bir anlıq eyni nöqtəyə dikildi. Bir az düşündükdən sonra:

– Teatr, tamaşalar, - dedi.

Bu vaxt söhbətə aktyorun köməçkçisi Sədaqət İsmayılova müdaxilə etdi:

- İnanın, 5 aydan çoxdur ki, xalqın sevimli sənətkarı olan Səyavuş Aslanın evində çalışıram. Otaqları yığıram, yeməyini hazırlayıram, yorğan-döşəyini, paltarlarını yuyuram, iynələrini vururam, dava-dərmanlarını verirəm. Lakin bu müddət ərzində bircə dəfə də görmədim ki, hər hansı bir aktyor zəng vurub və ya gəlib Səyavuş müəllimin səhhəti ilə maraqlansın. Sənətkara qarşı bu qədər biganəlik olmaz axı. Xəstənin gözləri həmişə qapıda olur. Mən bilirəm ki, o bu saat diqqət istəyir. Siz qapını açıb içəri daxil olanda gördünüz ki, o necə sevindi. Bütün günü evdə qalır, darıxır. Heç kəs nə zəng vurub halını soruşur, nə də əllərində 1 kilo alma tutub qapısını açıb onu yoluxmağa gəlir. Heç nə lazım deyil, elə maraqlanmaqları Səyavuş müəllim üçün böyük şeydir.

Bir neçə gün bundan əvvəl ANS televiziyasının “Keçmişə salam” verilişindən gəlib Səyavuş Aslanı çəkdilər. Veriliş efirə gedəndə əyləşib baxırıq, görürük ki, xalq artisti Firəngiz Mütəllimova, Həmidə Ömərova və bir neçə sənət nümayəndələri onun barəsində elə danışdılar ki, sanki hər gün gəlib soruşurlar ki, Səyavuş müəllim, necəsiniz? Bu sözü demirlər. Amma onların heç biri bu gün xalq artistinin nə vəziyyətdə olduğunu bilmir.

Mən Səyavuş müəllimi çox istəyirəm. Ona o qədər öyrəşmişəm ki. Elə olur ki, bazar günləri bir az gec gəlirəm. Qapıdan içəri daxil olan kimi məndən soruşur, harada idin? Niyə gec gəldin? Sağ olsunlar, oğlanları Çingiz və Hacı Eldar da ona yaxşı baxırlar. Hər şeyini alırlar. Onu mütəmadi olaraq həkimə aparırlar, dava-dərmanlarını alıb gətirirlər. Elə mənim özüm buradan ayda 300 manat məvacib alıram. Səyavuş Aslanın təqaüdü elə onun dərmanlarına gedir. Bir məmur və ya bir tanınmış şəxs zəng vurub soruşmur ki, Səyavuş Aslanın nəyə ehtiyacı var? Bu gün onun problemi nədir? Həqiqəti yazmaq, göstərmək lazımdır.

Bu vaxt Səyavuş müəllim söhbətə qoşulur: “Bu gün Azərbaycanda aktyorlardan bir mən qalmışam, bir də Yaşar. O da deyəsən, xəstədir. Heç televizorda tamaşa göstərmirlər ki, baxım”.

Yenidən ona sual ünvanlayıram.

- Səyavuş müəllim, heç teatrdan zəng vurub sizi tamaşaya baxmağa dəvət etmək istəyənlər olur?

- Xeyr. Zəng vurmurlar. (gülə-gülə) Mənim həyatım elə tamaşadır da. Oğlanlarımdan, Sədaqətdən heç bir narazılığım yoxdur. Arada məni dənizkənarı parka çıxarırlar, bir az oturub gəlirəm.

Bu vaxt Sədaqət xanım yenə söhbətə qoşulur.

- Bunu hamı bilir ki, Səyavuş Aslanın həyatının ən mənalı illəri Musiqili Komediya Teatrının adı ilə bağlıdır. Hətta Səyavuş müəllim bir müddət həmin teatrın bədii rəhbəri işləyib və bir çox obrazların mahir ifaçısı olub. Səyavuş müəllimin evi də, gördüyünüz kimi, teatra yaxındır. Amma bir nəfər də olsun, gəlib onunla maraqlanmır. İnanın, Səyavuş Aslan olduqca təmkinli, səbrli insandır. Arada yaddaşını itirir, həftənin cümə axşamı və cümə günlərini xatırlayır. Bəzən də öz-özünə danışır, hərdən narahatçılıq da keçirir. Amma yenə də təmkinini pozmur.

Siz gəlməmişdən qabaq oğlu Çingiz Səyavuş müəllimə demişdi ki, yanına jurnalist gələcək, səninlə bağlı yazı hazırlayacaq. Tez ayağa qalxıb oğluna dedi ki, üzümü taraş elə. Mənə də dedi ki, saçımı dara. O xəstə anında da insanların gözünə xəstə kimi görünmək istəmir. İstəmir ki, kiminsə ona yazığı gəlsin. Çox vaxt isə xəstəliyini tamam unudur. Elə bilir, əvvəlki kimi, yenidən teatra üz tutacaq, inanın, teatr üçün çox darıxır. Əyləşib televizor qarşısında tamaşalara baxmaq istəyir. Axı Səyavuş müəllim sənət fədaisidir. Səyavuş müəllim olduqca zarafatcıldır. Mənimlə şirin zarafatlar edir. Deyirik, güldürürəm onu, ürəyi açılır.

- Səyavuş müəllim, bu gün sizin ən böyük arzunuz nədir? - sualını korifey aktyora ünvanlayanda düşündü, köks ötürdü və təmkinlə belə dedi:

- İnsanların içinə çıxmaq, tamaşa göstərmək. Canım sağdır, bu mənə bəsdir. Siz gəlib məni danışdırırsınız. Demək, məni istəyib gəlmisiniz. Məni hələ də sevirsiniz. Mənə kimlərinsə ehtiyacı var. Bu qədər yaşı demək əbəs yaşamamışam.

Sədaqət xanım: “Mən sizə təşəkkür edirəm ki, görkəmli sənətkarımızla maraqlandınız. Onun hazırkı durumu barədə yazıb oxuculara məlumat verdiniz. Qəzetiniz vasitəsilə Səyavuş müəllimin aktyor yoldaşlarına demək istəyirəm ki, heç kəs bilmir, sabah onu nələr gözləyir. Hər birimiz bu vəziyyətə düşə bilərik. Səyavuş müəllim unudulmağa layiq deyil. Heç olmasa, ayda bir dəfə onunla maraqlanın”.

Söhbətimi elə buradaca yekunlaşdırmalı oldum. Ən azından, Səyavuş müəllim də dincəlməli idi. Qapıdan çıxarkən sevimli sənətkarımızın mənə: “Haçan istəsən gəl”, - deməsi məni, düzü, çox kövrəltdi. Yaşından asılı olmayaraq hər xəstənin umacağı kimsə olur. Gözləri isə həmişə qapıda olur. Doğrudan da, həyat çox mürəkkəbdir. Heç bir insan deyə bilməz ki, həyatın dolanbac yollarında sabah onu nələr gözləyir. Ona görə də cavanlıqda qocalığa güc saxlamaq lazımdır. “Kiminin əvvəli, kiminin axırı" deyib atalarımız. Bu müdrik fikri söyləməkdə onlar heç də yanılmayıblar. Hər zaman iş başında, filmlərdə şən, şux gördüyüm Səyavuş müəllimin qocalıq dövrünü, açığı, bu cür təsəvvür etmirdim. Lakin sənətkar özünü yenə də əvvəlki kimi şux və gümrah hiss edir. Əsas da elə budur.

"Olaylar"










 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
Əli Əsədov bu gün iclas keçirdi
Bu gün, 17:50
Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Bu gün, 17:46
Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Bu gün, 17:36
Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Bu gün, 17:35
Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Bu gün, 17:22
“Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Bu gün, 17:19
Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Bu gün, 17:11
“Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Bu gün, 17:08
Hadrutun su təchizatının tikintisinə başlanılır
Bu gün, 17:00
Çin masada İranın yanında YER ALDI
Bu gün, 16:57
Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Bu gün, 16:53
Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Bu gün, 16:48
Generalın general oğlu axtarışa verildi
Bu gün, 16:46
70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Bu gün, 16:44
Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Bu gün, 16:35
“KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Bu gün, 16:09
“Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Bu gün, 16:06
"Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Bu gün, 16:02
NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Bu gün, 15:55
7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Bu gün, 15:52
Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Bu gün, 15:49
Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Bu gün, 15:47
İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Bu gün, 15:43
Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Bu gün, 15:38
"Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Bu gün, 15:29
İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Bu gün, 15:18
Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Bu gün, 15:16
İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Bu gün, 15:10
Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Bu gün, 15:07
Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Bu gün, 14:23
TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Bu gün, 14:12
Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Bu gün, 14:10
Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Bu gün, 14:06
Paşinyanın yeni konstitusiya DİLEMMASI – Baş nazirin qorxusu NƏ?
Bu gün, 14:03
Rusiya ABŞ-İran danışıqlarının davam edəcəyinə ümid edir - Kreml
Bu gün, 13:58
“Atabay”ın rejissorunun əmlakı müsadirə olundu
Bu gün, 13:16
Ucarda 15 yaşlı qız uşaq dünyaya gətirdi
Bu gün, 13:00
AzTV-də dəyişikliklər: bəzi şöbələr birləşdirilir, islahatlar başlayır - TƏFƏRRÜAT
Bu gün, 12:57
“Pensiya sistemində əsas prinsip ədalət və şəffaflıq olmalıdır” - deputat
Bu gün, 12:54
Heyvan idxalı azalıb: - Ət yenə bahalaşacaq?
Bu gün, 12:50
Zənginləşdirilmiş uran İran torpağı qədər vacibdir - Bəqayi
Bu gün, 12:46
Pensiyalar nə vaxt veriləcək?
Bu gün, 12:43
“İdrak”da güllələnən müəllim həmin şagirdi bağışladı - VİDEO
Bu gün, 12:37
Müharibəyə görə ali təhsilindən imtina etdi, həbsə düşdü - Hüseyn Dəryanın həyatı
Bu gün, 12:31
Şimşək çaxacağı ehtimalı var - belə deyirlər...
Bu gün, 12:28
“Köçəryan və Karapetyan gələrsə, Azərbaycanla müharibə qaçılmaz olacaq”
Bu gün, 12:22
Türkiyə iş adamından Bayram Yusifova ittiham: - “25 milyonluq villada…”
Bu gün, 12:16
İran Ordusu ABŞ-yə müharibə elan etdi
Bu gün, 12:14
Bakıda qaçırdığı “Range Rover”lə qəza törədən şəxs saxlanılıb
Bu gün, 12:12
Əvəz Zeynallı yenidən kitab marafonu edəcək - Bu tarixdə
Bu gün, 12:01
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru