MAĞAZADA AÇIQ SATIŞDA HEROİN VAR
Tarix: 9-04-2012, 12:11 | Çap et
ƏFQANLAR DEYƏSƏN, HOLLANDLARI DA GERİDƏ QOYURLAR
Əfqanıstanlı Həmid balaca sarı kisədən çıxardığı heroini qəbul edəndən sonra çirkli küçənin bir küncündə uzanır. Parvan əyalətindən olan yorğun yeniyetmə çirkli ədyalı üstünə çəkib deyir ki, o, heroini Çharikarın küçələrinin birində yerləşən mağazadan alıb. O deyir ki, burda mağaza sahibləri uyuşdurucudan tutmuş heroinə qədər hər şey satırlar.
MAĞAZANIN QARŞISINDA HEROİN OLAN KİÇİK TORBALAR GÖRMƏK OLAR
В«Hər kəs heroin, ya marixuana satır, ya da istifadə edir, bilmirəm, hökumətin bundan xəbəri varmı? Burda hər kəs narkotik vasitə satıcısı, alıcısıdır. Mağazanın qarşısından ötəndə sən satış üçün içində heroin olan kiçik torbalar görə bilərsənВ», - Həmid danışır. Onun dedikləri ilə yerli rəsmilərin bəyanatları arasında kəskin təzad var. Parvanın məmurları bu yaxınlarda bəyan etmişdilər ki, onlar narkotik vasitələrin qanunsuz istehsalını və satılmasını dayandırıblar.
Bu ilin fevralında Parvan qubernatoru Abdul Basir Salangi tələb etdi ki, tiryəkin becərilməsinə son qoyulsun - bu, heroində əsas komponentdir. Qubernator onu da demişdi ki, təhlükəsizlik qüvvələri Parvana daxil olan və çıxarılan qanunsuz narkotik dövriyyəsinin qarşısını alıb.
Həmid kimi adamları tapmaq çətin deyil. Həmid rahatca əldə etdiyi narkotik vasitələri sadalayır: heroin, həşiş, marixuana...
Çharikarda kiçik dərzi dükanının sahibi Habibullah deyir ki, hakimiyyət narkotikin genişlənməsinin, ticarətinin qarşısını bir az alıb. В«Hər gün min narkoman dükanımın qabağından keçir. Burda narkotik vasitə çatışmazlığı yoxdurВ», - Habibullah deyir:
В«Narkotikanı açıq şəkildə hər yerdə əldə etmək mümkündür. Hökumət də bu barədə bilir, amma heç nə eləmirlərВ».
O, hökuməti bu məsələyə etinasız yanaşmaqda və baş verən ölümlərdə məsuliyyət daşımaqda günahlandırır.
NARKOMANLARIN SAYI ARTIR
Səhiyyə Nazirliyinin məlumatına görə, Parvan vilayətində narkotik vasitə aludəçisinin sayı 2010-cu ildə 7 min idisə, bu ilin əvvəlində uyuşdurucu istifadəçilərinin sayı 15 minə çatıb.
30 milyon əhalisi olan Əfqanıstanda 1 milyon adam narkotik istifadəçisi sayılır. Əfqanıstan narkotik istifadəçilərinin sayına görə, dünyada ən böyük ölkələrdən biridir.
Bu ölkə tiryək istehsalına görə də irəlidədir və dünya narkomanlarının narkotik ehtiyacının təxminən 90 faizi Əfqanıstandan gəlir.
BMT-nin Narkotiklərə Nəzarət Təşkilatının məlumatına görə, yalnız 10 narkomandan biri bundan xilas olmaq üçün müalicə götürür, amma dərman vasitələri çatışmır. Qurumun məlumatına görə, Əfqanıstanda 700 min adam narkotikdən müalicə olunmaq istəyir, amma müalicə əlçatımlığı yoxdur.
Parvanda Müalicə dispanserindən deyirlər ki, hər gün bura 30-dan çox adam gəlir. Amma çarpayı kifayət eləmir. Burda şəraitdən asılı olaraq, xəstəni 15 gündən 30 günə qədər saxlaya bilirlər. Dispanser rəsmiləri deyirlər ki, onlar xəstəyə dərman verirlər, onları qısa müddətə saxlayırlar və sonra da sərbəst buraxırlar.
MƏMURLARIN ƏLİ VAR, AMMA HEÇ KİMİN AD ÇƏKMƏYƏ CƏSARƏTİ YOXDUR
Yerli sakinlər isə yerli məmurları ittiham edirlər ki, Parvanda günbəgün pisləşən narkotik probleminə göz yumurlar. Onu da iddia edirlər ki, narkotik ticarətində bəzi məmurların əli var.
Parvan əyalətinin sözçüsü Rushna Khaled isə bütün ittihamları rədd edir, deyir ki, yerli məmurların narkotik ticarəti ilə bağlılığı yoxdur. Amma yerli sakin Abdul Waseh Saeedkhali deyir ki, narkotik ticarətinə təkcə Parvan deyil, eləcə də ölkənin digər vilayətlərinin bəzi məmurları bulaşıb, amma heç kim ad çəkmir:
В«Təhlükəsizlik qüvvələri narkotik vasitələrin qanunsuz dövriyyəsinə az-çox diqqət yetirirlər, amma narkotik ticarəti Əfqanıstanda böyük ticarətdir və bura yüksək ranqlı məmurlar da daxildir. Buna baxmayaraq, kimsə cəsarət göstərib ad çəkə bilmirВ».


|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • “Azərcell”ə qarşı ABUNƏÇİ SƏFƏRBƏRLİYİ - ETİRAZ VAR!
Bu gün, 06:35 |
|
|
|
| • Daha bir saxta həkim qalmaqalı: Katibə cərrahlıq edir - BU NƏDİ BELƏ?
Bu gün, 06:31 |
|
|
|
| • "Ərəb-fars mənşəli adları dəyişdirmək lazımdır" - ÇAĞIRIŞ
Bu gün, 06:14 |
|
|
|
| • Görünməyən iqtisadiyyat: ölkənin səssiz şəkildə yenidən qurulması - ARAŞDIRMA
Bu gün, 06:11 |
|
|
|
| • "Hydrotrans Engineering Mühəndislik Mərkəzi" dövlətə borclandı - TƏFƏRRÜAT
Bu gün, 06:00 |
|
|
|
| • “Qızım müğənni olmaq istəsə, niyə icazə verməyim?”
Bu gün, 05:58 |
|
|
|
| • İran təhdidlər fonunda ABŞ ilə danışıqlara getməyəcək - Qalibaf belə deyir...
Bu gün, 05:55 |
|
|
|
| • Bərdədə kütləvi ağac qırğını iddiası – 5 hektar ərazi niyə boşaldılıb?
Bu gün, 05:53 |
|
|
|
| • İranın nüvə silahı olmayacaq - Tramp belə deyir...
Bu gün, 05:49 |
|
|
|
| • ABŞ-İran müharibəsinin davam etməsi üçün ciddi əsaslar qalmayıb - Sərdar Cəlaloğlu belə deyir...
Bu gün, 05:48 |
|
|
|
| • Keçmiş XIN rəhbərindən Ermənistana DİAQNOZ - Görünəni odur ki...
Bu gün, 05:46 |
|
|
|
| • Ətin gömrük dəyəri ucuzlaşır: Bəs qiymət niyə qalxır? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 05:43 |
|
|
|
| • Əli Əsədovun “Azİmport” şirkəti TƏHLÜKƏ SAÇIR - NARAZILIQ VAR...
Bu gün, 05:41 |
|
|
|
| • Rusiyanın "İskəndər-K" raket kompleksi NATO üçün təhlükədir - KİV
Bu gün, 05:30 |
|
|
|
| • Procter & Gamble-ın Azərbaycandakı tərəfdaşı olan MMC-nin külli miqdarda borcu üzə çıxdı
Bu gün, 00:14 |
|
|
|
| • Fransa ikiüzlülüyü: - “azadlıq” adı altında islamofobiya legitimləşdirilir
Bu gün, 00:10 |
|
|
|
| • Tərifli göz həkimindən göz dağı - Qəbulunda nələr gördüm?
Bu gün, 00:07 |
|
|
|
| • Əli Əsədov bu gün iclas keçirdi
Dünən, 17:50 |
|
|
|
| • Tehran Bab əl-Məndəb boğazını bağlamaqla hədələdi
Dünən, 17:46 |
|
|
|
| • Ermənistanda Serj Sarkisyanla bağlı sövdələşmə üzrə əmlak müsadirə olunacaq
Dünən, 17:36 |
|
|
|
| • Orban Macarıstan XİN-nə rəhbərlik edəcək
Dünən, 17:35 |
|
|
|
| • Təhsil İdarəsinin 13500 manata ofis icarəyə götürdüyü Şəhla Musayeva kimdir? - DETALLAR
Dünən, 17:22 |
|
|
|
| • “Azparking”də ödəniş etdi, amma cərimə yazıldı - FOTO
Dünən, 17:19 |
|
|
|
| • Yeniyetmə oğlan onu döyən həmyerlisini bıçaqladı - Gədəbəydəki cinayətin TƏFƏRRÜATI
Dünən, 17:11 |
|
|
|
| • “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq” - Bazeyan
Dünən, 17:08 |
|
|
|
| • Hadrutun su təchizatının tikintisinə başlanılır
Dünən, 17:00 |
|
|
|
| • Çin masada İranın yanında YER ALDI
Dünən, 16:57 |
|
|
|
| • Böyük savaşın ikinci mərhələsi başlayır - ŞƏRH
Dünən, 16:53 |
|
|
|
| • Tanınmış həkimin vəkili ittihamları cavablandırdı - AÇIQLAMA
Dünən, 16:48 |
|
|
|
| • Generalın general oğlu axtarışa verildi
Dünən, 16:46 |
|
|
|
| • 70 kq qızılla saxlanılan polkovnik-leytenantın 7 il həbsi tələb edildi - TƏFƏRRÜAT
Dünən, 16:44 |
|
|
|
| • Azərbaycanda iki internet provayderi fəaliyyətini dayandırıb
Dünən, 16:35 |
|
|
|
| • “KTMT-nin “fatihəsi” Astanada çoxdan oxunub”
Dünən, 16:09 |
|
|
|
| • “Paşinyan ölkədə klassik faşizm qurub” - Erməni hüquq müdafiəçisi
Dünən, 16:06 |
|
|
|
| • "Telekanallarla bağlı daha bir qərarın qəbuluna ehtiyac var" - ÇAĞIRIŞ
Dünən, 16:02 |
|
|
|
| • NATO Şərqə doğru kurs götürür... - GƏLİŞMƏ
Dünən, 15:55 |
|
|
|
| • 7 iyundan sonra aqibəti bəlli olacaq - AKTUAL
Dünən, 15:52 |
|
|
|
| • Cəbrayılın iki yaşayış məhəlləsinə 1.7 milyon manat ayrıldı
Dünən, 15:49 |
|
|
|
| • Antalya Forumunda əsas mesaj sülh, təhlükəsizlik və inkişaf oldu - ŞƏRH
Dünən, 15:47 |
|
|
|
| • İcra Hakimiyyətində iki şöbəyə yeni müdirlər təyin olundu - DETALLAR
Dünən, 15:43 |
|
|
|
| • Belçika və Niderland səfirləri Xarici İşlər Nazirliyinə çağırılıblar - TƏFƏRRÜAT
Dünən, 15:38 |
|
|
|
| • "Siz sözlə danışırsınız, amma mən faktlarla danışa bilərəm..." - QALMAQAL
Dünən, 15:29 |
|
|
|
| • İran terrorçuları Azərbaycanda necə ifşa edildi? – Birgə BƏYANAT
Dünən, 15:18 |
|
|
|
| • Ucardakı 15 yaşlı qızın dramı – kim məsuliyyət daşıyır?
Dünən, 15:16 |
|
|
|
| • İrandan xiyar idxalı 16% artıb – Marketlərdə dəfələrlə baha satılır
Dünən, 15:10 |
|
|
|
| • Azərbaycanda icra hakimiyyətləri birləşdirilə bilər... - GƏLİŞMƏ
Dünən, 15:07 |
|
|
|
| • Şərurda sahibkarın HAQQI YEYİLİR... - ETİRAZ VAR!
Dünən, 14:23 |
|
|
|
| • TikTok ötən il Azərbaycanda neçə videonu silib? - ŞOK RƏQƏM
Dünən, 14:12 |
|
|
|
| • Bakıda şagird sinif yoldaşını xəstəxanalıq etdi - Vəziyyəti ağırdır-Yenilənib
Dünən, 14:10 |
|
|
|
| • Lerikdə sirli maşın yanğını - ekspertiza “yandırıblar” rəyi verdi, vətəndaş araşdırma tələb edir
Dünən, 14:06 |
|
|
|
|